Китабханашцнаслыг



Yüklə 3,64 Kb.
Pdf görüntüsü
səhifə38/78
tarix14.01.2018
ölçüsü3,64 Kb.
#20608
1   ...   34   35   36   37   38   39   40   41   ...   78

88 
 
dən, müxtəlif təşkilatlar, oxucular və müəlliflər tərəfindən isə avtoreferat 
və  jurnal  kimi  daxil  olmuşdur.  Gözdən  Əlillər  Cəmiyyətinin  səsyazma 
studiyasından bədii əsərlər köçürülmüş 20 ədəd kaset alınmışdır. 
 Azərbaycan Respublikası  Prezidenti  İlham  Əliyevin  sərəncamı ilə 
təsdiq edilmiş “Azərbaycan Respublikasında kitabxana-informasiya sahə-
sinin  2008-2013-cü  illərdə  inkişafı  üzrə  Dövlət  Proqramının”  Tədbirlər 
Planına uyğun olaraq S. Vurğun adına Mərkəzi kitabxanada və MKS-də 
bir sıra işlər görülmüşdür. 2009-cu ildə kitabxanaya yeni proqram – Av-
tomatlaşdırılmış Kitabxana Sistemi İRBİS  - 64 kitabxana proqramı alın-
dı.  Bu  proqram  vasitəsilə  ilk  növbədə  ölkə  prezidentinin  fərmanları  ilə 
çap olunmuş latın qrafikalı ədəbiyyat, o cümlədən, yeni alınmış qəzet və 
jurnallar,  həmçinin  kitabxanaya  yeni  yazılan  oxucuların  formulyarları 
proqrama köçürüldü və bu iş müntəzəm davam etdirilir. Həmçinin MKS-
in 12 saylı uşaq kitabxanasına İRBİS – 64 kitabxana proqramı alınmışdır. 
( 6, 37 ) 
 Dövlət  Proqramının  Tədbirlər  Planının  2.1.2  bəndində  nəzərdə 
tutulan  “Azərbaycanşünaslığı  inkişaf  etdirmək  məqsədilə  fondların 
ölkəşünaslığa və diyarşünaslığa dair materiallarla zənginləşdirilməsi” ilə 
əlaqədar S. Vurğun adına Mərkəzi Kitabxananın Kitabişləmə və Komp-
lektləşdirmə  şöbəsi  il  ərzində  MKS-in  fondunun  komplektləşdirilməsini 
həyata  keçirərkən  ilk  növbədə  ölkəşünaslığa,  diyarşünaslığa  dair  çap 
əsərlərinin sistemin fonduna alınmasına çalışırlar.  
 Dövlət  Proqramının  Tədbirlər  Planının  2.1.3  bəndində  nəzərdə 
tutulan “Gözdən əlil insanların informasiya tələbatını ödəmək məqsədilə 
kitabxana fondlarının xüsusi nəşrlərlə komplektləşdirilməsi” ilə əlaqədar 
gözdən  əlil  insanların  istifadə  etməsi  üçün  Mərkəzi  Kitabxanaya  20 
nüsxə  audio  kaset  alınmışdır.  Bunlardan  Anarın  “Otel  otağı”,  Mehdi 
Hüseynin “Yeraltı çaylar dənizə axır”, İsmayıl Şıxlının “Ölən dünyam”, 
Y.  V.  Çəmənzəminlinin  “Cənnətin  qəbzi”,  “Yunan  əfsanələri”  və  digər 
audio kasetləri göstərmək olar. 
 Dövlət  Proqramının  Tədbirlər  Planının  2.1.7  bəndində  nəzərdə 
tutulan  “Oxuculara  verilən  ədəbiyyatın  tematik  –  tipoloji  uçotunun 
təşkili,  fəal  və  qeyri-fəal  istifadə  edilən  nəşrlərin  müəyyənləşdirilməsi, 
oxucuların  informasiya  tələbatının  ödənilməsinə  yönəlmiş  sorğuların 
keçirilməsi  və  əldə  edilmiş  nəticələr  əsasında  fondların  komplekt-
ləşdirilməsi”  sahəsində  də  MKS-də  bir  sıra  işlər  görülmüşdür.  Belə  ki, 
Mərkəzi  Kitabxananın  Komplektləşdirmə  və  kitabişləmə  şöbəsi 
komplektləşmə  işini  həyata  keçirərkən  oxucular  tərəfindən  daha  çox 
soruşulan  və  əksər  hallarda  fondda  olmadığı  və  ya  az  nüsxədə  olduğu 
üçün  “rədd”  cavabı  verilən  informatika,  kompüterləşmə,  bazar 
iqtisadiyyatı,  beynəlxalq  əlaqələr,  xarici  ölkələrin  iqtisadiyyatı,  siyasət, 


89 
 
texniki  elmlər,  dilçilik  və  ədəbiyyatşünaslığa  dair  kitabların,  xüsusilə 
dərslik ədəbiyyatının sistemin fonduna alınmasına çalışır. 
Məlumat-biblioqrafiya  şöbəsinin  əməkdaşları  uşaq  kitabxanaların-
da  olaraq  təsvir  kartoçkalarının  şifrələnib  yerləşdirilməsinə,  kartotekala-
rın yeni materiallarla zənginləşdirilməsinə, yeni rubrikaların ayrılmasına, 
məzmunca  köhnəlmiş  rubrikalarının  və  təsvir  kartoçkalarının  kartoteka-
lardan xaric edilməsini həyata keçirirlər. 2009-cu ildə 7 saylı uşaq kitab-
xanasına “Mən bir susmaz duyğuyam ki …” (C. Cabbarlı-100, iyul), “Ta-
rixin  Xocalı  faciəsi”  (Fevral),  “Hünər  və  rəşadət  rəmzi”(9  May-Qələbə 
günü),  12  saylı  kitabxanaya  “Ana  laylası,  uşaq  dünyası”  (Kiçik  və  orta 
yaş  qrupları  üçün.  May),  Uşaq  Kitabxana  Kluba  “Şərqşünas  alim”  (A. 
İmanquliyeva-70)  və  s.  mövzularda  biblioqrafik  vəsaitlərin  tərtibinə 
köməklik göstərilmişdir.  
Sumqayıt  şəhər  Mərkəzləşdirilmiş  Kitabxana  Sisteminin  filial-
larının fondu, oxucu tərkibi və kitab verilişi belədir: 
 
Kitabxanalar 
Fondu 
Oxucusu 
Kitab veriliĢi 
Mərkəzi kitabxana 
124419 
5488 
169181 
1 saylı kx-f 
22920 
2005 
42199 
2 saylı kx-f 
44911 
2936 
62203 
3 saylı kx-f 
35579 
1521 
37987 
4 saylı kx-f 
33945 
2434 
42682 
5 saylı kx-f 
27144 
2470 
47400 
6 saylı kx-f 
27573 
2004 
42053 
7 saylı kx-f 
26578 
2076 
33230 
8 saylı kx-f 
26379 
2005 
44953 
9 saylı kx-f 
31596 
2266 
42346 
10 saylı kx-f 
31964 
2224 
42744 
11 saylı kx-f 
11307 
750 
12101 
12 saylı kx-f 
41264 
2349 
40500 
13 saylı kx-f 
22197 
702 
9049 
14 saylı kx-f 
26981 
2100 
40255 
15 saylı kx-f 
16667 
1303 
26115 
16 saylı kx-f 
23402 
1485 
28045 
17 saylı kx-f 
22190 
865 
14596 
18 saylı kx-f 
1416 
612 
860 
UKK 
19949 
3597 
78408 
 
 


Yüklə 3,64 Kb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə