Китабханашцнаслыг



Yüklə 3,64 Kb.
Pdf görüntüsü
səhifə26/78
tarix14.01.2018
ölçüsü3,64 Kb.
#20608
1   ...   22   23   24   25   26   27   28   29   ...   78

59 
 
dövri nəşrləri əldə etməklə yanaşı, gündəlik dünyada baş verən hadisələr 
haqqında  məlumat  ala  bilirlər.  Sirakuza  universitetində  kitabxana 
informasiya elmləri üzrə geniş magistr proqramı vardır. Burada aşağıdakı 
magistr dərəcələri verilə bilər: 
1. Kitabxana və informasiya üzrə magistr;  
2. Məktəb-media mütəxəssisi;  
3. İnformasiya menecmenti üzrə magistr;  
4. Telekommunikasiya və şəbəkə menecmenti üzrə magistr;  
5. İnformasiya menecmenti üzrə icraçı magistr.  
-
 
Burada doktor dərəcəsi də almaq olar ki, o da informasiya elmi və 
texnologiyası üzrə fəlsəfə doktoru adlanır.  
Simmons  Kolleci.  Bu  kollec  kitabxanaçılıq  təhsili  verən 
universitetlərdən  heç  də  geri  qalmır  və  burada  yüksək  ixtisasa  malik 
peşəkar  kitabxanaçılar  yetişdirilir.  Kollecdə  həm  bakalavr,  həm  də 
magistr  dərəcəsində  təhsil  almaq  mümkündür.  Simmons  Kollecindəki 
tədris  proqramı  ABŞ  Kitabxanaçılıq  Assosiasiyasının  təsdiqi  ilə  qəbul 
edilmişdir.  Çünki  ABŞ  Kitabxanaçılıq  Assosiasiyası  Amerikada  və 
onlarla  əməkdaşlıq  edən  ölkələrdə  kitabxanaçılıq  təhsilinin  inkişaf 
etdirilməsi üçün 2005-ci ildə proqram hazırlamış və bu proqramı bir çox 
universitetlərə,  həmçinin  Simmons  kollecinə  təqdim  etmişdir.  Doğrudan 
da  proqramın  kitabxanaçılıq  təhsilinin  inkişafına  çox  böyük  dəstəyi 
olmuşdur. 
Simmons  Kollecindəki  tədris  proqramına  uyğun  olaraq  təhsil  alan 
tələbələr istənilən semestrdə dərsə başlaya bilərlər. İl ərzində üç semestr 
olmaqla dərslər, adətən, gündüzlər, axşamlar hərdən həftə sonları olur. 
Xüsusilə  qeyd  etmək  lazımdır  ki,  kitabxanaçılıq  təhsilinin 
inkişafında  kitabxanaçılıq  təcrübəsindən  danışarkən  bu  sahədə  beynəl-
xalq  əməkdaşlığı  önə  çəkmək  vacibdir.  Kitabxanaşünas-biblioqraf  kadr 
hazırlığında  yeganə  ali  təhsil  müəssisəsi  olan  BDU-nun  Kitabxanaçılıq-
informasiya fakültəsinin beynəlxalq təcrübəsinə nəzər salaq. 
Bakı  Dövlət  Universitetinin  Kitabxanaçılıq-informasiya  fakültəsi 
beynəlxalq  əlaqələr  sahəsində  zəngin  təcrübəyə  malikdir.  Fakültə 
fəaliyyətə başladığı ilk vaxtlardan etibarən keçmiş SSRİ-nin nüfuzlu elm, 
təhsil  mərkəzləri  ilə  əlaqələr  yaratmağa  başlamış  və  bu  əlaqələr  tədrisin 
keyfiyyətini  və  mütəxəssis  hazırlığınının  səviyyəsinin  yüksəldilməsinə 
müsbət  təsir  göstərmişdir.  Fakültənin  Moskva  Dövlət  Mədəniyyət  və 
İncəsənət  Universitetinin,  Sankt-Peterburq  Dövlət  Mədəniyyət  və 
İncəsənət  Universiteti,  Daşkənd  Dövlət  Mədəniyyət  və  İncəsənət 
Universiteti, Vilnüs Dövlət Universiteti, Tbilisi Dövlət Pedaqoji İnstitunun 
Kitabxanaçılıq  fakültələri  ilə  sıx  elmi  əlaqələri  və  əməkdaşlığı  olmuşdur. 
Bu  elmi  əlaqələrin  yaradılmasında,  inkişafında  böyük  rolu  və  müstəsna 


60 
 
xidmətləri olmuş alimlər arasında professor Abuzər Xələfovun, professor 
Zöhrab  Əliyevin,  professor  Xəlil  İsmayılovun,  professor  Bayram 
Allahverdiyevin,  dosent  Rasim  Kazımovun  və  başqalarının  xüsusi  rolu 
olmuşdur.  
Kitabxanaçılıq-informasiya  fakültəsi  respublika  daxilində  də 
müvafiq  elm,  təhsil  və  mədəniyyət  ocaqları  ilə  sıx  elmi  əməkdaşlıq 
şəraitində  fəaliyyət  göstərmişdir.  Bu  baxımdan  fakültənin  M.F.Axundov 
adına Milli Kitabxanası, AMEA-nın Mərkəzi Elmi Kitabxanası, Prezident 
Kitabxanası və digər respublika əhəmiyyətli kitabxanalarla əlaqələri daim 
inkişaf etmişdir. Fakültənin bu əlaqələri, xüsusən də respublikamız dövlət 
müstəqilliyini bərpa etdikdən sonra daha da intensivləşmişdir.  
Fakültənin bu sahədə göstərdiyi fəaliyyətdən bəhs edərkən 1999-cu 
ildə fakültənin dekanı prof. X.İ.İsmayılov, fakültənin bir sıra əməkdaşları 
və respublikanın kitabxana ictimaiyyətinin nümayəndələri ilə birgə təsis 
edilmiş  Azərbaycan  Kitabxana  İşinin  İnkişafı  Assosiasiyasının  (AKİİA) 
böyük rolu olmuşdur. 
Təsis  olunduğu  vaxtdan  dərhal  sonra  AKİİA  dünyanın  bir  çox 
ölkələrində fəaliyyət göstərən kitabxana təşkilatları, beynəlxalq təşkilatlar 
ilə  sıx  işgüzar  əlaqələr  qurmağa  başlamışdır.  Bunların  arasında  ilk 
növbədə  ABŞ-ın  Azərbaycandakı  səfirliyi,  Açıq  Cəmiyyət  İnstitutunun 
Bakı  ofisi,  Amerika  Kitabxana  Assosiasiyasını  qeyd  etmək  olar. 
Fakültənin  bir  çox  beynəlxalq  proqramlarda  və  layihələrdə  yaxından 
iştirakı  məhz  AKİİA-nın  təşkilati  dəstəyi  ilə  mümkün  olmuşdur.  Bu 
layihə  və  tədbirlər  təkcə  universitetə  deyil,  bütün  respublikada  kitabxana 
işinə  fayda  gətirmişdir.  Belə  tədbirlər  içərisində  1999-cu  ildə  ABŞ-ın 
Azərbaycandakı  səfirliyinin  təşkilati  və  maliyyə  yardımı  ilə  keçirilmiş 
seminarı qeyd etmək olar. Respublikamızda kitabxana fəaliyyəti ilə bağlı 
ilk  beynəlxaq  tədbir  olan  bu  seminara  ABŞ-dan,  Litvadan  və  Rusiya 
Federasiyasından  gəlmiş  kitabxanaçı  mütəxəssislər  qatılmışdı.  Buraya 
müasir  kitabxana-bibilioqrafik  fəaliyyətdə  geniş  istifadə  edilən  maşınla 
oxunan  kataloqlaşdırma  (MARC)  texnologiyaları  müzakirə  edilmişdir. 
Xaricdən gələn qonaqlar fakültədə olan tədris prosesi ilə tanış olmuşlar. 
Yenə  həmin  ildə  fakültənin  alimlərinin  və  AKİİA-nın  təklifi  və 
ABŞ  səfirliyinin  dəstəyi  ilə  Bakıda  Kitabxanaçılar  üçün  İnformasiya-
resurs və təlim mərkəzi (KİRTM) təsis edilmişdir ki, burada kitabxana 
işçiləri ilə yanaşı fakültənin əməkdaşları da yeni kitabxana-informasiya 
texnologiyalarına  dair  məşğələlərdə  iştirak  etmişdir.  Bu  mərkəzin 
rəhbərləri  amerikalı  Kitabxana  mütəxəssisi  Pol  Miller  və  digər 
mütəxəssislər fakültənin beynəlxalq nüfuz və əlaqələrinin genişlənməsinə 
öz yardımını göstərmişlər. 
Fakültənin  beynəlxalq  əlaqələrinin  inkişafında  Avrasiya  fondunun 


Yüklə 3,64 Kb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə