Китабханашцнаслыг



Yüklə 3,64 Kb.
Pdf görüntüsü
səhifə10/78
tarix14.01.2018
ölçüsü3,64 Kb.
#20608
1   ...   6   7   8   9   10   11   12   13   ...   78

24 
 
Bu  vəzifənin  həyata  keçməsi  üçün  XMN-nin  30  iyul  1871-ci  ildə 
qəbul  etdiyi  orta  məktəblər  haqqındakı  Nizamnaməsinin  70  və  74-cü 
paraqrafın  tələbinə  uyğun  olaraq  kitabxanalar  kitabları  fənn  müəllim-
lərinin siyahısına əsasən məktəblərin pedaqoji sovetlərində təsdiq edilmiş 
siyahı üzrə əldə edirdilər. 
Lakin  1873  və  1874-cü  il  yoxlamalarından  aydın  olmuşdur  ki, 
kitabxanalarda,  xüsusən  şagird  kitabxanalarında  dərsliklər  və  sinifdən-
xaric mütaliə üçün mövcud olan kitablar heç də yararlı deyildir. Ona görə 
XMN  kitabxanalara  kitabların  verilməsini  Nazirliyin  nəzdində  Elmi 
Komitəyə, pedaqoji Sovetə və ya Tədris Dairə İdarəsinə tapşırırdı (16).  
Mənbələrin  birində  deyilirdi:  Pedaqoji  Sovetlərin  üzvlərinin  nə 
vaxtları,  nə  imkanları  vardır,  nə  də  vəzifəsi  deyilirdi  ki,  cari  ədəbiyyatı 
izləsinlər,  fənlər  üzrə  yeni  çıxan  əsərləri  oxusunlar,  nə  də  şagirdlərin 
tələbinə uyğun olduğunu qiymətləndirə bilsinlər...(16) 
Nəhayət,  XMN-nin  Elmi  Komitəsi  28  iyun  1883-cü  ildə  orta 
məktəb  kitabxanaları  üçün  kitabların  seçilməsini  və  şagirdlərə  kitab 
verilməsini aşağıdakı kimi müəyyənləşdirə bildi: 
a)  Məsləhət  görülür  ki,  məktəblərdə  kitabların  elmi  və  tədris 
əhəmiyyəti nəzərə alınaraq və eyni növlü kitablar başqaları ilə müqayisə 
edilərək, pedaqoqların fikri ilə layiqli və istifadəsi üstün tutulan kitablar 
təqdim olunsun. 
b) Öz məzmun və ifadəsi ilə təlimin məqsəd və tələbini ödəyə bilən 
kitabların  seçilməsi  tövsiyə  olunur.  Ancaq  onların  məzmunu  eyni 
şöbədən olan bir çox başqa kitablarla bir səviyyədə olsun. 
c) İmkansız şərait yaranarsa, məzmun və ifadəsində bəzi nöqsanlar 
olan  kitabların  seçilib  istifadə  edilməsinə  o  halda  icazə  verilir  ki,  onlar 
heç olmasa müəyyən qədər faydalı olsun. 
Lakin  demək  olar  ki,  çar  Rusiyasının  bütün  məktəblərində 
şagirdlərin sinifdən və məktəbdənxaric mütaliəsi  üçün seçilən kitabların 
şagirdlərin  yaş  dərəcəsinə  uyğun  olması,  məzmunca  keyfiyyətli  olması 
bütün  dövrlərdə  heç  də  adi  vəziyyətdə  olmamışdır.  Ona  görə  yenə  də 
QTD-ə  daxil  olan  orta  məktəb  müdirlərinin  1903-cü  ilin  dekabrında 
Tiflisdə çağırılmış iclasında deyilirdi: “Tədris işindən sonra sinifdənxaric 
mütaliəni təhsil vasitələri sırasında ən mühüm əhəmiyyəti vardır və o əqli 
münasibətlərdə çox qüvvətli təsir göstərir. Ona görə bütün müəllimlər və 
sinif  rəhbərləri  əxlaq  tərbiyəsinin  əsas  anlayışlarından  baş  çıxarması, 
mütaliə  üçün  ciddi  və  tam  müvafiq  tərbiyə  məqsədi  güdən  kitabların 
seçilməsinə  lap  ciddi  diqqət  yetirməli,  öz  təcrübə  və  nüfuzlarından 
istifadə edərək əqlin hərtərəfli inkişafına kömək göstərməlidirlər(17). 
2.  Şəhər  məktəb  kitabxanalarında  olduğu  kimi  sinifdən  və 
məktəbdənxaric mütaliə vəsaitləri şagirdlərin estetik və əqli tərbiyələrinin 


25 
 
formalaşmasına və inkişaf etdirilməsinə yaxından kömək etmək vəzifəsi 
irəli sürülürdü. 
Qeyd  edilən  vəzifənin  həyata  keçməsi  üçün  məktəblərdə  bütün 
müəllim  kollektivinin  köməyi  ilə  rəhbərliyi  ilə  kütləvi-mədəni  tədbirlər 
həyata keçirilirdi. 
3.Sinifdən  və  məktəbdənxaric  mütaliəni  bütün  fənlər  üzrə  təşkil 
etmək,  şagirdlərin  mütaliəsini  sinifdə  verilən  dərs  materialının 
möhkəmləndirilməsi və dərinləşdirilməsi işinə xidmət etdirmək(17a) 
Bu  vəzifənin  dürüst  yerinə  yetirilməsi  məqsədi  ilə  kitabxanada 
fənlərə dair mütaliə kitabları fənn müəllimlərinin sərəncamına verilirdi.  
Dövrü  mətbuatda  deyilirdi:  “İşin  müvəffəqiyyətli  aparılması  üçün 
onların  (fənn  müəllimlərinin-Y.Q.)  hər  birinin  sərəncamında  öz  fənninə 
aid  ədəbiyyatın  olması  vacibdir  ki,  onlar  dərslərdə  keçilənləri  müvafiq 
əsərlərlə  genişləndirsinlər(18).  Bu  fikir  qeyd  edilən  məqsədə  uyğun 
həyata  keçirdi.  Belə  ki,  fənn  müəllimləri  və  həmçinin  sinif  rəhbərləri 
fənlər  üzrə  şagirdlərin  sinifdən  və  məktəbdənxaric  mütaliəsinə  rəhbərlik 
edirdilər. 
Şagirlərin məktəbdənxaric mütaliəsində sinif rəhbərləri daha böyük 
rol  oynayırdılar.  Onlar  ailələrə  və  yataqxanalara  müntəzəm  baş  çəkib, 
valideynlərə  pedaqoji  mərifətlər  aşılayıb,  şagirdlərin  məktəbdənxaric 
bütün işləri ilə  halı olurdular. Mənbələrin birində deyilirdi:  “Şagirdlərin 
məktəb və  məktəbdənxaric həyatlarının  normal  istiqamətləri üçün zəruri 
tədbirlərin görülməsi məqsədi ilə sinif rəhbərləri nəinki şəxsi mənzillərdə, 
eləcə  də  ailələrinin  və  qohumlarının  yanında  yaşayan  şagirdlərə  baş 
çəkirdilər, bununla himayəsində olan şagirdlərin valideynləri ilə əlaqəyə 
girirdilər (19). 
4.  Şagirdlərin  mütaliəsini  müntəzəm  və  ardıcıl  aparmaq, 
şagirdlərdə  mütaliəyə  maraq  oyatmaq,  mütaliə  prosesində  təhsil  və 
tərbiyəvi əhəmiyyət güdmək. 
Qeyd  edilən  vəzifənin  yerinə  yetirilməsində  QTD-ə  daxil  olan 
bütün  orta  məktəblər  içərisində  Gümrü  (Aleksandropol)  kimi 
gimnaziyasının  təbiət,  tarix  və  gigiyena  müəllimi  N.S.T.Saakovun  işi 
daha məqsədəuyğun idi.  O, şagirdlərin mütaliəsini  ardıcıl, müntəzəm  və 
sistematik  aparmaq  üçün  şagirdlərə  həftədə  2  saat  mütaliə  dərsi  təşkil 
edirdi. Şagirdlərin məşğələlərə davamiyyəti məcburi idi(18a). Məşğələdə 
oxunacaq  və  oxunmuş  kitablar  barədə  söhbət  və  digər  əməli  işlər  təşkil 
edilirdi.  O,  şagirdlərdə  mütaliəyə  maraq  oyatmaq,  onları  mütaliəyə 
alışdırmaq  və  mütaliə  prosesində  təhsil  və  tərbiyəvi  əhəmiyyət  güdmək 
məqsədi ilə III sinifdən başlayaraq kitab tədavülü vaxtı hər bir şagirddən 
oxuduğu  kitabın  məzmununa  dair  aşağıdakı  sualdan  ibarət  yazılı 
məlumat da tələb edirdi: 


Yüklə 3,64 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə