179
tarixi mərhələli şəkildə tədqiqi ilə yanaşı, bu sahədə əldə edilən
nailiyyətlərdən, ixtisaslı mütəxəssislərin hazırlanmasından, texnika və
texnologiyanın istehsalatda tətbiq edilməsindən və s. bəhs olunur).
Sultanov Ə.C., Məmmədzadə R.N. Azərbaycan faydalı qazıntılar
xəzinəsidir. – Bakı: Elm, 1973. – 34 s. (kitabçada respublikamızın digər
faydalı qazıntıları ilə yanaşı neft nə qaz çıxarılmasının tarixi, neft
sənayesinin inkişafı, neft yataqlaının axtarış və kəşfiyyatı, Azərbaycanda
neftin çıxarılması sahəsində böyük xidmətləri olan bir sıra görkəmli
alimlərin fəaliyyəti haqqında qısa məlumatlar verilmişdir).
Ələsgərov M. Xəzərin dərinlikləri fəth olunur // Bakı. – 1973. – 20
dekabr. (Səngəçal Dəniz Qazma İdarəsi haqqında).
Salayev S. Milyardıncı ton Azərbaycan nefti // Elm və həyat. –
1971. – № 4. - S. 2-4.
Şaşin V.D. Neft və qaz çıxarılmasında yeni zirvələri fəth etməli //
Kommunist. – 1975. – 20 iyun. (Neft Daşlarının 25 illiyi münasibətilə
keçirilmiş yığıncaqda SSRİ Neft sənayesi nazirinin nitqi).
V Bölmə: “Neft geologiyası” adlanır – bu bölmə “Neft və qaz
yataqlarının kəşfiyyatı” adlı yarım bölməyə ayrılır. Burada ümumilikdə
30 mənbə haqqında məlumatlar toplanmışdır. Materiallar əsasən neft və
təbii qazlar haqqında, Xəzər dənizində neft və qaz yataqlarının axtarışı,
onların işlənməsi, həmçinin yeraltı neft və qaz ehtiyatlarının hesab-
lanması məsələləri və s. haqqındadır. Məsələn,
Əzimov B.Ə., Məmmədov Q.Ə. Elektrik modellərində neft yataq-
larının işlənməsi məsələlərinin həlli. – Bakı: Azərnəşr, 1975. – 167 s.
(kitabda yeraltı hidronomika, neft yataqlarının işlənməsi nəzəriyyəsinin
bəzi nəzəri və təcrübi məsələlərinin torşəkilliu elektrik modellərində
həllinə həsr edilmişdir).
Orucov V.Ə. Neft və təbii qazın geologiyası. Neft texnikumları
üçün dərs vəsaiti. –Bakı, 1968. – 138 s. (kitabda neft və təbii qazlar
haqqında, neft və qaz yataqlarının strukturu formaları, əmələ gəlməsi və
pozulması, onların coğrafi yayılması, dünyanın əsas neftli-qazlı əyalətləri
haqqında ətraflı məlumatlar verilmişdir).
Xəlilov N.Y. Xəzərin yeni neft yataqları. – Bakı: Azərnəşr, 1970. –
79 s. (kitabda Xəzər dənizində neft və qaz yataqlarının axtarılması, neft
quyularının qazılması və istismara verilməsi, Xəzərin geoloji öyrənilmə
tarixi, geoloji axtarış işlərinin növləri, neft yataqlarının müxtəlif yaşlı
çöküntülərlə əlaqəsi və s. haqqında məsələlərdən bəhs edilir).
Abbasov M. Azərbaycanda neft və qaz yataqlarının işlənməsinin
nəzəriyyə və texnologiyasının inkişafı // Azərbaycan EA-nın Xəbərləri.
Yer haqqında elmlər seriyası. – 1970. - № 1. – S. 45-49.
180
Şükürov R. Xəzərdə neft kəşfiyyatı davam edir // Kommunist. –
1973. – 19 avqust.
VI Bölmə: “Neft quyularının qazılması. Neft və təbii qazların
istehsalı. Neft və qazın mühafizəsi və nəql edilməsi” adlanır – burada 59
mənbə haqqında məlumat verilir. Bölmədəki mənbələr neftlə yanaşı
qazın tərkibi, emalı, çıxarılması və nəqli sahələrinə həsr edilmiş
materiallardır. Materialların əksəriyyəti dərslik və dərs vəsaitləridir.
Məsələn,
Abbasov Ç.İ., Məlik-Aslanov L.S. Neft yataqlarının istismarı. Neft
texnikumları üçün dərslik. – Bakı: Azərtədrisnəşr, 1964. – 291 s.
(dərslikdə neft-qaz kollektorlarınını xassələrindən, maye və qazların
fiziki-kimyəvi xassələrindən, neft laylarının açılması və quyuların
mənimsənilməsi, neft çıxarılmasının fiziki əsasları, neft yataqlarının
işlənməsinin əsasları, quyuların və layların tədqiqi, quyuların müxtəlif
üsullarla istismarı kimi məsələlər öz əksini tapmışdır).
Abdullayev A.M., Nərimanov A.A. Qazın hasilatı, nəqli və
işlədilməsi. – Bakı: Azərnəşr, 1967. – 174 s. (kitabda təbii qaz yataq-
larından, neft və qaz mədənlərindən qaz hasilatından, qazların təmiz-
lənməsi və qurudulmasından, qazın nəql edilməsi və
hesablanmasından
,
qazın saxlanmasında qazlaşdırılacaq sahələrin layihələşdirilməsi və
tikilməsindən, habelə respublikada qazlaşdırmanın vəziyyəti və onun
daha da inkişaf etdirilməsi yollarından bəhs edilir).
Axundov B. Neft və qaz quyularının qazılması. I hissə. Texni-
kumlar üçün dərslik. – Bakı: Maarif, 1973. – 326 s. (ali texniki
məktəblərin və neft texnikumlarının tələbələri üçün yazılmış bu dərslikdə
quyuların qazılması üsullarından, suxurların təsnifatı, fiziki-mexaniki
xassələri və dağıdılmasından, süxurdağıdıcı alətlərdən, qazma kəməri və
mühərriklərindən, qazma işlərində tətbiq edilən avtomatlaşdırma və
mexanikləşdirmədən bəhs edilir).
Məmmədxanov R.Q. Azərbaycan neft yataqlarında YKZ sənədləri
əsasında qazma məhlulunun müqavimətinin üsulu ilə dəqiqləşdirilməsi //
Azərbaycan neft təsərrüfatı. – 1973. – № 9. – S. 18-19.
Sadıqov M., Hüseynov O. Neft hasilatının intensivləşdirilməsi
yolları // Bakı. – 1974. – 10 may.
VII Bölmə: “Neft quyularının təmiri” adlanır – buradakı
mənbələrin sayı isə məhduddur. Belə ki, cəmi 9 mənbənin biblioqrafik
təsvirləri verilmişdir. Yarım bölmə kimi hazırlanmış bölmədə yalnız
qəzet və jurnal məqalələri öz əksini tapmışdır. Məsələn,
Yusifov S. Neft quyularının əsaslı təmirinin iqtisadi səmərəliliyinin
meyarı // Azərbaycan Neft Təsərrüfatı. – 1973. - № 3. – S. 45-47.
181
Mahmudov S. Universal təmir briqadası // Bakı. – 1973. – 1
sentyabr.
VIII Bölmə: “Neft mədənlərinin avtomatlaşdırılması və
mexanikləşdirilməsi” adlanır - bu bölmədə də 9 mənbə haqqında infor-
masiyalar toplanmışdır. Burada o dövrün ən müasir neft emal edən
zavodlarının əsas obyektlərinin avtomatlaşdırılması üçün önəmli olan
texnoloji qurğular, onların əsas aparatlarında aparılan proseslərin
avtomatlaşdırılması haqqında, habelə qazma prosesini avtomatik idarə
etmək üçün istifadə olunan məlumat qurğusundan, bu avtomat və
yarımavtomatların quruluşundan və işlənməsi üsulları haqqında olan
mənbələr göstərilmişdir. Məsələn,
Abbasov M.Ə. Neft emalı zavodlarının avtomatlaşdırılması. –
Bakı: Azərnəşr, 1962. – 351 s. (kitabda neft emal zavodları əsas
obyektlərinin avtomatlaşdırılmasından və bunun üçün lazım olan
avtomatik və telemexanik qurğulardan bəhs edilir).
Quliyev İ.Ş. Azərbaycan neft mədənlərinin avtomatlaşdırılması və
telemexanikləşdirilməsi təcrübəsindən // Azərbaycan Neft və Qaz
Sənayesinin Elmi-Texniki Cəmiyyəti. – Bakı, 1962. – 80 s. ( kitab
mühəndis və texniki işçilər üçün nəzərdə tutulmuşdur. Burada bir sıra
neft mədənlərindəki quyuların avtomatlaşdırılması və mexanik-
ləşdirilməsi sahəsində qazanılmış təcrübədən bəhs edilir.)
Mahmudov Y. Elektron hesablama texnikası neft quyularını idarə
edir // Elm və həyat. - № 3. – S. 6-7.
Bayramov C. Qazmada təzə texnikanın faydası // Bakı. – 1971. –
26 aprel. (Abşeron neft quyuları haqqında).
IX Bölmə: “Neft mədənlərinin avadanlığı” adlanır – burada 10
mənbə haqqında məlumat verilir. Verilmiş mənbələrdə neft mədənlərində
tətbiq edilən elektrik avadanlığının əsas amilləri, elektrik-təchizat
sxemləri, idarəedici avtomatların quruluşları ilə yanaşı, həm də cihaz-
qayırma texnologiyasının ümumi məsələləri və s. haqqında infor-
masiyalar göstərilmişdir. Məsələn, Ağamalıyev H., Tağızadə P. Neft-
mədən geofizikasının aparatları və avadanlığı. Ali texniki məktəblər üçün
dərslik. – Bakı: Maarif, 1975. – 258 s. (dərslikdə neft quyularının kəsiliş-
lərinin mədən geofizikası üsulları ilə tədqiqində tətbiq edilən aparat və
avadanlığın təsviri və s. haqqında məlumat verilir).
Quluzadə K.N. Neft mədənlərinin elektrik avadanlığı. Ali texniki
məktəblər üçün dərslik. – Bakı: Maarif, 1977. – 396 s. (dərslikdə qazma
qurğuları nasos üsulu ilə neft çıxarılması, neft mədənlərinin elektrik
təchizatı, idarəedici avtomatların quruluşları, elektrik energetikasının
inkişafı və s. barədə məlumatlar öz əksini tapmışdır).
182
Elmirov A. Neftçilər üçün avadanlıq // Elm və həyat. – 1973. - №
11. – S. 23. (Azərbaycan Elmi-Tədqiqat Neft Maşınqayırma İnstitutu
haqqında).
Quliyeva Z. SSRİ neft rayonlarının neft-texniki avadanlıqla təmin
edilməsində Azərbaycanın rolu // Azərbaycan tarixinə dair materiallar.
Azərbaycan SSR EA Azərbaycan tarixi muzeyi. – 1973. – C.VIII. - № 3.
– S. 114-127.
Əhmədov B. Avadanlığın keyfiyyəti və standartlaşdırma // Bakı. –
1973. – 3 fevral. (Neft-mədən avadanlığının standartlaşdırılması haqqın-
da).
Əlizadə Ə. Mütərəqqi üsullar, qiymətli cihazlar // Bakı. – 1973. –
15 sentyabr. (Neft yataqları haqqında).
X Bölmə: “Neftin emalı” adlanır – bu bölmədə 17 mənbə haqqında
informasiyalar toplanmışdır. Mənbələr neft və qaz emalının texnologiyası
üzrə kurs layihəsinin məzmunu və s. məsələlərinə dair ümumi metodik
göstərişlər, habelə neftin tərkibi haqqında, neft karbohidrogenlərinin
emal edilməsindən, Azərbaycanda mövcud olan neftli ərazilərin
bəzilərinin fiziki-kimyəvi xassələri və digər sahələri haqqında geniş
məlumatlar verilmişdir. Məsələn, Azəri R.M., Mirzəyev S.D. Neft və qaz
emalının texnologiyası. – Bakı: Azərbaycan NKİ nəşriyyatı, 1971. – 112
s. (kitabda neft və qaz emalının texnologiyası üzrə kurs layihəsindən,
ayrı-ayrı qurğuların maddi və istilik balanslarının qurulması üçün
göstərişlər haqqında məlumat verilir).
Hacıyeva B., Koşelova L.., Haşımov H. Bakı neftlərindən ayrılan
C7 – C9 turşularının öyrənilməsi // Azərbaycan Kimya jurnalı. – 1973. -
№ 7. – S. 77-81.
Qədiməliyeva N. Xam nefti qələviləşdirmə üsulu ilə neft
məhsullarının neytrallaşması // Azərbaycan Neft təsərrüfatı. – 1970. - №
6. – S. 33-35.
Nəsirov Ə.B. Neft və kimya. – Bakı: Maarif, 1966. – 121 s.
(kitabda neftin emala hazırlanması neft-kimyəvi sintez məhsulları, bu
məhsullardan
xalq
təsərrüfatında
istifadə
edilməsi
haqqında
informasiyalar verilmişdir).
Qocayev X. Sintetik yağlar yaradılır // Bakı. – 1972. – 10 may.
(Neft məhsulları haqqında).
XI Bölmə: “ Neft sənayesinin qabaqcılları” adlanır – sonuncu
bölmə olan bu bölmədə respublikamızın neft sənayesi sahəsində çalışan
fədakar neftçilərimiz, habelə neft və qaz sahəsinin bütün problemlərinin
öyrənilib, araşdırılmasında, yeni-yeni mütərəqqi ideya və kəşflərin
edilməsində xidmətləri olan alimlərimizin həyat və fəaliyyətləri haqqında
məlumatlar toplanmışdır. Burada 130 mənbənin biblioqrafik təsvirləri
183
əhatə edilmişdir. Məsələn, Abbasov Ş. Siyəzənneftin qabaqcılları. Jurna-
listin qeyd dəftərçəsindən. – Bakı: Azərnəşr, 1964. – 24 s. (kitabçada
qocaman neftçi, respublikanın əməkdar mühəndisi, Qırmızı Əmək
Bayrağı və “Şərəf Nişanı” ordenli Hüseyn Abbasoğlunun, qazma ustası
Zülfüqar Mustafayevin, briqadir Şahlar Əhmədovun, baş geoloq Yusif
Yusifovun fədakar əməklərindən, Siyəzənneft yataqlarının istismarından,
onların fəaliyyətindən bəhs edilir).
Babayev K. Qabaqcıl təcrübəyə arxalandıqda // Bakı. – 1973. – 29
iyun. (Xərə-Zirə Dəniz Kəşfiyyat Qazma İdarəsi geoloji şöbəsinin
qazmaçıları haqqında).
Əliyev F. Bakı neftçiləri İraqda // Bakı. – 1974. – 31 avqust. (Neft
daşlarında neftçıxarma operatoru işləyən Lətif Sadıqovun İraqda neft
mədənlərindəki işi haqqında).
Mahmudov E. Çovğunlu gecələr // Ədəbiyyat və incəsənət. – 1972.
– 26 fevral. (Səngəçal dəniz mədənlərinin neftçiləri haqqında oçerk).
Əliyev S. Zəhmət itmədi // Azərbaycan gəncləri. – 1973. – 19 may.
(Özbəkistan neftinin elmi mərkəzi direktoru V.Orucov haqqında).
Mütəllimov X. Bu institutda olsanız... // Kommunist. – 1972. – 19
iyul. (Moskvanın Qubkin adına Neft və Qaz Sənayesi İnstitutu riyaziyyat
kafedrasının müdiri, texnika elmləri doktoru, professor Məcid Əziz oğlu
Hüseynzadə haqqında).
Mütəllimov X. “Pan Rac” // Azərbaycan gəncləri. – 1974. – 6
aprel. (Polşada çalışan mühəndis Mehrac Hacıyev haqqında).
Statavin R. Neftçilər sülaləsinin dörd nəsili // Bakı. – 1973. – 17
fevral. (Leninneftin 8-ci rayon mühəndis-texnoloji xidmətinin operatoru
İ. Aslanov haqqında).
Göründüyü kimi, neftçi-alimlərimiz nəinki ölkə daxilində, hətta
xarici ölkələrdə belə öz əməli və elmi fəaliyyətləri ilə diqqət çəkərək
şöhrət qazanmışlar. Bu uğurların yalnız kişilərə məxsus olmasını demək
düzgün olmazdı. Çünki, fədakar qadınlarımız belə ən çətin peşələrdən
sayılan neft sahəsində, buruqların arasında, gərgin əmək tələb edən
zavodlarda da öz bacarıq və qabiliyyətlərini nümunəvi şəkildə göstərə
bilmişlər. Məsələn,
Əliyev Ş. Əməl bacıları // Azərbaycan qadını. – 1972. - № 2. – S.
16-17. (Kürsəngi 3 nömrəli qazma kontorunun laborantı M.Gözəlova və
mühəndiz S.Hüseynova haqqında).
Mahmudov S. Ceyran Rüstəmxanova // Azərbaycan qadını. – 1974.
– № 10. – S.19. (Qaradağ neft quyuları, təmiz sexin işçisi Ceyran
Rüstəmxanova haqqında).
184
Mahmudov S. Etimada layiq // Azərbaycan qadını. – 1973. - № 11.
– S. 4. (Sahil Dəniz Kəşfiyyat Qazma İdarəsinin işçisi D.Süleymanova
haqqında).
Səfa Ə. Zərifə // Təşviqatçı. – № 7. – S. 28-30. (Neftçıxarma
operatoru Z. Mirzəyeva haqqında).
Səmədov H. Dağlar qızı // Azərbaycan qadını. – 1972. - № 1. – S.
21-22. (Şirvanneft Neft və Qazçıxarma İdarəsinin 3-cü neftçıxarma
rayonunun neftçisi A.Qurbanov haqqında).
Qurbanov H. 32 il buruqlar arasında // Bakı. – 1973. – 19 iyun. (
Leninneftin 5-ci rayon mühəndis-texnoloji xidmətinin neftçıxarma opera-
toru S.Məşə haqqında).
Nəcəfov Ə. Neftçi Duran xala // Bakı. – 1973. – 7 mart.
(D.Hacıyeva haqqında) və s.
Ümumiyyətlə “Azərbaycanda neft sənayesi” biblioqrafiyası tövsiy-
yə xarakterli olsa da, 400-dən çox mənbə haqqında ətraflı biblioqrafik
məlumat verməklə geniş informasiya əhatəliyi ilə də seçilir.
Lakin, bunlarla yanaşı, bəzi kiçik nöqsanlar da vardır ki, onları da
qeyd etmək biblioqrafik təhlil baxımından yerinə düşərdi. Məsələn,
- biblioqrafik vəsaitdəki materilallar əlifba prinsipi əsasında
düzülsə də, bəzi bölmələr daxilində bu ardıcıllıq pozulmuşdur: “Rəhbər
materiallar”, “Ümumi xarakterli ədəbiyyat”, “Neft geologiyası”, “Neft
quyularının qazılması. Neft və təbii qazların istehsalı. Neft və qazın
mühafizəsi və nəql edilməsi”, “Neftin emalı”, “Neft sənayesinin
qabaqcılları” bölmələrində həmin nöqsanlar aydın olaraq nəzərə çarpır;
- kitablar bölmələr daxilində ardıcıllıqla düzüldüyü halda, qəzet və
jurnal məqalələri bir çox bölmələrdə qarışıq verilmişdir: “Azərbaycanda
neft sənayesinin inkişafı”, “Neft sənayesinin qabaqcılları”, “Neftin ema-
lı”, “Neft mədənlərinin avtomatlaşdırılması və mexanikləşdirilməsi”,
“Neft quyularının qazılması. Neft və təbii qazların istehsalı. Neft və
qazın mühafizəsi və nəql edilməsi”, “Neft geologiyası”, “Ümumi
xarakterli ədəbiyyat” adlı bölmələrdə həmin prinsip pozulmuşdur və s.
“Azərbaycanda neft sənayesi” biblioqrafik göstəricisi dövrünün
biblioqrafik standartlarına müvaiq tərtib edildiyi üçün, müasir biblioq-
rafik standartlardan fərqlənir. Belə ki:
- müasir biblioqrafik göstəricilərdə oxucuların biblioqrafik
vəsaitlərdən istifadəsini asanlaşdırmaq məqsədilə tərtib edilən köməkçi
aparatlarda müəlliflərlə yanaşı, əsərlərin və s.-nin əlifba göstərici
hazırlanır;
- həm biblioqraflar, həm də informasiya tələbatçıları üçün əlverişli
olan xüsusiyyət, göstəricilərdə mənbələrin sıra nömrələri ilə xronoloji
qaydada hazırlanmasıdır və s.
185
Ancaq, “Azərbaycanda neft sənayesi” biblioqrafik göstəricisində nə
mənbələrin sıra nömrələri, nə də xronolji qaydası verilməmişdir. Vəsatin
köməkçi aparat hissəsində verilmiş müəlliflərin əlifba göstəricisində
nəzərə alınan qayda isə mənbələrin yerləşdiyi səhifələrin nömrəsi ilə
göstərilməsidir. Məsələn,
Abbasov Ş. ...............................39 (yəni 39-cu səhifə);
Əliyev T. ..................................19, 24 (yəni 19 və 24-cü səhifələr)
və s.
Yekun olaraq bildirmək istərdim ki, “Azərbaycanda neft sənayesi”
biblioqrafiyası dövrün aktual məsələlərindən biri hesab olunan neft
sahəsinə həsr edilməsi, məhz neft sənayesinin inkişafına kömək
məqsədilə, həm ixtisaslı-peşəkar informasiya tələbatçılarının, həm də
geniş oxucu auditoriyası üçün qiymətli biblioqrafik mənbələrdəndir.
Biblioqrafik göstəricinin müəllifi olan Ələddin Əliyevin qeyd
etdiyi kimi: “bu göstəricini tərtib etməkdə məqsədimiz neftə dair
respublikamızda son illər ərzində nəşr edilmiş kitab, kitabça və məqalələr
haqqında oxuculara geniş məlumat verməkdir... Respublikamızda neft
sənayesinin inkişafını əks etdirməkdir”.
ƏDƏBĠYYAT
1. Əliyev Ə. Azərbaycanda neft sənayesi: Biblioqrafiya. – Bakı:
Azərnəşr, 1977. - 53 s.
2. Əliyeva-Kəngərli A. Müasir Azərbaycanda elmin informasiya
təminatı və kitabxanalar // Elmi red.: A.Xələfov; rəy.: R.Kazımov,
X.İsmayılov. – Bakı: Elm, 2007. – 397 s.
3. Qurani-Kərim // Ərəb dilindən tərcümə edən: Z.Bünyadov,
V.Məmməd-əliyev; ön söz: V.Məmmədəliyev; qeyd və şərh: Z.Bünyadov;
məsləhətçi-red: Ş.H.A.Paşazadə. – Bakı: Azərnəşr, 1991. - 711 s.
4. http://mid.az/din/8917-quran-i-kjrim.html
Т. МИРЗОЕВА
АНАЛИЗ БИБЛИОГРАФИИ «НЕФТЯНАЯ
ПРОМЫШЛЕННОСТЬ АЗЕРБАЙДЖАНА»
РЕЗЮМЕ
Статья, посвященная нефтяной отрасли экономики Азербайд-
жана, является одной из важнейших в библиографическом указателе
информации. Научно-библиографический указатель «Нефтяная
промышленность Азербайджана», проанализирован именно с этого
аспекта. Актуальность этого указателя, который входит в
186
отраслевую библиографию, заключается в его информации о
важности увеличения спроса.
Таким образом, собранная печатная продукция за 15-летний
период по своему характеру рекомендуется как библиографические
источники. И в этом с точки зрения, удовлетворения спроса в
библиографической информации потребности читателей, можно
увидеть его ценные ресурсы.
T. MIRZAYEVA
THE ANALYSES OF THE BIBLIOGRAPHY OF “THE OIL
INDUSTRY OF AZERBAIJAN”
SUMMARY
There is given a bibliography which was dedicated to one of the
most importance sphere of Azerbaijanian economy – the oil industry.
This bibliography which is called “Azerbaijan the oil industry” was
analysed with the scintifical bibliographic aspect.
The actuality of that bibliographical provence increased the
significanse of its information reauirement. So, the 15 years periodical
bibliographical resource of publicity is an advicable stage. And to
compensate the readers information reguirement takes out it as the
valuable aid.
Kompüter tərtibatçısı: Esmira ZƏRBALİYEVA
Jurnal Azərbaycan Respublikası
Mətbuat və İnformasiya Nazirliyində
qeydə alınmışdır.
Şəhadətnamə № 575. 27 mart 1997.
Yığılmağa verilmişdir:23.11.2011
Çapa imzalanmışdır: 24.12.2011
Kağız formatı 70x100 1/16
Fiziki ç.v. 11,5 ç.v
Sayı 300
Qiyməti müqavilə ilə.
Ünvan: AZ-1073/1. Bakı şəhəri, Zahid Xəlilov küçəsi 23
Bakı Universiteti Nəşriyyatı
Bakı Universiteti Nəşriyyatının mətbəəsi.
Dostları ilə paylaş: |