Китабханашцнаслыг



Yüklə 3,64 Kb.
Pdf görüntüsü
səhifə18/78
tarix14.01.2018
ölçüsü3,64 Kb.
#20608
1   ...   14   15   16   17   18   19   20   21   ...   78

42 
 
Kitabxana  ABŞ,  Türkiyə,  Almaniya,  Çin,  İngiltərə,  Kanada,  Yaponiya, 
MDB ölkələrinin kitabxanaları ilə sıx əlaqə saxlayır.  
Bununla  yanaşı,  kitabxananın  respublikada  fəaliyyət  göstərən  hu-
manitar fondlarla, o cümlədən SOROS fondu ilə, bir çox səfirliklərlə əla-
qəsi  genişləndi.  Belə  ki,  2002-ci  il  martın  28-də  Fransa  səfirliyi  tərəfin-
dən  Fransız  dilli  oxucular  arasında  fransa  ədəbiyyatının  təbligini  geniş-
ləndirmək  məqsədi  daşıyan  “Azərbaycan-Fransa  Elmi  Mədəni  Əlaqələr 
Mərkəzi”nin  açılışı  kitabxananın  fəaliyyətində  əlamətdar  hadisə  olmuş-
dur. Eyni zamanda kitabxana bir çox layihələrdə yaxından iştirak etmiş-
dir.  
Beynəlxalq  əməkdaşlıq  nəticəsində  kitabxana  bir  sıra  nüfuzlu 
təşkilatların,  o  cümlədən  1998-ci  ildə  Beynəlxalq  Kitabxanaçılıq  Asso-
siasiyaları Federasiyasının (İFLA), Avrasiya Kitabxana Assambleyasının, 
Beynəlxalq  Elmlər  Akademiyaları  Assosiasiyası  Direktorlar  Şurasının, 
Zaqafqaziya İnformasiya Mütəxəssisləri Assosiasiyasının və s. üzvlüyünə 
qəbul edilmişdir. (9,s.6) Buradan belə bir qənaətə gəlmək olar ki, nəşriy-
yat  və  mətbələrdən,  ayrı-ayrı  kitab  müəlliflərindən,  humanitar 
təşkilatlardan  hədiyyələrin  alınması  beynəlxalq  kitab  mübadiləsi  hesa-
bına və “Kitabxana işi haqqında” Azərbaycan Respublikasının Qanununa 
əsasən  məcburi  nüsxələrin  alınması  kitabxananın  komplektləşdirmə 
ehtiyacını qismən də olsa həll etmiş oldu.  
Məlum  olduğu  kimi  XX  əsrin  sonlarından  kitabxanalar  müxtəlif 
informasiya  prosesləinə  cəlb  olunmuşlar.  Artıq  cəmiyyətdə  informasiya 
proseslərinin  avtomatlaşdırılması  işinin  həyata  keçirilməsinə  başlan-
mışdır.  Müxtəlif  informasiya  sistemləri  yaranmışdır.  Həmin  sistemlər 
funksiyalarından asılı olaraq informasiya axtarışı, informasiya-idarəetmə, 
informasiya  hesablayıcı,  məlumatın  işlənməsi,  avtomatlaşdırılmış  kitab-
xana-informasiya sistemləri və s. adlandırılmışdır.  
İnformasiyanın  toplanması,kompüterə  daxil  edilməsi,  saxlanması, 
işlənməsi  və  sonradan  axtarışı  və  mübadiləsi  üçün  avtomatlaşdırılmış 
kitabxana-informasiya axtarışı sistemləri tətbiq edilmişdir.  
Məlumdur ki, avtomatlaşdırma prosesi Qərb ölkələrinin kitabxana-
larına  XX  əsrin  60-70-ci  illərindən,  Rusiyanın  və  MDB  ölkələrinin  bir 
çox kitabxanalarına isə 70-80-ci illərdən daxil olmuşdur.  
Bu  günə  qədər  Qərb  ölkələrinin  firmaları,  Rusiya,  Ukrayna, 
Belarus,  Qazaxstan  müəssisələri  müxtəlif  proqram  və  informasiya 
sistemləri  işləyib  hazırlamışlar.  Bu  proqram  və  sistemlər  bir  çox 
kitabxanalar  tərəfindən  bəyənilərək  kitabxanaların  avtomatlaşdırılması 
prosesində  müvəffəqiyyətlə  istifadə  olunmuşdur.  Respublikanın  bir  sıra 
iri kitabxanaları, o cümlədən AMEA Mərkəzi Elmi Kitabxanası son illər 
kitabxana-biblioqrafita  proseslərinin  avtomatlaşdırılması  məsələlərinə 


43 
 
ciddi  diqqət  yetirmişdir.  Bununla  əlaqədar  olaraq  Azərbaycanda  və  res-
publikadan  kənarda  keçirilmiş  elmi  konfrans,  seminar  və  müşavirələrdə 
iştirak  etməklə  Qərb  ölkələrinin,  Rusiya  və  MDB  ölkələrinin  kitabxa-
nalarının  qabaqcıl  iş  təcrübəsi  öyrənilmiş  və  onlara  əsaslanaraq  avto-
matlaşdırma proseslərinin tətbiq olunmasında müəyyən işlər görülmüşdür 
(6,s.25). 
Kitabxanalarda avtomatlaşdırma proseslərinin tətbiqi onların bütün 
fəaliyyət  istiqamətlərini  əhatə  edir:  ədəbiyyatın  abunəsi,  komplekt-
ləşdirilməsi,  işlənməsi,  kataloqlaşdırılması,  xidmət  sahələrini:  abone-
ment,  qiraət  zalları,  kitabxanalararası  abonement,  ədəbiyyatın  müha-
fizəsi,  nadir  nəşrlərin  konservasiyası,  xarici  ölkələrlə  ədəbiyyat  müba-
diləsinin  təşkili  və  biblioqrafik  fəaliyyətin  ən  mühüm  istiqamətlərindən 
biri olan biblioqrafik informasiya xidməti fəaliyyəti və s.  
“Kitabxana  işi  haqqında”  Qanun  Respublika  kitabxanaları,  o 
cümlədən MEK-nın qarşısında geniş imkanlar açır. Kitabxana işi proses-
lərinin avtomatlaşdırılması məsələlərinə daha ciddi yanaşılmışdır. Kitab-
xana xüsusi ədəbiyyatlarla təmin olunmuş, konfranslar keçirilmişdir.  
“Avtomatlaşdırma”  dedikdə  kitabxana-informasiya  texnologiya-
larında və təcrübəsində kompüter-proqram təminatının tətbiqi və inkişafı 
nəzərdə  tutulur.  Bəzən  bu  anlayışa  sinonim  kimi  “kompüterləşdirmə” 
anlayışı  işlədirlər.  Kompüterləşdirmə  avtomatlaşdırmanın  bir  mərhələsi 
və  ya  komponentidir.  Burada  əsas  məqsəd  kompüterlərin  konkret  miq-
darda və modeldə alınması, yaradıcı qurğuların müəyyən edilməsi, kitab-
xananın  bölmələrində  optimal  yerləşdirilməsi,  proqram  təminatının  və 
istifadə  rejiminin  təyinidir.  Belə  demək  olar  ki,  əgər  oxu  zalında 
kompüter qoyub oxucuya yeni daxil olan ədəbiyyatla taniş olmaq imkanı 
yaranırsa, bu artıq avtomatlaşdırmadır, daha dəqiq desək onun bir daxili 
mərhələsidir.  Əgər  biz  əməkdaşları  və  oxucuları  öyrəniriksə  və  ya  oxu 
zalında  olan  bir  kompüter  digərləri  ilə  hər  hansı  şəbəkə  ilə  əlaqələn-
dirilirsə bu proses informasiyalaşdırılma adlandırıla bilər.  
Beləliklə, avtomatlaşdırma dedikdə kitabxana işçilərinin iş yerində 
və  oxucu  yerlərində  kompüterlərin  qurulması  və  nəticədə  əməkdaşların 
yorucu, təkrar olunan işdən, ənənəvi  kartotekaların tərtibindən və s.-dən 
azad olması, oxuculara isə fonddan ədəbiyatın axtarışı və verilməsi üçün 
rahat şərait yaradılmaşıdır.  
2003-cü  ildə  Mərkəzi  Elmi  Kitabxanada  “Kitabxana  proseslərinin 
avtomatlaşdırılması”  şöbəsi  fəaliyyətə  başlamışdır.  Şöbə  2000-ci  ildən 
fəaliyyət  göstərən  Acıq  Cəmiyyət  İnstitutu  SOROS  fondu  tərəfindən  6 
kompüterlə  təmin  edilmişdir.  İnternet  şəbəkəsinə  qoşulmuş  kompüterlər 
kitabxananın imkanlarını xeyli genişləndirmişdir. Bundan əlavə 2003-cü 
ilin  əvvəlində  “Mərkəzi  Elmi  Kitabxanada  kitabxana-biblioqrafiya 


Yüklə 3,64 Kb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə