Китабханашцнаслыг



Yüklə 3,64 Kb.
Pdf görüntüsü
səhifə43/78
tarix14.01.2018
ölçüsü3,64 Kb.
#20608
1   ...   39   40   41   42   43   44   45   46   ...   78

100 
 
BĠBLĠOQRAFĠYAġÜNASLIQ
 
___________________________________________________________ 
 
 
Nadir ĠSMAYILOV 
BiblioqrafiyaĢünaslıq kafedrasının müdiri dosent, 
 pedaqogika üzrə fəlsəfə doktoru  
Leyla NAĞIYEVA 
BiblioqrafiyaĢünaslıq kafedrasının magistrantı  
 
NAXÇIVAN ĠQTĠSADĠ RAYONUNDA KĠTABXANA-
ĠNFORMASĠYA RESURSLARININ YERLƏġMƏSĠ VƏZĠYYƏTĠ 
 
Açar  sözlər:  Naxçıvan  iqtisadi  rayonu,  kitabxana-informasiya 
resursları, resursların yerləşməsi və istifadəsi, elektron resurslar 
Ключевые слова:
 Нахчыванский экономический район, библио-
течно-информационных  ресурсы,
 
размещение и  использование 
ресурсы, электронные ресурсы
 
Key  words:  Nakhchivan  economical  region,  library-information 
resources, settle and usage of the resources, electron resource 
 
Azərbaycan  dövlət  müstəqilliyini  bərpa  etdiyi  vaxtdan  keçən  dövr 
ərzində  respublikamızın  siyasi,  iqtisadi  və  sosial  həyatında  mühüm 
dəyişikliklər  baş  verib.  Artıq  ölkəmizdə  dinamik  iqtisadi  inkişaf  dövrü 
başlanıb.  Ümummilli  liderimiz  Heydər  Əliyevin  müəyyənləşdirdiyi 
iqtisadi  inkişaf  strategiyasının  Prezident  İlham  Əliyev  tərəfindən 
müvəffəqiyyətlə  davam  etdirilməsi  nəticəsində  qazanılan  uğurların 
miqyası  və  əhatə  dairəsi  son  illər  xüsusilə  genişlənib.  Ölkə  başçısının 
imzaladığı müvafiq fərmanlarla müəyyən edilmiş sosial-iqtisadi inkişafın 
əsas  istiqamətləri  üzrə  həyata  keçirilən  tədbirlər  bu  sahədə  əldə  edilən 
nailiyyətləri  daha  da  möhkəmləndirib.  Digər  tərəfdən,  ölkə  iqtisadiy-
yatının  inkişafının  müxtəlif  istiqamətlərinin  vahid  dövlət  proqramları 
çərçivəsində  tənzimlənməsi,  iqtisadi  inkişafın  sürətləndirilməsi,  sosial-
iqtisadi inkişafda mərkəzlə yanaşı, regionların da rolunun yüksəldilməsi, 
iqtisadiyyatın  ayrı-ayrı  sahələrinin  və  regionların  kompleks  inkişafının 
təmin edilməsi nəticəsində əhalinin rifah halının və həyat standartlarının 
təkmilləşdirilməsi istiqamətində mühüm nailiyyətlər əldə edilib. 
   Azərbaycan Respublikasında 10 iqtisadi rayon var. Onlardan biri 
də  Naxçıvan  iqtisadi  rayonudur.  Naxçıvan  iqtisadi  rayonu  şimalda  və 
şərqdə  Ermənistan  Respublikası  (sərhəd  xəttinin  uzunluğu  246  km), 
qərbdə və cənubda Türkiyə (11 km) və İran İslam Respublikası (204 km) 


101 
 
ilə  həmsərhəddir.  Naxçıvan  MR-in  Ermənistan  ilə  sərhədini,  əsasən, 
Zəngəzur  və  Dərələyəz  silsilələrinin  suayırıcıları,  Türkiyə  və  İranla 
sərhədini  isə  Araz  çayı  təşkil  edir.  Ərazisi  şimal-qərbdən  cənub-şərqə 
doğru 158 km məsafədə uzanır.  
 
 
 
 
 
Naxçıvan  iqtisadi  rayonun  ərazisinin  sahəsi  5,56  min  km
2
-dir.  Bu 
da  Azərbaycan  Respublikası  ərazisinin  6,4%-ni  təşkil  edir.  Hazırda  7 
inzibati  rayona  (Babək,  Culfa,  Ordubad,  Sədərək,  Şahbuz,  Şərur,  Kən-
gərli) bölünmüşdür. 4 şəhəri (Naxçıvan ş., Ordubad ş., Culfa ş., Şərur ş.), 
9 qəsəbə, 160 kənd inzibati ərazi dairəsi var. Paytaxtı Naxçıvan şəhəridir. 
(13,s.95)  
 
 
 
1995-ci  il  noyabrın  12-də  referendum  yolu  ilə  qəbul  olunmuş 
Azərbaycan  Respublikasının  Konstitusiyasına  əsasən  Naxçıvan  MR-sı 
Azərbaycan  Respublikasının  ayrılmaz  tərkib  hissəsidir  və  onun  statusu 
bu konstitusiya ilə müəyyən edilir. 
Muxtar  dövlətin  özünün  Konstitusiyası,  Ali  Məclisi,  Nazirlər 
Kabineti və Ali Məhkəməsi vardır. Naxçıvan Muxtar Respublikasının Ali 
Məclisi 45 deputatdan ibarətdir. 
 
 
 
 
 
   Ümumiyyətlə,  son  illərdə  Naxçıvan  iqtisadi  rayonun  hərtərəfli 
inkişafı həyatın bütün sahələrini əhatə etdiyi kimi, elm sahəsindən də yan 
keçməmişdir.  Dövlətin  yüksək  diqqət  və  qayğısı  ilə  əhatə  olunan  elm 
adamları  elmi  fəaliyyətləri,  apardıqları  elmi  tədqiqat  işləri  və  əldə 
etdikləri  elmi  yeniliklər  ilə  Naxçıvanda  elmin  inkişafına,  tarixin  bütün 
mərhələlərinin elmi dərkinə və son nəticədə cəmiyyətin inkişafına səbəb 
olmuşdur.  Naxçıvan  Muxtar  Respublikada  elm  və  təhsilin  inkişafında 
kitabxanalar da mühüm rol oynayır.  
Naxçıvan  iqtisadi  rayonunda  ümumilikdə  491  (100.0%)  kitabxana 
fəaliyyət göstərir. Bu kitabxanaların 94-ü və ya 19.1%-i şəhər yerlərində, 
397-si və ya 80.9%-i kənd yerlərindədir.  
İqtisadi  rayonda  kitabxanalarının  sayına  görə  birinci  yerdə  Şərur 
rayonudur. Belə ki, burada 127 kitabxana oxuculara xidmət göstərir. Bu 
kitabxanalardan  6-sı  (4.7%)  şəhər  yerlərində,  121-i  (95.3%)  isə  kənd 
yerlərində  yerləşir.  Kitabxanalarının  sayına  görə  ikinci  yer  Ordubad 
rayonunun  payına  düşür.  Burada  fəaliyyət  göstərən  kitabxanaların  10-u 
və  ya  11.5%-i  şəhər,  77-i  və  ya  88.5%-i  kənd  yerlərindədir.  Babək 
rayonunda  79  (100.0%)  kitabxana  oxuculara  xidmət  işini  həyata  keçirir. 
Bu  kitabxanaların  4-ü  (5.1%)  şəhər,  75-i  (94.9%)  kənd  yerlərində 
yerləşir.  Kitabxanalarının  sayına  görə  4-cü  yerdə  Culfa  rayonu  dayanır. 
Bu  rayonun  payına  60  (100.0%)  kitabxana  düşür.  Digər  rayonlarda 
olduğu  kimi  Culfa  rayonunda  da  kitabxanaların  böyük  bir  hissəsi  kənd 
yerlərində  fəaliyyət  göstərir.  Belə  ki,  kitabxanaların  9-u  və  ya  15.0%-i 
şəhər,  51-i  və  ya  85.0%-i  kənd  yerlərindədir.  Şahbuz  rayonunda  5-i 


Yüklə 3,64 Kb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə