Китабханашцнаслыг



Yüklə 3,64 Kb.
Pdf görüntüsü
səhifə24/78
tarix14.01.2018
ölçüsü3,64 Kb.
#20608
1   ...   20   21   22   23   24   25   26   27   ...   78

55 
 
müttəfiq  respublikalar  üçün  eyni  tərzdə  qurulmuşdur.  Müstəqillik  əldə 
etdikdən  sonra  da,  mütəqilliyimizin  ilk  illərində  Azərbaycan  kitab-
xanaçılıq təhsilində Rusiya təcrübəsinə böyük yer vermişdir. Buna bariz 
nümunə  kimi,  1992-1993-cü  illərdə  tədris  planlarının  Rusiya  tədris 
planları ilə eyni olduğunu göstərmək olar. 
 Rusiya  Federasiyasında  130  min  kitabxana  vardır.  Onlardan 
47 400-ü  kütləvi  kitabxana,  65  minə  yaxını  məktəb  kitabxanaları,  yerdə 
qalanları isə xüsusi – tibb kitabxanaları, Rusiya Elmlər Akademiyasının 
kitabxanaları,  universitet,  kənd  təsərrüfatı,  elmi-texniki,  iqtisadiyyatın 
ayrı-ayrı  sahələrinə  dair  kitabxanalardır.  Rusiyada  peşəkar  kitabxanaçı 
kadr  hazırlayan  40  kollec,  17  universitet  vardır  ki,  onlar  da  hər  il  1800 
orta, 1600 ali təhsilli kitabxanaçı kadr hazırlayırlar. 
Rusiyada  kitabxanaçılıq  təhsilinin  yaranması  XX  əsrin  30-cu 
illərinə  təsadüf  edir.  İlk  dəfə  olaraq  ölkədə  1930-cu  ildə  Moskva 
Kitabxanaçılıq  İnstitutu  təsis  edilmişdir.  Bu  illərdən  başlayaraq  orta 
ixtisas  müəsssisələri  təsis  olunmağa  başlandı  ki,  burada  da  kitabxanaçı 
mütəxəssislər ayrı-ayrı sahələr üzrə hazırlanırdı. 1970-ci illərdə vahid bir 
ixtisas  –  “Kitabxanaşünaslıq-biblioqrafiyaşünaslıq”  ixtisası  üzrə  kadr 
hazırlığına  başlandı.  XX  əsrin  son  15  ilində  Rusiyada  kitabxanaçılıq 
təhsili  sahəsində  əldə  olunan  ən  böyük  nailiyyətlərdən  biri  o  oldu  ki, 
çoxsəviyyəli təhsil sistemi yaradıldı. Bu, 1990-cı illərin əvvəllərində tam 
formalaşdı.  Bu  çoxsəviyyəli  təhsil  sisteminin  əsas  tərkib  hissələrini 
aşağıdakılar təşkil edirdi: 
-
 
orta təhsil: kollec, texnikum
-
 
ali  təhsil:  ayrı-ayrı  institutların,  akademiyaların  kitabxanaçılıq 
fakültələri; 
-
 
əlavə  təhsil:  ixtisasartırma  kursları,  institutların  aspirantura  və 
doktorantura şöbələri. 
Yuxarıda sadaladığımız ilk iki istiqamət kitabxanaşünas-biblioqraf 
baza  təhsili  verirdi:  orta  təhsil  –  3  il,  ali  təhsil  –  4  il.  Bu  sistem  bir 
məntiqi  qanunauyğunluğu  meydana  çıxarırdı  ki,  burada  da  dərsliklər  və 
tədris  planlarına  uyğun  olaraq  hazırlanan  tələbələr  öz  bilik  və 
bacarıqlarını çoxsəviyyəli təhsil sisteminə uyğunlaşdıra bilirdilər. 2000-ci 
ildə Rusiyada kitabxanaçılıq təhsili üzrə birinci dövlət standartı qüvvəyə 
mindi.  İkinci  nəsil  (2003)  standartı  kitabxanaçılıq  təhsili  üzrə  yeni 
ixtisasın  –  kitabxanaçılıq-informasiya  ixtisasının  yaranmasına  səbəb 
oldu.  Bu  standart  kitabxanaşünaslıq-biblioqrafiya  ali  təhsili  almış 
mütəxəssislərə  informasiya  mütəxəssisi,  informasiya  resurslarından 
istifadə  edən referent,  informasiya meneceri kimi  adlar verirdi  ki, bu da 
müasir dövrlə uyğunluq təşkil edir. Lakin baş verən bu uğurlarla yanaşı, 
Rusiya kitabxanaçılıq-informasiya təhsilində çatışmayan bir böyük cəhət 


56 
 
var idi. Bu da genişlənməkdə olan dünya praktikasından geri qalmaq idi. 
Məzunlara 
informasiya-kommunikasiya 
texnologiyaları  sahəsində 
biliklər,  menecment-marketinq  fəaliyyəti  ilə  bağlı  biliklər  lazımi 
səviyyədə tədris olunmurdu ki, bütün bunları da bilmək sosial mədəniy-
yət sahəsində mühüm əhəmiyyət kəsb edirdi. 
Sadalanan  bütün  bu  faktorlar  Rusiya  kitabxanaçılıq  təcrübəsinin 
Bolonya  prosesinə  qədər  olan  dövrünə  aiddir.  İndi  isə  Rusiyada 
kitabxanaçılıq təhsilinin Bolonya prosesi kontekstində islahatlarına nəzər 
salaq. 
Rusiya  Bolonya  Bəyannaməsinə  2003-cü  ildə  qoşulmuşdur.  Məhz 
bu  dövrdən  başlayaraq  kitabxanaçılıq-informasiya  təhsili  sahəsində 
ölkədə  yeni  mərhələnin  başlanğıcı  qoyuldu.  Təhsil  sistemində  bu 
islahatların  əsas  hədəfi  kitabxanaçı  kadrların  peşə  səviyyəsini 
artırmaqdan ibarət idi ki, bu zaman da Avropa modeli və mümkün bütün 
təcrübədən  istifadə  olunmalı  idi.  Bu  sahədə  yenidənqurma  2005-ci  ildə 
başladı.  Gələcək  təhsil  strategiyasını  özündə  birləşdirən  yeni  kitab-
xanaçılıq-informasiya təhsili üzrə dövlət standartı qəbul edildi (2008). Bu 
standartda Bolonya prosesinin tələbləri öz əksini tapırdı. 
Müasir  kitabxanaçı  informasiya  axtarışını,  analizini  nəinki 
kitabxana  sferasında,  bütün  informasiya-kommunikasiya  sahəsində 
həyata  keçirə  bilən  mütəxəssis  olmalıdır.  Qəbul  olunmuş  yeni  standart 
ixtisas proqramları və dərsliklərinin geniş səviyyədə tədrisini tələb edirdi. 
Təhsil  səviyyəsinin  yüksəldilməsi  Rusiya  Federasiyasının  təhsil 
sistemində  həyata  keçirilən  ən  böyük  islahatlardan  biridir.  Kitab-
xanaçılıq-informasiya  təhsilinin  keyfiyyətini  daha  da  yüksəltmək  onun 
digər  fənlərlə,  onun  ayrı-ayrı  kriteriyaları  ilə  əlaqələrinin  kompleks 
təhlilindən  ibarətdir.  Kitabxanaçılıq-informasiya  təhslinə  marketinq-
menecment  fəaliyyətinin  bağlanılması  bu  peşənin  sosial  nüfuzunun 
artmasına səbəb olacaqdır. Məhz bu islahatlar kitabxanaçılıq təhsili üzrə 
qəbul  olunmuş  dövlət  standartında  önə  çəkilmişdir.  Lakin  bütün  bunlar 
da  bu  sahədə  olan  problemlərin  tam  həllini  məqbul  görmür.  Aşağı 
səviyyədə olan əməkhaqqı gənc və bacarıqlı mütəxəssislərin yetişməsinə 
öz  mənfi  təsirini  göstərir.  Bu  faktor  aradan  qaldırılmasa  Rusiyada 
gələcək  kitabxanaçı  mütəxəssislərin  yetişməsi  sual  altına  düşə  bilər.  Bu 
gün  öz  peşəsini  tərk  edib  ayrı-ayrı  fəaliyyət  sahələrində  çalışan  Rusiya 
kitabxanaçılarının sayı 80 faizə yaxındır. Sözsüz ki, qəbul olunmuş yeni 
təhsil standartı kitabxanaçılıq-informasiya təhsilinin ölkədə keyfiyyətinin 
artırılmasına xidmət edir. Lakin unutmaq olmaz ki, yaranmış bu vəziyyəti 
aradan qaldırmaq üçün çoxillik fədakar əmək fəaliyyəti lazımdır. 
Rusiyada  ikipilləli  təhsil  sisteminin  yerinə  qəbul  edilmiş  üçpilləli 
təhsil  sistemi  (bakalavr,  magistr,  doktor)  bir  çox  Şərqi  Avropa 


Yüklə 3,64 Kb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə