Китабханашцнаслыг



Yüklə 3,64 Kb.
Pdf görüntüsü
səhifə13/78
tarix14.01.2018
ölçüsü3,64 Kb.
#20608
1   ...   9   10   11   12   13   14   15   16   ...   78

30 
 
əsərləri oxuyub ya konspekt tuturdular, ya da referat yazırdılar. Sinifdən 
və  məktəbdənxaric  oxunmuş  əsərlərə  dair  konspekt  və  referatların 
yazılmasına Bakı realnı məktəbinin yuxarı siniflərində ciddi fikir verilirdi. 
Orada  bu  işlərin  nəticələri  vaxtaşırı  pedaqoji  şuralarda  müzakirə  edilib 
lazım olan pedaqoji və metodiki işlər aparılırdı(17d). 
Oxunmuş  əsərlərin  müzakirəsi  üçün  opponentlər  təyin  edilirdi. 
Opponentlər  müəllimin  göstərişi  ilə  ədəbi  və  ya  elmi  söhbətin 
keçirilməsinə 2-3 gün qalmış tapşırılmış əsəri mütaliə edən yoldaşlarının 
konspekt  və  ya  referatlarını  oxuyub  tanış  olurdular.  Söhbət  zamanı 
opponentlər  çıxış,  tənqid  və  təkliflər  edirdilər,  əsər  və  onun  haqqında 
yazılmış  rəylər  barədə  fikir  mübadiləsi  gedirdi.  Müəllim  mübahisəyə 
rəhbərlik edirdi və söhbətin sonunda danışıq və fikirləri yekunlaşdırıb öz 
rəyini deyirdi(17e). 
Aparılan  ədəbi  söhbətlər  fərdi  və  kütləvi  formada  aparılırdı. 
Kütləvi  formada  olan  söhbətlər  daha  məqsədəuyğun  və  təsirli  hesab 
edilirdi.  Belə  ki,  şagird  mütaliəsinə  həsr  edilmiş  belə  söhbətlər 
valideynləri  məktəbə  yaxınlaşdırırdı,  şagirdləri  məktəbin  məqsədinə 
uyğun  ruhda  tərbiyə  edirdi  və  onların  asudə  vaxtları  səmərəli  təşkil 
olunurdu.  QTD-nin  popeçitel  şurasında  deyilirdi:  “Mütaliə  və  söhbətin 
məharəti təşkilində şagirdlər məktəbin tələb etdiyi ruhi qida keyfiyyətini 
anlayırlar,...zəhmət  çəkmədən  maarifçi  dostlara  (valideynlərə-Y.Q.) 
yaxınlaşırlar.  Eləcə  də  gəncliyin  yüngülxasiyyətliliyi  sakit  zövq  və 
əyləncələrə qapılır və şit ədəbazlığa toxunurlar...”(17ə). 
Baxmayaraq,  tərəqqipərvər  elm,  mədəniyyət  və  incəsənət 
xadimlərinin  əsərlərinə  aid  şagirdlərin  mütaliəsi  ilə  əlaqədar  olan  ədəbi 
söhbətlər  proqram  materialını  möhkəmləndirir,  şagirdlərin  əxlaq  və 
estetik  tərbiyəsini  zənginləşdirirdi,  ümumiyyətlə  təlim  və  tərbiyənin 
keyfiyyətini  yüksəldirdi  (24),  lakin  şagirdlərdə  ictimai  mühitə  və 
quruluşa  qarşı  etiraz  hissləri,  mənfi  münasibətlər  yaradırdı.  Xüsusən 
1905-1907-ci  illər  inqilabı  ərəfəsində  şagirdlər  arasında  nizam-intizam 
pozulmuşdur, onlar inqilabi ruhda çıxışlar edib mövcud ictimai quruluşa 
nifrət  bəsləyirdilər.  Bu  vəziyyət  QTD  popeçiteli  1903-cü  ildə  Tiflisdə 
çağırılmış  öz  Şura  iclasında  orta  məktəb  müdirlərinin  iştirakı  ilə 
müzakirə edilərdi, işin əsl mahiyyəti ört-basdır edilib və bir çox məktəb 
tədirləri kimi şagirdlərin sinifdənxaric mütaliəsinə dair ədəbi söhbətlərin 
də  aparılmasını  qadağan  edir,  onun  fəaliyyətini  anti-pedaqoji  fəaliyyət 
kimi  pislənərək  qeyd  edilirdi:  “Pedaqoqlar  tərəfindən  müdafiə  olunan 
şagird  ədəbi  söhbətlərinə  gəldikdə  Şuranın  üzvlərinin  diqqəti  ona 
yönəldilmişdir  ki,  təntənəli,  kütləvi  xarakterli  bu  söhbətlər  pedaqoji 
münasibətdə  xoşa  gəlməyəndir.  Belə  ki,  onlar  əxlaq  tərbiyəsinin 
məqsədlərinə  daban-dabana  zidd  olan  keyfiyyətlər-özünü  həqiqətdə 


31 
 
mövcud  olmayan  ən  yaxşı,  bacarıqlı  qələmə  vermək  cəhdi; 
yoldaşlarından  özünü  qabaqcıl  göstərmək  və  yalan  heysiyyat  doğura 
bilər; bundan başqa belə növ söhbətlər iştirakçılara həyəcanlandırıcı təsir 
göstərir, onların mənəvi rahatlığını və səbrini əlindən alır, lakin şagirddə 
belə coşğun əhval-ruhiyyəni tamamilə qəbul etmək olmaz” (17c). 
Şagirdlərin  estetik  zövqlərinin  inkişafı  naminə  xarici  və  rus 
müəlliflərinin  ən  yaxşı  əsərlərinin  mütaliəsi  əsasında  təşkil  edilmiş 
musiqili  səhərciklərin  təşkili  daha  faydalı  olurdu.  Bu  səhərciklərə 
şagirdlər yaradıcılıqla hazırlaşırdılar(17, 8). Belə səhərciklərə valideynlər 
də dəvət olunurdu. Şuşa realnı məktəbi belə səhərcikləri daha nümunəvi 
təşkil edirdi (25). 
Şagirdlərin  estetik  zövqlərinin  inkişaf  etdirilməsi  məqsədi  ilə  ən 
çox geniş yayılmış iş forması teatr tamaşaları vermək idi.  
Bu  iş  forması  2  məqsəd  güdürdü:  teatr  tamaşaları  vasitəsilə  pul 
toplamaq,  həmin  pulla  kitabxana  fondunu  zənginləşdirmək  və  digər 
məktəb  avadanlıqları  əldə  etmək;  təlim  keyfiyyətinə  kömək  etmək  və 
şagirdlərin  estetik  tərbiyəsini  inkişaf  etdirmək  idi.  Lakin  XX  əsrin 
əvvəllərində QTD popeçitelinin Şurası bu iş formasını məhdudlaşdırmağı 
lazım  bildi.  Orada  deyilirdi:  “Tamaşalar  tamamilə  şagirdlərin  tərbiyəsi 
işinə  xidmət  etmir,  ancaq  onlar  fikirlərdə  arzu  edilməz  istiqamətlər 
oyadır  və  məşğələlərin  müvəffəqiyyətli  gedişinə  tez-tez  əngəl  törədir: 
gülməli  səhnə  mühit  və  hazırlanmış  aktyorların  oyunları  estetik 
anlayışların təhrif edilməsinə xidmət edir, onların(teatr əsərlərinin-Y.Q.) 
mənimsənilməsinə və başa düşülməsinə xidmət etmir, məşqlər çoxlu vaxt 
apararaq  birbaşa  məşğələlərə  zərər  gətirir,  ...  Şura  təklif  edərdi  ki, 
məktəbdə  dramatik  əsərlərin  mütaliəsi  imkan  daxilində  geyimlə  rollar 
üzrə nümayiş etdirilmədən aparılsın (17f.). 
Qeyd  etmək  olar  ki,  şagirdlərin  teatr  tamaşalarının  QTd  popeçitel 
Şurası  tərəfindən  məhdudlaşdırılmasının  səbəbi  heç  də  yuxarıda  qeyd 
edilən məqsəd güdmürdü. Bunun ictimai və siyasi mahiyyəti vardır. Belə 
ki,  tərəqqipərvər  elm,  mədəniyyət  və  incəsənət  xadimlərinin  əsərlərinin 
şagirdlər tərəfindən camaat qarşısında nümayiş etdirilməsi və müzakirəsi 
şagirdləri  və  valideynləri  çar  mütləqiyyətinə  nifrət  ruhunda,  inqilabi 
çıxışlar  ruhunda  tərbiyə  edirdi.  Bu  baxımdan  XMN  (Xalq  Maarif 
Nazirliyi) 28 iyun 1903-cü il 19744 saylı sərəncamında şagirdlərin sinif-
dən  və  məktəbdənxaric  mütaliəsinin  məzmunu  qeyd  edilərək  tapşırılırdı 
ki,  şagirdlərin  mütaliəsinə  nəzarət  və  rəhbərliyi  elə  etmək  lazımdır  ki, 
“onların əlinə zərərli kitablar düşməsin”(17g). 
A.Qriqoryevin,  Belinskinin,  Brandesin,  Beselovskinin,  Majkovun 
və  digərlərinin  əsərlərində  tərənnüm  edilən  tənqidi  təklifləri  unutmaq 
olmaz  (17ğ).  Digər  mənbələrin  birində  deyilirdi  ki,  M.  Qorkinin, 


Yüklə 3,64 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə