Китабханашцнаслыг



Yüklə 3,64 Kb.
Pdf görüntüsü
səhifə22/78
tarix14.01.2018
ölçüsü3,64 Kb.
#20608
1   ...   18   19   20   21   22   23   24   25   ...   78

50 
 
11.
 
Rüstəmov,Ə.  Respublika  kitabxanalarında  əsas  proseslərin 
avtomatlaşdırılması  /  Ə.Rüstəmov,  N.Mustafayeva  //  Kitabxanaşünaslıq 
və biblioqrafiya.-2007.-№2.-S.15-28. 
12.
 
Rzayeva,S.  AMEA  Mərkəzi  Elmi  Kitabxanasında  ədəbiyyatın 
komplektləşdirilməsi məsələləri / S.Rzayeva //Elmi əsərlər /AMEA MEK-
80.-Bur.6.- B.,2005.-S.69-78. 
13.
 
Столяров  Ю.Н.  Библиотечный  фонд:  Учебник  / 
Ю.Н.Столяров.-М.:Книжная палата,1991.- 270 с. 
14.
 
Azərbaycan  Milli  Elmlər  Akademiyası  Mərkəzi  Elmi 
Kitabxanasının 2000-2008-ci il hesabatları 
15.
 
Azərbaycan  Milli  Elmlər  Akademiyası  Mərkəzi  Elmi 
Kitabxanasının  kitabxana  proseslərinin  avtomatlaşdırılması  şöbəsinin 
2003-2009-ci il hesabatları  
 
С.МУСТАФАЕВА 
ОРГАНИЗАЦИЯ ФОНДОВ ЦЕНТРАЛЬНОЙ НАУЧНОЙ 
БИБЛИОТЕКИ НАН В УСЛОВИЯХ АВТОМАТИЗАЦИИ 
РЕЗЮМЕ 
 
 За  80  лет  своей  деятельности  Центральная  научная  библио-
тека  Национальной  Академии  Наук  Азербайджана  всегда  уделяла 
первостепенное  внимание  в  оказании  помощи  ученым  в  подборе 
информации, которая имеет существенное значение для изучения и 
дальнейшего развития науки в Азербайджане. 
В  статье  рассматриваются  этапы  развития  и  современное 
состояние  книжных  фондов  научной  библиотеки  НАН  Азербайд-
жана в условиях автоматизированной системы. 
 
S.MUSTAFAYEVA  
THE ORGANĠZATĠON OF FUNDS OF CENTRAL SCĠENTĠFĠC 
LĠBRARY NAS ĠN CONDĠTĠONS OF AUTOMATĠON 
SUMMARY 
 
For  80  years  of  the  activity  of  the  Central  scientific  library  of  the 
National Academy of th Sciences of Azerbaijan always paitd paramaunt 
attention  in  rendering  asisstanse  of  scientists  in  selection  of  the 
information,  wohich  has  essential  value  for  studying  and  the  further. 
Development of as science in Azerbaijan. In article is analyzes the stages 
of development and a modem condition of book finds of scientific library 
NAS of Azerbaijan in conditions of the automated system. 


51 
 
RəĢad QARDAġOV 
 Kitabxana resursları və informasiya axtarıĢ sistemləri 
kafedrasının müəllimi 
 
KĠTABXANAÇILIQ TƏHSĠLĠNĠN ĠNKĠġAFINDA 
KĠTABXANAÇILIQ TƏCRÜBƏSĠNĠN ROLU 
 
Açar  sözlər:  Kitabxana  işi,  kitabxana  təhsili,  RF  təcrübəsi,  ABŞ 
təcrübəsi.  
Ключевые  слова:  библиотечное  дело,  библиотечное  образо-
вание, опыт РФ, опыт США. 
Keywords:  library  practice,  library  education,  practice  of  RF, 
practice of USA. 
 
  Təhsil  və  təcrübə  çox  zaman  fərqli  mənalar  kəsb  edir.  Bu, 
həmçinin  kitabxanaçılıq  sahəsinə  aiddir.  Hər  bir  kitabxana  öz  fəaliy-
yətində  öz  spesifik  xüsusiyyətlərini  nəzərə  alır  və  fəaliyyət  dairəsini  bu 
istiqamətlərdə qurur. Bunu nəzərə alaraq, gənc kitabxanaçılar hər zaman 
nəyisə  öyrənmək,  nəyəsə  nail  olmaq  uğrunda  mübarizə  aparırlar. 
Kitabxanaçılıq  təhsilinin  əsas  qayəsi  yalnız  ondan  ibarət  deyil  ki,  kursa 
dair  materialları  mənimsəsin.  O,  həm  də  gələcək  peşəyə  dair  vacib 
keyfiyyətləri öyrənməlidir. Bu, özünəinam, maraqlılıq, yaradıcı təfəkkür, 
kommunikativlik  və  məsuliyyətdir.  Sadalanan  bu  yeni  şərtlərə  uyğun-
laşmaq  üçün  əməkdaşın  üzərinə  hansı  işlərin  düşdüyünü  müəyyən-
ləşdirmək lazımdır. Həmçinin, onu da bilmək lazımdır ki, o, özünü hansı 
mühitdə və hansı iş şəraitində göstərə bilər. 
  Peşəkar  fəaliyyət  tərzi,  ixtisaslaşmanın  daha  yüksək  səviyyədə 
olması,  kollektiv  işlərdə  özünügöstərmə  kimi  xüsusiyyətlər  də 
kitabxanaçılıq  təhsilində  öz  əksini  tapmalıdır.  Bütün  bu  deyilənlər 
kitabxanaçılıq təhsilində öz əksini taparsa və kitabxanaçılıq təcrübəsində 
düzgün  tətbiq  olunarsa,  təhsilin  keyfiyyəti  daha  da  yüksək  və  effektiv 
olar.  Beləliklə,  daha  effektiv  kitabxanaçılıq  təhsilini  və  təcrübəsini 
yaymaq  üçün  kitabxanaçılıq  təhsili  verən  təhsil  müəssisələri  və 
təşkilatlarda təhsil alan mütəxəssislərə bu fikirləri aşılamaq lazımdır. 
  Peşəkar  əməkdaşlıqda  kitabxanaçılıq  təhsilinin  və  təcrübəsinin  2 
infrastrukturu müəyyənləşdirilmişdir: 
1.
 
Bu  sahə  üzrə  mütəxəssis  kadrların  hazırlanması:  bu  istiqamət 
birinci və əsasdır; 
2.
 
Fəaliyyət  və  istehsal  (kitabxanaçılıq  işi):  burada  həyata 
keçirilən  fəaliyyət  və  işlər  Azərbaycan  Respublikasının  bu  sahəyə  dair 
qanunları ilə tənzimlənir. 


52 
 
Peşəkar kitabxanaçı-biblioqraf kadrların hazırlığı və onlara verilən 
minimum  dövlət  tələbləri  respublika  hökuməti  tərəfindən  hazırlanmış 
müvafiq  dövlət  standartlarına  əsasən  həyata  keçirilir.  Qəbul  olunmuş 
dövlət standartlarında kitabxanaçılıq təhsilinin bölgüsü, fəaliyyət dairəsi, 
prinsipləri,  kitabxanaçı  kadr  hazırlığında  qarşıya  qoyulan  tələblər  öz 
əksini tapmışdır. Qəbul edilmiş ilk dövlət standartından son dövlət stan-
dartınadək  kitabxanaçı  kadr  hazırlığında  qarşıya  çıxan  problemlər  öz 
həllini tapmışdır ki, bu işdə də bu sahədə çalışan mütəxəssislərin, fənləri 
tədris edən alimlərin fədakar əməyini qeyd etmək lazımdır. 
Yuxarıda  qeyd  etmək  lazımdır  ki,  kitabxanaçılıq  təhsilində  və 
təcrübəsində  ilk  istiqamət  kitabxanaşünas-biblioqraf  kadrların  hazırlı-
ğıdır. Bu məsələni bir az dərindən araşdıraq. 
Məlumdur  ki,  kitabxanaşünas-biblioqraf  kadr  hazırlığı  bu  sahəyə 
olan  tələbatdan  irəli  gəlmişdir.  Bazar  iqtisadiyyatının  tələb-təklif  müna-
sibətlərinə  əsaslansaq  görərik  ki,  zaman  keçdikcə  tələb  olunan  yerlərə 
qarşı təklif olunan kadrlar hər zaman azlıq təşkil etmişdir. Çünki mədə-
niyyətimizin ayrılmaz hissəsi olan və cəmiyyətdə hər zaman informasiya 
funksiyasını  önə  çəkən  kitabxanaların  sayı  artan  xətlə  inkişaf  etmişdir. 
Tarixə  nəzər  salsaq  görərik  ki,  XX  əsrin  20-ci  illərindən  başlayaraq, 
ölkədə olan kitabxanaların sayı xeyli artmışdır. Hazırda respublikamızda 
12 minə yaxın kitabxana fəaliyyət  göstərir. Bu kitabxanaları kitabxanaçı 
kadrlarla  təmin  etmək  üçün  kitabxanaşünas-biblioqraf  kadr  hazırlığına 
xüsusi diqqət yetirmək lazımdır. 
Peşəkar  kitabxanaşünas-biblioqraf  kadr  hazırlığı  özündə  peşəkar 
fəaliyyəti əks etdirməlidir. Bu fikrimizi təhlil etsək, belə qənaətə  gələrik 
ki,  peşəkar  kitabxanaşünas-biblioqraf  kadrlar  aşağıdakı  fəaliyyət 
prinsiplərini özündə birləşdirməlidir: 
-
 
Elmi-tədqiqat bacarığı; 
-
 
Praktiki istehsal bacarığı; 
-
 
Müzakirə; 
-
 
Metodiki iş və s. 
Bu  zaman  təcrübədə  çalışan  kitabxanaçıların  praktiki  istehsal 
fəaliyyəti  anlamını  daha  ətraflı  mənimsəmək  lazımdır.  Birinci  fəaliyyət 
istiqamətini  araşdırarkən  bir  daha  belə  qənaətə  gəlmək  olar  ki, 
kitabxanaçılıq  təhsili  və  təcrübəsində  əsas  yerlərdən  də  birini  kadr 
hazırlığına  verilən  tələblər  tutur.  Kitabxanaçılıq  təhsili  və  təcrübəsi  bu 
sahədə  çalışan kadrların hazırlığından başlayır. Düzgün kadr hazırlamaq 
kitabxanaçılıq  təhsili  və  təcrübəsində  əhəmiyyətli  yer  tutur.  Kitab-
xanaçılıq  təhsilində  peşə  biliklərinin  tədrisi  dedikdə  nə  başa  düşülür? 
Təhsil  bazası:  bu  zaman  həmin  peşənin  dərinliklərinə  nüfuz  edən,  onun 
əhəmiyyətini cəmiyyət üçün açıqlayan biliklər toplusu başa düşülür. 


Yüklə 3,64 Kb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə