AMEA FOLKLOR İNSTİTUTU
AMEA A.A.BAKIXANOV adına TARİX İNSTİTUTU
FOLKLOR VƏ TARİXİMİZ
Respublika Elmi Konfransı
140
140
Mətanət Abbasova, f.ü.f.d
AMEA Folklor İnstitutu, elmi işçi
XALQ BAYATILARINDA TARİXİ QARABAĞ OBRAZI
Özət
Məqalədə Qarabağla bağlı bayatıların ideya-məzmun, poetik özünəməxsus-
luqlarına toxunulmuş, Qarabağ tarixi həqiqətlərinin bayatılarda ifadə olunma
xüsusiyyətləri diqqət mərkəzində saxlanılmışdır. “Qarabağ” toponiminin yaranması,
ərazinin mübarizə və mücadilə tarixinin lirik mətnlərdə qorunması faktları təhlil
edilmişdir.
Açar sözlər: Qarabağ, tarix, mübarizə, toponim, qala, milli, bayatı
Резюме
Статья пронизана поэтическим своеобразием идей, содержанием баяты
связанные с Карабахом. История карабахской действительности в этих
лирических строках, находятся в центре внимания. Анализируются факты
появления топонима «Карабах», историческая борьба за территорию, которые
нашли свое отражение в баяты.
Ключевые слова: Карабах, история, борьба, топоним, крепость, на-
циональное, баяты
Summary
In the article the idea-thematic, poetic features of bayaties dealing with
Garabag were touched upon, the peculiarities of expressing Garabag historical truths
in these lyric texts were kept in the focus of attention. The origin of toponym “Gara-
bagh”, the facts dealing the regions history of fight preserving in bayaties were
analysed.
Key words: Garabag, history, fight, toponym, castle, national,
bayati
* * *
Azərbaycan folklorunun zəngin janrlarından olan bayatılar öz tarixi kökləri ilə
daha qədim zamanlardan baş alaraq xalqın arzusunu, mübarizəsini, dünyagörüşünü
və s. müasir mədəniyyətimizə bağlamaqdadır. Yığcam mətn strukturu, dərin lirizmlə
yüklənən bu nümunələr insanların daxili düşüncə və ovqatının
dili kimi tarixi, sosial,
ictimai həyatın həqiqətlərini obrazlaşdırmaqdadır. Xalqın folkloru onun tarixidir.
Əgər tarixçinin mühakimələri məlum faktlar, sənədlərə əsaslanırsa xalq yaradıcılı-
ğının obrazlı təfəkküründə bu bilik həm də bədii-fəlsəfi məntiq, dünyaduyumla
birləşərək tarixin mahiyyətini üzə çıxarır. Başqa sözlə desək, bayatılar nə qədər lirik
düşüncə və duyğularla, hiss və həyəcanlarla yoğrulsalar da onlarda tarixi hadisələrin
izlərini də görmək mümkündür. Təsadüfi deyildir ki, Azərbaycanın ikiyə bölünməsi,
PDF created with pdfFactory Pro trial version
www.pdffactory.com