Китабханашцнаслыг



Yüklə 3,64 Kb.
Pdf görüntüsü
səhifə16/78
tarix14.01.2018
ölçüsü3,64 Kb.
#20608
1   ...   12   13   14   15   16   17   18   19   ...   78

37 
 
Y. GAZIYEV 
“THE SECONDARY AND INCOMPLETE SECONDARY 
SCHOOLS” IN AZERBAIJAN 
SUMMARY 
 
  According  to  Russia`s  tsar  aim  of  using  the  local  population  for 
more suitable purpose and Russianzed policy 18 libraries were formed in 
these schools on the convention which is hold in 1864 in Azerbaijan. 
The  one  main  of  the  service  of  city  school  libraries  had  been  that 
they served not only students and teachers but also played a great role in 
educating the city and village community. 


38 
 
Sənubər MUSTAFAYEVA 
 Kitabxana resursları və informasiya axtarıĢ 
 sistemləri kafedrasının baĢ müəllimi 
  
AVTOMATLAġDIRILMIġ KĠTABXANA SĠSTEMĠ 
 ġƏRAĠTĠNDƏ AMEA MƏRKƏZĠ ELMĠ KĠTABXANASI 
FONDUNUN TƏġKĠLĠ 
 
Açar  sözlər:  Azərbaycan  Milli  Elmlər  Akademiyası  MEK-sı, 
Avtomatlaşdırılmış  sistemlər,  AMEA  MEK-ın  elektron  kataloqu,  AMEA 
MEK-də  avtomatlaşdırılmış  sistemlərin  tətbiqi,  AMEA  MEK-də 
kitabxana proseslərinin avtomatlaşdırılması. 
Ключевые  слова:  ЦНБ-ка  Национальной  Академии  наук 
Азербайджанской  Республики,  Автоматизированные  системы, 
Електронный  каталог  ЦНБ-ки  НАН  Азербайджана,  Применение 
автоматизированных  систем  в  ЦНБ  НАН  Азербайджана,  Авто-
матизация библиотечных процессов в ЦБН НАН Азербайджана.  
Key  words:  CSL  of  the  National  Akademy  of  Sciences  of  the 
Azerbaijan, the automated systems, electronical catalogue of CSL of the 
NAS  of  Azerbaijan,  application  of  the  automated  systems  in  CSL  of  the 
NAS of Azerbaijan,automation of library processes in CSL of the NAS of 
Azerbaijan. 
 
Ümummilli  lider  Heydər  Əliyevin  hakimiyyəti  dövründə 
Azərbaycan  elminə,  təhsilinə,  mədəniyyətinə  göstərilən  qayğı  bu  gün 
Prezident cənab İlham Əliyev tərəfindən layiqincə davam etdirilir. Cənab 
Prezidentin  bu  sahənin  inkişafına  yönəlmiş  fəaliyyəti  elmi  ictimaiyyət 
tərəfindən də yüksək hörmətlə qarşılanır. Prezident cənab İlham Əliyevin 
20  aprel  2007-ci  il  tarixdə  “Azərbaycanda  kitabxanaların  fəaliyyətinin 
yaxşılaşdırılması  haqqında”  imzalamış  olduğu  Sərəncam  bir  daha  sübut 
edir  ki,  ölkə  kitabxanalarının  inkişaf  etdirilməsi  dövlətin  mədəniyyət 
sahəsindəki  strategiyasının  prioritetidir.  Bu  gün  AMEA  MEK-sı  öz 
fəaliyyətini  Azərbaycan  Respublikasının  Prezidenti  İlham  Əliyevin 
Sərəncamından irəli gələn vəzifələrin yerinə yetirilməsinə yönəltmişdir.  
Dünya  təcrübəsində  təsdid  edilmişdir  ki,  kitabxanalarda  yeni 
xidmət  formalarına  keçmək  üçün  yeganə  və  real  baza  –  qabaqcıl  tele-
kommuniksiya  və  informasiya  texnologiyalarıdır.  Buna  görə  də  müasir 
kitabxanalar,  o  cümlədən  Azərbaycan  Milli  Elmlər  Akademiyasının 
Mərkəzi  Elmi  Kitabxanasının  mütəxəssisləri  cəmiyyətdə  gedən  bu 
dəyişikliklərə nəinki biganə qalmır, həmin prosesdə aktiv iştirak etməklə 
yüksək nailiyyətlər əldə edirlər.  


39 
 
AMEA  Mərkəzi  Elmi  Kitabxanası  Azərbaycanın  görkəmli 
ziyalıları, N.Nərimanov, Ə.Haqverdiyev, T.Şahbazi, H. Zeynallı və baş-
qalarının  təşəbbüsü  və  yaxından  köməyi  ilə  1923-cü  ildə  təşkil  edilmiş 
“Azərbaycanı  Tədqiq  və Tətəbbö Cəmiyyəti”nin  nəzdində  yaradılmışdır 
(4,s.41). 
Hazırda ölkəmizdə təbiətşünaslıq, sosial-iqtisadi, siyasi, humanitar 
və  texniki  elm  sahələri  üzrə  ən  iri  elmi  kitabxana  sayılan  Azərbaycan 
Milli  Elmlər  Akademiyası  Mərkəzi  Elmi  Kitabxanası  dünya  xalqlarının 
50  dildə  nəşr  olunmuş  3  milyondan  artıq  elmi  ədəbiyyatı  əldə  edən 
informasiya  fonduna  malik  olub,  30  mindən  arrtıq  oxucuya  xidmət 
göstərir (3,s.7). 
Qeyd  etmək  lazımdır  ki,  AMEA  MEK-sı  Azərbaycanın  ilk  böyük 
elmi  və  mədəni  müəssisələrindən  biri  olduğuna  ğörə  onun  fondu  daima 
yeni  ədəbiyatla  komplektləşdirilmişdir.  Məlumdur  ki,  kitabxanaların 
fondları  bir  qayda  olaraq  məzmun  və  tipologiya  baxımından  olduqca 
mürəkkəb,  hərtərəfli  və  rəngarəng  olurlar.  Kitabxanalara  müraciət  edən 
oxucuların  sorğuları  da  olduqca  müxtəlif,  mürəkkəb,  əksər  hallarda  isə 
çoxcəhətli olur. Belə sorğuları ödəmək, ümumiyytlə oxuculara kitabxana-
informasiya  xidmətini  təşkil  etmək  dolğun  kitabxana  fondu  olmadan 
qeyri-mümkündür.  
Fond  fəaliyyət  göstərən  kitabxananın  əsasını  təşkil  edir  və  kitab-
xana fondsuz ictimai institut kimi mövcud ola bilməz. Kitabxana fondu- 
bütünlükdə  cəmiyyətin,  habelə  onun  ayrı-ayrı  üzvlərinin  məlumat 
tələbatının ödənilməsində əsas mənbə hesab olunur. Bütün ölkə ərazisin-
də  əhaliyə  xidmət  işini  təşkil  edən  kitabxana  fondlarının  yaradılması 
mədəniyyətin  ən  böyük  nailiyyətlərindən  biri  sayılır.  Kitabxana  fond-
larında toplanan sənədlər oxucuları elmi biliklərlə silahlandırır.  
Kitabxana  fondu  mürəkkəb  anlayışdır.  Onun  əsl  mahiyyətinin 
müəyyənləşdirilməsi, onun təcrübi prosesdə meydana gəlməsi səviyyəsi-
nin öyrənilib izah edilməsi çətinlik yaradır. Lakin mahiyyətini bilmədən 
onun formalaşmasını və idarə edilməsini bilmək qeyri-mümkündür. 
Qeyd  etmək  lazımdır  ki,  fondsuz  kitabxana  mövcud  ola  bilməz. 
Ona  görə  də  vaxtilə  fond  anlayışı  “Kitabxana”sözünün  yaranmasına 
səbəb  olmuşdur.  Hərfi  mənada  fond  sözünün  yunan  dilindən  tərcüməsi 
“kitabsaxlayıcı”  deməkdir.  Əsrlər  boyu  “kitabxana”  və  “kitab  fondu” 
anlayışları  biri-birindən  fərqləndirilməmişdir.  Kitabxana  sözü  altında 
“çox və ya az miqdarda kitabların yığımı” nəzərə alınmışdır.  
Əvvəllər  “kitabxana  fondu”  termini  əvəzinə  “kitab  kolleksiyası”, 
kitabxana  şöbəsi”,  “kitabların  toplanması”,  ”kitab  əmlakı”  və  s.  sözlər 
işlənmişdir. “Fond” sözü həqiqi mənada kitabxanaşünaslıq aləmində XX 
əsrin 20-ci illərində və ondan sonrakı dövlərdə meydana gəlmişdir. 


Yüklə 3,64 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə