Китабханашцнаслыг



Yüklə 3,64 Kb.
Pdf görüntüsü
səhifə32/78
tarix14.01.2018
ölçüsü3,64 Kb.
#20608
1   ...   28   29   30   31   32   33   34   35   ...   78

73 
 
edilən  passiv  etiketlər  RFİD  oxucusu  tərəfindən  yayılan  enerji  ilə  aktiv 
olurlar  və  üzərindəki  məlumatı  oxucuya  göndərirlər.  RFİD  oxucular 
etiketlərdən  yığdıqları məlumatları dirək olaraq,  ya  da şəbəkə  üzərindən 
işləyəcək  olan  kompüter  proqram  sisteminə  çatdırarlar.  Gələn  bu  mə-
lumat  eyni  ilə  barkod  sistemlərində  olduğu  kimi  istifadəçinin  istədiyi 
əməliyyatlara uyğun olaraq işlənərək istifadə edilir, yığılır. 
 RFİD etiketi oxucu tərəfindən görünmədən və uzaq məsafədən də 
oxuna bilər. Etiket üzərindəki məlumat istənildiyi zaman RFİD oxucu ilə 
sərhədsiz  dəyişdirilə  bilər.  Eyni  anda  bir  çox  etiket  oxuna  bilər  (300 
Ad/sn).  Etiketlər  mühit  şərtlərindən  qismən  təsirlənə  bilərlər.  İstifadəyə 
bağlı olaraq uzun ömürlüdürlər. 
   RFİD  sistemləri  son  illərdə  sürətlə  inkişaf  edərək  daha  məşhur 
istifadə sahəsinə sahib olmuşdur. Bir RFİD sistemi üçün büdcə meydana 
gətirmək  istəndiyində,  əvvəlcə  sistemdən  nələr  gözlənildiyi  və  etiketlə-
mənin  hansı  səviyyədə  ediləcəyinin  təyin  olunması  lazımdır.  Etiketləmə 
məhsul  səviyyəsində  edilə  biləcəyi  kimi  qolu,  palitra  və  ya  konteyner 
səviyyəsində də edilə bilər. Yenə tətbiqə bağlı olaraq RFİD etiketlər geri 
çevrilməli şəkildə istifadə edilərək xərclər azala bilər. Ayrıca son dövrdə 
performansı  gedərək artırılan mobil  oxucular ilə sabit sistemlərə asılılıq 
azaldılaraq  daha  çox  nöqtədə  məlumat  toplana  bilərkən  xərclərdə  də 
qənaət  təmin  edilməkdədir.  RFİD  sisteminin  ana  komponentləri  olan 
sabit  oxucu  və  antenalar,  mobil  oxucular,  RFİD  printerlər,  Proqram, 
İnteqrasiya sabit xərci meydana gətirərkən illik etiket istehlakı da dəyişən 
xərcləri meydana gətirir [1,4,13]. 
   Radio  dalğalari  ilə  identifikasiya  və  Avtomatik  identifikasiya 
iqtisadiyyatın  real  sektorlarında:  ticarətdə,  sənayedə,  səhiyyədə,  anbar-
larda, satış məntəqələrində və s. istifadə olunur [7]. 
   Qısaca  demək  olar  ki  RFİD-də,  RF  “radio  dağaları”;  İD 
“identifikasiya mənasını verir. RFİD etiketi İngiliscədə “tag” adlandırılır. 
Hər  etiket  bir  kompüter  çip  və  antenadan  ibarətdir  ki,  kağızda  və  ya 
başqa ( flexible ) mühitdə çap edilir. RFİD bir ştrix koduna bənzəyir ki, 
elektromaqnit  (field)  sahə  və  ya  lazer  şüası  ilə  oxunur.  RFİD  ştrix 
kodlarla müqayisədə irəli çəkilən texnologiyadır. RFİD etiketləri oxumaq 
üçün  görünməlidir;  əvəzində  bu  etiket  harada  yerləşdirildiyindən  asılı 
olmayaraq,  məsələn,  kitabın  örtüyündə  və  ya  hər  məsulun  qablaş-
dırmasında  oxuna  bilər.  Yalnız  identifikasiya  nömrəsiylə  məhdudlaşan 
ştrix  kodundan  ibarət  olan  etiketlər  daha  çox,  mürəkkəb  məlumatı 
daşıyır.  Çip  RFİD  etiketin  bir  hissəsidir  ki,  kitabxana  informasiya 
baytlarını, məsələn, kitabın adı və ya onun şifrəsini daşıyır. 
   Kitabxanaların  inkişafı  və  fondun  artması,  həmçinin  yeni 
texnologiyadan  istifadə  etməyin  üstünlükləri  kitabxanaların  RFİD 


74 
 
texnologiyasından  istifadə  etməsinə  səbəb  olub.  Bu  texnoloji  yüksək 
texnologiyadır  (Hi-Tech),  o  bir  obyektin  identifikasiya  üçün  informasi-
yanı  radio  dalğalar  və  etiketlər  vasitəsilə  FRİD  qəbuledici  təchizata 
göndərir. 
RFİD  sistemi  iki  təməl  komponentdən,  yəni  texniki  vasitələr  və 
proqram  təminatı  ilə  təşkil  olunur.  Texniki  vasitələr  bütün  elektrik 
təchizatıdır ki, bu da iki qrupa bölünür: oxucular və etiketlər. Oxucuların 
işi  informasiyanı  yazmaq  və  oxumaqdır.  RFID  etiketlərində  isə 
informasiya ehtiva edilir və bu məlumatların lazım olduqda radio dalğa-
ları  ilə  oxunması  təmin  edilir.  Etiketlərin  müxtəlif  formaları  var  ki, 
kitabxanada  ən  çox  nişan  (label)  formadan  istifadə  olunur.  Proqram 
təminatı  RFİD  oxucularını  idarə  və  nəzarət  edir.  Kitabxanalarda  RFİD 
texnologiyası  üç  hissədə  xidmət  edir:  fondun  təşkili,  kitabxana 
xidmətləri, kitabxana sənədlərinin təhlükəsizliyi. 
Kitabxanada  istifadə  olunan  qurğular  aşağıdakılardan  ibarətdir: 
sabit  RFİD  sistemlər,  mobil  RFİD  sistemlər,  RFİD  yazıçıları,  RFİD 
oxucuları, RFİD antenalar (ümumiyyətlə hər oxucu üçün iki  ya da dörd 
antenaya  ehtiyac  duyulmaqdadır),  Ana  kompüter,  Proqram  və  işıq 
sensörü [2,3,4,5,6,8].  
   Kitabxanada  RFİD  texnologiyadan  istifadə  etmək  üçün  əvvəlcə 
sənədləri hazırlamaq lazımdır. Təbriz universitetinin Mərkəzi kitabxana-
sında  2010-ci  illin  sentyabrından  RFİD  texnologiyadan  istifadə  etdir. 
Sənədləri  hazırlamaq  məqsədi  ilə  əvvəlcədən  kitabxananın  bütün  kitab-
ları  FRİD  etiketi  ilə  təmin  edilirdi.  RFİD  yazıçılar  (RFİD  printer) 
vasitəsilə  bu  etiketlərin  üzərində  hər  kitabın  ştrix  kodu,  qeydiyyat 
nömrəsi,  kitabın  adı,  saxlanan  yerin  kodu,  kitabxananın  nişanı  və  s. 
informasiyalar  yazılıb  və  kitabın  cildinə  əlavə  olunub  və  rəflərdə 
yerləşdirildi.  Sənədlərin  etiketi  olmasa  abonentə  evə  oxumağa  verilmir. 
Bu FRİD etiketləri gözlə oxuna bilinməz və yalnız FRİD oxucu vasitəsilə 
oxunar.  
 Kitabxanaçılara  mövcud  olan  kitablara  nəzarət  etmək  üçun  mobil 
(portativ) oxucu lazımdır. Mobil oxucuların bir proqram təminatı var ki, 
o  da  nişanların  oxunması  prosesini  yerinə  yetirir  və  ehtiyatda  saxlanan 
informasiyanı  oxuyur  və  sonra  informasiyanı  xidmət  göstərən  təchizata 
köçürür. Mobil oxucu vasitəsilə az müddətdə və rahatlıqla kitab rəflərini 
oxumaq olur. Mobil oxucu vasitəsilə 10 kitabı bir saniyədə oxumaq olar. 
Mobil  oxucunu  rəflərin  kənarında  dalğa  formada  hərəkət  etdirib  və  hər 
rəf  haqqında  informasiyasını  bir  saniyədə  təmin  etmək  olar.  Beləliklə, 
kitabxanaçılar  həm  kitabların  siyahısını  əldə  edir  və  həm  göz  önündə 
yerləşməyən, yerində olmayan kitabı tapıb öz yerində yerləşdirə bilərlər. 
Həmcinin  mobil  oxucu  və  onun  proqramı  vasitəsilə  hər  hansı  bir  kitabı 


Yüklə 3,64 Kb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə