Китабханашцнаслыг



Yüklə 3,64 Kb.
Pdf görüntüsü
səhifə37/78
tarix14.01.2018
ölçüsü3,64 Kb.
#20608
1   ...   33   34   35   36   37   38   39   40   ...   78

86 
 
 Bakı  iqtisadi  rayonunun  tərkibində  olan  Sumqayıt  şəhərinin 
informasiya  arealına  daxil  olan  ən  zəngin  iş  təcrübəsinə  malik  olan 
kitabxana sisitemlərindən biri də Sumqayıt şəhər MKS-dir. 
 Sumqayıt  şəhərində  88  kitabxana  fəaliyyət  göstərir.  Bu  şəhərdə 
yerləşən  kitabxanaların  22,7  faizi  Mədəniyyət  və  Turizm  Nazirliyi 
sisiteminə daxildir və Respublika üzrə ümumi kitabxana resurslarının 3,8 
faizini  təşkil  edir.  Sumqayıt  şəhər  kitabxanalarının  informasiya 
resurslarının  ümumi  həcmi  2,5  milyona  yaxındır  ki,  bu  da  Respublika 
kitabxana resusrslarının 3 faizini təşkil edir. Sumqayıt şəhərində mövcud 
olan  kitabxanalarda  82  kitabxanaçı  işləyir  ki,  bunlardan  22  faizi  ali 
kitabxanaçılıq  təhsilli,  24,4  faizi  isə  qeyri-ali  kitabxanaçılıq  təhsilli 
işçilərdir ( 6). 
Sumqayıt  şəhər  S.  Vurğun  adına  Mərkəzi  kitabxana  1958-ci  ildən 
fəaliyyət göstərir. 1966-cı ildən kitabxanaya S. Vurğunun adı verilmişdir. 
1974-cü ildən Sumqayıtda olan dövlət kitabxanalarını özündə birləşdirən 
MKS-nin  metodik  mərkəzidir.  Kitabxananın  5  şöbəsi,  19  filialı  var. 
sistemə  20  dövlət  kitabxanası:  S.  Vurğun  adına  mərkəzi  şəhər  kitabxa-
nası, 13 böyük, 1 gənclər, 4 uşaq kitabxanaları və N. Gəncəvi adına uşaq 
kitabxana klub daxildir. S. Vurğun adına Sumqayıt şəhər Mərkəzi kitab-
xananın fondu 124419 nüsxə, oxucusu 5488 nəfər, kitab verilişi 169181 
nüsxədir. Filiallarda olan kitab fondunun ümumi həcmi 493962 nüsxədir. 
MKS-in fondu isə 582776 nüsxədir ( 6, 11 ).  
Bildiyimiz  kimi  “Kitabxana  işi  haqqında”  Azərbaycan  Respubli-
kasının  Qanununda  da  göstərilir  ki,  kitabxana  fondunun  tərkibinə  kitab, 
jurnal,  qəzet,  digər  çap  məhsulları,  audiovizual  və  texniki  vasitələrlə 
oxunan materiallar, əlyazmalar və başqa informasiya daşıyıcıları daxildir 
( 1, 13 ). 
Bu  qanunu  əldə  rəhbər  tutaraq  Sumqayıt  şəhər  MKS-i  də  dövlət 
vəsaiti hesabına yeni ədəbiyyatları almaqla, Prezident Aparatından, M. F. 
Axundov adına Respublika Milli Kitabxanasından kitab mübadiləsi yolu 
ilə,  nəşriyyatların  və  müəlliflərin  bağışladıqları  kitablar  hesabına  kitab 
fondunu daim zənginləşdirir.  
Oxucuların  ümumtəhsil,  mədəni  və  peşə  sorğularının  ödənilməsi 
üçün kitabxananın universal profilli kitab fondu vardır.  
MKS-in  fondu  elm  sahələri  üzrə  də  çox  zəngindir.  Elm  sahələri 
üzrə  fondun  tərkibi:  ictimai-humanitar,  təbiət  elmləri,  texnika,  kənd 
təsərrüfatı,  iqtisadiyyat,  hüquq  və  hərbi  elm,  təhsil,  mədəniyyət, 
incəsənət,  filologiya,  bədii  ədəbiyyat,  din,  fəlsəfə,  psixologiya,  məlumat 
nəşrlərindən  və  s.  ibarətdir.  Fondun  tərkibinə  daxil  olan  sənəd-
informasiya  resursları  həm  kiril,  həm  də  latın  qrafikalıdır.  Burada 


87 
 
azərbaycan,  rus  və  digər  başqa  dillərdə  kitab,  kitabça,  jurnal,qəzet  və 
digər nəşrlər vardır. 
 Burda  oxucuya  lazım  olan  kitabı  tapmağa  kömək  edən  mühüm 
mənbə  kimi  əlifba  və  sistemli  kataloqlar,  sistemli  və  ölkəşünaslıq 
kartotekaları tərtib edilmişdir. Xidmət  şöbəsi  əhaliyə abonement  və oxu 
zalı  vasitəsilə  xidmət  göstərir.  Oxucuların  müxtəlif  sorğularını  tez  və 
dolğun ödəməyə çalışır, çap əsərlərindən səmərəli istifadə etməyə kömək 
edir, fondun qorunmasını həyata keçirir, MKS-in  imkanlarını açmaqdan 
ötrü  hər  bir  oxucuya  sistemdaxili  və  kitabxanalararası  abonement 
haqqında məlumat verir. 
 Sistemin  oxucularına  əhatəli  və  dolğun  xidmət  göstərmək  üçün 
məlumat-biblioqrafiya  şöbəsi  onlara  biblioqrafiya  xidmətini  təşkil  edir. 
Soraq-biblioqrafiya  aparatını  təkmilləşdirir,  biblioqrafik  işi  əlaqələndirir 
və ona nəzarət edir, məqalələrin sistemli və diyarşünaslıq kartotekalarını 
aparır. Oxuculara lazım olan ədəbiyyatın seçilməsində köməklik göstərir, 
onların  kartotekalardan,  tövsiyə  siyahılarından  və  biblioqrafik 
materiallardan  istifadə  etmələrinə  imkan  yaradır.  Soraq-biblioqrafiya 
aparatı  və  onun  tərkib  hissələri,  kataloq  və  kartoteka  sistemi  haqqında 
məlumat  verir.  Yeni  daxil  olan  ədəbiyyatın  məlumat  bülletenini  tərtib 
edir və xülasəsini “Sumqayıt” qəzetində dərc etdirir. 
 Hər  il  soraq-biblioqrafiya  aparatını  təşkil  edən  soraq  və 
biblioqrafik nəşrlər fondu, kataloq və  kartotekalar sistemi,  yazılı  şəkildə 
yerinə  yetirilmiş  arayışlar  fondu  ilə  iş  müntəzəm  olaraq  davam  etdirilir. 
2009-cu  ildə  məlumat-biblioqrafik  nəşrlər  fonduna  şöbə  əməkdaşlarının 
tərtib  etdiyi  “Sumqayıtın  mədəni  həyatı”  (Sumqayıt  şəhərinin 
yaranmasının  60  illiyi),  “Bəşəri  ideyalar  carçısı”  (Şeyx  Məhəmməd 
Xiyabaninin  anadan  olmasının  130  illiyi),  “Sinəmdə  söz  bulağı  var” 
(Vaqif  Bəhmənli-55)  adlı  vəsaitlər  daxil  olmuşdur.  “Uşaqların  haqqları 
və  reallıqlar”  (Beynəlxalq  uşaq  ili),  1988-ci  il  fevralda  Sumqayıtda  baş 
verən  hadisələrə  həsr  olunmuş  “Həqiqəti  gələcək  nəsillərə”  adlı 
biblioqrafik  vəsaitlər  yeni  materiallarla  zənginləşdirilmiş,  biblioqrafik 
nəşrlər 
fonduna  daxil  edilmişdir.  “Ölkəşünaslıq”,  “Sumqayıt”, 
“Sistemli”,  “Poeziya  mövzularda”  kartotekaları  (Azərbaycan  və  rus 
dillərində)  ilə  iş  davam  etdirilmiş,  məzmunca  köhnəlmiş  məqalələrin 
təsvir kartoçkaları kartotekalardan xaric edilmişdir.  
 Prezidentin  sərəncamına  əsasən  2005-ci  ildə  kitabxanaya  6600 
nüsxə, 2006-cı ildə isə 2658 nüsxə yeni ədəbiyyat daxil olmuşdur. Buna 
görə  digər  illərlə  müqayisədə  2005-2006-cı  illərdə  MKS-in  fondu  çox 
olmuşdur.  Yeni  daxil  olan  ədəbiyyat  əsasən  Respublika  Kitabxana 
Kollektorundan,  Prezident  Aparatından,  Mədəniyyət  İdarəsi  tərəfindən, 
M. F. Axundov adına Respublika Milli Kitabxanasının mübadilə şöbəsin-


Yüklə 3,64 Kb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə