Китабханашцнаслыг



Yüklə 3,64 Kb.
Pdf görüntüsü
səhifə40/78
tarix14.01.2018
ölçüsü3,64 Kb.
#20608
1   ...   36   37   38   39   40   41   42   43   ...   78

92 
 
2009-cu  ildə  MKS-in  fonduna  8074  nüsxə  yeni  ədəbiyyat  daxil 
olmuşdur.  Bunun  1273  nüsxəsi  Respublika  Kitabxana  Kollektorundan, 
3101  nüsxəsi  Prezident  Aparatından,  125  nüsxə  M.  F.  Axundov  adına 
Respublika  Milli  Kitabxanasının  mübadilə  şöbəsindən,  1985  nüsxə 
müxtəlif təşkilatlar, oxucular və müəlliflər tərəfindən hədiyyə kimi, 910 
nüsxə avtoreferat, 640 nüsxə jurnal kimi, 40 nüsxə Mədəniyyət İdarəsin-
dən daxil olmuşdur.  
2010-cu  ildə  MKS-in  fonduna  3583  nüsxə  yeni  ədəbiyyat  daxil 
olmuşdur ( 6, 45). 
Hər  il  yeni  daxil  olan  ədəbiyyatlar  əlifba  uçot  kataloqu  ilə 
yoxlanılır,  qeyd  jurnalında  qeydiyyata  alınaraq  inventar  nömrə  verilir, 
təsnifləşdirilir,  təsvir  kartoçkaları,  kitab  formulyarları  yazılır.  Kitablar 
bölmələrə  bölüşdürülərək  qeyd  jurnallarında,  uçot  kataloqlarında  və 
ümumi  uçot  kataloqlarında  qeydiyyatı  aparılır  və  MKS-in  bölmələrinə 
çatdırılır.  
İl  ərzində  müntəzəm  olaraq  əlifba-uçot,  əlifba-sistemli  kataloqları 
redaktə  edilir,  yeni  alınan  kitabların  kartoçkaları  operativ  olaraq  əlifba-
uçot, əlifba və sistemli kataloqlarda əks etdirilir.  
Bütün  bunlarla  yanaşı  hər  il  MKS-in  fondundan  silinən  ədəbiy-
yatlar  olur.  2006-cı  ildə  11961  nüsxə,  2007-ci  ildə  5549  nüsxə,  2008-ci 
ildə  10549  nüsxə,  2009-cu  ildə  22297  nüsxə,  2010-cu  ildə  isə  28870 
nüsxə  ədəbiyyat  silinmişdir.  Bunlar  məzmunca  köhnəlmiş,  cırıq, 
oxucular  tərəfindən  itirilmiş,  Azərbaycan  və  rus  dillərində  olan  kitab  və 
jurnallardır. 
 MKS-nin  abonement,  VFTİ  şöbələrində,  MKS-nin  kitabxana-
filiallarında  fond,  kataloq  və  uçot  sənədləri  yoxlanılır,  fondlardan 
silinmiş ədəbiyyatların aktlar üzrə inventar kitablarından, filialların qeyd 
jurnallarından  mərkəzi  əlifba  və  sistemli  kataloqdan  çıxarılması  işi 
həyata keçirilir.  
 
ƏDƏBĠYYAT  
 
1.
 
“Kitabxana  işi  haqqında”  Azərbaycan  Respublikasının 
Qanunu // Kitabxanaşünaslıq və biblioqrafiya.- 1999.- №1.- s.3-17. 
2.
 
İsmayılov  X.  İ.  Azərbaycan  Respublikasında  kitabxana  işinin 
metodik təminat sisteminin inkişaf tarixi.- Bakı.; 2000 
3.
 
Xələfov A. A. Azərbaycanda kitabxana işinin tarixi: Dərslik. 2 
hissədə. I hissə.- Bakı: Bakı Universiteti Nəşriyyatı, 2004.- 328 s. 
4.
 
Xələfov  A.  A.  Kitabxanaşünaslığa  giriş:  Dərslik:  3  hissədə.  h. 
1-2.- Bakı: Bakı Universiteti Nəşriyyatı, 2001.- 400 s.  


93 
 
5.
 
Xələfov  A.  A.  Kitabxanaşünaslığa  giriş:  Dərslik.  III  hissə.- 
Bakı: Bakı Universiteti Nəşriyyatı, 2003.- 314 s. 
6.
 
Sumqayıt MKS-nin 2005-2010-cu il hesabatları. 
 
Г.АЛИЕВА 
СОВРЕМЕННОЕ ПОЛОЖЕНИЕ И 
ИНФОРМАЦИОННЫЙ ФОНД ЦБС ГОР. СУМГАИТА 
РЕЗЮМЕ 
 
В статье  указаны истории о создании ЦБС и его филиалах. В 
том числе о современном положении информационного фонда ЦБС 
гор.Сумгаита  
 
G.ALĠYEVA 
THE PRESENT SITUATION OF DOCUMENT 
INFORMATION FUND OF SUMGAIT SSL (SYSTEM OF 
CENTRALIZED LIBRARY) 
SUMMARY 
 
Arise  history  and  Information  about  the  branches  of  the  CLS  was 
reflected In the article. The same time the information fund and modern 
situation has been reflected here. 
 
 


94 
 
Zabitə RƏHĠMOVA  
magistrant 
 
MÜSTƏQĠLLĠK ĠLLƏRĠNDƏ C.CABBARLI ADINA 
RESPUBLĠKA GƏNCLƏR KĠTABXANASINDA FONDUN 
FORMALAġMASI 
 
Açar  sözlər:  kitabxana  fondu,  fondun  formalaşması,  komplektləşdirmə, 
elektron kataloq, İRBİS-64 
Key  words:  библиотечный  фонд,  формирование  фонда,  приобрете-
ние, электронный справочник , ИРБИС-64 
Ключевые слова: library fund, formation of the fund, acquisition, elec-
tronic directory IRBIS-64 
 
  Elmin varlığını, inkişafını təmin edən ən mühüm amillərdən biri, 
bəlkə  də  birincisi  onun  sənəd-informasiya  sərvətləridir.  Müasir  dövrdə 
hər  bir  cəmiyyətin  elminin  səviyyəsini  xarakterizə  edən  əsas 
göstəricilərdən  biri  onun  informasiya  ehtiyatlarıdır  və  bu  informasiyanı 
toplayan, sistemləşdirən, mühafizə edən və elmin inkişafı naminə istifadə 
edən kitabxanalardır. 
  Müstəqil  Azərbaycan  Respublikasında  kitabxanalar  cəmiyyətin 
mədəni  quruculuğunda  mühüm  rol  oynayan  mədəni-maarif  və  elmi-
informasiya  müəssisələridir.  Kitabxanalar  əhali  arasında  elmi  biliklərin 
yayılmasında, 
oxucuların 
mənəvi, 
estetik 
dünyagörüşünün 
formalaşmasında fəal iştirak edən elmi-informasiya və maarif ocaqlarıdır. 
Buradan belə bir nəticəyə gəlmək olar ki, hər bir cəmiyyətin sosial-siyasi
iqtisadi və mədəni inkişaf səviyyəsini müəyyən edən ölçülər və meyarlar 
vardır. Bu meyarlar içərisində Cəfər Cabbarlı adına Respublika Gənclər 
Kitabxanası  mühüm  yer  tutur.  Çap  əsərlərinin  və  digər  sənədlərin 
kitabxanada  toplanması  zəngin  sənəd-informasiya  fondlarının  cəmiyyət 
üçün  böyük  tarixi,  elmi  və  mədəni  əhəmiyəti  vardır.  Kitabxana  fondu 
mədəniyyətin  “qızıl  fondu”  olub  bəşəriyyət  tərəfindən  əsrlər  boyu 
toplanmış intellektual xəzinədir.  
  C.Cabbarlı  adına  Respublika  Gənclər  Kitabxanası  1928-ci  ildən 
qiraətxana  kimi 
fəaliyyətə 
başlamışdır.  Yarandığı  ilk  vaxtlar 
kitabxananın binası və yeterincə fondu yox idi. 1950-ci ildən başlayaraq 
kitabxananın  fəaliyyətində  ciddi  dönüş  yaranmışdır.  Fondu  ilbəil 
zənginləşmiş,  geniş  oxucu  kütləsini,  əsasən  gəncləri  və  məktəbliləri 
kitabxanaya  cəlb  etmişdir.  1937-ci  ildən  Azərbaycan  dramaturgiyasının 
banilərindən  biri  sayılan  Cəfər  Cabbarlının  adını  daşıyan  kitabxanaya 
1976-cı ildə gənclər kitabxanası statusu verilmişdir. 


Yüklə 3,64 Kb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə