51
RəĢad QARDAġOV
Kitabxana resursları və informasiya axtarıĢ sistemləri
kafedrasının müəllimi
KĠTABXANAÇILIQ TƏHSĠLĠNĠN ĠNKĠġAFINDA
KĠTABXANAÇILIQ TƏCRÜBƏSĠNĠN ROLU
Açar sözlər: Kitabxana işi, kitabxana təhsili, RF təcrübəsi, ABŞ
təcrübəsi.
Ключевые слова: библиотечное дело, библиотечное образо-
вание, опыт РФ, опыт США.
Keywords: library practice, library education, practice of RF,
practice of USA.
Təhsil və təcrübə çox zaman fərqli mənalar kəsb edir. Bu,
həmçinin kitabxanaçılıq sahəsinə aiddir. Hər bir kitabxana öz fəaliy-
yətində öz spesifik xüsusiyyətlərini nəzərə alır və fəaliyyət dairəsini bu
istiqamətlərdə qurur. Bunu nəzərə alaraq, gənc kitabxanaçılar hər zaman
nəyisə öyrənmək, nəyəsə nail olmaq uğrunda mübarizə aparırlar.
Kitabxanaçılıq təhsilinin əsas qayəsi yalnız ondan ibarət deyil ki, kursa
dair materialları mənimsəsin. O, həm də gələcək peşəyə dair vacib
keyfiyyətləri öyrənməlidir. Bu, özünəinam, maraqlılıq, yaradıcı təfəkkür,
kommunikativlik və məsuliyyətdir. Sadalanan bu yeni şərtlərə uyğun-
laşmaq üçün əməkdaşın üzərinə hansı işlərin düşdüyünü müəyyən-
ləşdirmək lazımdır. Həmçinin, onu da bilmək lazımdır ki, o, özünü hansı
mühitdə və hansı iş şəraitində göstərə bilər.
Peşəkar fəaliyyət tərzi, ixtisaslaşmanın daha yüksək səviyyədə
olması, kollektiv işlərdə özünügöstərmə kimi xüsusiyyətlər də
kitabxanaçılıq təhsilində öz əksini tapmalıdır. Bütün bu deyilənlər
kitabxanaçılıq təhsilində öz əksini taparsa və kitabxanaçılıq təcrübəsində
düzgün tətbiq olunarsa, təhsilin keyfiyyəti daha da yüksək və effektiv
olar. Beləliklə, daha effektiv kitabxanaçılıq təhsilini və təcrübəsini
yaymaq üçün kitabxanaçılıq təhsili verən təhsil müəssisələri və
təşkilatlarda təhsil alan mütəxəssislərə bu fikirləri aşılamaq lazımdır.
Peşəkar əməkdaşlıqda kitabxanaçılıq təhsilinin və təcrübəsinin 2
infrastrukturu müəyyənləşdirilmişdir:
1.
Bu sahə üzrə mütəxəssis kadrların hazırlanması: bu istiqamət
birinci və əsasdır;
2.
Fəaliyyət və istehsal (kitabxanaçılıq işi): burada həyata
keçirilən fəaliyyət və işlər Azərbaycan Respublikasının bu sahəyə dair
qanunları ilə tənzimlənir.