Kitab indd



Yüklə 1,07 Mb.
Pdf görüntüsü
səhifə27/56
tarix08.07.2018
ölçüsü1,07 Mb.
#54159
1   ...   23   24   25   26   27   28   29   30   ...   56

84
Əhməd Sami Elaydi
Araşdırmaya cəlb edilən dövrdə sosial-siyasi problemlərə 
həsr olunan əsərlər içərisində Sabir Əhmədlinin «Kef» romanı 
diqqəti cəlb edən bədii örnəklərdən biri kimi səciyyələndirilə 
bilər. Romanda təsvir olunan hadisələrin süjet xəttinin əsasın-
da bir yazıçı və onun ailəsinin taleyi ilə bağlı məqamlar dayan-
sa da, müəllif bütövlükdə çağdaş Azərbaycan cəmiyyətinə xas 
olan problemləri ümumiləşdirmişdir. Yazıçının digər  əsərləri 
üçün səciyyəvi olan ictimai gerçəkliyə aktiv münasibət və onu 
dəyərləndirmə meyilləri burada da davam etdirilmişdir. Lakin 
müəllif əvvəlki əsərlərində qaldırdığı bir çox sosial məsələlərə 
daha sərt mövqedən münasibət bildirmiş, bədii mətni bu məc-
rada aşkarlamağa çalışmışdır. 
 Romanın özünəxas cəhətlərindən biri burada cəmiyyət hə-
yatı üçün son dərəcə aktual olan sosial problemin bədii-publi-
sistik müstəvidə çözülməsi və bədii həllini tapmasıdır. Müəllif 
yazıçı obrazının timsalında hansı vasitə ilə olursa-olsun, pre-
zident təqaüdü almağa çalışan, məqsədinə çatmaq üçün dəri-
dən-qabıqdan çıxan, bədii yaradıcılığa ailəsini dolandırmaq 
vasitəsi kimi baxan çağdaş qələm sahiblərinin ümumiləşdiril-
miş bədii obrazını yaratmışdır. 
«– Hər halda azı, on nəfər yazıçı olmalıdır, – dedi kişi. – 
Əslində, bu məsələni yazıçılar qaldırıblar, işin himi yazıçılarla 
söhbətdə qoyulub, qurultayda vəd verilmişdir. Azı, onu yazıçı 
olmalıdır. Yazıçıların dolanışığı hamısından ağırdır. Özü də, o 
birilər, rəssamlar, heykəl düzəldənlər bir yolla qazanırlar, ya-
zıçı qalıb Allah umuduna. Nə kitab çıxara bilir, nə qonorar var. 
Gərək sponsor tapasan. Sponsorlar da öz yaxınına, tanışa, qa-
zancla bağlı kömək edir. Azı, on nəfər yazıçı olmalıdır. Onun 
biri də mütləq mən olmalıyam. Amma bilmədim «ömürlük» 
nədir. Bu, yardımdır, yoxsa təqaüd? Nə qədər oldu? 
– Bir milyon! 
– Adambaşına? 
– Bilmədim. 


Müstəqillik dövrü Azərbaycan romanı
85
– Nədir bu? Təqaüddür, aylıqdır, birdəfəlik yardımdır, yoxsa? 
– Saat on birdə də xəbərləri verirlər. Bəlkə, onda aydın eşidərik. 
– Ona hövsələ çatarmı? Bəlkə, vermədilər» (39, s, 108). 
Sabir Əhmədli roman boyu cərəyan edən hadisələr fonunda 
yazıçının prezident təqaüdü alması problemini müxtəlif priz-
malardan işıqlandırmağa çalışır. Bu məsələ ilə bağlı müxtəlif 
epizodların fərqli formalarda təsvir olunması qaldırılan sosi-
al problemin ayrı-ayrı məqamlarının üzə çıxarılmasına imkan 
verir. Yazıçının taleyi fonunda dolayısı ilə Azərbaycan ziyalı-
larının və bütövlükdə, xalqın sosial problemləri əks olunmuş-
dur. Təsvir olunan hadisələr oxucuda istər-istəməz belə bir 
sual doğurur: Əgər bir yazıçı, yaxud ziyalı öz şəxsi qayğılarını, 
maddi təminatını həll edə bilmirsə, xalqın problemlərini necə 
həll edəcək?! Və istər-istəməz bu suala mənfi  cavab verməli 
olursan. Eyni zamanda, müəllifi n qənaətincə, prezident təqaü-
dü almağı öz idealına çevirən bir ziyalının xalqının problemlə-
rini həll etməsi mümkün deyildir. 
Romanda qaldırılan problemlərdən biri də qaçqınlar və köç-
künlərin taleyi ilə bağlıdır. Yazıçı doğma yurdundan didərgin 
düşən bu insanların taleyi timsalında Azərbaycanın sosial prob-
lemlərinin daha genişmiqyaslı olduğuna diqqət yetirmişdir. 
«– Millət deyilik! – dedi kişi. Biz millət olsaq, bir mil-
yon insanımız çöllərdə, yırtıq-deşik çadırlarda qalmazdı. 
Bakıda, Abşeron bağlarında nə qədər boş mənzil var. Ailə var 
ki, iki nəfər dörd yüz kvadrat mənzildə yaşayır. Nabrandan 
Qobustanadək bütün sanatoriyalar, bağlar boşdur. Yerləşdirə 
idilər qaçqınları o yerlərdə. Həmrəylik, biri-birinə yanmaq 
belə olardı. 
– Təkcə qaçqınlar deyil dərdimiz. Hərki-hərkilik bürüyüb 
ölkəni. Rüşvət, korrupsiya baş alıb gedir... » (39. s, 216). 
Yaxud başqa bir epizoda nəzər salaq: 
«– Ürəyim ağrıyır. Sinoptiklər havanın korlanacağını bildirir-
lər. Gözümün qabağına gəlir, Bərdədə, Ağcabədidə, vaqonetka-


86
Əhməd Sami Elaydi
larda, Biləsuvarda cındır çadırlarda qalmış qaçqınlar. Eşitdiniz, 
qaçqınlara yardım vəsaitindən  əlli milyon dollaracan pul ye-
yiblər. Gör bir, nə axtarır ki, ona yardım edib, savab qazansın. 
Bunlar ac-yalavac qoyduqları yoxsulların, evsiz-eşiksiz qalmış 
yazıqların tikəsini boğazdan çıxarırlar... » (39, s, 215). 
Qeyd edək ki, romanda qaçqınlar problemləri həm yazıçının 
təhkiyəsində, həm də müxtəlif obrazların dilində təsvir olunur. 
Sabir Əhmədlinin «Kef» romanı haqqında bir sıra məqalələr 
yazılsa da, bu tədqiqatlarda əsərin ideya-estetik mahiyyəti yetə-
rincə üzə  çıxarılmamışdır.  Əksinə, bir çox hallarda müəllifi n 
sətiraltı formada ifadə etdiyi fi kirləri,  şərti-metaforik üslubun 
imkanlarından bəhrələnərək irəli sürdüyü qənaətləri təhrif olun-
muşdur (98; 99; 100). Lakin romanda təsvir edilən hadisələr 
ciddi sosial-siyasi problemlərlə müşayiət olunduğu üçün onun 
hərtərəfl i şəkildə dəyərləndirilməsinə ehtiyac vardır. 
Çağdaş Azərbaycan nəsrinin görkəmli nümayəndələrindən 
biri olan Seyran Səxavətin «Nekroloq» romanı da sosial-siyasi 
problemlərin bədii təcəssümü baxımından diqqəti çəkməkdə-
dir. Romanda son dövrlərdə Azərbaycanda cərəyan edən icti-
mai-siyasi hadisələr şərti-metaforik üslubun imkanları fonun-
da bədii əksini tapmışdır. 
«Nekroloq» romanı vahid süjet əsasında yazılmış bir əsər 
deyildir. Əsəri ənənəvi romanlardan fərqləndirən cəhətlərdən 
biri də  məhz bununla bağlıdır. Belə ki, romanda bir-biri ilə 
uzaq rabitəsi olan fərqli süjetlər verilmiş, dövrün ictimai-si-
yasi və  mənəvi-psixoloji ab-havası bu süjetlərin çərçivəsinə 
hopdurulmuşdur. 
Ümumiyyətlə, «Müasir romanda müxtəlif süjet xətlərinin 
fi kri  assosiativlik  əsasında  əlaqələnməsi geniş yayılmışdır. 
«Nekroloq» romanında da ayrı-ayrı süjet xətləri ilk növbədə 
fi kri assosiativliklə bir-birinə bağlanır və kompozisiya yaradır. 
Bu əsəri süjet-kompozisiya tərtibatına görə «hekayələr roma-
nı» da adlandırmaq olar» (127, s. 238). 


Yüklə 1,07 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə