Kitab indd



Yüklə 1,07 Mb.
Pdf görüntüsü
səhifə36/56
tarix08.07.2018
ölçüsü1,07 Mb.
#54159
1   ...   32   33   34   35   36   37   38   39   ...   56

112
Əhməd Sami Elaydi
mayəndələrindən fərqləndirən cəhətlərdən biri məhz bu amillə 
bağlıdır. Digər tərəfdən əsərlərindəki publisistik çalar yazıçıya 
qaldırdığı problemləri daha çox müstəqim şəkildə təqdim et-
məyə imkan verməkdədir. 
Sabir  Əhmədlinin yaradıcılığında «Axirət sevdası» romanı 
xüsusi yer tutur. Azərbaycan-Ermənistan münaqişəsi, Azər-
baycan xalqının öz vətənində olmazın müsibətlərə düçar olması 
və didərginlərə çevrilməsi əsərin əsas mövzusunu təşkil edir. O 
cümlədən Sabir Əhmədlinin 24 yaşlı igid oğlu Məhəmmədin 
vətən sevgisi, o yolda canını belə əsirgəməməsi ədibin bu barə-
də düşüncələri əsərin mövzusuna daxildir (100, s. 58). 
 Əvvəlcədən oxucunun diqqətini çəkək ki, Sabir Əhmədlinin 
böyük qardaşı Cəmil Əhmədov sovet dövründə şəhid oldu və 
ondan 50 il sonra daha bir itki... bu dəfə oğlu Məhəmməd idi. 
Tarixin bu iki məqamı Sabir Əhmədliyə  dərd, ağrı  və  həm 
də ucalıq gətirdi. «Axirət sevdası» tarixin, zamanın Sabir 
Əhmədliyə diqtə etdiyi və kimsənin belə dərd və ağrı ilə yaza 
bilməyəcəyi oğul dağından yarandı (153). 
 Romanın əsas süjet xətti və müəllifi  əsər boyu düşündürən 
problemlərdən biri ölüm və ruhdur. Müəllif ölüm və ruhun 
sirlərini açmağa çalışır. Biz deyə bilərik ki, müəllif iki dəfə 
yaxınlarının ölümə məruz qaldıqlarına görə ölüm onun diqqət 
mərkəzindədir. O, ölümün mahiyyəti, səbəbləri və insanın 
öldükdən sonra nələrə məruz qalacağı ilə maraqlanır. «Ölüm 
kabusu yarandığı gündən bəşər övladını  təlaşlandırır. Bütün 
bəşər yoxluğa yürüyür. Doğrudanmı ölüm çarəsizdir? Bu ədə-
bi sualı arayırıq. Guya son anda ömrün axıra çatdığı yerdə bu 
sualın cavabı da tapılacaq» (39, s. 10). 
 Yuxarıdakı sitat göstərir ki, ölüm nə qədər müəllifi  düşün-
dürür və onu bir nəticəyə gəlməyə vadar edir. O nəticə bun-
dan ibarətdir ki, «insan ölümlə barışa bilməz». Müəllif özü bu 
nəticəni belə qeyd edir, «Üstündən üç i1 keçmişdir. ÖLÜM-ü 
ona yaraşdıra bilmirsən. Özünü şəhid atası kimi görməkdən 


Müstəqillik dövrü Azərbaycan romanı
113
bilmərrə çəkinirsən. Doğrudur, bu, bütün ölümlərin ən şərəfl isi 
olsa da, sən: «bıçaqlanıb ölmədi, bir alçaq iş üstə getmədi, - 
soruşana deyə də bilməyəsən nədən oldu». Yox, qat-qat şərəfl i 
olsa da, onun ölümü ilə barışmaq olmaz» (39, s. 60). 
Bu məqamda qeyd etmək lazımdır ki, şəhid ölmür. Onlar 
Allah dərgahında diridirlər. Şəhidlik rütbəsi yüksək və şərəfl i 
bir rütbədir. Allah Qurani-Kərimdə belə buyurur: «Allah yo-
lunda öldürülənlərə  (şəhid olanlara) «ölü» deməyin.  Əksinə 
onlar (Allah dərgahında) diridirlər. Lakin siz bunu dərk etmir-
siniz» (91, s. 125). 
Amma buna baxmayaraq, demək olar ki, Sabir Əhmədli «ro-
manını sadəcə müharibə mövzusu üzərində qurmamışdır, müha-
ribə vasitəsi ilə ölüm motivini bədii-metafi zik təhlil müəllifi n ro-
manda qarşısına qoyduğu ən əsas yaradıcılıq problemi və vəzifəsi 
olmuşdur. Bəli, müharibə ölümdür, insanın ölümü» (93, s. 293). 
 Romanda diqqəti çəkən məqamlardan biri ruh məsələsi-
dir. Sabir Əhmədlini ölümlə yanaşı, ruhun mahiyyəti və insan-
dan çıxandan sonra ruhun hara getməsi məsələsi düşündürür. 
Yazıçı ruh haqqında şübhə törədir ki, «bu dünyadan köçən ruh-
dur, yoxsa can-bədən? Oranın təsvirindən belə görünür, canlı 
bədən üçün hər  şey, hər nemət hazırlanıb. Belə isə, deməli, 
Quranda canlı maddi bədəndən söhbət gedir. Lakin mən buna 
inanmıram. Mən oraya yalnız insanların ruhunun köçdüyünə 
inanıram və bütün axtarışlarım da bu yöndədir» (39, s. 23). 
Sözsüz ki, bu fi kir tamamilə düzgün deyildir. Əvvəla, Allah 
ruh barədə Qurani-Kərimdə belə buyurur; «(Ya rəsulum) səndən 
ruh (ruhun mahiyyəti və keyfi yyəti) haqqında soruşurlar. De: 
«Ruh Rəbbimin əmrindəndir (Allah əmri ilə yaradılmışdır). Sizə 
(bu barədə) yalnız cüzi (az) bir bilik verilmişdir» (91, s. 319). 
Bu ayəyə  fi kir  versək, bir nəticəyə  gələ bilirik ki, ruhun 
mahiyyətinə ağlımız çatmadığına, bizə onun haqqında az bilik 
verildiyinə görə onun barəsində belə danışmamalıyıq. Onun 
varlığına inanmalıyıq. Bu bir, ikincisi, Allahın Quranda bu-


114
Əhməd Sami Elaydi
yurduğu kimi canlı bədən üçün hər şey, hər nemət hazırlanıb. 
Quranda söhbət canlı maddi bədəndən getdiyi kimi inanma-
lıyıq. Yeri gəlmişkən, Allah təzədən bizi dirildəcəkdir, yəni 
canlı bədəndən söhbət gedir. Quranda belə buyurur: «Məgər 
insan onu nütfədən yaratdığımızı görmədimi ki, birdən-birə 
(Rəbbinə) açıq bir düşmən kəsilərək, öz yaradılışını unudub: 
«Çürümüş sümükləri kim dirildə bilər?!» – deyə bizə bir məsəl 
də çəkdi. (Ya peyğəmbər!) De: «Onları ilk dəfə yoxdan yara-
dan dirildəcəkdir. O, hər bir məxluqu (yaradılışdan əvvəl də, 
sonra da) çox gözəl tanıyandır» (91, s. 461). 
İstər sovet dövründə, istərsə  də müstəqillik illərində çap 
olunmuş Azərbaycan romanlarında bu və ya buna bənzər fi kir-
lərə çox təsadüf olunur. Bizcə, bu məsələnin səbəbi sovet ide-
ologiyasının təsiri ilə izah oluna bilər. Sabir Əhmədli özü də 
bu nəticəni təsdiq edir. «O dünyaya (axirətə) inamımız yoxdur. 
Sovet höküməti bizim o dünyamızı əlimizdən alıb» (39, s. 55). 
Romanın diqqəti cəlb edən məqamlarından biri Qarabağ mü-
haribəsi barədə canlı təsəvvür yarada bilməsi ilə bağlıdır. Əsər 
müəllifi  oğluna baş çəkmək üçün cəbhəyə gedərək gördüyü bir 
sıra məsələləri oxuculara çatdıra bilmişdir. Sözsüz ki, «Özləri 
döyüşməyənlər həmişə fi kirləşirlər ki, müharibə elə də qorxulu 
şey deyil. Hətta, aldatmağa dəyməz – bəzən başqalarının apardı-
ğı müharibə bizim xoşumuza gəlir» (28, s. 228). Yəni yazıçı özü 
döyüşəndə və ya qohumlarından biri döyüşəndə döyüş təsviret-
məsini reallıqla səciyyələndirə bilər. Sabir Əhmədli müşahidəçi 
gözü ilə cəbhədə vəziyyəti belə təsvir edir: 
– «Döyüş mövqelərində əsgərlər hər biri altmış kilo yüklə öz-
ləri ayaqla dırmanmalıymışlar. Altı saata çata bilirmişlər zirvədəki 
mövqelərə. – Altı saat qarda-boranda ayaqla dırman! Ermənilərsə 
yüksəkdəki mövqelərinə rahat maşın yolu çəkiblərmiş. Bütün 
hərbi sursat, silah, nəqliyyatla daşınırmış» (39, s. 46). 
 Sabir Əhmədli  əsərdə Azərbaycan  əsgərlərinin cəbhə-
dəki ağır vəziyyətini real, inandırıcı cizgilərlə  təsvir edir: 


Yüklə 1,07 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə