Китабханашцнаслыг



Yüklə 3,64 Kb.
Pdf görüntüsü
səhifə17/78
tarix14.01.2018
ölçüsü3,64 Kb.
#20608
1   ...   13   14   15   16   17   18   19   20   ...   78

40 
 
Kitabxana  fondunun  yaranması  obyektiv  olaraq  mədəni  inkişafın 
gedişi  prosesi  ilə  müəyyən  edilir.  Sosial  təcrübəni  qoruyub  saxlamaq, 
onları  yeni  nəslə  çatdırmaq  məqsədilə  informasiyanın  müəyyən  daşıyı-
cılarda  həkk  olunmasına  gətirib  çıxarmışdır  ki,  bu  da  son  dövrllərdə 
“sənəd”  adını  almışdır.  Bu  söz  latın  sözü  olaraq  “öyrədirəm,  məlumat 
verirəm” deməkdir.  
İnsan  idrakı  tərəfindən  yaradılmış  və  xüsusi  daşıyıcılarda  istifadə 
və  qorunma  məqsədilə  əks  etdirilmiş  informasiya  (1960-cı  illərdən) 
sənəd  hesab  olunur.  Bu  informasiyalar  istənilən  daşıyıcılara  yerləş-
dirilərək (kirab, kağız,plyonka, maqnit lentləri, mikrofiş, qrammafon valı, 
disk, CD-ROM və s.) kitabxana fondlarında saxlanılır. 
Müəyyən dövrlərdə “sənəd” və  “kitab”  əlaqələri  haqqında bir sıra 
ziddiyyətli  fikirlər  irəli  sürülmüşdür.  Hətta  1970-ci  illərin  axırlarına 
qədər  belə  bir  əqidə  geniş  yayılmışdı  ki,  kitabxana  findunu  təşkil  edən 
əsas ünsür kitab (geniş mənada) hesab olunur. Lakin çoxlu miqdarda yeni 
növlü  sənədlərin  sürətlə  meydana  gəlməsi  müqabilində  1960-cı  illərdə 
kitabın  və  onunla  birlikdə  kitabxananın  taleyi  haqqında  müzakirələr 
yaranmışdır.  Bununla  belə  sənəd  növlərinin  qəbul  edilməsi  “kitabların 
məhv  olunması”  nəzəriyyəsini,  ”kitabsız  kitabxanalar”  nəzəriyyəsini 
yaratmışdır. (13, s.21) 
Belə  bir  fikir  də  irəli  sürülür  ki,  güya  kitablar  mühafizə,  təşkil, 
informasiyanın  axtarılması  və  verilməsi  sahəsində  çətinlik  yaradır  və 
gələcəkdə  kitabxanalar  yalnız  maşın  daşıyıcılarında  əks  etdirilən  infor-
masiyalara malik olacaq, ya da öz fəaliyyətini dayandıracaqlar.  
Bu  məsələnin  düzgün  həlli  XX  əsrin  80-ci  illərində  müəyyən-
ləşdirilmişdir.  Onun  mahiyyəti  isə  bundan  ibarətdir  ki,  əsas  məsələ 
“kitab”  və  ya  digər  termində  deyildir.  Məsələ  həmin  terminin  məz-
munundadır.  Əgər  “kitab”  termininin  məzmunu  altında  bütün  infor-
masiyaları  əks  etdirmək  mümkün  olarsa,  onda  bu  termini  bundan  sonra 
da  saxlamaq  olardı.  Lakin  təəssüflə  qeyd  etmək  lazımdır  ki,  hər  şeydən 
əvvəl kitabxanaşünaslar özləri buna qarşı etiraz etmişlər.  
Kitabda informasiya kinolentində oldugu kimi deyil, semiotik yəni, 
müəyyən  edilmiş  xüsusi  işarələrlə  (hərf,  rəqəm,  heroqlif,  not  və  s.) 
verildiyinə görə müxtəlif növ informasiyanın müəyyən növü əks etdirilir. 
Ona görə də informasiya mənbələri üçün ümumiləşdirilməş termin lazım 
olmuşdur ki, bu da sənəd termini adını almışdır.  
Azərbaycan  Milli  Elmlər  Akademiyasının  Mərkəzi  Elmi  Kitab-
xanasında  müxtəlif  növ  sənədlər  yerləşdirilmişdir.  Kitabxananın  fondu 
daim  yeni  ədəbiyyatlarla  zənginləşdirilir.  Mərkəzi  Elmi  Kitabxananın 
fondunun  zənginləşdirilməsi  xüsusilə  avtomatlaşdırılmış  kitabxana  sis-
temi şəraitinə təsadüf etmişdir. 


41 
 
Azərbaycan  Respublikası  öz  müstəqilliyini  qazandıqdan  sonra 
kitabxana işinə dair də müstəqil qanunlar qəbul edilmişdir. 12 mart 1999-
cu il “Kitabxana işi haqqında” Qanun Azərbaycanda kitabxana işinin əsas 
hüquqi bazasının mühüm dövlət sənədidir. Bu qanun Azərbaycan respub-
likasında  kitabxana  işi  sahəsində  dövlət  siyasətinin  əsas  prinsiplərini, 
kitabxana  işinin  və  kitabxana  sisteminin  ümumi  əsaslarını,  kitabxana 
fondlarının formalaşması və mühafizəsi tələblərini, kitabxanaların maliy-
yələşdirilməsi  mənbələrini,  kitabxana  işi  sahəsində  beynəlxalq  əmək-
daşlığın  prinsiplərini  müəyyən  etmişdir.  Azərbaycanda  Milli  kitabxana 
ilə  yanaşı  Respublika  əhəmiyyətli  elmi-sahəvi  kitabxanaların  və  icra 
hakimiyyəti  orqanları  kitabxanalarının  məcburi  nüsxələrlə  təmin  olun-
ması bu qanunda öz  əksini tapmışdır. AMEK Mərkəzi  Elmi Kitabxana-
sının  əsas  komplektləşdirmə  mənbəyi  Qanunun  “Kitabxanaların  pulsuz 
məcburi nüsxələrlə təchizatı” adlanan 15-ci maddəsinə əsaslanır. (10)  
Azərbaycan  Respublikasının  Qanunu  respublikamızın  bütün  kitab-
xanaları,  o  cümlədən  MEK-nın  həyatında  mühüm  və  əhəmiyyətli  bir 
hadisə  olmuşdur.  Bu  Respublika  Prezidenti  Heydər  Əliyev  cənablarının 
elmin,  mədəniyyətin,  nəsillərin  tərbiyəsini  təmin  edən,  kitab  fondlarına, 
onların  mühafizəsinə  yetirdiyi  diqqət  və  qayğının  nəticəsi  idi.  Qanun 
respublikada kitabxana işi sahəsində dövlət siyasətinin əsas prinsiplərini 
təyin  etməklə,  kitab  fondlarının  formalaşmasını,  mühafizəsi  tələblərini, 
kitabxanaların  maliyyə  mənbələrini  və  beynəlxalq  əməkdaşlıq  prinsip-
lərinin  inkişafı məsələlərini müəyyənləşdirmişdir. Bununla  yanaşı  kitab-
xana  proseslərinin  avtomatlaşdırılması,  kitab  fondlarının,  qiymətli  nəşr-
lərin  müasir,  elektron  daşıyıcılarına  köçürülməsi,  İNTERNET  şəbə-
kəsində milli fondlarımızın əks etdirilməsi və dünya informasiya fəzasına 
inteqrasiya kimi prinsipləri də Qanunda müəyyən edilmişdir. 
Respublikanın  siyasi  nüfuzunun  yüksəldilməsi  ilə  bağlı  bir  çox 
xarici dövlətlərin ölkəmizə maraq və diqqətinin artması nəticəsində ölkə-
nin  beynəlxalq  əlaqələri  genişləndi.  Bu  da  öz  növbəsində  kitabxana 
fondunun  yeni  ədəbiyyatlarla  komplektləşdirilməsi  və  beynəlxalq  elmi 
ədəbiyyat  mübadiləsi  sahəsində  dönüş  yaratdı.  Əgər  90-cı  illərə  qədər 
Mərkəzi  Elmi  Kitabxana  dünyanın  55  ölkəsinin  500-dən  artıq  elmi 
müəssisəsi ilə kitab mübadiləsi təşkil edirdisə və onun fonduna 100.000 
nüsxə  ədəbiyyat  daxil  olurdusa,  1991-1993-cü  illərdə  beynəlxalq 
əlaqələrin pozulması nəticəsində dövri nəşrlərin və digər sənədlərin əldə 
edilməsi  imkansız  olmuşdur.  Lakin  müstəqillik  illərində  bu  əlaqələr 
genişlənmiş  və  artıq  2004-cü  ildə  kitabxana  dünyanın  60  ölkəsinin  549 
elmi təşkilatı, elmi-tədqiqat məssisələri, nəşriyytları və assosiasiyaları, ali 
təhsil  müəssisələri,  kitabxanaları  ilə  beynəlxalq  kitab  mübadiləsi  həyata 
keçirir  və  təqribən  hər  il  46  min  nüsxə  ədəbiyyat  əldə  edir.  (9,s.5-6) 


Yüklə 3,64 Kb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə