Китабханашцнаслыг



Yüklə 3,64 Kb.
Pdf görüntüsü
səhifə30/78
tarix14.01.2018
ölçüsü3,64 Kb.
#20608
1   ...   26   27   28   29   30   31   32   33   ...   78

68 
 
2.
 
Sosial: informasiya həyat səviyyəsinin dəyişməsində təbii olaraq 
mühüm stimul formalaşdıran amil kimi çıxış edir; 
3.
 
İqtisadi:  informasiya  resurs,  xidmət,  əmtəə,  əlavə  dəyərin  və 
məşğulluğun  mənbəyi  keyfiyyətində  çıxış  edir  və  əlavə  dəyər  yaratmış 
olur; 
4.
 
Siyasi:  azad  informasiya  əhalinin  sosial  təbəqələri  arasında 
bilavasitə konsensusa xidmət edir. 
5.
 
Mədəni:  ayrıca  götürülmüş  fərdin  və  bütövlükdə  cəmiyyətin 
mədəni tərəqqisinə yardım göstərir. 
 Dünya  kitabxanaşunaslıq  sferasında  xüsusilə  də  elmi  kitabxanaçı-
lıqda  müşahidə  edilən  bu  tendensiyalar  heç  şubhəsiz  Azərbaycan  milli 
kitabxana  sisteminin  konyukturasında  da  müşahidə  edilən  əsas 
istiqamətlərdən  birini  təşkil  etməkdədir.  «Kitabxana  xalq,  millət  üçün, 
cəmiyyət  üçün  müqəddəs  bir  yer,  mənəviyyat,  bilik,  zəka  mənbəyidir. 
Məhz  ona  görə  də  kitabxanaya  daimi  hörmət  xalqımızın  mədəniyyətini 
nümayiş etdirən amillərdən biridir» [1] deyə qiymətləndirən Ümummilli 
Liderimiz  Heydər  Əliyev  cənabları  bu  sferanın  daima  müasirləşdiril-
məsini, mütərəqqiləşdirilməsini, dünya standartlarına uyğunlaşdırılmasını 
ön  görmüş  və  bu  sahədə  daima  öz  uzaqgörənliyi  ilə  mayak  rolunu 
oynamışdır. Bu ilkləri əsas götürərək milli elmi kitabxanaçılıq sferasının 
inkişaf  istiqamətlərinin  müəyyənləşdirilməsinin  rəsmi  aspektləri  bu  gün 
də Respublikamızın prezidenti İlham Əliyev cənablarının 20 aprel 2007-
ci  il  tarixində  imzaladığı  «Azərbaycanda  kitabxanaların  fəaliyyətinin 
yaxşılaşdırılması  haqqında»  sərəncamında  öz  əksini  daha  dolğun  bir 
şəkildə əks etdirmişdir [2]. 
Respublika  prezidenti  İlham  Əliyev  cənablarının  Türk  Dilli 
Ölkələrin  Milli  Kitabxana  Direktorlarının  konfransı  və  Avrasiya  Kitab-
xanalar Assambleyası Əməkdaşlıq Təşkilatının ümumi iclasının iştirakçı-
larına məktubunda da qeyd etdiyi kimi «Qloballaşan dünyada informasi-
ya  cəmiyyətinin  tələblərinə  uyğun  olaraq  müasirləşən  milli  kitabxanalar 
ölkələrin davamlı inteqrasiyası və xalqların qarşılıqlı mədəni əlaqələrinin 
zənginləşdirilməsi proseslərinə öz layiqli töhvələrini verməkdədir» [3] və 
bu  da  öz  növbəsində  sözügedən  subyektlərin  qarşılarında  ciddi  bir 
məsuliyyət qoymuşdur.  
Azərbaycan  Respublikasında  kitabxana-informasiya  sahəsinin 
2008-2013-cü  illərdə  inkişafı  üzrə  Dövlət  Proqramında  müəyyən-
ləşdirilmiş inkişaf istiqamətləri və yaxud əgər belə demək mümkündürsə 
sözügedən  sferada  dövlət  siyasətinin  prioritetlərinə  nəzər  yetirdikdə 
burada  əsas  etibarilə  aşağıdakı  məsələlər  üzrə  müvafiq  işlərin 
reallaşdırılmasının labüdlüyünü görə bilərik [4]: 


69 
 
1.
 
Tarixi-mədəni,  ədəbi-bədii  və  elmi-fəlsəfi  irsin  toplanılıb  sax-
lanılması; 
2.
 
Sösü  gedən  resursların  oxuculara  çatdırılmasının  təkmilləş-
dirilməsi; 
3.
 
Fondların  müasir  informasiya  daşıyıcıları  ilə  zənginləşdiril-
məsi; 
4.
 
Dünyanın  qabaqcıl  kitabxana-informasiya  müəssisələrinin 
təcrübələrindən yararlanmağı təmin etməli
5.
 
Elektron məlumat banklarının yaradılması; 
6.
 
İnnovativ  informasiya  axtarış  sistemlərinin  tətbiqi  və  s.  kimi 
məsələlərdən ibarətdir. 
Məhz  bu  baxımdan  Respublikamızda  informasiya  cəmiyyətinə 
sürətli  keçid  və  bu  infrastrukturun  yaradılması  istiqamətində  reallaş-
dırılan  davamlı  və  rəqabətqabiliyyətliyi  təmin  edən  kitabxana  işinin 
təşkili,  menecmenti  (idarə  edilməsi)  və  oxuculara  xidmətin  təşkili  kimi 
prioritet  istiqamətlərin  modernləşdirilməsi  ilə  yanaşı,  elmi  kitabxana-
larında  innovativ  informasiya  axtarış  sistemlərinin  tətbiqi  xüsusiy-
yətlərinin  mövcud  durumu  və  onun  konkret  normalar  çərçivəsində 
reallaşdırılması mühüm əhəmiyyət kəsb etməkdədir. 
Respublika  elmi  kitabxanalarında  müasir  kommunikasiya  texno-
logiyalarının mənimsənilməsi və ayrı-ayrı mərhələlərdə tətbiqi bu sferada 
da modernləşmənin prioritetləşdirilməsinə gətirib çıxarmaqla məhz bu tip 
kitabxanaların  islahatlardan  bəhrələnməsi  ilə  nəticələnmişdir.  İstər  elm 
və  texnika  üzrə  elektron  sənədlərlə  xidmətin  təşkili,  vahid  istifadə 
məntəqəsindən  vahid  istifadəçi  interfeysinin  yaradılması,  onlayn 
rejimində 
elektron 
informasiyalardan 
istifadə 
üçün 
ödənişin 
mərkəzləşdirilmiş  virtual  hesablar  sitemində  toplanması  və  onun  uçotu-
nun  daha  mobil  aparılması  istərsə  də  elektron  sənədlər  arxivinin  forma-
laşdırılması  və  yaxud  əgər  belə  demək  mümkündürsə  müasir  elektron 
sənəd-resurs  depozitar  fondunun  yaradılması,  onlara  elektron  poçtla 
sifarişin  təmin  edilməsi  və  bu  kimi  digər  mütərəqqi  texnologiyaların 
tətbiqi  kimi  innovativ  tədbirlər  planının  reallaşdırlması  prosesin  məntiqi 
nəticəsi kimi öz bəhrəsini vermişdir. 
Qlobal  münasibətlər  sisteminin  dərinləşdiyi  bir  dövrdə  dünyanın 
qabaqcıl  elmi-texniki  kitabxanalarında  elektron  kataloqların  işlənməsi, 
istehlakçılara (oxuculara) adekvat elektron xidmətin təşkili sahəsində bir 
sıra innovativ  strategiyalar tətbiq  edilərək informasiya resurslarına daha 
operativ və  effektiv çıxışın təmini sahəsində daha ciddi nailiyyətlər əldə 
edilmişdir. Bu da öz növbəsində elmi-texniki kitabxanalarda avtomatlaş-
dırılmış  kitabxana  informasiya  sistemlərinin  tətbiqində  çox  çeşidliliyə 
gətirib çıxarmışdır. Bu sahədə tətbiq edilən İRBİS 64 avtomatlaşdırılmış 


Yüklə 3,64 Kb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə