Китабханашцнаслыг



Yüklə 3,64 Kb.
Pdf görüntüsü
səhifə41/78
tarix14.01.2018
ölçüsü3,64 Kb.
#20608
1   ...   37   38   39   40   41   42   43   44   ...   78

95 
 
  C.Cabbarlı  adına  Respublika  Gənclər  Kitabxanasında  oxuculara 
xidmət  sisteminin  modernləşdirilməsi  məqsədilə  yeni  informasiya 
texnologiyasının  tətbiqi  sahəsində  çox  işlər  görülmüşdür.  Kitabxana 
Soros  Fondunun  yerli  Açıq  Cəmiyyət  İnstitunun  Yardım  Fondu  ilə 
müqavilə  bağlamış  və  2003-cü  ildə  “Puşkin  kitabxanası”  layihəsi 
əsasında fonda xeyli kitab daxil edilmişdir. Kitabxana Soros Fonduna 2 
layihə  təqdim  etmişdir.  2003-cü  ilin  sonunda  keçirilən  müsabiqədə 
kitabxana  yardımçı  təşkilat  kimi  iştirak  etmişdir.  Kitabxanada  qısa 
müddət ərzində “Soros biblioqrafiya aparatı” yenidən tərtib edilmişdir.  
  Respublika  prezidenti  İlham  Əliyevin  “Azərbaycan  dilində  latın 
qrafikası  ilə  kütləvi  nəşrlərin  həyata  keçirilməsi  haqqında”  12  yanvar 
2004-cü  il  tarixli  və  “2005-2006-cı  illərdə  Azərbaycan  dilində  latın 
qrafikası  ilə  çapı  nəzərdə  tutulan  əsərlərin  siyahısının  təsdiq  edilməsi 
haqqında”  27  dekabr  2004-cü  il  tarixli  sərəncamlarına  əsasən  son  3  il 
ərzində ümumi tirajı 9 milyon nüsxəyə yaxın kitab nəşr olunmuş və ölkə 
kitabxanalarına hədiyyə verilmişdir. Yeni nəşrlər kitabxana fondlarını və 
onlardan  istifadə  imkanlarına  xeyli  genişləndirmişdir.  Eyni  zamanda 
C.Cabbarlı adına Respublika Gənclər Kitabxanası Azərbaycanda yaşayan 
rusdilli oxucuların mütaliə marağını və tələbatını nəzərə alaraq Rusiyanın 
“Premyera”  nəşriyyatı  ilə  5  illik  müqavilə  bağlamışdır.  Müqaviləyə 
əsasən  hər  il  oradan  1200-1300  nüsxə  lüğət,  ensiklopediya  və  digər 
ədəbiyyat alınaraq oxucuların istifadəsinə verilir. 
  Ölkəmizdəki  kitabxanaların  dünya  informasiya  məkanına  daxil 
olmasının  təminatı,  müvafiq  dünya  standartlarına  uyğun  olaraq  elektron 
formaya  keçirilməsi,  elektron  kataloqlarının  yaradılması  və  cəmiyyətin 
inkişafına birbaşa təsir göstərən elektron mənbələrin sərbəst istifadəsinin 
təmini  məqsədilə  “Dövlət  Proqramı”na  uyğun  olaraq  2009-cu  ilin  mart 
ayından  İRBİS-64  Avtomatlaşdırılmış  Kitabxana  İnformasiya  Sistemi 
(AKİS) tətbiq edilmişdir. Sistemin proqram təminatı Rusiyanın İRBİS-64 
proqramı  vasitəsilə  kitabxanalar  üçün  xüsusi  avtomatlaşdırılmış 
proqramlar  işləyən  təşkilatlar  tərəfindən  həyata  keçirilmişdir.  Buraya 
elektron  kataloqun  tərtibi,  elektron  kitabxanaın  təşkili,  oxucuların  qey-
diyyatı,  kitab  verilişi,  kitab  fondunun  komplektləşdirilməsi,  yəni  kitab-
xana proseslərinin avtomatıaşdırılması modulları daxildir. Elektron kitab-
xananın  yaradılmasında məqsəd respublika kitabxana fondunun mühafi-
zəsi, fondun elektron versiyasının hazırlanması, zənginləşdirilməsi, Azər-
baycan  elminin  nailiyyətlərini  internet  vasitəsilə  təbliği  və  informasiya 
təminatını təmin etməkdir. 
  Artıq  avtomatlaşdırma  işinə  kitabxananın  ən  vacib  sahəsi  olan 
elektron  kataloqunun  tərtibindən  başlanmışdır  və  bu  günə  kimi  milli 
ədəbiyyata dair təsvir məlumat bazasına daxil edilir. İRBİS-64 AKİS-də 


96 
 
elektron  kartotekada  Azərbaycan  dilində  3.068,  rus  dilində  706,  cəmi 
5.491  adda  dövri  mətbuat  təsdiq  edilmişdir.  Elektron  kataloqa 
Azərbaycan  dilində  716,  rus  dilində  736,  digər  dillərdə  22  retro  kitab 
salınmışdır  ki,  bunlar  da  1.474  adda  5.479  nüsxə  ədəbiyyatı  əhatə  edir. 
Azərbaycan  dilində  203,  rus  dilində  736,  digər  dillərdə  43,  ümumilikdə 
4.718  nüsxə  yeni  kitab  elektron  kataloqa  salınmışdır  ki,  bunlar  da  cəmi 
859  adda  olmuşdur.  Həmin  kitabların  kartoçkaları  çıxarılıb  kataloqa 
düzülmüşdür. 
Elektron  kataloqda  “Ümummilli  lider”,  “İdman”,  “  Neft 
strategiyası”,  “Ekologiya” adlı  yerli məlumat  bazaları  yaradılmışdır. Bu 
məlumat bazalarında qəzetlər, jurnallar və kitablar öz əksini tapmışdır. 
Bu  gün  kompüter  dünyada  milyonlarla  insanın  həyatının  ayrılmaz 
hissəsinə  çevrilmişdir.  Kompüterləşmə  bütün  bəşəriyyətin  böyük 
nailiyyətinə çevrilmişdir. Məhz bu təzahür elmi-texniki tərəqqinin müasir 
mərhələsinin  əsasını  qoymuşdur.  Texniki  hesablamalara  görə,  yaxın 
gələcəkdə  fərdi  kompüterlərin  ¼-i  kompüter  şəbəkəsi  ilə  əhatə 
olunacaqdır.  “Azərbaycan  Respublikasında  kitab-informasiya  sahəsinin 
2008-2013-cü  illərdə  inkişafı  üzrə  Dövlət  Proqramı”nın  icrasını  təmin 
etmək  məqsədilə  Mədəniyyət  və  Turizm  Nazirliyi  tərəfindən 
kitabxanaların informasiyalaşdırılması işi böyük vüsətlə ölkəmizin bütün 
şəhər  və  rayon  kitabxanalarını  əhatə  edir.  Müasir  dövrdə  bir  kitabxana 
belə  tapmaq  mümkün  deyil  ki,  orada  kompüterləşmə  prosesinə  start 
verilməsin.  Kompüter  şəbəkəsi,  veb  sayt,  elektron  poçt  ünvanı  müasir 
kitabxanalarımızın  fəaliyyətinin  ayrılmaz  hissəsidir.  Təbii  ki,  bizim 
kitabxanalarımız da istisnalıq təşkil etmir. 
C.Cabbarlı  adına  Respublika  Gənclər  Kitabxanasının  veb  saytı 
2009-cu ildə yenidən yenilənmiş və istifadəçilərin ixtiyarına verilmişdir. 
Elmin  müxtəlif  sahələrində  müxtəlif  sahələrində  məlumat  texno-
logiyalarının  inkişafı  respublika  kitabxanasının  oxucularının  kəskin 
şəkildə  artan  və  dəyişən  tələblərinə  uyğun  məlumatların  işlənməsi, 
saxlanmasının  ənənəvi  sisteminin  dəyişdirilməsi  vacibliyi  qarşısında 
qoydu. Bunun üçün 3 mühüm bir-biri ilə bağlı məsələni həll etmək tələb 
olunurdu:  kitabxanadaxili  texnoloji  proseslərin  kompüter  yardımı  və 
kitabxana  fəaliyyəti  ilə  idarə  olunması,  elektron  təsəvvürdə  özünün 
informasiya  resurslarının  təşkili,  elektron  məlumat  resurslarına  oxucu-
larının girişinin təşkil edilməsi. 
C.Cabbarlı  adına  Respublika  Gənclər  Kitabxanası  fondun 
komplektləşdirilməsinə çox mühüm diqqət verir. Kitabxana öz fondunun 
komplektləşdirilməsində 7 mühüm xüsusiyyəti nəzərdə tutur: 
- kitabxana vəzifəsinin öyrənilməsi
- oxucu sorğularının öyrənilməsi; 


Yüklə 3,64 Kb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə