Китабханашцнаслыг



Yüklə 3,64 Kb.
Pdf görüntüsü
səhifə23/78
tarix14.01.2018
ölçüsü3,64 Kb.
#20608
1   ...   19   20   21   22   23   24   25   26   ...   78

53 
 
Ümumiyyətlə,  kitabxanaçılıq  təhsilində  kitabxanaşünaslıq  elm-
lərinin  tədrisi  iyerarxik  qaydada,  sadədən  mürəkkəbə  doğru  for-
malaşmışdır.  İndi  isə  kitabxanaçılıq  təhsilində  birinci  yerdə  dayanan 
kitabxanaşünaslıq fənlərinin tədrisi metodikasına nəzər yetirək. 
Məsələn,  “Kataloqlar”:  kadr  hazırlığında  istifadə  olunan  dövlət 
standartında sırf belə bir ixtisas yoxdur, lakin peşəkar kadr hazırlığı üçün 
bu  fənnin  tədrisi  böyük  əhəmiyyət  kəsb  edir.  Burada  kitabxana 
kataloqlarının  əsas  xüsusiyyətləri,  kataloq  sistemi,  onun  növləri, 
biblioqrafik təsvir və təsnifləşdirmə və predmetləşdirmə məsələləri tədris 
olunur.  Həmçinin,  ənənəvi  informasiya-axtarış  sistemləri  ilə  müasir 
informasiya-axtarış  sistemləri  arasında  olan  fərqlər  bu  fənnin  tədrisində 
öz  əksini  tapır.  Kitabxana  kataloqları  kursu  kitabxanalarda  işləyən 
kadrların  ixtisaslaşmasında  böyük  əhəmiyyətə  malikdir.  Məlum  olduğu 
kimi,  kitabxanalarda  ənənəvi  və  avtomatlaşdırılmış  kataloqlar  mövcud-
dur. Bunlar arasındakı fərqlər də bu fənnin tədrisində öytənilir. 
Elmi,  tərbiyəvi  fikirləri  özündə  birləşdirən  və  bu  sahənin  baza 
fənlərindən biri sayılan “Kitabxana xidməti” fənninə dövlət standartında 
mühüm  yer  verilmişdir.  “Kitabxana  xidməti”:  burada  oxuculara  xidmət 
işinin  məqsədi,  məzmunu  və  vəzifələri  elmi  cəhətdən  izah  olunur, 
şəxsiyyətin formalaşmasında, cəmiyyətin intellektual səviyyəsinin inkişa-
fında mütaliənin və bu işə xidmət edən kitabxanaların rolu əsaslandırılır. 
Burada,  həmçinin,  oxucu  marağı,  oxucu  tipologiyası,  mütaliə  psixo-
logiyası,  mütaliə  sosiologiyası  və  mütaliə  pedaqogikası  kimi  mühüm 
probləmlərin şərhi verilmişdir. Həmçinin, kitabxana ünsiyyəti, kitabxana 
etikası,  kitabxana  xidmətində  effektivlik,  eləcə  də  kitabxanaçılıq  peşəsi 
və  kitabxanaçının  şəxsiyyəti  üçün  vacib  sayılan  əlamət  və  keyfiyyətlər 
izah olunur. Sırf bu fənlə əlaqədar olduğu üçün bir müqayisəni aparmaq 
yerinə  düşərdi.  1998-ci  ildə  Rusiyada  kitabxanaşünas-biblioqraf  kadr 
hazırlayan təhsil müəssisələrində kitabxanaçılıq psixologiyası adlı fənnin 
tədrisinə  başlanılmışdır.  Haşiyə  çıxaraq  qeyd  etmək  istərdik  ki, 
kitabxanaşünaslıq  elmi  bir fəndən, bir predmetdən ibarət  deyil. Bura bu 
sahənin  əsas  prioritet  istiqamətlərini  özündə  birləşdirən  və  geniş  elmi 
izahını vermək bacarığında olan fənlər toplusu aiddir. 
 Qeyd  etdiyimiz  kimi,  hər  bir  fənni  tədris  edərkən,  ilk  növbədə, 
onun  tarixinə  nəzər  yetirmək  lazımdır.  “Azərbaycanda  kitabxana  işinin 
tarixi”  fənni  ən  qədim  zamanlardan  müasir  dövrə  qədər  kitabxanaların 
inkişafının  xronoloji  ardıcıllığını  öyrənir.  Kitabxanaşünas-biblioqraf 
ixtisasına yiyələnən kadrlar üçün bu fənnin əhəmiyyəti böyükdür. 
“Ümumi  kitab  tarixi”:  burada  Misir,  Şumer,  Çin,  Hind,  Yəhudi, 
Türk, Slavyan xalqlarının ən qədim yazı tipləri, sistemləri, əlifbaları, yazı 
materialları,  əlyazma  kitabları,  onların  meydana  gəlməsi,  təşəkkülü, 


54 
 
inkişafı,  istifadəsi  və  yayılması  problemləri  şərh  edilir.  Ümumiyyətlə, 
kitab tarixi kursunun öyrənilməsi, elmi şəkildə işlənməsi, oxucu qrupları 
arasında  kitabın  təbliği  və  yayılmasının  səmərəliliyinin  yüksəldilməsi 
böyük aktuallıq və əhəmiyyət kəsb edir. 
“Ümumi  biblioqrafiyaşünaslıq”:  burada  biblioqrafik  fəaliyyətin 
nəzəri  əsaslarından,  biblioqrafik  informasiyanın  mahiyyətindən,  əsas 
ictimai funksiyalarından, biblioqrafik informasiyanın yaranma tarixindən, 
inkişaf qanunauyğunluqlarından bəhs olunur. 
“Kitabxanaşünaslığa giriş”: cəmiyyətin malik olduğu sosial sistem-
lər arasında kitabxanaşünaslığın keçdiyi yol, əldə etdiyi nailiyyətlər, inki-
şaf perspektivləri və ən əsası, bu sahə fənlərinin başlanğıcı hesab olunur 
və bu sahədə açar rolunu oynayır. 
“Kitabxana  işinin  təşkili  və  idarə  edilməsi”:  burada  əhaliyə 
kitabxana  xidmətinin  səmərəliliyi  və  keyfiyyətini  yüksəltmək,  elmi  ida-
rəetmənin  əsaslarını  öyrətmək,  onun  inkişaf  perspektivlərini,  qanuna-
uyğunluqlarını açıb göstərməkdən, həmçinin mütəxəssisləri ilkin təşkilati 
işlərə yönəltməkdən ibarətdir.  
“Kitabxana-informasiya  texnologiyaları”:  burada  kitabxana-
informasiya texnologiyalarının nəzəri əsasları, tarixi, strukturu, fəaliyyət 
prinsipləri  ətraflı  şərh  edilir,  informasiya  proseslərinin  nomenklaturası, 
toplanması,  işlənməsi,  informasiya  resurslarının  təsnifatı,  reqlamentləri, 
eləcə də texnoloji layihələşdirmənin mərhələləri haqqında geniş təsəvvür 
yaradılmışdır. 
Göründüyü  kimi,  kitabxanaşünas-biblioqraf  kadr  hazırlığında, 
kitabxanaçılıq  təhslinin  inkişafında  baza  fənlərinin  tədrisi  mühüm  əhə-
miyyətə malikdir. Kitabxanaçılıq təhsilinin inkişafında kitabxanaşünaslıq 
elmləri ilə yanaşı, kitabxanaçılıq təcrübəsinin də böyük yeri vardır. 
Məlum  faktdır  ki,  müasir  dövrdə  orta  və  ali  kitabxanaçılıq  təhsili 
cəmiyyətdə  baş  verən  mürəkkəb  kitabxana-informasiya  proseslərindən 
təcrid  olunmuş  şəkildə  inkişaf  edə  bilməz.  Təsadüfi  deyil  ki,  dünya 
kitabxanaşünaslıq nəzəriyyəsi və təcrübəsi qarşılıqlı əlaqədə tədris edilir. 
Buna görə də müasir kitabxanaçılıq təhsili sistemində heç bir nəzəri fənni 
təcrübədən kənarda təsəvvür etmək mümkün deyildir. Bütün bunlar aydın 
göstərir  ki,  kitabxanaçılıq  təhsili  müəssisələrində  tədris  prosesinin 
mütərəqqi  təcrübi  yeniliklərlə  zənginləşdirilməsi  ilk  növbədə  tədris 
planları  və  proqramlarının  tərtib  edilməsinə  metodik  mərkəz  statusuna 
malik olan elmi kitabxanaların cəlb edilməsi zərurətini irəli sürür. 
İndi  isə  Azərbaycan  kitabxanaçılıq  təhsilinə  örnək  ola  biləcək 
Rusiya və ABŞ kitabxanaçılıq təcrübəsinə müraciət edək. 
Məlumdur  ki,  Azərbaycan  70  ildən  artıqdır  ki,  SSRİ  məkanında 
yaşamışdır. Təkpartiyalı sistem olan SSRİ-də kitabxanaçılıq təhsili bütün 


Yüklə 3,64 Kb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə