Kitab-ibrahim-esas Layout 1



Yüklə 4,35 Mb.
Pdf görüntüsü
səhifə31/50
tarix28.06.2018
ölçüsü4,35 Mb.
#52323
1   ...   27   28   29   30   31   32   33   34   ...   50

A Ğ L I N   Z İ R V Ə S İ N D Ə   S Ö N Ə N   B İ R   Ç I R A Q
156
Avtandil Ağbaba,
Respublikanın əməkdar jurnalisti, dosent
ÖMÜRDƏN QOPAN KƏRPİCLƏR
Q
əfil ölümlər həmişə amansız olub. Hamı kimi mən də
qəfil ölümlərin varlığına inanmamışam. Daha doğ‑
rusu, inanmaq istəməmişəm. Ölüm onsuz da heç kəsə, heç
nəyə baxmadan bildiyini eləyir. Vaxtlı‑vaxtsız, vədəli‑vədəsiz
tutduğunu aparır. Nə qədər acı olsa da, hamı bu sirli varlıqla
barışmalı, taleyin hökmünə boyun əyməli olur.
İbrahimin ölüm xəbəri də beləcə oldu. Qəflətən gəldiyi kimi
qəflətən də getdi. Özü ilə bir dünya kədər qoydu. İbrahimin yox‑
luğundan, əbədiyyətə qovuşmasından doğan bir dünya kədər...
Onun gülərüz çöhrəsini, həlim təbəssümünü, şirin danışı‑
ğını kim unuda bilər?! Sumqayıt Dövlət Universitetində inzi‑
bati və təsərrüfat işləri üzrə prorektor işlədiyi qısa bir
müddətdə böyük bir kollektivin dərin hörmətini qazandı. Eşqi,
amalı yalnız qurub‑yaratmaqdı. Qurdu, yaratdı da. Az bir
müddət ərzində universitetdə xeyli iş gördü. Onu tanıyanların
qəlbində də qurub‑yaradan, həmişə yaxşılığa can atan bir insan
kimi qaldı.


A Ğ L I N   Z İ R V Ə S İ N D Ə   S Ö N Ə N   B İ R   Ç I R A Q
157
İbrahim Ömərov Qərbi Azərbaycanın Ağbaba mahalının
Göllü kəndində anadan olmuşdu. Babası Alı kişi, atası Nizami
Məmmədcanlı Ağbabanın sayılıb‑seçilən kişilərindən idi. Da‑
yıları Kamran və Hümbət Musayevlər Azərbaycanın tanınmış
ziyalılarıdır. Məmmədcanlılar nəsli Qarsdan, Borçalıdan, Qa‑
zaxdan üzü belə səpələnmişdilər. Xeyirxah işləri, işıqlı əməlləri
ilə ad‑san qazanmışdılar. İbrahimin atası Nizami Məmməd‑
canlı ilə gəncliyimdə Ağbabanın Öksüz kənd məktəbində
müəllim işləmişdim. Sonralar tale elə gətirdi ki, onunla bir‑
likdə “Qaçaq Usuf” dastanını toplayıb Bakıda nəşr etdirdik.
Qaçaq Usuf XX əsrin əvvəllərində  çar Rusiyasına qarşı müba‑
rizə aparan el qəhrəmanlarından biri olmuşdu. İgidliyi, səxa‑
vəti ilə ətraf mahallarda da ad çıxarmışdı. Oğlu Məmmədvəli
1918‑ci ildə Qarsın müdafiəsində böyük şücaət göstərmişdi.
İndi Qaçaq Usufun törəmələrinin bir tirəsi Qarsda, Türkiyənin
digər ərazilərində yaşayırlar.
Nizami Məmmədcanlı bu dastandan, onun qəhrəmanları
Qaçaq Usufdan, Allahyar bəydən, Astan ağadan həmişə həyə‑
canla, sinədolusu danışardı. Nizaminin nəsli də Qaçaq Usufun
törəmələrindən idi.  1988‑ci ildə deportasiya olunduqdan sonra
Bakıda məskunlaşmışdı. Ancaq doğma Ağbabanı, Göllünün
buz bulaqlarını, alp çəmənliklərini heç vaxt unuda bilmirdi.
Elə bu həsrətlə dünyadan köçdü. Amansız əcəlin sərt küləkləri
ulu bir nəslin yarpaq tökümünü biçib qurtarmaqdan doymadı.
O yarpaqdan biri də İbrahim oldu. Yaşıl, bahar ətirli bir yar‑
paq... Qədim bir el bayatısında deyilir:
Əzizim hər ayından,
Hər ulduz, hər ayından,
Gündə bir kərpic qopur,
Ömrümün sarayından.


A Ğ L I N   Z İ R V Ə S İ N D Ə   S Ö N Ə N   B İ R   Ç I R A Q
158
Hər dəfə bu bayatı yaddaşımda dolaşdıqca mənə elə gəlir
ki, ömürdən kərpiclər yalnız illərin bir‑birini qovması ilə düş‑
mür. Yaxın və doğma adamları itirdikcə bu kərpiclər seyrəlir,
bir‑bir laxlayıb qopur. İbrahim də neçə‑neçə insanın ömür‑gün
sarayından qəflətən qopan və həmişə yeri görünən qızıl bir
kərpic idi...
İbrahim 
Dünyadan vaxtsız köçmüş 
İbrahim Ömərovun əziz xatirəsinə
Parladı ay kimi, batdı gün kimi,
Bahar çiçəyi tək soldu İbrahim.
Bir axşam ahəstə yumub gözünü,
Əbədi yuxuya daldı İbrahim.
Kimsəyə dərdini açmadı, getdi,
Əngin fəzalara uçmadı, getdi,
Bir cüt balasını qucmadı, getdi,
Dərdini tək özü bildi İbrahim.
Köksündə min arzu, min bir istəyi,
Qurub yaratmaqdı eşqi, diləyi,
Baxmadı sözünə namərd ürəyi,
Ölümün üstünə güldü İbrahim.
Ömür yaz‑qış deyil qayıda gələ,
Kim əlac tapıb ki vaxtsız əcələ?!
Ayrılıb gedəndə eh, gülə‑gülə,
Yenidən dünyaya gəldi İbrahim.


A Ğ L I N   Z İ R V Ə S İ N D Ə   S Ö N Ə N   B İ R   Ç I R A Q
159
Dəyanət Səlimxanlı,
şair‑jurnalist, Məmməd Araz və Qızıl
qələm mükafatı laureatı
Bir səhərin baş Mübtədasından gələn ağrılı, 
acılı baş 
Xəbər və ya nekroloq əvəzi
G
ecə doğan bu acı xəbərin çəkisi o qədər ağır idi ki,
səhər açılmaq bilmirdi. O gecə bu acı xəbərdən telefon
zəngləri ürpəşir, səksənir, inanmır, özünə yer tapa bilmirdi. O
gecənin baş xəbəri – dünyasını dəyişdi İbrahim. Əslində elə
baş mübtəda da İbrahim idi. İşlədiyi son iş yerində qısa vaxtın
böyük məhəbbət, hörmət, istək dünyasını yaşadı İbrahim. Çox‑
larının illərlə qazana bilmədiyi sevgi dolu bir ünvanı, ümmanı,
imanı qazandı İbrahim. Nə vaxt rastlaşırdımsa, salamlaşmağı
bir an cəkirdi. Elə hey, hey, hey tələsirdi. İlk tanışlığımız za‑
manı iş otağında görüşəndə dedim: Üzündə o qədər nur var,
elə bil İlahinin sevgi işığıdır. Bunları deyə‑deyə ürəyimdə İb‑
rahimin ömür qatarının son dayanacağını duymuşdum.
Həyatimda Allahın çox sevib uca dərgahına çox tez apardığı
cavanları çox görmüşdüm. Yenə İbrahim tələsirdi otaqdan çıx‑
mağa. Bilirsən nə qədər işlər var deyə, bir az da duruxdu.
Qəribə idi. Hər bir işi sona çatdırmağa can atırdı hər gün.


A Ğ L I N   Z İ R V Ə S İ N D Ə   S Ö N Ə N   B İ R   Ç I R A Q
160
Otaqları bir‑bir gəzib, kimin nə ehtiyacı var deyirdi. Tələsirdi
İbrahim...
Acı xəbərdən iki gün əvvəl Mətbuat Xidmətinin otağına gəl‑
mişdi. Narahat olmayın, nə lazımdırsa deyin. Bəs mən nə üçün
bu vəzifədə işləyirəm. Üzünün təbəssümü o qədər nurlu gö‑
rünürdü ki, sanki səmadan çox‑çox yuxarıdan bir xəbər al‑
mışdı. İşlər çox, çox, çox. Amma...
Bir çox otaqların yenilənməsinə, təzələnməsinə, əlavə otaq‑
ların tikilməsinə ehtiyac var.
Xeyli işlər görmüşdü, üzüdönmüş ömrün qısa zaman kəsi‑
yində nə qədər işlərə başlamışdı.
Amma, ancaq, lakin. Nə cür yazsaq, hansı formada sözü iş‑
lətsək də, artıq ömrünün zaman, an, həyat saatının hərəkət sa‑
niyəsi, dəqiqəsi dayandı.
Qəribə olan bu möcüzənin isə mən şahidi oldum, onu hiss
etdim. Tabutu ata evindən çıxarkən mən də çiynimi altına
verib, əzizləri ilə birlikdə yavaş‑yavaş gedərkən o anda elə bil
İbrahim yatdığı tabutda da son mənzilə tələsirdi. Tabut o qədər
incə və yüngül idi ki....
İbrahim son vida görüşündə belə nə əzizlərini, nə də dost‑
larını incitmək istəmirdi. Doğrusu kitablar deyirlər Uca Allah
öz dostlarını öz dərgahına apararkən yer üzünə mələklər gön‑
dərir. O mələklər tabutla birlikdə son mənzilə qədər gedirlər.
Hə a cənazə namazını da qılırlar. Bu gözəl gün isə hər insana
nəsib olmur. Sən doğurdan da Allah dostlarından idin, İbra‑
him. Yer üzündə də çoxlu dostların var. Vida anında işlədiyin
“Xalq qəzeti”nin kollektivi, baş redaktor Həsən Həsənov, “Res‑
publika” qəzetinin baş redaktoru, professor Teymur Əhmədov,
tanıdığım və tanımadığım şəxslərin, ən başlıcası son iş yerinin
Sumqayıt Dövlət Universitetinin böyük ağrı, acısı içində son
mənzilə aparıldın.


Yüklə 4,35 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə