Китабханашцнаслыг



Yüklə 3,64 Kb.
Pdf görüntüsü
səhifə21/78
tarix14.01.2018
ölçüsü3,64 Kb.
#20608
1   ...   17   18   19   20   21   22   23   24   ...   78

48 
 
Əgər 2006-cı ildə kitabxana dünyanın 65 dövlətinin 612 təşklatı ilə 
əlaqə saxlayaraq ədəbiyyat və informasiya mübadiləsi aparırdısa, hazırda 
kitabxana  72  dövlətin  571  təşkilatı  ilə  əlaqə  saxlayaraq  ədəbiyyat  və 
informasiya mübadiləsi aparır.  
Beynəlxalq  kitab  mübadiləsi  nəticəsində  2006-cı  ildə  kitabxanaya 
4010  nüsxə  ədəbiyyat  alınmışdır.  Eyni  zamanda  Şərq  ölkələrinə  330 
nüsxə, Qərbi Avropa ölkələrinə 914 nüsxə, MDB ölkələrinə 1514 nüsxə 
ədəbiyyat  göndərilmişdir.  (7,s.65)  2008-ci  ildə  isə  beynəlxalq  kitab 
mübadiləsi  vasitəsilə  4073  nüsxə  ədəbiyyat  alınmışdır.  Eyni  zamanda 
Şərq  ölkələrinə  666  nüsxə,  Qərbi  Avropa  ölkələrinə  344  nüsxə,  MDB 
ölkələrinə 724 nüsxə ədəbiyyat göndərilmişdir.  
AMEA-sı  MEK-nın  kitab  fondunun  planlı  şəkildə  zənginləş-
dirilməsində və komplektləşdirilməsinin elmi əsaslarla təşkil olunmasın-
da mühüm rol oynayan  köməkçi məlumat  aparatı  (komplektləşdirmənin 
tematik  kartotekası,  cari  komplektləşdirmə  kartotekası,  komplektləşdiri-
lən  ədəbiyyatın  toplu  kartotekası,  ədəbiyyatın  yenidən  komplektləşdiril-
məsi  kartotekası  və  s.)  ilə  kitabxanada  ciddi  redaktə  işləri  aparılır.  Nə-
ticədə AMEA-nın Elmi-Tədqiqat müəssisələrində aparılan elmi–tədqiqat 
mövzuları  təhlil  edilmiş,  kartotekalarda  müvafiq  dəyişikliklər  aparılmış, 
aktuallıgını  itirmiş  mövzular  çıxarılmış,  elmi  ədəbiyyatın  komplektləş-
dirilməsi profili müəyyənləşdirilmişdir.  
Eyni  zamanda  kitabxananın  fondlarının  müasir  dövrə  uyğun 
inkişafı  məqsədilə  “Yeni  şəraitdə  AMEA  ETM-lərin  profilinə  uyğun 
olaraq  fodların  elmi  ədəbiyyatla  komplektləşdirilməsi”,  “Fondların 
müasir  komplektləşdirmə  mexanizminin  yaradılması”  istiqamətində 
tədqiqat  işləri  aparılmış,  alınan  nəticələr  təhlil  edilmiş  və  ETM-lərdə 
aparılan  elmi-tədqiqat  prioritet  və  perspektivli  mövzuları  müəyyənləş-
dirmişdir. Onların əsasında ən aktual mövzulara aid çap və elektron elmi 
nəşrlər əldə edilmiş və oxucuların istifadəsinə verilmişdir (8,s. 18). 
Nəticə  etibarilə  qeyd  etmək  lazımdır  ki,  Azərbaycan  Milli  Elmlər 
Akademiyası  Mərkəzi  Elmi  Kitabxanası  respublikada  ən  iri  elmi 
kitabxanadır.  90  ilə  yaxın  fəaliyyət  göstərən  kitabxana  çox  mürəkkəb 
inkişaf  yolu  keçmişdir.  XX  əsrin  70-80-ci  illərində  keçmiş  SSRİ-də 
böyük  nüfuz  qazanmış  kitabxana  90-cı  illərdə  maliyyə  çətinlikləri  ilə 
üzləşmiş,  ədəbiyyatın  komplektləşdirilməsi  problemləri,  informasiya 
təminatı  passivliyi,  beynəlxalq  əlaqələrin  zəifləməsi,  maddi-texniki 
bazanın  yetərli  olmaması,  kompüter  texnologiyalarının  tətbiqi  ilə  bağlı 
problemlərin qarşıya çıxması səbəbindən böhran vəziyyətinə düşmüşdür.  
Müstəqilliyimizin  bərpasından  sonra  ölkənin  digər  kitabxanaları 
kimi  MEK-na  da  öz  xidmət  işini  yeni  şəraitə  yuğun  tələblər  əsasında 
qurmağa başlamışdır. Belə ki, Beynəlxalq əməkdaşlıq nəticəsində kitab-


49 
 
xana  bir  sıra  nüfuzlu  təşkilatların  üzvlüyünə  qəbul  edilmişdi. 
Kitabxanada “Kitabxana işinin avtomatlaşdırılması” şöbəsi yaradılmışdır. 
2003-cü  ildən  İRBİS-in  tətbiqi  ilə  məşğul  olmağa  başlamışdır.  Kitab-
xanada “Mərkəzi Elmi Kitabxanada kitabxana-biblioqrafiya proseslərinin 
avtomatlaşdırılmasının  əsas  istiqamətlərinin  təxmini  planı”  hazırlan-
mışdır.  Bunlar:  komplektləşdirmə  istiqamətində,  elektron  kataloqun 
yaradılması  istiqamətində,  oxuculara  kitabxana  xidməti  istiqamətində, 
Beynəlxalq kitab mübadiləsi istiqamətindən ibarət olmuşdur . 
 
ƏDƏBĠYYAT 
 
1.
 
Azərbaycanda  kitabxanaların  fəaliyyətinin  yaxşılaşdırılması 
haqqında  Azərbaycan  Respublikası  Prezidentinin  sərəncamı  // 
Azərbaycan.-2007.-21 aprel.  
2.
 
Бродовский  А.М.,  Новое  поколение  автоматизации 
библиотек  ИРБИС-ИРБИС-64  от  электронного  каталога  к 
полнотекстовым  БД  /A.M.  Бродовский,  K.O.  Сбойчиков  //  Науч.  и 
техн. библиотеки.-2005.- №7.- С.107-110. 
3.
 
Əliyeva- Kəngərli, A. Azərbaycan Milli Elmlər Akademiyasının 
Mərkəzi  Elmi  Kitabxanası-80.  /  A.  Əliyeva-  Kəngərli  //  Elmi  əsərlər/ 
AMEA MEK-80.- Bur 6.-B.,2005.-S.7-24. 
4.
 
Əliyeva- Kəngərli, A. Müasir Azərbaycanda elmin-informasya 
təminatı və kitabxanalar./ A. Əliyeva- Kəngərli -B.:Elm,2007.-394 s. 
5.
 
Həsənov  M.M.  Kitabxana  fondunun  yaranması,formalaşması 
və idarə edilməsi: Dərs vəsaiti / M.M.Həsənov -B.:BDU, 2004.-143 c. 
6.
 
Hüseynova,  F.  Kompüter  texnologiyalarının  tətbiqi  mərhə-
ləsində  AMEA  Mərkəzi  Elmi  Kitabxanasında  biblioqrafik-informasiya 
xidmətinin  təşkili:ənənə  və  perspektivlər  /F.  Hüseynova  //  Elmi  əsərlər 
/AMEK MEK-80.-Bur.4.-B.,2003.-S.24-32. 
7.
 
Hüseynova,F.İ.  AMEA  Mərkəzi  Elmi  Kitabxanasının 
fəaliyyətinin 2006-cı il üzrə əsas yekunları / F.İ.Hüseynova,Q.Ə.Cəfərova 
// Elmi əsərlər /AMEA MEK-na.-Bur. 8.-B.,2008.-S.64-77. 
8.
 
Hüseynova,F.İ.  Mərkəzi  Elmi  Kitabxana:Yekunlar  və 
nailiyyətlər / F.İ.Hüseynova, Q.Ə.Cəfərova // Elmi əsərlər /AMEA MEK-
na .-Bur.9.- B., 2009.-S.16-30. 
9.
 
Xələfov,A.A.  Azərbaycan  MEA  Mərkəzi  Elmi  Kitabxanası 
müstəqillik illərində / A.A.Xələfov // Kitabxanaşünaslıq və biblioqrafiya.-
2004.-№4 .-S.3-11.  
10.
 
Kitabxana işi haqqında Azərbaycan Respublikasının Qanunu 
// Azərbaycan.-1999.-14 mart. 


Yüklə 3,64 Kb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə