60
Dializ
Cədvəl 2.10
Ürək-damar sistemi xəstəliklərinin risk faktorları
Ənənəvi risk faktorları
XBÇ-dən asılı ÜDS risk faktorları
- yüksək yaş;
- kişilər;
- ağdərili insanlar;
- AH;
- xolesterol LDL artması;
- xolesterol HDL
azalması;
- ŞD;
- siqaret çəkmək;
- fi ziki qeyri-aktivlik;
- menopauza;
- psixoloji stress;
- ÜDS xəstəliklərinə aid
ailə anamnezi.
- XBÇ tipi;
- YFS-nin aşağı enməsi;
- proteinuriya;
- RAS aktivləşməsi;
- hüceyrəxarici mayenin artıqlığı;
- kalsium və fosfor mübadiləsinin
pozulması;
- dislipidemiya;
- anemiya;
- malnutrition sindromu;
- infeksiyalar;
- trombogenik faktorlar;
- oksidativ stress;
- hiperhomosisteinemiya;
- uremik toksinlər.
Arterial hipertenziya (AH) XBÇ zamanı erkən mərhələlərdən
başlayaraq müntəzəm təsadüf olunur (60% halda) və terminal
mərhələdə 96%-ə çatır.
Natrium – həcm asılı (hipervolemik) hipertoniya
böyrək
tərəfi ndən natrium və suyun bədəndə ləngiməsi səbəbindən baş verir
(şəkil 2.11). Bədəndan artıq suyun və natriumun pəhriz, saluretiklər
və HD köməyilə çıxarılması AT enməsinə səbəb olur. Kiçik qrup
xəstələrdə artıq suyun və natriumun bədəndən çıxarılması, dövr
edən qanın miqdarının normallaşması nəticəsində AT aşağı düşmür,
əksinə, daha da yüksəlir. Bu zaman AH renin-angiotenzin-aldosteron
sisteminin (RAAS) aktivləşməsi nəticəsindən baş verir və
renin-
asılı hipertoniya
adlanır. Belə AH bədxassəli hipertoniya əlamətləri
ilə təzahür edir, göz dibi damarlarının, miokardin, mərkəzi sinir
sisteminin zədələnməsi ilə özünü göstərir.
61
Perikardit əsasən XBÇ-nin terminal mərhələsində müşahidə
olunur. Xəstələrdə ağrı sindromu, perukardın sürtünmə küyü,
perikard boşluğuna maye yığıldıqca ürək sərhədlərinin genişlənməsi
aşkar edilir.
Uremik perikardit təcili HD göstəriş sayılır. Quru, fi brinoz
perikardit əlamətləri bir neçə seans HD-dən sonra keçir, amma
eksudativ perikardit zamanı intensiv HD ilə yanaşı, mayenin (əksər
halda hemorragik) evakuasiyası lazım gəlir.
BXX zamanı müxtəlif metobolik, toksiki dəyişiklər nəticəsində
ürək əzələsinin zədələnməsi – uremik kardiomiopatiyaya səbəb
olur. Kliniki olaraq kardiomiopatiya bütün ürək boşluqlarının
genişlənməsi, çapma ritmi, aritmiya, sol mədəcik çatışmazlığı və ya
total durğun ürək çatışmazlığı ilə xarakterizə olunur.
Cədvəl 2.11
TXBÇ zamanı ÜDS ağırlaşmalarının baş verməsinin
patogenetik faktorları
ÜDS ağırlaşmaların
patogenetik faktorları
Ürək, yaxud damar effekti
Sol mədəcik həcminin
artması,
suyun və duzun artıqlığı,
anemiya, AV fi stula
Miositlərin uzunluğu artır,
sol mədəcik genişlənir, miositlər tələf olur
və fi broz inkişaf edir. Kompensator SMH
baş verir, diastolik və sistolik disfunksiya
baş verir, DÜÇ, hipertenziya, ölüm.
Sol mədəcikdə təzyiq artır
Miositin qalınlığı artır və konsentrik SMH
baş verir.
Qan zərdabında kalsium və
fosfatın hasili artır
Arteriyalar bərkiyir, mediyanın, koronar
arteriyanın, mitral və aortal qapağın
kalsifi kasiyası baş verir.
Simpatik aktivlik artır:
renin-angiotenzin və
aldosteron stimulyasiyası
Aritmiya, qəfl əti ölüm.
Fəsil 2. XBÇ-nin etiopatogenezi, klinikası
62
Dializ
Dislipidemiya:
HD: 20-40% xəstələrdə
TG artır, HDL-C səviyyəsi
enir
PD: 25-50% xəstələrdə
xolesterol, LDL-C, TG
artır, HDL-C azalır
PD lipid profi li HD
nisbətən daha aterogenik
olur
Sürətlənmiş damar xəstəliyi
Siqaret çəkmək, piylənmə,
ŞD, oturaq həyat
Sürətlənmiş damar xəstəliyi
Potensial risk faktorları
lipoproteinlərin artması
homosisteinin səviyyəsinin
artması, fetuin A
səviyyəsinin azalması
BMP-7 səviyyəsinin
enməsi*
Sübut olunmamışdır
BMP-7* - bone morphogenik protein-7
Koronar qan dövranı çatışmazlığı (40%) əksər hallarda ürək
nahiyyəsində ağrılarla müşayiət olunaraq anemiyası olan xəstələrdə
daha aydın təzahür edir.
Aritmiya, əsasən kalium, natrium, kalsium, maqnezium müba-
diləsinin pozulması, asidoz zamanı və həmçinin kardiomiopatiya
olan xəstələrdə müşahidə olunur.
Kardiorenal sindrom (KRS)
termini böyrək və ürəyin ardıcıl,
yaxud eyni zamanda zədələnmələrini ifadə etmək üçün istifadə edilir.
Çoxsaylı qarşılıqlı əlaqəli pozğunluqların və ürək-böyrək təsirlərinin
xarakteristikası üçün C.Ronco və b. 2009-cu ildə kardiorenal
sindromun yeni təsnifatını təqdim etdilər. Təsnifatda kardiorenal
63
sindromu (KRS) ürəkdə və böyrəkdə baş verən pozgunluqların
patofi ziologiyasına əsasən 5 tipə bölmüşlər.
KRS-in 1-ci tipinə ürək funksiyasının kəskin pisləşməsi (kəskin
kardioğen şok, durğun ürək çatışmazlığı) nəticəsində kəskin böyrək
zədələnməsi (KBZ) baş verdiyi hallar aid edilir.
2-ci tip KRS ürək funksiyalarının xronik pozulması (xronik
durğun ürək çatışmazlığı) nəticəsində təsadüf olunan KBZ-yə deyilir.
3-ci tip KRS zanamı böyrək funksiyalarının qəfl ətən kəskin
pisləşməsi nəticəsində (böyrəklərin kəskin işemiyası, qlomerulonefrit)
ürək funksiyalarının kəskin pozulması (ürəyin dayanması, aritmiya,
işemiya) baş verir.
4-cü tip KRS böyrəyin xronik xəstəliyi nəticəsində ürəkdə
baş verən pozğunluqlara (miokardın hipertrofi yası, başqa ürək
disfunksiyaları) deyilir.
5-ci tip KRS-ə hər hansı sistem zədələnmə (sepsis və s.) nəticə-
sin də ürək və böyrək disfunksiyasının eyni zamanda baş verməsi aid
edilir.
XBÇ zamanı əsasən 4-cü tip kardiorenal sindrom müşahidə
edilir. Bu zaman xroniki uremiya nəticəsində baş verən metabolik,
hormonal, su-elektrolit və s. pozğunluqları nəticəsində ürəkdə
morfoloji və funksiya dəyişiklikləri baş verir (şəkil 2.1).
2.5.7. Ağciyərlərin zədələnməsi
XBÇ təzahürlərindən biri ağciyərlərin uremik interstisial ödemi
olaraq hiperhidratasiya və hiperazotemiya nəticəsində baş verir.
İlk dəfə N.Alwaal tərəfi ndən (1953) ”sulu ağciyər” adlandırılan bu
əlamət ağciyərlərin kardiogen ödemindən (sol mədəciyin kəskin
çatışmazlığı), respirator distress sindromdan fərqlənir. Bəzən
stafi lakokk mənşəli kəskin bakterial pnevmoniya da müşahidə oluna
bilər.
Fəsil 2. XBÇ-nin etiopatogenezi, klinikası
Dostları ilə paylaş: |