Китабханашцнаслыг



Yüklə 3,64 Kb.
Pdf görüntüsü
səhifə12/78
tarix14.01.2018
ölçüsü3,64 Kb.
#20608
1   ...   8   9   10   11   12   13   14   15   ...   78

28 
 
şagirdlər  mütaliə  prosesində  xarici  dillərdə(alman  və  fransız)  olan 
kitablardan da istifadə etsinlər. Onlar oxuduqları əsərə dair xarici dillərdə 
ifadə  yazırdılar.  Bununla  şagirdlər  nəinki  müstəqil  fəaliyyət  vərdişi 
qazanırdılar,  həmçinin  öyrənilən  dillərdə  ədəbiyyatdan  istifadə  etmək 
bacarığı  əldə  edirdilər  ki,  bununla  bu  və  ya  digər  dilin  tədris  məqsədi 
həyata keçirdi (22). 
Bu  münasibətlə  QTD  popeçiteli  K.P.Yanovski  QTD-nin  8  fevral 
1879-cu  il  654  nömrəli  sərəncamında  qeyd  edilirdi:  “Bütün  məktəb 
kollektivi əlbir olaraq, yuxarı siniflərdə şagirdlərin ev oxusu üçün... necə 
rus dilində, eləcə də xarici dillərdə, qədim və müasir xarici dillərdə olan 
ən yaxşı əsərlər təyin etməlidirlər. Əlbət ki, şagirdlərin onlarla(əsərlərlə-
Y.Q.) tanışlığı başqa fənlərin öyrənilməsinə də kömək edəcəkdir... təyin 
edilmiş  bu  əsərlərdən  müxtəlif  tədris  sənədlərinə  dair  məlumatlarla 
istifadə etmək lazımdır.  
Nəhayət, şagird oxuduğu əsərə dair müəllimin razılığı ilə qədim və 
ya müasir xarici dillərin birində ifadə yazmalıdır. Tədris fənləri arasında 
belə bir əlaqədə gözləmək olar ki, şagird nəinki müstəqil fəaliyyət vərdişi 
qazanır, eləcə də orta məktəblərdə öyrənilən dillərdə ədəbiyyatdan istifa-
də etmək bacarığı əldə edir ki, bununla da bu və ya digər dilin tədrisinin 
məqsədi təşkil edilə bilir, təəssüf ki, bu məqsədə hər yerdə nail olunmur. 
Aşağı  siniflərdə  əlavə  məşğələlərdə,  məsələn,  mütaliə  zamanı, 
onlara  (şagirdlərə-Y.Q.)  nəzərdə  tutulan  məqalənin  qiraətində  rast  gələn 
müxtəlif söz və ifadələri tanış etmək lazımdır. Ayrı-ayrı bu və  ya digər 
söz  və  ifadələrin  şagirdlərə  şüurlu  olaraq  mənimsədilməsi  məqsədi  ilə, 
onlar imkan daxilində mütləq tərcümə edilməlidir. 
Ancaq  xarici  dillər  üzrə  də  şagirdlərin  sinifdənxaric  mütaliəsi  zəif 
və  səmərəsiz  idi.  Şagirdlərin  xarici  dillərdə  mütaliəsi  dərsliklərlə 
məhdudlaşırdı.  Mütaliəyə  rəhbərlik  ardıcıl  aparılmalıdı.  Mənbələrin 
birində  deyilirdi:”  Aydındır  ki,  müasir  xarici  dillərdə  ədəbiyyatdan 
istifadə  etmək  bacarığı  bizim  məktəblərdə  heç  vaxt  məqsədə 
çatdırılmamışdır  və  şagirdlər  tərəfindən  bircə  qrammatik  qaydaların 
öyrənilməsi  və  müntəxəbatdan  tərcümələr  vasitəsilə  məqsədə  çatmaq 
olmaz:  yalnız şagirdlər məktəbi qurtarana qədər məktəbin özündə xarici 
dildə ədəbi əsərlərin sərbəst mütaliəsinə dair sadədən başlayaraq tədricən 
mürəkkəbə doğru  aparılan təlim  onlara(şagirdlərə) bu dilin  ədəbiyyatın-
dan  istifadə  etmək  imkanı  verir.  Xarici  ədəbi  əsərlərin  belə  sərbəst 
mütaliəsini  zəruriliyi  bizim  orta  məktəblərdə  yeni  dillərin  tədrisini 
yaxşılaşdırmasına aid məsələlər müzakirə edən komissiyanın da nəzərinə 
çatdırılmışdır.(QTD popeçitelinin 1879-cu il sərəncamı, T. 1879,№ 4 )
 
Qeyd  edilən  qüsurların  aradan  qaldırılması  məqsədi  ilə  80-ci 
illərədən  başlayaraq  məktəb  kitabxanalarında  şagirdlərin  xarici  dillərdə 


29 
 
sərbəst  mütaliələri  üçün  xarici  dillər(alman  və  fransız)  şöbəsi  təşkil 
edilməyə
 
başlandı.  (QTD-nin  1883-cü  il  hesabatı,  T.  1884,  səh.3-4). 
Bunun da şagird mütaliəsinin təşkili üçün böyük əhəmiyyəti oldu. 
Natamam  orta və orta məktəb şagirdlərinin  sinifdənxaric mütaliəsi 
işində  ən  çox  istifadə  edilən  üsullardan  biri  də  söhbətlər  və  oxunmuş 
əsərlərin  qısa  məzmununun  nəql  etdirilməsi,  bunlara  dair  konspekt  və 
referatların yazılması idi. Taəlim və tərbiyə keyfiyyətinin yüksəldilməsi, 
şagirdlərin əqlini inkişaf etdirmək məqsədi ilə onlara ev tapşırığı olaraq 
bütün  fənlərə  dair  müəyyən  əsərlərin  mütaliəsi  tapşırıldı,  vaxtaşırı 
şagirdlər  tərəfindən  oxunmuş  və  oxunacaq  əsərlərə  aid  ədəbi  söhbətlər 
təşkil edildi (17c). 
Natamam  orta  və  orta  məktəblərdə  ibtidai  və  qəza  məktəb  kitab-
xanaları ilə müqayisədə sinifdənxaric mütaliəyə daha ciddi fikir verilirdi. 
Şagirdlərin sinifdənxaric mütaliəsinin daha səmərəli olması üçün müxtə-
lif metod və üsullardan istifadə edilirdi. Belə ki, natamam və orta məktəb 
şagirdlərinin  musiqiyə  marağından  istifadə  edən  müəllimlər  şagirdləri 
belə tədbirlərə o şərtlə buraxırdılar ki, onlar ən  yaxşı mütaliəçi olsunlar. 
Tədbirdə iştirak edən şagirdin mütaliə keyfiyyəti hərtərəfli yoxlanılırdı. 
Bu baxımdan QTD-nin popeçitelinin 1880-ci il hesabatında dairəyə 
daxil  olan  natamam  orta  və  orta  (progimnaziya  və  gimnaziya) 
məktəblərinin  bir  çoxunda  məktəblərin  ictimaiyyətlə  yaxınlaşması 
nəticəsində  müəllim  və  şagirdlərin  təşəbbüsü  ilə  ifaçıları  şagirdlərdən 
olan  ədəbi-musiqi  səhərciklər  və  gecələr  təşkil  edilirdi.  Şagirdlər  bu 
tədbirlərə  o şərtlə  buraxılırdı  ki,  onlar müəllimlər tərəfindən seçilmiş və 
tapşırılmış  ədəbi  əsərlərin  mütaliəsini  şüurlu,  aydın,  yüksək,  bundan 
başqa  xoş  avazla  ifadə  edə  bilsinlər;  həmçinin  yaxşı  mahnıları  aydın, 
səlis  və  lazımı  qaydada  yerinə  yetirə  bilsinlər.  Belə  yığıncaqların 
Qafqazda çox əhəmiyyət daşıdığı vurğulanırdı. 
Ədəbi  söhbətlər  Bakı  realnı  məktəbində  daha  nümunəvi  təşkil 
edilmişdir:  oxunmuş  və  oxunacaq  əsərlərə  aid  aparılan  söhbətlərdə 
şagirdlər müəllimə və yoldaşlarına şəxsi mütaliələri haqqında məlumatlar 
verib  maraqlı  epizodlar  və  süjetlər  danışırdılar.  Söhbətlər  qeyri  rus 
şagirddə  düzgün  rus  nitqinin  formalaşmasına  kömək  edirdi.  Söhbətlər 
həm  də  fənn  materiallarının  dərindən  mənimsənilməsinə  və  mütaliəyə 
ciddi  münasibətə  xidmət  edirdi(23).QTD  popeçitel  Şurasının  iclasında 
qeyd  edilir  ki,  ədəbi  söhbətlər  təlim  və  təhsilin  gedişinə  müsbət  təsir 
göstərir, bu iş şagirdlərin yazılı və şifahi nitqlərinin yaxşılaşdırılmasında 
ən qəşəng və faydalı məşğələlərdən biridir(17ç). 
Sinifdənxaric  mütaliəyə  həsr  edilmiş  ədəbi  və  elmi  söhbətlərə 
şagirdlər  2-3  həftə  qabaqcadan  hazırlaşırdılar.  Müəllim  və  ya 
kitabxanaçının  tapşırığı  ilə  şagirdlər  hər  hansı  fənnə  dair  tövsiyə  edilən 


Yüklə 3,64 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə