Китабханашцнаслыг



Yüklə 3,64 Kb.
Pdf görüntüsü
səhifə19/78
tarix14.01.2018
ölçüsü3,64 Kb.
#20608
1   ...   15   16   17   18   19   20   21   22   ...   78

44 
 
proseslərinin  avtomatlaşdırılmasının  əsas  istiqamətlərinin  təxmini  pla-
nı”nı hazırlamışdır ki, bu plana əsasən də bir neçə istiqamətdə iş aparılır. 
Bunlar aşağıdakılardır: 
1. Komplektləşdirmə istiqamətində-kitabxanaya daxil olan sənədlər 
(kitab,  dövri  mətbuat,  qəzet,  dissertasiya,  avtoreferat,  CD-ROM  və  b.) 
xüsusi  baza  proqramı  vasitəsilə  kompüterə  daxil  edilir  və  nəticənin 
statistik uçotunu, sənədlərin müxtəlif parametrlərdə axtarışını və təhlilini 
təmin edəcək; 
2.  Elektron  kataloqun  yaradılması  istiqamətində  -  “Gələcək 
naminə” təşkilatı ilə MEK-nın birgə layihə çərçivəsində nəzərdə tutulmuş 
Kitabxananın  Azərbaycan  dilində  ədəbiyyat  fondunun  elektron 
kataloqunun  yaradılması  üzrə  işə  başlanılmışdır.  Elektron  kataloqun 
məlumat  bazalarına  təxminən  100.000-nə  qədər  kitab  retrokonversiya 
vasitəsilə daxil ediləcək; 
3.  Oxuculara  kitabxana  xidməti  istqaməində  -  xüsusi  proqram 
vasitəsilə  oxucuların  elektron  kartotekasının  hazırlanması  üzrə  iş  başla-
nılmışdır. Bu proqram abonentlərin (kitabxanaçi  abonent daxil olmaqla) 
qeydiyyatını,  uçotunu,  müxtəlif  parametrlərlə  axtarışını,  oxuculara  veri-
lən  və  qaytarılan  ədəbiyyatın  qeydiyyatını,  borclu  olan  oxucuların 
avtomatlaşdırılmış nəzarətini və s. həyata keçirilməsini təmin edir;  
4.  Beynəlxalq  kitab  mübadiləsi  istiqamətində  -  xarici  partnyorları 
ilə  respublika  daxilində  müxtəlif  təşkilatlarla  elektron  rabitə  vasitəsi  ilə 
müvəffəqiyyətlə  işgüzar  yazışmalar  aparılır  və  mübadilə  məqsədilə 
müqavilələr bağlanılır.  
Kitabxana  proseslərinin  avtomatlaşdırılmasını  daxili  və  xarici 
proseslərə  ayırmaq olar.  Daxili  proseslər dedikdə  kitabxanalarda ümumi 
halda texnoloji və idarəetmə prosesləri və əməliyyatları başa düşülür. Bu-
raya  komplektləşdirmə,  kitabişləmə,  fondun  mühafizəsi,  biblioqrafik 
proseslər,  xidmət,  statistika,  iqtisadi  təhlil,  mühasibat  uçotu,  marketinq 
fəaliyyəti və bunlarla bağlı olan yüzlərlə əməliyyatlar daxildir. XX əsrin 
80-ci  illərə  qədərki  dövrdə  deyilən  proseslərin  və  onlara  aid  əməliy-
yatların kompleks halda avtomatlaşdırılması nəticəsində bir sira avtonom 
kitabxana-informasiya sistemləri yaradılmışdır.  
Azərbaycan  kitabxanalarının  daxili  proseslərini  avtomatlaşdırmaq 
üçün  hazırda  İRBİS  (Rusiya  regional  inteqral  kitabxana-informasiya 
sistemi)  və  Respublika  Milli  Kitabxanasında  ABŞ-ın  VTLS  (Virciniya 
Texnikal  Library  System)  korporasiyasının  eyni  adlı  sistemi  (VTLS) 
tətbiq edilir. (14,s.16) 
İRBİS  sistemi  MDB  ölkələrinin  bütün  tip  kitabxanalarında  tətbiq 
edilmişdir.  2002-ci  ilə  qədər  bu  sistemin  üç  nəsli,  versiyası  olmuşdur. 
Həmin  ildən  başlayaraq  sistemin  dördüncü  nəsli,  yəni  İRBİS-64  işlən-


45 
 
məyə  başlamışdır.  2004-cü  ildə  həmin  versiyanın  sənayedə  istismarına 
başlanmışdır. Bu versiya Azərbaycan kitabxanalarına alınaraq tətbiq edil-
məkdədir. Əvvəllər İRBİS 32 versiyası tətbiq edilmişdir. Bu sistemə nis-
bətən yeni yersiyanın (İRBİS-64) bir sıra üstünlükləri vardır. (2, s.109) 
Dünyada baş verən bu müsbət dəyişikliklər Azərbaycandan da yan 
keçməmişdi.  Son  dövrdə  bu  sahədə  bir  sıra  uğurlar  qazanılıb.  Respub-
likanın bir neçə iri kitabxanaları kompüter sistemi əsasında fəaliyyət gös-
tərir, eyni zamanda oxucular internet vasitəsilə dünya kitabxanaları ilə də 
sərbəst  şəkildə  əlaqə  saxlayırlar.  İnternet  xidmətinin  bu  imkanlarından 
istifadə  edən  Milli  Elmlər  Akademiyasının  Mərkəzi  Elmi  Kitabxanası 
ABŞ-ın  ölkəmizdəki  səfirliyinin  Tədris  və  İnformasiya  Mərkəzi  ilə 
birlikdə İnternetdə “Azərbaycan ədəbiyyatının antologiyası” adlı elektron 
kitabxana yaratmışdır. 
Kitabxanaların daxili proseslərinin avtomatlaşdırılması baxımından 
nisbətən qabaqcıl mövqe tutan Azərbaycan Milli Elmlər Akademiyasının 
Mərkəzi Elmi Kitabxanasında ilk növbədə 1990-2003-cü illəri əhatə edən 
tematik  məlumat  bazaları  yaradılmışdır(14,s.6).  Bunlardan  “H.Əliyev 
şəxsiyyəti  Rusiya  mətbuatında”,  “Azərbaycan  iqtisadiyyatı”,  “Bakı-Tbi-
lisi-Ceyhan”,  “Qarabağ  müharibəsi”,  “Azərbaycanda  seçkilər”,  “İlham 
Əliyev” və s. Şöbədə həmçinin insan hüquqlarına dair informasiya ehti-
yatları əsasında məlumat bazası yaradılmışdır, atom enerjisi üzrə Beynəl-
xalq  Agentliyin  17  istiqamət  üzrə  CD-ROM  nəşri    komplektləşdiril-
mişdir.  
AMEA MEK-nın  xidmət göstərdiyi  əsas kontingent  –  elmi  işçilər, 
professorlar, aspirantlardır. Mütəxəssislərin yüksək informasiyaya malik 
olması  fondun  yüksək  səviyyədə  komplektləşdirilməsini  tələb  edir. 
Hazırki  dövrdə  AMEA  MEK-da  fondun  komplektləşdirilməsi  ənənəvi 
üsulla  və  İNTERNET  vasitəsi  ilə  həyata  keçirilir.  Bu  gün  rəqəmli  tex-
nologiyadan  istifadə  edərək  çox  asanlıqla  oxucunu  maraqlandıran  kitabı 
tapıb  oxumaq  və  ya  onun  haqqında  bütün  məlumatı  öyrənib  sifariş 
vermək  mümkündür.  Komplektləşdirmənin  qarşısında  duran  məsələləri 
həll etməyin ilk yolu şərti olaraq nəşriyyatların saytlarını araşdırmaq, real 
və  virtual  kitab  mağazarına  baxmaqdır.  Müsbət  haldır  ki,  artıq  nəşriy-
yatların  çoxu  İNTERNET-ə  qoşulmuşdur.  Bunlardan  çoxu  elektron 
kataloqlar hazırlamışdır ki, bu da AMEA MEK-na istənilən kitabın nəşr 
ili, sərlövhəsi, müəyyn məzmun və ya janra uyğun axtarışın aparılmasına 
imkan verir. 
Qeyd  etmək  lazımdır  ki,  Azərbaycan  Respublikasının  Prezidenti 
İlham  Əliyevin  “Azərbaycan  dilində  latın  qrafikası  ilə  kütləvi  nəşrlərin 
həyata  keçirilməsi  haqqında”  12  yanvar  2004-cü  il  tarixli  sərəncamına 
müvafiq  olaraq  Azərbaycan  dilində  kütləvi  nəşrlər  çap  olunur. 


Yüklə 3,64 Kb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə