Kitab Azərbaycanın kənd təsərrüfatının inkişafında və təşəkkül tapmasında misilsiz



Yüklə 7,67 Mb.
Pdf görüntüsü
səhifə53/273
tarix27.10.2017
ölçüsü7,67 Mb.
#6951
1   ...   49   50   51   52   53   54   55   56   ...   273

2.3. 

Payızlıq buğdanın becərilmə texnologiyası 

Respublikamız  şəraitində  payzılıq  buğda  növbəli  əkinlərdə  əsasən  çoxillik 

otlardan, cərgəarası becərilən (pambıq, qarğıdalı, şəkər çuğunduru), tərəvəz, bostan 

dənli-paxlalı,  taxıl  bitkilərindən,  dəmyə  şəraitdə  qara  və  bitkili  herikdən  sonra 

yerləşdirilir. 

Suvarma şəraitində payızlıq buğdanın becərilməsi 

Torpağın əsas və səpinqabağı becərilməsi: 

Taxıl  yığıldıqdan  sonra  sahə  üzlənir,  sonra  mineral  və  üzvi  gübrələr 

verildikdən  sonra  25-27 sm  dərinlikdə  şumlanır.  Cərgəarası  becərilən  bitkilərdən 

sonra 10-

12  sm  dərinlikdə  səthi  becərmə  ilə  kifayətlənmək  olar.  Səpin  qabağı 

diskli mala ilə malalanır və hamarlanır. 

Toxum materialı Raksil (0.08-0.1 L/200 kq toxum) preparatı ilə dərmanlanır. 

Səpin  oktyabrın  sonu  noyabrın  əvvəlində  hektara  4.5-5.0  mln  cücərən  dən 

hesabı ilə 200-220 kq toxum normasında aparılır. 

Müvəqqəti suvarma arxları açıldıqdan sonra səpsuvar aparılır. 

Yazda,  buğdanın  kollanma  fazasında hektara 300-350  lcq  fıziki  çəkidə 

yemləmə şəklində amonium şorası verilir. 

Alaqlara qarşı mübarizə aparmaq üçün 1 ləpəlilərə qarşı 0.6-0.8 L/ha Puma 

Super və ya 0.3-0.4 L/ha Topik, 2 ləpəlilərə qarşı 1.6-2.0 L/ha 2.4 D Amin duzu və 

ya 0.15-


0.18 kq/ha lintur herbisidləri ilə çiləmə aparılır. 

Vegetasiya dövründə 2-3 dəfə suvarma aparılır. 

Məhsul  yığımı  vaxtında  və  qısa  müddətdə  dənlərin  tam  yetişkənliyi 

mərhələsində aparılır. 



Dəmyə şəraitində taxıl sələfındən sonra payızlıq buğdanın becərilməsi 

Torpağın əsas və səpinqabağı becərilməsi: 

Sahə  10-12  sm  dərinlikdə  diskli  alətlə  üzlənir,  üzvi  və  mineral  gübrələr 

verildikdən sonra 20-22 dərinlikdə şumlanır. 

Səpinqabağı sahə 10-12 sm dərinlikdə disklənir və malalanır. 

Toxumlar 200 kq üçün 0.08-

0.1 litr və yaxud 0.6 L Vitovaksla dərmanlanır. 

Hektara 4.0-

4.5 milyon ədəd cücərən dən hesabı ılə (180-200 kq) sentyabrın 

axırı oktyabrın əvvəllərində səpin aparılır. 

Yazda, buğdanın kollanma fazasında hektara 250 kq fıziki çəkidə yemləmə 

şəklində azot gübrəsi (amonium şorası )verilir. 

Birləpəli  alaqlara  qarşı  hektara  0.6-0.8  L  Puma  Super  və  ya  0.3-0.4 L/ha 

Topik,  ikiləpəlilərə  qarşı  1.6-2.0 L/ha 2.4 D-  Amin  duzu  və  ya  0.15-0.18 kq/ha 

lintur herbisidləri çilənir. 

Yazda  buğdanın  kollanma  fazasında  əkinlərin  köndələni  istiqamətində 

yüngül dişli mala (yaşıl mala) çəkilir. 

Məhsul yığımını vaxtında və qısa müddətdə başa çatdırmaq lazımdır. 

 



 

Dəmyə şəraitində qara herikdən sonra payızlıq buğdanın becərilməsi 

Qara herik üçün şumun qaldırılması: 

Sələf  bitkisi  yığıldıqdan  sonra  üzvi  və  mineral  gübrələr  verildikdən  sonra 

iyul-

avqust  aylarında  qara  herik  üçün 25-27  sm  dərinlikdə  şum  qaldırılır. 



Qaldırılmış  şum  bir  il  ərzində  növbəti  səpinə  qədər  2-3  dəfə  becərilir.  Becərmə 

zamanı alaqlara qarşı mexaniki mübarizə aparılmaqla payız-qış dövründə torpaqda 

t

oplanmış nəmliyin buxarlanmasının qarşısı alınır. 



Sonra t

orpaq  səpinqabağı  malalanır  və  hamarlanır.  Toxumlar 

dərmanlandıqdan sonra hektara 4.0-4.5 mln ədəd cücərən dən hesabı ilə (180-200 

kq) sentyabrın  axırı və oktyabrın  əvvəllərində səpin aparılır. 

Yazda buğdanın kollanma fazasmda hektara 200 lcq fıziki çəkidə yemləmə 

şəklində azot gübrəsi (amonium-şorası) verilir. 

Mart-

aprel aylarında birləpəli alaqlara qarşı hektara 0.6-0.8 L Puma Super 



və 0.3-0.4 L/ha Topik, ikiləpəlilərə qarşı 1.6-2.0 L/ha 2.4 D Amin duzu və ya 0.15- 

0.18 kq/ha lintur herbisidləri verilir. 

Yazda  buğdanın  kollanma  fazasında  əkinlərin  köndələni  istiqamətində 

sahəyə yüngül dişli mala ( yaşıl mala) çəkilir. 

Məhsul yığımı qısa müddətdə və itkisiz başa çatdırılır. 

Arpanm  becərilmə  aqrotexnikası  demək  olar  lci,  buğdada  olduğu  kimidir. 

Lakin toxum

ların  səpin  normasını  və  gübrələrin  illik  miqdarını  buğda  bitkisinə 

nisbətən 15-20 % azaltmaq məsləhət bilinir. 

Suvarma şəraitində qarğıdalının dən üçün becərilməsi 

Sahənin əsas və səpinqabağı becərilməsi. 

Sələf  bitkisi  yığıldıqdan  sonra  üzvi  və  mineral  gübrələr  verilir  və  sahədə 

sentyabr ayında 28-30 sm dərinlikdə dondurma şumu aparılır. 

Arat üçün müvəqqəti su arxları açılır və yanvar-mart ayları dövründə hektara 

1200-1400 m

3

 normada su verilir. 



İlk  yazda  nəmliyin  buxarlanmasının  qarşısmı  almaq  üçün  dondurma  şumu 

dişli mala ilə malalanır. 

Səpin  qabağı  torpaq  herbisidləri  (Qoldminin  2  L/ha)  verilir.  Illik  azot 

normasının (5.4 s/ha amonium şorası) 30 %-i (1.6 s/ha) səpin qabağı verildikdən 

sonra səpin aparılır. 

Suvarma şəraitində əlverişli səpin müddəti aprel ayı hesab olunur. 

Səpin hektara 15-20 kq toxum norması ilə aparılır. 

Səpindən  sonra  vegetasiya  suvarmaları  üçün  arxlar  açılır.  Vegetasiya 

dövründə hər biri 600-700 m

 olmaqla 4-



5 dəfə suvarma aparılır. 

Cücərtilər  alındıqdan  sonra  1-ci  cərgəarası  becərmə  aparılır.  Vegetasiya 

dövrün ən çoxu 3 dəfə cərgəarası becərmə aparmaq mümkündür. 

Azot gübr

əsinin  illik  normasınm  40  %-i (2.2 s/ha), 1-ci cərgəarası 

bec


ərmədə, qalan 30 %-i (1.6 s/ha) 3-cü cərgəarası becərmədə verilir. 

Qıcada dənin nəmliyi 40 %-dən aşağı olduqda məhsulu yığmaq olar. 



 


Yüklə 7,67 Mb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   273




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə