Китабханашцнаслыг



Yüklə 3,64 Kb.
Pdf görüntüsü
səhifə25/78
tarix14.01.2018
ölçüsü3,64 Kb.
#20608
1   ...   21   22   23   24   25   26   27   28   ...   78

57 
 
ölkələrinin,  həmçinin  doqquz  MDB  ölkəsinin  kitabxanaçılıq  təcrü-
bəsindən yararlanmışdır. Şərqi Avropa ölkələrində kitabxanaçılıq təhslinə 
verilən  tələblər  də  müxtəlifdir.  Bu  ölkələrin  hər  birində  milli  kitab-
xanaçılıq  təhsili  modeli  qorunub  saxlanılır.  Məsələn,  Polşa,  Estoniya, 
Litva, Çexiya və Slovakiyada ali kitabxanaçılıq təhsili üçpilləli (bakalavr, 
magistr,  doktor),  Bolqarıstanda  dördpilləli  (mütəxəssis,  bakalavr, 
magistr,  doktor),  Belarusda  isə  birpilləli  (mütəxəssis)  təhsil  modeli  sax-
lanılmışdır. 
Rusiya  kitabxanaçılıq  təhsili  sahəsində  hələ  qarşıda  böyük  çətin-
liklər  və  maneələr  durur.  Zəngin  kitabxanaçılıq  təhslinə  malik  ölkələrin 
təcrübələrindən yararlanmaq və təhsildə yeni islahatlar həyata keçirməklə 
bu problemlərin aradan qaldırılmasına səy göstərilir. 
Hazırda  kitabxanaçılıq  sahəsinin  ən  çox  inkişaf  etdiyi  ölkələrdən 
biri  də  ABŞ-dır.  Respublikamızda  kitabxanaçılıq  təhsilinin  inkişafında 
ABŞ kitabxanaçılıq təhsilinin də təsiri böyükdür. ABŞ-da kitabxanaçılıq 
sahəsinin  yüksək  inkişaf  etməsinə  səbəb  burada  yüksək  və  müasir 
tələblərə cavab verən kitabxanaçılıq təhsilinin olmasıdır. Bu səbəbdən də 
ölkəmizdə  kitabxanaçılıq  təhsilinin  daha  yüksək  səviyyədə  inkişaf 
etdirilməsi  üçün  bu  ölkənin  təcrübəsindən  yararlanmaq  daha  məqsə-
dəuyğun olar. 
ABŞ-da kitabxanaçılıq təhsili, bu sahədə kadr hazırlığı məsələlərini 
öyrənmək üçün Bostonda yerləşən ABŞ-ın Yeni İngiltərə regionunun ən 
əhəmiyyətli  kitabxanaçılıq  təhsili  müəssisəsi  olan  Simmons  Kollecinin 
fəaliyyətini araşdırmaq yerinə düşərdi. Buraya müxtəlif sahələrdən baka-
lavr  diplomu  olan  mütəxəssislər  qəbul  olunur  və  onlar  kitabxanaçılıq-
informasiya  fəaliyyəti  üzrə  ixtisaslar  əldə  edib,  magistr  dərəcəsi  ilə 
kolleci bitirirlər. Kollecdə tədris prosesinin xüsusiyyətləri müxtəlifdir. 
ABŞ-da  1-2  tədris  müəssisəsindən  başqa  heç  bir  yerdə  bakalavr 
pilləsi  üzrə  kitabxanaçı  hazırlanmır  və  kitabxanaçı-biblioqraf  ixtisası  ilə 
bağlı  vəzifələrə  yalnız  bu  sahə  üzrə  diplomu  olan  mütəxəssislər  qəbul 
edilirlər.  Bu  da  ölkədə  həmin  peşəyə  verilən  yüksək  qiymətdən  və 
peşənin nüfuzundan irəli gəlir.  
İndi  isə  ABŞ-ın  kitabxanaçılıq-informasiya  təhsili  verən  bir  neçə 
universitetinin təhsil proqramları haqqında daha geniş məlumat verək:  
Alabama  Universiteti-Kitabxana  və  İnformasiya  Tədqiqatları 
məktəbi:  Alabama  Universiteti  ABŞ-da  yüksək  səviyyəli  kitabxanaçılıq 
təhsili  verən  qabaqcıl  universitetlərdən  biridir.  Universitetdə  təhsil  alan 
tələbələr kitabxana və informasiya tədqiqatları üzrə elmi dərəcə almaqla 
yanaşı,  oxuduqları  müddət  ərzində  üç  sahə  üzrə  ixtisas  seçimi  apara 
bilərlər: 1) Kitabxana tədqiqatları; 2) Arxiv tədqiqatları; 3) İnformatika. 


58 
 
Lakin  tələbələrin  ümumilikdə  aldıqları  icbari  fənlər  də  vardır: 
cəmiyyətdə  informasiya,  informasiya  strukturları,  kitabxana-informasiya 
xidmətləri  layihələri,  ictimai  xidmət.  Bundan  başqa,  tələbələr  maraq-
landıqları ayrı-ayrı kitabxana tiplərinin fəaliyyətinə uyğun istiqamətlərdə 
dərslər  götürüb  ixtisaslaşa  bilərlər.  Universitetdə  tələbələr  həmçinin 
aşağıdakı istiqamətlər üzrə ixtisaslaşa bilərlər: 
-
 
Müxtəlif  mədəniyyətlərə  aid  cəmiyyətlərdə  uşaqlara  və  gənclərə 
xidmət; 
-
 
Bütün formatlarda kitabxana materiallarının saxlanması; 
-
 
Etik  və  hüquqi  problemlər,  müəlliflik  hüququ,  intellektual 
azadlıq; 
-
 
Kitab və biblioqrafiya tarixi
-
 
İnsanların informasiya ehtiyacı və informasiya-axtarış qaydaları; 
-
 
Kitabxana şirkətləri və əməkdaşlıqları; 
-
 
Kitabxana binalarının layihələşdirilməsi
-
 
Elektron ticarət strategiyaları; 
-
 
İnformasiya arxitekturası; 
-
 
Verilənlər bazası layihələri, idarəetmə və qiymətləndirmə. 
Ümumiyyətlə,  ABŞ  universitetlərinin  əksəriyyətində  tələbələr  hər 
kursda üç semestr təhsi alırlar: 1) payız semestri; 2) yaz semestri; 3) yay 
semestri.  Əgər  tələbələr  payız  və  yaz  semestrində  yalnız  nəzəri  biliklər 
əldə  edirlərsə,  yay  semestrində  təcrübi  biliklər  qazanırlar.  Bunun  üçün 
universitet  tərəfindən  Yay  məktəbləri  (Summer  school)  təşkil  edilir  ki, 
burada tələbələr həm işləyərək təcrübə toplayır, həm də məvacib alırlar. 
Qeyd  edək  ki,  universitet  yay  məktəblərini  ölkənin  ayrı-ayrı 
şəhərlərində,  əsasən  mərkəzdən  uzaq  yerlərdə  təşkil  edir  ki,  bu  da 
tələbələri daha çox həvəsləndirir və həm də onlar bir növ istirahət etmiş 
olurlar.  Alabama  Universiteti  də  bu  cür  yay  məktəbləri  təşkil  etməklə 
tələbələrin daha yüksək səviyyədə ixtisasa yiyələnmələrinə şərait yaradır. 
Sirakuza  Universiteti.  Bu  universitet  ABŞ-da  az  saylı  univer-
sitetlərdən biridir ki,  orada kitabxana-informasiya elmləri üzrə  bakalavr, 
informasiya  menecmenti  və  texnologiyası  üzrə  bakalavr  dərəcəsi  almaq 
mümkündür. Tələbə il ərzində 120 kredit toplamalıdır ki, bunun da 40-ı 
informasiya  elmləri  məktəbində  toplanmalıdır.  Universitetdə  tələbələr 
üçün Media mərkəzləri fəaliyyət göstərir ki, burada sırf kitabxana ixtisası 
üzrə  təhsil  alan  və  bilik  səviyyəsi  daha  yüksək  olan  tələbələr  işləmək 
imkanı  əldə  edirlər.  Bu  Media  mərkəzlərinin  əsas  özəllikləri  nədir? 
Media mərkəzləri fəaliyyət və quruluş etibarı ilə kitabxanaları xatırladır, 
lakin bir fərq vardır ki, bu mərkəzlər gündəlik olaraq dünyada baş verən 
siyasi,  iqtisadi,  sosial,  mədəni,  informasiyanın  toplanması  və  yayımı  ilə 
də məşğul olurlar. Beləliklə, burada oxucular onlara lazım olan kitabları, 


Yüklə 3,64 Kb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə