Kitab Azərbaycanın kənd təsərrüfatının inkişafında və təşəkkül tapmasında misilsiz


Ərzaq paxlalı bitkiləri və onların becərilməsi



Yüklə 7,67 Mb.
Pdf görüntüsü
səhifə56/273
tarix27.10.2017
ölçüsü7,67 Mb.
#6951
1   ...   52   53   54   55   56   57   58   59   ...   273

 

 



Ərzaq paxlalı bitkiləri və onların becərilməsi 

 

Respublikamızın  torpaq-iqlim  şəraiti  paxlalı  bitkiləri  becərmək  üçün 



əlverişlidir və noxud, lobya, mərcimək və s. bizdə qədimdən becərilir. Yeni iqtisadi 

münasibətlər  dövründə  əkin  sahələri  sxemlərinin  dəyişməsi  və  təlabatla  əlaqədar 

olaraq p

axlalı  bitkilərin  səpin  arealının  genişlənməsini  tələb  edir.  Bu  bitkilərdən 

yüksək  məhsul  almaq  üçün  bölgələr  üzrə  ən  yaxşı  sortunu  seçmək,  onun  səpini 

üçün  torpağın,  toxumun  səpinə  hazırlanmasını,  səpin  müddətini,  üsulunu, 

norm

asını, əkinə edilən qulluq işlərini və s. qaydalarını bilmək lazımdır. 



Azərbaycanda  ən  geniş  yayılmış  və  əhali  tərəfindən  istifadə  edilən  ərzaq 

paxlalarından noxud, adi lobya, mərci və lobyadır, inəlc noxudu). 

 

Noxudun becərilmə aqrotexnikası 

 

Noxudun səpini üçün ən yaxşı sələf payızlıq taxıllar və cərgə arası becərilən 



bitkilərdir.  Taxıl  məhsulu  toplandıqdan  sonar  kövşən  üzlənir.  Səpinə  30-35 gün 

qalmış  25-30  sm  dərinlikdə  əsas  şum  aparılır.  Şum  altına hektara 200-250 kq 

superfosfat  gübrəsi  verilir.  Səpin  qabağı  75-100  kq  gübrə  kultivasiya  zamanı 

vermək lazımdır. Sonra sahə malalanır və səthi hamarlanır. 

Toxum materi

alı kimi təmizlənmiş və çeşidlənmiş toxumdan istifadə olunur. 

Toxum standarta cavab verməlidir. 

Səpin  dağətəyi  bölgələrdə  noyabr  ayınm  1-2  dekadasında,  aran  bölgələrdə 

isə  dekabr  ayının  1-2  dekadasında  və  ya  erkən  yaz  qabağı  fevral  ayının  2-3 

dekadasında,  və  ya  mart  ayının  1  dekadasında  aparılmalıdır.  Noxudun  ən  yaxşı 

səpin üsulu iki cərgəli lent-zolaq üsuludur. Bu zaman zolaqlar arasında 45-60 sm, 

zolaqda cərgələr arasında 15-20 sm ara qoyulur. Dəmyə şəraitində cərgə arası 30- 

45 sm olmaqla bir başa səpin üsulu da yaxşı nəticə verir. Səpin normasına gəldikdə 

hektara 


səpilən  cücərən  toxumların  sayına  görə  müəyyən  edilir.  Lentvari  səpin 

üsulunda  payız  səpini  üçün  400  min,  yaz  səpini  üçün  isə  300-350  min  cücərən 

toxum  effektiv  nəticə  verir.  Başdan-başa  səpində  isə  hektara 0.3-0.4 milyon 

cücərən toxum səpilir. 

Noxud  toxumları  orta hesabla 5-6  sm  dərinliyə  bastırılır.  Ağır  toıpaqlarda 

dayaz, yüngül torpaqlarda 

dərin bastırılır. 

Səpinə qulluq işlərinə gəldikdə isə sahəyə cücərtilər alındıqdan sonra erkən 

yazda 75-100 kq (f.ç) ammo

nium  şorası  verilir.  Alaq  otlarına  qarşı  (2-4 yarpaq 

fazasında) əsas bitkinin inkişaf fazasından asılı olmayaraq Fyuzilad Forte 0-75-1.0 

1/hek. və ya Fyuzilad Super 1-2 1 hek. Çilənir. Cərgə araları vaxtaşırı kultivasiya 

edilir. 

Məhsulun  toplanmasına  gəldikdə  paxlalar  tam  yetişdikdən  sonra  bir  başa 

kombaynla  həyata  keçirilir.  Bunun  üçün  kombaynın  iş  rejimi  dəyişdirilir  və 

müvafıq  olaraq  paxlalı  bitkilərin  yığımı  üçün  nizamlanır.  Toplanmış  məhsul 

təmizləyici  və  çeşidləyici  maşınlardan  keçirilir.  Azərbaycanda noxudun yerli 

Ağdənli, Astarxanbazar yerli, AzNİİZ 303, Nərmin və s. sortları rayonlaşmışdır. 



 


10 

 

Nərmin noxud sortu 

 

Xəstəliklərə və stress iqlim şəraitlərə davamlılığı: Sort noxudun askoxitoz və 

fuzarioz xəstəliklərinə davamlıdır. Quraq şəraitlərə qarşı da davamlı sayılır. 

Səpin  müddəti:  respublikanın  Aran bölgələrində  (Cənubi  Muğan)  I-II  dek. 

dekabr, dağətəyi və dağlıq bölgələrində (Dağlıq Şirvan) II-III dek. martadək səpini 

aparılmalıdır. 

Səpin norması: optimal səpin müddətində dəmyə bölgələrində hektara 300- 

350 min, suvarma şəraitində isə 400-450 min cücərən toxum səpilməlidir. 



Gübrə  norması:  yüksək  məhsul  almaq  üçün  N

30

P



45-50

K

45-50



 

(təsir  edici 

maddə), fıziki çəkidə N

90-100


 

(ammonium şorası-selitra), P

200-250

 

sadə superfosfat, K 



100-115

 kq (kalium 

sulfat) və ya K

80-90


 

kq (kalium xlorid) tətbiq edilməlidir.  



 

Mərcimək 

 

Ərzaq üçün istifadə edilən ən qiymətli paxlalı bitkilərdən biridir. Onun dəni 



qidalılıq  keyfıyyətinə  görə  çox  yüksək  qiymətləndirilir.  Mərciməyin  dəni  nitrat, 

toksiki  maddələr,  radionuklidləri  toplanır  və  ekoloji  cəhətcə  təmiz  məhsul  hesab 

edilir. 

Əlcin 


dövriyyələrində 

və 


heyvandarlığın 

yem 


bazasının 

möhkəmləndirilməsində də mühüm rol oynayır. 

Respublikamızda  iri  dənli  "Arzu"  və  xırda  dənli  "Azər"  mərci  sortları 

rayonlaşmışdır. 



 

Arzu m

ərci sortu 

 

Bitkiləri  35-40  sm  olub,  vegetasiya  dövrü  qış  qabağı  əkinlərdə  (I-II  dek. 



Dekabr) 170-

175 gün, erkən yaz əkinlərində (I-II dek. Fevral) isə 120 günə kimi 

davam edir. Qış qabağı əkinləri yaz əkinlərinə nisbətən yüksək məhsul verir. 

Səpin  norması:  cücərən  dən  hesabı  ilə  2.2-2.5  (çəlci  norması  120-150 

kq/hek)  mln/hek  əkilməlidir.  1000  dənin  kütləsi  60-65 qr-dır.  Gübrə  norması: 

torpaqda qida maddələri P

120


N

60

K



90

 

olmalıdır. 



Məhsuldarlıgı:  potensial  məhsuldarlığı  17-18  sent/hek  təşkil  edir.  Dənin 

qabığı yaşımtıl ləpə yarpaqları açıq sarıdır. 

Becərmə  texnologiyası  əsas  şum  altına  qeyd  edilən  miqdarda  fosfor  və 

kalium  gübrələri  verilir.  Azot  gübrəsi  isə  cücərtilər  tam  alındıqdan  sonar  verilir. 

Səpin cərgə arası 30-35 sm olmaqla aparılır. Adi taxıl səpən (SZU-3.6) qurğu ilə 

hektara 120-

150 kq toxum səpilir. 

Alaqlara qarşı (birləpəli və ot alaqları) Fyuzilad forte herbisidi (11/hek-250- 

300 L.su) bitkilər 7-10 sm olduqda çilənir. 

Toxum böcəklərinə qarşı çiçəkləmədən qabaq və 10 gün ara vaxtı olmaqla 

(yəni  iki  dəfə)  dentis  25  Ec  40  ml/dekar,  Sumusudin  20  EC  20  ml/dekar,  Koru 

Alpha 5 Ec 20 ml/dekar kimi insektosidlər çilənir. 



Məhsulun  toplanması:  mərcinin  aşağı  paxlaları  75%  yetişdikdə  başlamaq 

lazımdır. Yığım səhər saat 11

00

-

ə kimi həyata keçirilir. Yığım zamanı kombaynın 



iş rejimi paxlalı bitkilərin yığım rejiminə (ropox) keçirilməlidir. 


Yüklə 7,67 Mb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   ...   273




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə