Kitab-ibrahim-esas Layout 1



Yüklə 4,35 Mb.
Pdf görüntüsü
səhifə37/50
tarix28.06.2018
ölçüsü4,35 Mb.
#52323
1   ...   33   34   35   36   37   38   39   40   ...   50

A Ğ L I N   Z İ R V Ə S İ N D Ə   S Ö N Ə N   B İ R   Ç I R A Q
183
Gözəl İbrahim
hekayə
Dostum İbrahim Nizami oğlu Ömərovun 
əziz xatirəsinə
S
aray. Padşah öz taxtında oturub. Ətrafında fərraşlar. Baş
vəzir, vəzir, vəkil, əyanlar da başlarını aşağı salıb, du‑
rublar. Heç kim dinmir. Padşah da dərin xəyala gedib. Birdən:
‑ Adı nədir onun?
‑ İbrahim.
‑ Silahlıdır?
‑ Xeyr, şah sağ olsun.
‑ Ətrafına, başına qoşun yığır?
‑ Xeyr, şah sağ olsun.
‑ Bəlkə, məmləkətimin, taxt‑tacımın əleyhinə nəsə hədyan‑
lar danışır?
‑ Xeyr, şah sağ olsun.
‑ Cadugərdir onda.
‑ O da yox.
‑ Bəs nə? Nədir axı sizi qorxudan ki, üstümə qaçmısınız.
‑ Bilmirik, şah sağ olsun. Qonşu məmləkətdən məktub gəlib.
Yazırlar ki, “İbrahimdən axır ki, canımızı qurtardıq. Hüdudla‑
rımızacan təqib elədik. O da keçdi sizin tərəfə. Bizdən demək‑
dir – ehtiyatlı olun. Çox təhlükəli adamdır”.
‑ Nədir axı, bunun təhlükəsi?
‑ Başqa heç nə yazmırlar.
Bəs təhlükəliydisə, niyə edam eləməyiblər?
‑ Təhlükə də, deyəsən, bundadır, şah sağ olsun. İbrahimə


A Ğ L I N   Z İ R V Ə S İ N D Ə   S Ö N Ə N   B İ R   Ç I R A Q
184
toxunmaq mümkün deyil.
‑ Heç nə anlamıram. Eybi yox ‑ qoy gəlsin. Mən onunçün
qonşu məmləkətin padşahı deyiləm. Mənim qorxumdan
göydə uçan quş da qanad salar. Bu məmləkətdə nə dedim, o
da olmalıdır. Yoxsa ki, durub bir İbrahimdən qorxsam, day
mənə niyə padşah desinlər ki? Hardadır indi o məlun?
‑ Torpağımızı kənd‑kənd, şəhər‑şəhər gəzərək gəlir. Hamı‑
sında da yəqin öz küfrünü yayır.
‑ Bəs qazilər, valilər nəylə məşğuldurlar? Bir əncam çəkmir‑
lər. Gərək hökmən paytaxta gəlib çıxsın, sonra? Hər şeyə mən
qərar verməliyəm?
‑ Hamısına məktub göndərmişik. Cavab gəlib ki, heç nə edə
bilmirik İbrahimə. Nə həbs etmək mümkündür, nə də boynun
vurdurmaq.
‑ Qəribə işə düşdük də... Dövlət işləri qalıb bir yanda, bu
boyda padşah işini‑gücünü buraxıb hansısa İbrahim haqqında
düşünməlidir.
Ortaya sükut çökür. Padşah da fikrə dalır. Saray əyanları da
başlarını aşağı salıb guya ki, vəziyyətdən çıxış yolunu arayır‑
lar. Bu an carçılardan biri çaparaq sarayın həyətinə daxil olur.
Tezcə padşahın hüzuruna gələrək təzim edir.
‑ Şahım!
‑ Hə, nə olub? Tez de. Belə çaparaq gəlməyindən başa dü‑
şülür ki, vacib məsələdir.
‑ Bəli, qibleyi‑aləm. İbrahim paytaxta daxil oldu.
‑ Nə?! Vacib xəbər budur? Yox. Ya siz məndən nəsə gizlədir‑
siniz, ya da ki, bu İbrahim doğurdan da təhlükəli adamdır.
‑ Şah sağ olsun, tutub gətirəkmi saraya?
‑ Nə edib?
‑ Heç nə.
‑ Bəs onda nə səbəb göstərəcəksiniz həbsinə. Siz məni rəiy‑


A Ğ L I N   Z İ R V Ə S İ N D Ə   S Ö N Ə N   B İ R   Ç I R A Q
185
yət arasında biabırmı etmək istəyirsiniz? Bu məmləkətdə qa‑
nunlar var. Bu qanunlara da hamı tabedir. O cümlədən mən
də, şahzadələr də, vəzir‑əyanlar da. Məni el içində xarmı etmək
istəyirsiniz? Xalq nə deyər? Deməzmi ki, taqsırı olmayan bir
adamı tutub apardılar. Qoy yaşasın. Özünü pis aparsa, qazi
var, divan var. Cəzasını da onlar verər.
‑ Başüstə, qibleyi‑aləm.
Padşah yenidən fikrə gedir. Yox, bəlkə düz deyirlər. Xatalı
adamdır bu İbrahim. Vaxtında tədbir görülməsə sonra gec olar.
Dərviş paltarı geyinib gecə çıxaram şəhərə. Gözümlə görsəm
yaxşıdır.
‑ Hamınız azadsınız. Vəzir, sən qal.
‑ Başüstə, qibleyi‑aləm.
Hamı çıxdıqdan sonra:
‑ Vəzir, öyrən o İbrahimin qaldığı evi. Gecə dərviş paltarı
geyib ziyarətinə gedəcəyik. Görək bu necə adamdır.
Gecə düşür. Padşah vəziriylə dərviş paltarında şəhərə çıxır.
İbrahimin gecələdiyi komanın yanına gəlib qapısını döyürlər.
‑ Qapı açıqdır. Gəlin.
‑ Salam.
‑ Buyurun, xoş gəlmisiniz. Deyəsən, uzaq yoldan gəlirsiniz.
‑ Hardan bildiniz?
‑ Geyiminizdən. Özü də elmli adama oxşayırsınız. Səhv et‑
mirəmsə dərvişsiniz.
‑ Düz tapdız. Kənd‑kənd gəzib öz təriqətimizi yayırıq, təbliğ
edirik. Siz bu şəhərdə çoxdan yaşayırsınız?
‑ Yox, elə mən də bir növ sizin kimi dərvişəm. Amma heç
bir dini, elmi yaymaq fikrim yoxdur. Hamı kimi yaşamaq, ev‑
eşik sahibi olmaq, ailə qurmaq istəyirəm. Amma hara gedi‑
rəmsə bir aydan artıq qalmağa qoymurlar. Sürgün edirlər.
Bilmirəm nə etmişəm bu insanlara. İndi də bu məmləkətə gəl‑


A Ğ L I N   Z İ R V Ə S İ N D Ə   S Ö N Ə N   B İ R   Ç I R A Q
186
mişəm. Deyirlər padşahı çox adil bir insandır. Görüm bəxtim
gətirsə, bu şəhərdə qalıb yaşayacağam. Ta ömrümün axırına‑
can.
‑ Kimə nə etmisən ki, elə hey sürgün edirlər səni?
‑ Heç nə. Amma hara gedirəmsə şahzadələrin, saray əyan‑
larının gözü götürmür məni. Mən kim, onlar kim. Mən adi,
səfil, dilənçi bir adamam. Amma nədənsə onların qəzəbinə tuş
gəlirəm.
Padşah mat‑mat vəzirinə baxır. Axı bu İbrahim nə danışır?
Bir şey başa düşdünmü? Vəzir də başını bulayır. Yəni ki, heç nə.
‑ Axı bir şey eləməsən sənə kimin haqqıdır ki, nəsə deyə.
Yəqin nəsə var ki, qəzəbə tuş gəlirsən.
‑ Yox, bir şey etsəm zindana salarlar, edam edərlər. Amma
heç kim mənə heç nə etmir. Sadəcə qovurlar. Bir şəhərdən o
biri şəhərə, bir məmləkətdən o biri məmləkətə. Beləcə, sərgər‑
dan həyatı keçirirəm. Yəqin ac olarsınız.
İbrahim ayağa durur. Boxçasını gətirib açır. Süfrə salır.
Lavaş, pendir, göy soğanı ortaya qoyur. Lavaşdan qoparır. Ara‑
sına pendirlə soğan qoyaraq dürmək düzəldir. Birini şaha, o
birini vəzirə verir. Dolçada su gətirib bardaqlara tökür.
‑ Nuş edin. Kasıbın olanından. Görüm sabah nə iş tapıram.
Gələn dəfə gələndə yəqin sizi başqa cürə qonaq edərəm.
‑ Əlindən nə gəlir ki?
‑ Heç nə. Bir yerdə dura bilirəm ki, bir sənət də öyrənim?
‑ Bəs nəylə dolanırsan?
‑ Xalq sağ olsun, onlar dolandırırlar. Biri çörək gətirir, biri
su. Hərənin gücü çatdığından. Bu daxmanı da birisi verib
mənə ki, yaşa. Hara gedirəmsə çox istəyir sadə camaat məni.
‑ Axı nəyə görə?
‑ Heç özüm də bilmirəm. Yaxşı, səhər açılır. Siz dincəlin,
uzun yol gəlmisiniz. Mənim isə işim var, getməliyəm. Hə, ya‑


Yüklə 4,35 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə