Китабханашцнаслыг



Yüklə 3,64 Kb.
Pdf görüntüsü
səhifə11/78
tarix14.01.2018
ölçüsü3,64 Kb.
#20608
1   ...   7   8   9   10   11   12   13   14   ...   78

26 
 
1.  Oxunmuş  əsərin  qısa  şərhi.  2.  İştirak  edən  şəxslərdən  kimlər 
xoşuna  gəlir,  kimlər  gəlmir  və  nə  üçün?  3.Müəllif  öz  əsərində  bizə  nə 
demək  istəyir  (18b).  Bununla  bərabər,  o,  şagirdlərin  mütaliəsini 
istiqamətləndirmək  üçün  sinif  kitabxanasında  olan  kitabların  qısa 
məzmunu  ilə  bərabər  siyahısını  və  mütaliəyə  dair  təlimat  tərtib  edib 
divara  vururdu.  Təlimatda  hansı  kitabları  oxumaq,  necə  oxumaq,  oxu 
prosesində  ən  çox  nələrə  fikir  vermək  və  sair  məsləhətlər  qeyd 
edilirdi(18c).Bu  nümunəvi  iş  QTD-ə  daxil  olan  natamam  orta  və  orta 
məktəblərdə həyata keçirilməsinə çalışırdı. 
Natamam  orta  və  orta  məktəb  kitabxanalarının  qarşısında  qoyulan 
məqsəd  və  vəzifələrlə  bağlı  olaraq  kitabxanalarda  məktəb  kollektivinin 
rəhbərliyi ilə aşağıdakı işlər aparılırdı: kitab tədavülü, mütaliə məşğələlə-
ri, qiraətlər, kitab müzakirələri, söhbətlər, ədəbi-bədii gecələr, səhərciklər, 
teatr tamaşaları, oxunmuş əsərlərə dair şagird rəyləri və konspektlər tərti-
bi idi ki, bu sonrakı 2 iş şəhər məktəb kitabxanalarında təsadüf edilmir. 
Ümumiyyətlə,  natamam  orta  və  orta  məktəb  kitabxanalarının  apardığı 
işlərin məzmun və forması şəhər məktəb kitabxanalarının apardığı işlərin 
məzmun və formasından fərqlənərək kəmiyyət və keyfiyyətcə üstün idi. 
Azərbaycanda XIX əsrin sonlarında 7, XX əsrin əvvəllərində isə 18 
natamam  orta  və  orta  məktəblərdə  fəaliyyət  göstərən  kitabxanaların 
qarşısında  aşağıdakı  vəzifələr  dururdu:  kitab  fondunu  zənginləşdirmək; 
müəllimləri  pedaqoji,  metodiki,  psixoloji  ədəbiyyatla  təmin  etmək; 
sinifdən  və  məktəbdənxaric  mütaliə  vasitəsilə  şagirdlərin  estetik  və  əqli 
tərbiyəsinin  formalaşması  və  inkişaf  etdirilməsinə  yaxından  kömək 
etmək; sinifdən və məktəbdənxaric mütaliəni bütün fənlər üzrə təşkil edib
tədris  materialının  möhkəmləndirilməsinə  və  dərinləşdirilməsinə  nail 
olmaq; şagird mütaliəsini müntəzəm və ardıcıl aparmaq (17b). 
Qeyd  edilən  vəzifələr  aşağıdakı  iş  üsulları  ilə  yerinə  yetirilirdi: 
kitabxana  xidmətləri,  ədəbi  bədii  qiraətlər,  mədəni-kütləvi  tədbirlər  və 
teatr tamaşaları, gecələr və səhərciklər, oxunmuş əsərə dair söhbətlər və 
onların  məzmununun  nəql  etdirilməsi,  mütaliə  edilmiş  əsərlərə  dair 
konspekt və referat yazmaq. 
Kitab tədavülü və sinifdənxaric mütaliənin təşkili işi bütün məktəb 
kitabxanalarında  mövcud  idi.  Ancaq  Bakı  gimnaziyasında  bu  iş  daha 
səmərəli aparılırdı. Gimnaziyanın kitabxanası bacarıqlı əllərə tapşırılırdı. 
Burada  şagirdlərin  sinifdənxaric  mütaliəsinə  daha  böyük  əhəmiyyət 
verirdilər. Hətta xarici dillərdə olan kitabların da mütaliəsi təşkil edilirdi. 
Təsadüfi deyildir ki, QTD popeçitelinin 1868-ci il hesabatında deyilirdi:” 
Kitabxanaya  gimnaziyanın  inspektoru  müdirlik  edir  və  o,  həm  də  mü-
taliədə şagirdlərə rəhbərlik edir, mən bu haqda qeyd etməkdən çəkinirəm 


27 
 
ki,  onun  rəhbərliyi  altında  4-cü  sinif  şagirdlərindən  bəziləri  kitabxanada 
olan fransız dilində bir neçə uşaq povestlərini oxumuşlar” (20). 
Qadın  gimnaziya  və  progimnaziyalarında  şagirdlərə  kitabxana 
xidməti  işinin  təşkili  sonradan  belə  qurulurdu:  “Gimnaziya  və 
progimnaziyaların şagird kitabxanaları pedaqoji şuralar tərəfindən xüsusi 
seçilmiş  şəxslərin  müdirliyi  altında  idi,  onlar  tədris  müəssisələrinin 
kasıblığı  üzündən  öz  əmək  haqlarına  xüsusi  mükafat  alırdılar.  Bəzi 
gimnaziyalarda  aşağı  siniflər  üçün  olan  kitablar  ayrı-ayrı  siniflərin 
rəhbərliyi arasında bölüşdürülmüşdür, onlar kitabların mübadiləsini idarə 
edirdilər;  yuxarı  siniflər  üçün  olan  kitablar  isə  tədris  fənlərinin 
müəllimləri arasında bölüşdürmüşdür (21). 
Burası da maraqlıdır ki, şagirdlərdə müstəqil işləmək bacarığı əldə 
etmək  məqsədi  ilə  QTD-nin  bir  çox  qabaqcıl  natamam  orta  və  orta 
məktəblərinin  sinif  kitabxanalarında  kitab  tədavülünə  fəal  şagirdlər 
rəhbərlik edirdi(18ç). 
Sinifdənxaric qiraətlər realnı məktəblərin və gimnaziyaların ibtidai 
siniflərində  daha  yaxşı  aparılırdı.  Burada qiraətin forması  izahlı oxu idi. 
Oxu prosesində çətin sözlər aydınlaşdırılırdı. Qiraətin təşkilində asandan 
çətinə  prinsipi  əsas  tutulurdu:  əvvəlcə  kiçik  təmsillər,  sonra  mürəkkəb 
hekayə  və  nağılların  qiraətinə  başlanırdı.  O  cümlədən  elm  və  coğrafiya 
yeniliklərinə dair mətbuatda çap edilən məqalələrin də qiraəti keçirilirdi. 
Məktəbdə  sinifdənxaric  aparılan  qiraət  yekunlaşdırılaraq  oxunmuş 
material  barədə  sual-cavab  və  söhbət  aparılırdı  və  bəzən  də  şagirdlərə 
tapşırıq  verilirdi  ki,  oxuduqları  materialın  məzmununu  evdə  yazıb 
gətirsinlər.  Növbəti  məşğələdə  onun  nəticəsi  yoxlanılırdı.  Siniflər  üzrə 
sinifdənxaric təşkil edilmiş belə qiraətlərin təlim işində böyük rolu olurdu. 
Əvvələn,  kitabxanada  olan  kitabların  məzmunu  ilə  mütaliə  etməyən 
şagirdlər  də  tanış  olurdu;  ikincisi,  yerli(rus  olmayan)  şagirdlərin  oxu 
prosesində etdikləri avaz, üslub, tələffüs səhvlikləri düzəldilirdi ki, bunun 
da rus dilini öyrənmək üçün şagirdlərə böyük köməyi olurdu (18d). 
QTD-nin  qabaqcıl  məktəblərində,  I  və  II  siniflərdə  sinifdənxaric 
alışırdılar. Artıq III sinifdə ev oxusu üçün şagirdlərə kitabxanada sinif və 
fənn  müəllimlərinin  razılığı  ilə  kitablar  verilirdi  və  şagirdlərin  mütaliə 
keyfiyyətinə dair uçot vərəqi təşkil edilirdi (18e). 
Sinifdənxaric  qiraət  məşğələlərində  və  məktəbdənxaric  mütaliədə 
rus  və  xarici  dillərin  şagirdlər  tərəfindən  mükəmməl  öyrənilməsinə 
xüsusi  diqqət  yetirilirdi.  Lakin  xarici  dillərdə  olan  kitabların  şagirdlər 
tərəfindən  mütaliə  edilməsi  yalnız  xarici  dilləri  öyrənmək  məqsədi 
güdmürdü.  Burada  digər  fənlərin  də  mükəmməl  öyrənilməsi  məqsədi 
nəzərdə  tutulurdu.  Belə  ki,  70-ci  illərdə  orta  məktəblərdə  tədris  edilən 
fənlərə  dair  mütaliə  kitabları  rus  dilində  çatışmırdı.  Lazım  gəlirdi  ki, 


Yüklə 3,64 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə