Китабханашцнаслыг



Yüklə 3,64 Kb.
Pdf görüntüsü
səhifə33/78
tarix14.01.2018
ölçüsü3,64 Kb.
#20608
1   ...   29   30   31   32   33   34   35   36   ...   78

75 
 
rəflərdə  axtarmaq  olar.  Buna  görə  əvvəlcə  o  kitab  haqqında  infor-
masiyanı  mobil  oxucuya  yazıb  və  sonra  rəflərdə  gəzdirib  kitabı  tapmaq 
mümkündür.  RFİD-in  böyük  üstünlüklərindən  biri  də  odur  ki,  o  rəfdə 
olan kitabların etiketini oxuya bilir. Beləliklə, kitabxanada mövcüd olan 
kitabların siyahısı əldə edilir və həm kitabların müntəzəm olaraq rəfdə öz 
yerlərində yerləşmələrinə nəzarət etmək mümkün olur. Yeni texnologiya 
kitabxanalara imkan verir ki, eyni funksiyaları sadə və effektiv formada 
yerinə yetirsinlər. 
 Həmçinin  RFİD  texnologiya  vasitəsilə  ağıllı  oxucu  biletləri  də 
təmin etmək mümkündür.  
 Abonoment  şöbəsində  RFİD  texnologiyadan  istifadə  edərək 
müxtəlif xidmətlər həyata keçirilir. RFİD texnologiyanın bu hissəsi “ştat 
işlənməsi”  (Staff  Handling)  adlanır.  Burada  etiketdə  yazılan  informa-
siyanın  düz  olub-olmaması  yoxlanır  və  nəzarət  olunur.  Əgər 
informasiyada  səhv  olarsa,  onu  ləğv  edib  və  yenidən  yükləyirlər.  Bu 
hissədə  həmçinin  texniki  vasitələr  və  onun  proqram  təminatı  ilə  abono-
ment  işləri,  məsələn,  oxucuya  xidmət  və  geri  qaytarıldıqda  qeydiyyata 
salmaq və s. məsələlər yerinə yetirilir.  
Kitabxanalarda kitablar  və  diğər sənədlər dəfələrlə  oxumağa  alınır 
və  qaytarılır.  FRİD-dən  istifadə  kitabxananın  fəaliyyətlərini  daha  da 
səmərəli  edir.  Çünki  RFİD  etiketləri  dəfələrlə  yenidən  istifadə  edilir. 
Həmçinin kitabxanada RFİD təhlükəsizlik mexanizmi kimi işlənir. RFİD 
etiketlərı müxtəlif  yollarla təhlükəsizlik  əməyini  yüngülləşdirə  bilər.  Bir 
metodda istifadə olunan etiketin bir “təhlükəsizlik biti” var ki, “aparmaq” 
(checked-in)  və  “qaytarmaq”(checked-out)  vəziyyəti  dəyişilə  bilər. 
Kitabxananın  çıxış  darvazalarında  etiket  oxuyan  təchizatlar  var.  Əgər 
istifadəçi  etiketi  “aparmaq”  istəyində  olarsa  xüsusi  həyəcan  siqnalı 
səslənir  və  beləliklə,  icazəsiz  kitabı  kitabxanadan  çıxartmaq  mümkün 
olmur. Başqa metodda həmin istifadəçi çıxış qapısından keçdikdə, sistem 
əldə  və  ya  çantada  olan  kitabların  etiketini  oxuyur  və  kitabxananın 
verilənlər  bazasından  sənədin  aparmaq  icazəsinin  olub-olmamasını 
soruşur.  Baxmayaraq  ki,  RFİD-dən  oğurluğa  qarşı  sistem  kimi  istifadə 
etmək  olar,  amma  onu  olduqca  yüksək  təhlükəsizlik  texnologiyası 
adlandırmaq olmaz. 
 Kitabxanada  RFİD  texnologiyanın  başqa  xidməti  növü  “özü 
qaytarmaq” (self Check-in) və “özü aparmaq” (Check-out) təchizatından 
ibarətdir.  Bu  avtomatik  abonoment  şöbəsi  adlanır.  Kitabxana  oxucuları 
bu  hissəni  çox  istəyirlər,  çünki  oxucu  istənilən  kitabı  seçib  və 
qötürdükdən  sonra  müstəqil  formada  onu  təchizata  yaxınlaşdırıb  və 
qeydiyyatdan  keçirir.  Beləliklə,  oxucu  kitabxanaçıya  ehtiyac  düymadan 
kitabı oxumağa aparır və hətta kitabı qaytaranda yenidən təchizata yaxın-


76 
 
laşdırıb  kitabı  öz  adından  çıxarda  bilir.  Bu  təchizatda  çalışmışlar  ki, 
abonentlər daha rahatlıqla abonoment işlərini özləri yerinə yetirsinlər. 
İkinci  mərhələ  sənədi  proqram  təminatı  vasitəsilə  identifikasiya 
etməkdir.  Buna  görə  oxucu  sənəd  və  ya  kitabı  RFİD  oxucu  sisteminə 
yaxınlaşdırır  və  sistem  sənədi  identifikasiya  edib  və  oxucuya  bir  qəbz 
verir.  
 RFİD  texnologiya  vasitəsilə  oxucu  sənədi  günün  hər  saatında 
kitabxanaya qaytara bilər. Bu sistem “salma qutusu” (Drop Box) adlanır. 
Beləliklə 
kitabın  qaytarmaq  əməliyyatı  avtomatik  olub  və 
kitabxanaçıların köməyi olmadan yerinə yetirilir. Buna görə oxucu kitabı 
“salma  qutusu”-na  salır.  Sistem  kitabın  informasiysını  ekranda  göstərir 
və  dərhal  onun  adını  oxucunun  faylından  silib  və  qaytarmaq  qəbzini 
oxucuya verir [11,12,13,14].  
Yekun  olaraq  qeyd  etmək  olar  ki,  Təbriz  Universitetinin  Mərkəzi 
Elmi Kitabxanalarında tətbiq olunan RFİD texnologiyası həm kitabxana 
xidmətini  yaxşılaşdırır,  həm  də  kitabxanaçıların  əməyini  yüngülləşdirir. 
Buna  görə  də  bu  sistemin  bütün  tip  kitabxanalarda  tətbiq  olunması 
məsləhətdir. 
 
ƏDƏBĠYYAT 
 
Azərbaycan 
1.
 
RFİD (Radio Frequency Identification) nədir? 
www.gmg.com.az
 
English 
1.
 
Ayre,  Lori  bowen.  Position  Paper:  RFID  and  Libraries. 
(2004).  Available  from 
www.galecia.com/included/docs/position-rfid-
permission.pdf
 
2.
 
Boss,  Richard.  Automated  Circulation  Systems  in  university 
libraries of brezil. Library and Information Science .- (1978).-Vol. 12.- s. 
54-68 . 
3.
 
Coyle, Karan . Management of RFİD in libraries. The Journal 
of Academic Librarianship.-2005.- Volume 31.- Number 5.- s. 486–489 
4.
 
Engels,E.(2006). 
RFID 
implementation 
in 
California 
Libraries:  Costs  and  benefits.  Sacramento:  California  Library 
Association. Available from  
5. 
www.Cla-net.org/included/docs/IT3.pdf  
 
6.
 
Molnar,D.;  Wagner,D.A.(2004).  Prevacy  and  security  in 
library RFID:  
7.
 
Issues, 
practices 
and 
architectures. 
Available 
via: 
www.cs.berkely.edu/~dmolnar/library.pdf.  


Yüklə 3,64 Kb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə