84
Əhməd Sami Elaydi
Araşdırmaya cəlb edilən dövrdə sosial-siyasi problemlərə
həsr olunan əsərlər içərisində Sabir Əhmədlinin «Kef» romanı
diqqəti cəlb edən bədii örnəklərdən biri kimi səciyyələndirilə
bilər. Romanda təsvir olunan hadisələrin süjet xəttinin əsasın-
da bir yazıçı və onun ailəsinin taleyi ilə bağlı məqamlar dayan-
sa da, müəllif bütövlükdə çağdaş Azərbaycan cəmiyyətinə xas
olan problemləri ümumiləşdirmişdir. Yazıçının digər əsərləri
üçün səciyyəvi olan ictimai gerçəkliyə aktiv münasibət və onu
dəyərləndirmə meyilləri burada da davam etdirilmişdir. Lakin
müəllif əvvəlki əsərlərində qaldırdığı bir çox sosial məsələlərə
daha sərt mövqedən münasibət bildirmiş, bədii mətni bu məc-
rada aşkarlamağa çalışmışdır.
Romanın özünəxas cəhətlərindən biri burada cəmiyyət hə-
yatı üçün son dərəcə aktual olan sosial problemin bədii-publi-
sistik müstəvidə çözülməsi və bədii həllini tapmasıdır. Müəllif
yazıçı obrazının timsalında hansı vasitə ilə olursa-olsun, pre-
zident təqaüdü almağa çalışan, məqsədinə çatmaq üçün dəri-
dən-qabıqdan çıxan, bədii yaradıcılığa ailəsini dolandırmaq
vasitəsi kimi baxan çağdaş qələm sahiblərinin ümumiləşdiril-
miş bədii obrazını yaratmışdır.
«– Hər halda azı, on nəfər yazıçı olmalıdır, – dedi kişi. –
Əslində, bu məsələni yazıçılar qaldırıblar, işin himi yazıçılarla
söhbətdə qoyulub, qurultayda vəd verilmişdir. Azı, onu yazıçı
olmalıdır. Yazıçıların dolanışığı hamısından ağırdır. Özü də, o
birilər, rəssamlar, heykəl düzəldənlər bir yolla qazanırlar, ya-
zıçı qalıb Allah umuduna. Nə kitab çıxara bilir, nə qonorar var.
Gərək sponsor tapasan. Sponsorlar da öz yaxınına, tanışa, qa-
zancla bağlı kömək edir. Azı, on nəfər yazıçı olmalıdır. Onun
biri də mütləq mən olmalıyam. Amma bilmədim «ömürlük»
nədir. Bu, yardımdır, yoxsa təqaüd? Nə qədər oldu?
– Bir milyon!
– Adambaşına?
– Bilmədim.
Müstəqillik dövrü Azərbaycan romanı
85
– Nədir bu? Təqaüddür, aylıqdır, birdəfəlik yardımdır, yoxsa?
– Saat on birdə də xəbərləri verirlər. Bəlkə, onda aydın eşidərik.
– Ona hövsələ çatarmı? Bəlkə, vermədilər» (39, s, 108).
Sabir Əhmədli roman boyu cərəyan edən hadisələr fonunda
yazıçının prezident təqaüdü alması problemini müxtəlif priz-
malardan işıqlandırmağa çalışır. Bu məsələ ilə bağlı müxtəlif
epizodların fərqli formalarda təsvir olunması qaldırılan sosi-
al problemin ayrı-ayrı məqamlarının üzə çıxarılmasına imkan
verir. Yazıçının taleyi fonunda dolayısı ilə Azərbaycan ziyalı-
larının və bütövlükdə, xalqın sosial problemləri əks olunmuş-
dur. Təsvir olunan hadisələr oxucuda istər-istəməz belə bir
sual doğurur: Əgər bir yazıçı, yaxud ziyalı öz şəxsi qayğılarını,
maddi təminatını həll edə bilmirsə, xalqın problemlərini necə
həll edəcək?! Və istər-istəməz bu suala mənfi cavab verməli
olursan. Eyni zamanda, müəllifi n qənaətincə, prezident təqaü-
dü almağı öz idealına çevirən bir ziyalının xalqının problemlə-
rini həll etməsi mümkün deyildir.
Romanda qaldırılan problemlərdən biri də qaçqınlar və köç-
künlərin taleyi ilə bağlıdır. Yazıçı doğma yurdundan didərgin
düşən bu insanların taleyi timsalında Azərbaycanın sosial prob-
lemlərinin daha genişmiqyaslı olduğuna diqqət yetirmişdir.
«– Millət deyilik! – dedi kişi. Biz millət olsaq, bir mil-
yon insanımız çöllərdə, yırtıq-deşik çadırlarda qalmazdı.
Bakıda, Abşeron bağlarında nə qədər boş mənzil var. Ailə var
ki, iki nəfər dörd yüz kvadrat mənzildə yaşayır. Nabrandan
Qobustanadək bütün sanatoriyalar, bağlar boşdur. Yerləşdirə
idilər qaçqınları o yerlərdə. Həmrəylik, biri-birinə yanmaq
belə olardı.
– Təkcə qaçqınlar deyil dərdimiz. Hərki-hərkilik bürüyüb
ölkəni. Rüşvət, korrupsiya baş alıb gedir... » (39. s, 216).
Yaxud başqa bir epizoda nəzər salaq:
«– Ürəyim ağrıyır. Sinoptiklər havanın korlanacağını bildirir-
lər. Gözümün qabağına gəlir, Bərdədə, Ağcabədidə, vaqonetka-
86
Əhməd Sami Elaydi
larda, Biləsuvarda cındır çadırlarda qalmış qaçqınlar. Eşitdiniz,
qaçqınlara yardım vəsaitindən əlli milyon dollaracan pul ye-
yiblər. Gör bir, nə axtarır ki, ona yardım edib, savab qazansın.
Bunlar ac-yalavac qoyduqları yoxsulların, evsiz-eşiksiz qalmış
yazıqların tikəsini boğazdan çıxarırlar... » (39, s, 215).
Qeyd edək ki, romanda qaçqınlar problemləri həm yazıçının
təhkiyəsində, həm də müxtəlif obrazların dilində təsvir olunur.
Sabir Əhmədlinin «Kef» romanı haqqında bir sıra məqalələr
yazılsa da, bu tədqiqatlarda əsərin ideya-estetik mahiyyəti yetə-
rincə üzə çıxarılmamışdır. Əksinə, bir çox hallarda müəllifi n
sətiraltı formada ifadə etdiyi fi kirləri, şərti-metaforik üslubun
imkanlarından bəhrələnərək irəli sürdüyü qənaətləri təhrif olun-
muşdur (98; 99; 100). Lakin romanda təsvir edilən hadisələr
ciddi sosial-siyasi problemlərlə müşayiət olunduğu üçün onun
hərtərəfl i şəkildə dəyərləndirilməsinə ehtiyac vardır.
Çağdaş Azərbaycan nəsrinin görkəmli nümayəndələrindən
biri olan Seyran Səxavətin «Nekroloq» romanı da sosial-siyasi
problemlərin bədii təcəssümü baxımından diqqəti çəkməkdə-
dir. Romanda son dövrlərdə Azərbaycanda cərəyan edən icti-
mai-siyasi hadisələr şərti-metaforik üslubun imkanları fonun-
da bədii əksini tapmışdır.
«Nekroloq» romanı vahid süjet əsasında yazılmış bir əsər
deyildir. Əsəri ənənəvi romanlardan fərqləndirən cəhətlərdən
biri də məhz bununla bağlıdır. Belə ki, romanda bir-biri ilə
uzaq rabitəsi olan fərqli süjetlər verilmiş, dövrün ictimai-si-
yasi və mənəvi-psixoloji ab-havası bu süjetlərin çərçivəsinə
hopdurulmuşdur.
Ümumiyyətlə, «Müasir romanda müxtəlif süjet xətlərinin
fi kri assosiativlik əsasında əlaqələnməsi geniş yayılmışdır.
«Nekroloq» romanında da ayrı-ayrı süjet xətləri ilk növbədə
fi kri assosiativliklə bir-birinə bağlanır və kompozisiya yaradır.
Bu əsəri süjet-kompozisiya tərtibatına görə «hekayələr roma-
nı» da adlandırmaq olar» (127, s. 238).
Dostları ilə paylaş: |