Kitab Azərbaycanın kənd təsərrüfatının inkişafında və təşəkkül tapmasında misilsiz



Yüklə 7,67 Mb.
Pdf görüntüsü
səhifə50/273
tarix27.10.2017
ölçüsü7,67 Mb.
#6951
1   ...   46   47   48   49   50   51   52   53   ...   273

 

4-5 sm d



ərinliyə, orta və ağır torpaqlarda isə 3-4 sm dərinliyə basdırmaq məsləhət 

görülür. 



Əkinlərə qulluq 

 

Respublikanın torpaq-iqlim şəraitindən asılı olaraq payızlıq taxıl əkinlərinə 



qulluq  işləri erkən yazda yemləmə  gübrələrinin verilməsindən, suvarmadan, alaq 

otlarına, xəstəlik və ziyanvericilərə qarşı mübarizədən və başqa tədbirlərdən ibarət 

olmalıdır. 

Suvarma 

 

Az



ərbaycanda suvarma əkinçiliyinin inkişafını məhdudlaşdıran ən əsas amil 

torpağın  şorlaşmasıdır.  Onun  yaranmasına  səbəb olan təsərrüfat amilləri 

aşağıdakılardır: 

 



 

s

uvarma qurğularının qeyri-qənaətbəxş olması; 



 

t



orpaq kanallarının həddindən artıq uzunluğu; 

 



s

uvarılan tarlaların hamarlanmaması; 

 

s



udan planlı şəkildə istifadə edilməməsi; 

 



suvarma rejiml

ərinə riayət olunmaması; 

 

kollektor-



dren şəbəkələrinin saz vəziyyətdə olmaması və s. 

 

Suvarma 



əkinçiliyi kənd təsərrüfatının  intensiv  inkişaf  etdirilməsinin  əsas 

istiqam


ətlərindən biridir. Suvarma aqrotexniki, aqromeliorativ və təşkilati tədbirlər 

kompleksinin bir hiss

əsidir. 

Respublika

mızda  taxıl  bitkilərinin zolaq, selləmə  və  şırım  üsulları  ilə 

suvarılması  geniş  yayılmışdır.  Zolaqlarla  suvarma  yüngül  torpaqlarda  dar 

c

ərgələrlə  səpilmiş  əkinlərdə  tətbiq  edilir.  Zolaqların  eni  kənd təsərrüfatı 



maşınlarının  bir  və  ya bir neçə  dəfə  en götürümünə  bərabər,  uzunluğu  isə  yerin 

relyefind

ən və torpağın mexaniki tərkibindən asılı olaraq 50-100 m və daha çox ola 

bil


ər. 

Respublika  şəraitində  payızlıq  taxıl  bitkilərinin  arat  edilmiş  sahələrə 

s

əpilməsi  yaxşı  nəticə  verir.  Çünki,  payızda  suvarma  suyundan səmərəli istifadə 



olunur, s

əpsuvara nisbətən məhsuldarlıq  artıq olur,  səpin optimal müddətdə başa 

çatdırılır.  Hamarlanmış  sahələr arat edildikdə  su tarlaya bir-birindən 60-120 sm 

aralı  çəkilmiş  şırımlarla  verilir.  Arat  selləmə  suvarma üsulu ilə  aparılsa, tarla 

suvarmadan 

əvvəl 5-10 m enində uzun zolaqlara bölünməlidir. 

Arat  aparmaq  imkanına  malik  olmayan  təsərrüfatlarda səpsuvar üsulundan 

istifad


ə edilir və suvarma şırımlarla aparılır. Suvarma şırımlarının dərinliyi 13-15 

sm olur v

ə  bir hektar sahəyə  1000-1200 m

3

  su s



ərf  edilir.  Şırımın  uzunluğu 

torpağın xüsusiyyətindən asılıdır. 

Payızda buğda və arpalardan yüksək və sabit məhsul alınaq üçün vegetasiya 

suvarmalarının  vaxtında  və  keyfiyyətli  aparılması  zəruridir. Vegetasiya 

suvarmalarına ilk  növbədə arata  qoyulmuş  əkinlərdə erkən  yazda başlamaq  daha 

s

əmərəlidir. 




 

Payızlıq taxıl bitkiləri inkişaf etdikcə və yaşıl kütləsi artdıqca onların suya 



olan t

ələbatı da artır. Buğdanın suya ən çox tələbatı boruya çıxma fazasından dənin 

süd  yetişmə  dövrünə  qədər təsadüf  edir.  Odur  ki,  bu  inkişaf  dövründə  yüksək 

m

əhsulun əsası qoyulur. Aydındır ki, respublikanın müxtəlif təbii-iqlim şəraitindən 



asılı olaraq payızlıq taxıllara verilən suvarma normaları da müxtəlif olur. 

Sah


ələrdə  tətbiq ediləcək suvarma üsulu mexanikləşdirmə  vasitələrindən, 

sah


ənin relyefindən, qrunt (yeraltı) suların minerallaşma dərəcəsindən və yerləşmə 

d

ərinliyindən, suyun torpağa hopma sürətindən və s. asılı olaraq müəyyənləşdirilir. 



İri  taxılçılıq  təsərrüfatlarının  yaradılması  nəzərdə  tutulmuş  Muğan-Salyan 

bölg


əsinə  daxil olan Salyan, Sabirabad və  Saatlı  rayonlarında  və  Mil-Qarabağ 

bölg


əsində  aparılacaq  taxıl  səpinindən sonra 1 dəfə  səpsuvar  (bu  şum  suyu  da 

adlanır), 3 dəfə vegetasiya suvarmaları aparmaq məsləhətdir. 

Şəki-Zaqatala bölgəsinə  daxil  olan  Şəki və  Qax  rayonlarında  yaradılacaq 

t

əsərrüfatların torpaq sahələrində isə taxıl səpinindən sonra 1 dəfə səpsuvar, 2 dəfə 



vegetasiya suvarması aparmaq məsləhətdir. 

 

Alaq otları və onlarla mübarizə 

 

Alaq otları mədəni bitkilərin, o cümlədən payızlıq buğdanın məhsuldarlığını 



aşağı salmaqla yanaşı həm də onun məhsulunun keyfiyyətini pisləşdirir. Belə ki, 

alaq  otları  torpaqda  olan  qida  maddələrini və  nəmliyi mənimsəməklə  yanaşı 

m

ədəni bitkiləri kölgələndirərək günəş  işığından  məhrum edir. Nəticədə  onların 



böyüm

ə və inkişafı ləngiyir, məhsuldarlığı isə aşağı düşür. 

Buğda sahələrində yabanı vələmir, çöl gülülü, çöl qanqalı, adi turpəng, çöl 

sarmaşığı,  kalış  və  s.  alaq  otları  geniş  yayılaraq  taxıl  əkinlərinə  ciddi ziyan 

vururlar.  Bunlar  yuxarı  yarus  alaq  otlarına  mənsub olub respublikanın  suvarma 

şəraitində  taxıl  əkinlərinə  mənfı  təsir göstərir və  əksər  hallarda  onları  tamamilə 

m

əhv edirlər. 



Alaq  otlarının  göstərilən xüsusiyyətlərini nəzərə  alaraq  onlara  qarşı 

aqrotexniki v

ə  kimyəvi mübarizə  üsullarından  kompleks  şəkildə  istifadə  etmək 

lazımdır. 

 

Aqrotexniki mübariz

ə üsulları 

 

Taxıl sahələrində alaqların geniş yayılmasının əsas səbəbləri təsərrüfatlarda 



növb

əli  əkinlərin tətbiq edilməməsi və  torpaq becərmələrinin düzgün 

aparılmamasıdır. 

Buğda  əkini sahələrində  yayılmış  alaq  otlarına  qarşı  səmərəli mübarizə 

m

əqsədilə  aqrotexniki tədbirlərə  ardıcıl  şəkildə  əməl edilməlidir. Bu tədbirlər 



aşağıdakılardan ibarətdir. 

S

ələf bitkisinin məhsulu vaxtında yığılmalıdır ki, sahədə olan alaq otlarının 



toxumları yetişərək torpağa tökülməsin. 

Taxıl  biçini  qurtardıqdan  sonra  sahələrdə  10-12 sm dərinlikdə  üzləmə 

aparmaq la

zımdır. Bu zaman torpağın üst qatında olan alaq toxumlarının cücərməsi 




Yüklə 7,67 Mb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   273




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə