Bir qayda kimi, bu səfərlər beynəlxalq səyahətlərin daha mürəkkəb və bahalı,
yüksək xidmət göstərilən növüdür. Geniş xarici ticarət əlaqələrinə və iri məbləğli
xarici kapital qoyuluşlarına malik olan ölkələr, adətən, işgüzar məqsədlərlə
səyahətə çıxan adamları çoxlu sayda qəbul edir və xaricə göndərir. Avropada
işgüzar səfərlər, adətən, daha çox Fransa, İtaliya və Böyük Britaniyaya edilir. XX
əsrin son onilliyində xarici ticarətin və investisiyaların həcminin sürətlə
çoxalması inkişaf etməkdə olan ölkələrə səyahətlərin sayını da xeyli artırmışdır.
Müstəmləkə tarixi yaxın vaxtlaradək davam etmiş, keçmiş metropoliyaları
ilə işgüzar və mədəni əlaqələrini itirməmiş yaxud əmək miqrant- larının,
immiqrantlarm və qaçqınların böyük axınları ilə üzləşən dövlətlərdə xarici
səfərlərin əksər qismi dostlar və qohumlarla görüşmək məqsədi daşıyır. Buna
nümunə olaraq, Fransa ilə onun Afrikada və Asiyadakı keçmiş müstəmləkələri,
Almaniya, Türkiyə və Portuqaliya, habelə ABŞ ilə Vyetnam arasında cərəyan
edən turist axınlarını göstərmək olar. Son vaxtlar Asiyanın bəzi ölkələrindən
Avstraliya, Kanada, Yeni Zelandiya və Qərbi Asiyanın neft ixrac edən ölkələrinə
böyük immiqrasiya və xarici işçi qüvvəsinin geniş axınları onların qohumlarının
bu marşrutlar üzrə səfərlərinin sayının artmasına səbəb olmuşdur.
Suyun bərk və maye tullantılarla çirklənməsi, ekoloji sistemlərə ziyan
vurulması, ənənəvi mədəniyyətə yad ünsürlərin daxil edilməsi, əhalinin sıxlığı,
cinayətkarlığın artması və adamların daha çox gəldiyi yerlərdə xəstəliklərin
yayılması ilə bağlı olan problemlər insanlara səyahətlərin və turizmin artmasının
sosial və ekoloji hüdudlarının olduğunu dərk etməyə kömək etdi. Bu, öz əksini
ekoloji turizmin və aqro-turizmin getdikcə daha çox ölkədə yayılmasında tapır.
Məsələn, zəngin biomüxtəlifliyə və əsrarəngiz təbii landşafta malik olan Braziliya
və Kosta-Rika ekoloji vəziyyətin daha da pisləşməsinin qarşısını almaq və eyni
zamanda öz valyuta daxilolmaları mənbələrini şaxələndirmək üçün ekoloji
turizmi müvəffəqiyyətlə inkişaf etdirir. Analoji meyillər get-gedə daha çox sayda
ölkədə inkişaf edərək, turizm sahəsində sahibkarlıqda xidmətlərin yeni növlərini
yaradır.
Taklif amilləri. Səyyah-turistlərə cürbəcür mallar və xidmətlər lazım
olduğuna görə beynəlxalq turizm sahəsində təklifi müəyyənləşdirən amillər
çoxsaylı və müxtəlifdir. Turizmin dağlar, çimərliklər, rütubətli tropik meşələr,
qaynar bulaqlar, əlverişli iqlim şəraiti və mədəniyyət abidələri kirrii təkrar
istehsal olunmayan təbii və mədəni resursları; səyyahların yerləşdirilməsi
278
vasitələri və infrastruktur; insan resursları və texniki imkanlar xüsusi əhəmiyyət
kəsb edir. Bu amillər tələbatın ödənilməsi üçün potensialı müəyyənləşdirməklə
yanaşı, ayrı-ayrı ölkələrin rəqabət qabiliyyətinin və ixtisaslaşmasının əsasını
təşkil edir.
Ənənəvi təbiət və mədəniyyət resursları turistlərin cəlb olunmasının ən
mühüm amilləridir. Bu resurslar əsasən dəyişmir və onlarla zəngin olan ölkələrə
üstünlük təmin edir. Onlar bəşər tarixi ərzində böyük mədəni potensial toplamış
Avropa dövlətlərinin kütləvi turizmi üçün ənənəvi cəlbediciliyin əsasıdır.
Bununla yanaşı, Karib dənizi hövzəsi ölkələri. Şimali Afrika və Asiya-Sakit
Okean regionunun ixrac alternativi olmayan yaxud əsas xammal növlərinin
ixracının azalması təhlükəsi ilə qarşılaşan inkişaf etməkdə olan ölkələri öz
təbiətinin üstünlüklərindən və ucuz işçi qüvvəsindən istifadə hesabına rəqabət
qabiliyyətli turizm sənayesini genişləndirir. Son iki onillikdə Malayziya, Tailand
və İndoneziyada ixracın şaxələndirilməsi nöqteyi- nəzərindən ən etibarlı
alternativ kimi, beynəlxalq turizmin inkişafı dəstəklənirdi; yuxarıda qeyd
etdiyimiz kimi, XXI əsrin ilk illərində turizmin gətirdiyi gəlirlər həmin ölkələrin
ənənəvi ixrac maddələrindən: palma yağından və xam neftdən əldə olunan
gəlirlərdən artıq olmuşdur; 2003-2005-ci illərdə bu meyil daha da
möhkəmlənmişdi.
Turizm xidmətlərinin təklifi, ilk növbədə, turistlərin yerləşdirilməsi
vasitələrinin tutumundan və keyfiyyətindən, infrastrukturdan, onlara xidmət
göstərilməsinin başqa vasitələrindən asılıdır. Beynəlxalq səyahətlər üçün
nəqliyyat imkanları xüsusi əhəmiyyət kəsb edir. Bütün bu amillərin inkişafı üçün
isə iri məbləğdə kapital qoyuluşları tələb edilir. İnkişaf etmiş ölkələrin, bir qayda
kimi, yüksək səviyyəli infrastrukturu vardır. Onun elementlərinin bir çoxundan,
məsələn, otellərdən və nəqliyyatdan turizmlə yanaşı, başqa məqsədlər üçün də
istifadə olunur. Eyni zamanda, daxili bazarda turizmə böyük tələbat müstəsna
olaraq bu məqsəd üçün vasitələrin və obyektlərin yaradılmasını stimullaşdırır.
Buna baxmayaraq, inkişaf etmiş dövlətlərin əksəriyyətində, xüsusilə də çoxsaylı
səyyahları qəbul edən ölkələrdə mövsümün ən gərgin vaxtında hava limanları və
yol nəqliyyatı həddən artıq yükləndiyindən, bu cür problemlərin aradan
qaldırılması üçün əlavə səylər tələb olunur.
İnkişaf etməkdə olan ölkələrin çoxunda və MDB-də turistlərin qəbul
olunması vasitələrinin tələblərə cavab verməməsi və infrastrukturun qüsurları
turizm sənayesinin inkişafını ləngidir. Bu ölkələrin həmin sahələrə lazım olan
279