64
Dializ
BXX
1-2
mərhələ
BXX
3-4
mərhələ
BXX
5 mərhələ
-dializ
Yumaqcıq/inter-
stisial zədələnmə
İrsi risk faktorları
Qazanılmış risk faktorları
Birincili nefropatiyalar
Şəkərli diabet
Anemiya və azqidalanma
Ca və P pozğunluqları
Yumşaq toxuma kalsifi kasiyası
Na + H
2
O artıqlığı
EPO rezistentlik
Uremik toksinlər
Anemiya, uremik toksinlər
Ca və P pozğunluqları
Qidalanma vəziyyəti,
BÇİ Na + H
2
O artıqlığı
Xronik iltihab
Siqaret çəkmə
Piylənmə
Hipertenziya
Dislipidemiya
Homosisteinemiya
Xronik iltihab
Ürək remodelləşməsi
Neyrohormonal
pozğunluqlar
İşemiya riskinin
artması
Sol mədəciyin
hipertrofi yası
Sol mədəciyin dias-
tolik disfunksiyası
Koronar perfuziyanın
azalması
İltihab
Koronar və toxuma
kalsifi kasiyası
Skleroz-fi broz
Xronik iltihab
İnsulin
rezistentliyi
Adiposito-
kin hasili
Kəskin faza
cavabı
İştah
Sümük
remodelləş-
məsi
Endotelium
disfuncsiyası
Saya əzələ
proliferasiyası
LDL oksidləşməsi
Damar kalsifi kasiyası
Oksidativ stress
Sürətlənmiş ateroskleroz
Əzələ
meta bolizmi
Sitokin
hasili
Monositin
stimulyasiyası
Şəkil 2.1. Böyrəyin xronik xəstəliyi zamanı ürəkdə baş verən
dəyişikliklərin (kardiorenal sindrom, 4-cü tip) patogenezi
65
2.5.8. Mədə-bağırsaq traktının zədələnməsi
XBÇ-nin ağır mərhələlərində anoreksiya, ürəkbulanma, qusma,
ksenostomiya, stomatit, parotit müşahidə edilir. Bəzən uremik
intoksikasiya eroziv dəyişikliklərə – eroziv stomatit, ezofagit,
qastrit, mədənin və 12 barmaq bağırsağın peptik xorası, hemorragik
enterokolitə səbəb olur. Hemodializ müalicəsində olan xəstələr
arasında virus hepatitləri çox geniş təsadüf olunur.
2.5.9. Qanyaranma sisteminin zədələnməsi
Anemiya XBÇ-nin erkən mərhələlərində 60% xəstələrdə mü-
şahidə olunursa, terminal mərhələdə 100% xəstələrdə aşkar edilir.
XBÇ zamanı anemiyanın çox faktorlu etiologiyası vardır:
– eritropoetinin qıtlığı birinci mexanizmlər sırasına aiddir və
onun azlığından normoxrom, normositar anemiya baş verir;
– mütləq və funksional dəmir qıtlığı XBÇ zamanı müntəzəm
təsadüf olunur və hipoxrom, mikrositar anemiyaya səbəb olur;
– eritrositlərin yaşama müddətinin qısalması hemolizə səbəb olur;
– “uremik toksinlər” eritropoezi inhibisiya edirlər;
– hiperparatireoidizm sümük iliyinin fi brozuna, “osteoitis fi broza
cystica”ya səbəb olur;
– gizli (occult) qanaxmalar – MBT və sidik cinsiyyət traktından;
– başqa qidalanma çatışmazlıqları (vitamin B
12
, folatlar);
– sümük iliyinə alüminiumun toksik təsiri;
– müayinə üçün proseduralar zamanı qanitirmələr.
Yaşlı şəxslərin bədənində 4–5 q dəmir vardır ki, bunun da 70%
Hb, 5–10% mioqlobin, 20–25% ehtiyat Fe və ancaq 0,1% qan
plazmasında olur. Plazma dəmiri – nəql olunan dəmir olub transferrin
ilə birləşmiş olur (normada 3 mq dəmir). Transferrin ancaq 20–50%
Fe ilə doymuş olur (transferrinin dəmiri birləşdirmə qabiliyyəti faizi–
DBQ %). Ferritin mürəkkəb zülal olub, Fe
+++
birləşərək onu qeyri
toksik vəziyyətdə qaraciyərdə saxlayır (norma 23,5–80,2 mkq/l).
Fəsil 2. XBÇ-nin etiopatogenezi, klinikası
66
Dializ
Normal böyrəklər qanyaranmanı normal vəziyyətdə saxlamaq
üçün eritropoetin (EPO) hasil edirlər. EPO qlikoprotein olub (molekul
kütləsi 30500 D) böyrəyin kortikal zonasının interstisiyasında
proksimal kanalcıqların yanında, fi broblastoid hüceyrələrdə əmələ
gəlir. EPO əmələ gəlməsi üçün stimul arterial təzyiqin düşməsi və
arterial qanın O
2
doymasının azalması (toxuma hipoksiyası) olur.
10–15% EPO hepatositlər tərəfi ndən sekresiya olunur.
Anemiyanın dərəcəsinin qiymətləndirilməsi Hb, hematokrit gös-
təricilərinin və hipoxrom eritrositlərin nisbi sayının təyin olunmasına
əsaslanılır. Uzunmüddətli kliniki müşahidələrə əsasən belə qənaətə
gəlmişik ki, Hb səviyyəsi XBÇ olan xəstələrdə çox sadə, amma
etibarlı proqnostik göstəricidir. Böyrək büzüşməsi baş verdikdə
kreatinin yüksəldikcə eritropoetinin böyrəkdə sintezi zəifl ədiyi
üçün Hb səviyyəsi qanda aşağı düşür və kreatinin qanda səviyyəsi
bu göstəriciyə tərs münasibətdə artır. Əksər hallarda XBÇ zamanı
anemiya normositar, normoxrom olur.
2.5.10. XBÇ zamanı fəsadlar
XBÇ zamanı orqanizmdə baş verən metabolik, endokrin,
hemodinamik və immunoloji disbalans nəticəsində, orqanizmin
bütün orqanları və sistemlərində struktur-funksional pozğunluqlar
baş verir (cədvəl 2.12). BXX inkişaf mərhələlərinə uyğun olaraq
gözlənilən fəsadlara görə müvafi q tədbirlər planlı şəkildə yerinə
yetirilir. Xəstələrin taleyi aparılan diaqnostik və müalicə tədbirlərinin
düzgün qurulması və vaxtında aparılmasından asılıdır. İlk növbədə
YFS-nin pozulma dərəcəsindən və hər bir xəstənin individual
xüsusiyyətindən asılı olaraq risk faktorları, orqan və sistemlərdə
baş vermiş dəyişikliklər və müşahidə oluna biləcək ağırlaşmaların
qarşısının vaxtında alınması ilə əlaqədar tədbirlərin hazırlanması və
həyata keçirilməsi vacibdir.