Китабханашцнаслыг



Yüklə 3,64 Kb.
Pdf görüntüsü
səhifə42/78
tarix14.01.2018
ölçüsü3,64 Kb.
#20608
1   ...   38   39   40   41   42   43   44   45   ...   78

97 
 
- biblioqrafik mənbələrin istifadə edilməsi
- maliyyə imkanlarının nəzərə alınması; 
- komplektləşdirmə mənbələrinin müəyyənləşdirilməsi
- ədəbiyyatın seçilmə keyfiyyətinin müəyyənləşdirilməsi; 
- fondun oxucularla əlaqəsi və əks əlaqəsi. 
  Bu xüsusiyyətlərin kitabxanada qarşılıqlı surətdə istifadə edilməsi 
fondun  formalaşmasına  mühüm  təsir  göstərir.  C.Cabbarlı  adına 
Respublika  Gənclər  Kitabxanası  fondun  formalaşmasında  bu  xüsusiy-
yətləri  geniş  nəzərə  alır  və  bir  sıra  forma  və  metodlara  isnad  edir.  Bu 
formalardan biri kartotekaların təşkilidir. Bu kartotekalardan kitabxanada 
səmərəli  istifadə  olunur.  Belə  ki,  C.Cabbarlı  adına  Respublika  Gənclər 
Kitabxanasının  “kitabxana  profili”,  “oxucu  profili”  mövzularında  təşkil 
etdiyi  kartotekalar  bu  baxımdan  xeyli  maraq  doğurur.  Həmin 
kartotekalarda  fonda  çatışmayan  və  komplektləşdirilməsi  zəruri  hesab 
edilən  ədəbiyyat  əks  etdirilir.  Burada  xüsusən  kitabxana  vəzifəsinə  və 
oxucu  sorğusuna  dair  ən  mühüm  ədəbiyyat  nümunələri  seçilib  əhatə 
olunur. Oxucu tələbatından, marağından asılı olaraq kitabxana fondunun 
formalaşması  və  zənginləşməsi  kitabxananın  cəmiyyətin  mədəni 
inkişafına  təsirini  gücləndirir.  Getdikcə  oxucu  təhsilinin  artması  onun 
mədəni  tələblərinin  genişlənməsinə  və  dərinləşməsinə  başlıca  təsir 
göstərir.  Kitabxana  mədəni  və  elmi  məlumat  idarəsi  kimi  bu  tələblərin 
öyrənilməsində  mühüm  rol  oynayır.  Burada  kitabxana  fondlarının  elmi 
əsaslar üzrə kompleks formalaşması zərurəti meydana çıxır.  
C.Cabbarlı  adına  Respublika  Gənclər  Kitabxanasının  işçiləri 
kitabxananın sənəd informasiya fondunun komplektləşdirilməsinə böyük 
diqqət  verirlər  və  nəzəri  cəhətdən  fondun  komplektləşdirilməsinin  4 
mərhələsindən istifadə edirlər: 
1. Hazırlıq adlanan birinci mərhələdə sənəd-informasiya fondunun 
öyrənilməsinin ardıcıllıq vaxtı, işin aparıcıları müəyyənləşdirilir və uçot 
sənədləri dəqiqləşdirilir; 
2.  İkinci  mərhələdə  kitabxana  fondunun  mövcud  bölmələrinin 
tərkibi, həcmi, istifadəetmə xarakteri öyrənilir
3.  Üçüncü  mərhələdə  sənəd-informasiya  fondunun  öyrənilməsi 
prosesində əldə edilən məlumatlar işlənilir və təhlil edilir; 
4. Dördüncü mərhələdə kitabxananın qəbul etdiyi qərarların həyata 
keçirilməsi nəzərə alınır. 
  C.Cabbarlı  adına  Respublika  Gənclər  Kitabxanasının  komp-
lektləşdiriciləri  sənəd-informasiya  fondunun  öyrənilməsinin  bir  sıra 
metodlarından da istifadə edir: 
-yeni  alınan  sənədlərlə  ötəri  tanışlıq,  sərgilərin,  mövzu  rəflərinin 
təşkilində, kitabların düzülüşündə sənədlərlə tanışlıq; 


98 
 
-sənəd-informasiya  fondunun  öyrənilməsinin  xüsusi  metodları. 
Fondun həcmi, tərkibi və istifadə edilməsi haqqında analitik məlumatlar
-biblioqrafik metod əsasında fondun öyrənilməsi. 
C.Cabbarlı  adına  Respublika  Gənclər  Kitabxanasının  sənəd-
informasiya  fondunun  komplektləşdirilməsi  prosesini  3  növə  ayırmaq 
olar  ki,  komplektləşdirmə  şöbəsinin  işçiləri  bundan  səmərəli  istifadə 
edirlər: 
-yeni kitabların alınması; (cari) 
-keçmiş  illərdə  çap  olunmuş  sənədlərin  əldə  edilməsi;  (retros-
pektiv) 
-  sənəd-informasiya  fondunun  tənzimləşdirilməsi;  (rekomplektləş-
dirmə)  
Göstərilən  komplektləşdirmə  sahələrinin  hər  birinin  özünəməxsus 
xarakterik  xüsusiyyətləri  vardır.  Komplektləşdirmə  formalarının  ən 
mühüm sahələrindən birini  C.Cabbarlı adına Respublika Gənclər Kitab-
xanasının  sənəd-informasiya  fondunun  yeni  kitablarla  təchiz  edilməsi 
təşkil  edir.  Yeni  ədəbiyyat  oxucu  tələbatının  təmin  edilməsində,  fondun 
formalaşmasında  bütün  sahələr  üzrə  ən  mühüm  sorğuların  öyrənil-
məsində  cari  komplektləşdirmənin  səmərələşdirilməsində  əsas  rol  oyna-
yır.  Kitabxanada  sənəd-informasiya  fondunun  cari  komplektləşdiril-
məsində  alınacaq  sənədlərin  bir  sıra  xarakterik  xüsusiyyətləri  nəzərə 
alınmışdır. Bunlardan birini oxucu tərkibinin öyrənilməsi təşkil edir. 
Müasir qloballaşma prosesində sosial-siyasi, istehsalat, elmi, tədris 
və bədii ədəbiyyatı mütaliə edən oxucu tərkibini bir sıra amillər daxilində 
müəyyənləşdirmək  olar:  birinci,  oxucuların  elmi  yaradıcılıq  imkanları 
nəzərə  alınır;  ikinci,  oxucuların  sorğu  və  tələblərinin  zənginliyinə  isnad 
edilir;  üçüncüsü,  oxucuların  tədris  hazırlığına  əsaslanır;  dördüncüsü, 
oxucuların mürəkkəb tədrisinə isnad edilir. 
 
ƏDƏBĠYYAT 
 
1.
 
“Azərbaycan  Respublikasında  kitabxana-informasiya  sahəsinin 
2008-2013-cü  illərdə  inkişafı  üzrə  Dövlət  proqramı”nın  təsdiq  edilməsi 
barədə  Azərbaycan  Prezidentinin  sərəncamı//  Respublika  .-2008.-7 
oktyabr 
2.
 
Azərbaycan  kitabxanaları  XXI  əsrin  informasiya  məkanında:  I 
və II cild.-B., 2007. 
3.
 
C.Cabbarlı adına Respublika Gənclər Kitabxanasının 2009-cu il 
hesabatı 
4.
 
Kitabxanaşünaslıq  və  informasiya  jurnalı:  Elmi-nəzəri  və 
praktiki jurnal.-B.,2010.-№2 


99 
 
З. РАГИМОВА 
ФОРМИРОВАНИЕ ФОНДА РЕСПУБЛИКАНСКОЙ 
ЮНЕШЕСКАЯ БИБЛИОТЕКА ИМЕНИ ДЖ. ДЖАББАРЛЫ 
В НЕЗАВИСИМЫЕ ГОДЫ 
  В  статье  речь  идет  о  создании,  истории  развитии,  рабочих 
принципах,  новостях  деятельности,  внедрении  Автоматизации 
Библиотечно Информационной Системы ИРБИС-64 в Республикан-
ском  Юношеском  Библиотеке  имени  Дж.  Джаббарлы,  принятых 
распоряжениях в последние годы Президентом Азербайджана. 
 
Z. RAHIMOVA 
FORMATION OF THE FUND REPUBLICAN 
YOUTH LIBRARY NAMED AFTER J. JABBARLI 
IN THE YEARS OF INDEPENDENCE 
 
  The article deals with the creation, history, development, working 
principles, news, activities, implementation of automation of library 
systems Information IRBIS-64 in the Republican Youth Library named 
J.Jabbarli, taken orders in recent years by the President of Azerbaijan.


Yüklə 3,64 Kb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə