39
3. Sətri-övrət: Övrət yerini örtmək deməkdir.
Övrət yerini örtmək, Allahü
təalanın əmridir. Mükəlləf olan, yəni ağıllı və həddi-büluğa çatan insanın, namaz
qılarkən açması və ya hər zaman başqasına göstərməsi və başqasının da baxması
haram olan yerlərinə
“Övrət yeri” deyilir. Kişinin övrət yeri göbəyindən dizi
altına
qədərdir. Qadınların isə, üz və əllərindən başqa hər yeri övrətdir.
4. İstiqbali-qiblə: Namaz qılarkən qibləyə dönməkdir
. Müsəlmanların qib-
ləsi, Məkkəi mükərrəmə şəhərində olan
“Kəbə”nin sahəsidir. Yəni yerdən ərşə
qədər o boşluq qiblədir
.
5. Vaxt: Namazı vaxtında qılmaqdır. Yəni namazın vaxtının
girdiyini
bilmək və qıldığı namazın vaxtını qəlbindən keçirməkdir.
6. Niyyət: Namaza durarkən qəlb ilə niyyət etməkdir. Yalnız
ağız
ilə söylə-
məyə niyyət deyilməz. Namaza niyyət etmək demək, adını, vaxtını, qibləni, ca-
maat ilə qılınırsa imama uymağı qəlbdən keçirmək deməkdir. Niyyət başlama
təkbiri söylənərkən edilir. Təkbirdən sonra edilən niyyət qəbul deyildir və o na-
maz qəbul olmaz.
7. Tahrimə təkbiri: Namaza durarkən “
Allahü-əkbər” deməkdir. Bu baş-
lama təkbirinə “
İftitah təkbiri” də deyilir. Başqa kəlmə söyləməklə təkbir alın-
mış sayılmaz.
B) Namazın İçindəki Fərzlər (Rüknləri
):
Namaza başlananda yerinə yetiriləcək beş fərz vardır. Bu beş fərzdən hər
birinə “
Rükn” deyilir. Namazın içindəki fərzlər bunlardır:
1- Qıyam: Namaza başlayarkən və qılarkən ayaq üstə durmaq deməkdir.
Ayaq üstə dura bilməyən xəstə oturaraq qılar. Oturaraq qıla bilməyən uzanaraq
ima (baş hərəkətləri ilə) ilə qılar. Stulda oturaraq namaz qılmaq caiz deyildir.
2- Qiraət: Ağızla oxumaq mənasına gəlir.
Namazda Qurani-Kərimdən surə
və ya ayət oxumaqdır.
3- Rükü: Qiraətdən sonra əlləri dizə qoyub əyilməkdir. Rüküdə ən az üç
dəfə “
Sübhanə rabbiyəl-azım” deyilir. Qalxarkən “
SəmiAllahü limən hami-
dəh” deyilir. Qalxdıqda da
“Rabbəna ləkəl-həmd” deyilir.
4- Səcdə: Rüküdən sonra yerə qapanmaq deməkdir. Səcdə ard-arda iki dəfə
əlləri, alını və burunu yerə qoyub qapanmaqdır. Hər bir səcdədə ən az üç dəfə
“
Sübhanə rabbiyəl-ala” deyilir.
5- Qadəi axirə:
Son rükətdə “
Əttəhıyyatu”’nu oxuyacaq
qədər oturmaqdır.
Buna “
son oturuş” da deyilir. Namazın böyük bir iş və ibadətlərin ən əhəmiyyət-
lisi olduğu, şərtlərinin bu qədər çox olmasından aydın olur. Ayrıca, vacibləri,
sünnətləri, müstəhəbləri, məkruhları, müfsidləri
də bunlara əlavə edilərsə, qulun
Rəbbinin hüzurunda necə olacağı, necə olması lazım gəldiyi aydın olur. Qullar
aciz, gücsüz, yazıq bir məxluqdurlar. Hər nəfəsdə onu yaradan Allahü təalaya
möhtacdırlar. Namaz qula acizliyini bildirən bir ibadətdir. Məhz bu kitabımızda
həmin məlumatlar ardıcıllıqla izah ediləcəkdir.
40
NAMAZIN ŞƏRTLƏRİ
1- HADƏSDƏN TƏHARƏT:
Bu mövzumuzda dəstəmaz, qüsl və təyəmmümü bildirəcəyik.
DƏSTƏMAZ ALMAQ:
Dəstəmaz almaq namazın fərzlərindəndir. Qurani-Kərimi tutmaq, Kəbəni
təvaf etmək (dönmək), tilavət səcdəsi etmək, cənazə namazı qılmaq üçün də dəs-
təmaz almaq lazımdır. Hər zaman dəstəmazlı olmaq, yatağa dəstəmazlı girmək,
dəstəmazlı yemək və içmək çox savabdır. Dəstəmazlı olaraq ölənlərə şəhid sava-
bı verilir. Peyğəmbərimiz “sallallahü aləyhi və səlləm” buyurdular ki:
“Dəstəmazlı olaraq ölən ölüm ağrısı çəkməz. Çünki dəstəmaz imanlı
olmağın əlamətidir. Namazın açarı, bədənın günahlardan təmizləyicisi-
dir.”
“Müsəlman dəstəmaz alınca günahları qulağından, gözündən, əlindən
və ayağından çıxar. Oturunca məğfirət olunmuş olaraq oturar”.
“Əməllərin ən xeyirlisi namazdır. Dəstəmaza davam edənlər ancaq mö-
minlərdir. Mömin gündüz dəstəmazlı olmalı, gecə də dəstəmazlı yatmalıdır.
Belə edincə, Allahü təalanın himayəsində olar. Dəstəmazlı olaraq yeyib-içə-
nın qarnındakı yemək və su zikr edər. Qarnında qaldıqları müddətcə, onun
üçün istiğfar edərlər”.
Dəstəmazın fərzləri, sünnətləri, ədəbləri və məmnu (qadağa) olan və pozan
şeyləri vardır. Dəstəmazsız olduğunu bilərək zərurətsiz namaz qılan kafir olar.
Namaz qılarkən dəstəmazı pozulan həmən çiyninə salam verib, namazından
çıxar. Vaxt çıxmadan dəstəmaz alıb, namazını başdan təkrar qılar.
DƏSTƏMAZIN FƏRZLƏRİ
Dəstəmazın fərzi hənəfi məzhəbində 4-dür:
1- Üzü bir dəfə yumaq.
2- Iki qolu dirsəklər ilə birlikdə bir dəfə yumaq.
3- Başın dörddə bir hissəsini məsh etmək, yəni yaş əli başa sürtmək.
4- Iki ayağı, iki yandakı topuq sümükləri ilə birlikdə bir dəfə yumaqdır. Şafii
məzhəbində niyyət və tərtib (ardıcıl) də fərzdir və üzü
yuyarkən niyyət etmək la-
zımdır. Su üzə dəymədən öncə niyyət edərsə, dəstəmazı səhih olmaz. Üz və çənə
üzərindəki saqqalı yumaq fərzdir. Maliki məzhəbində, dəlk [ovmaq] və muvalat
[üzvləri bir-biri ardınca ara vermədən yumaq] fərzdir. Bəziləri kimi ayaqlarını
yumayıb, çılpaq ayaq üzərinə məsh etmək düzgün deyildir.
41
DƏSTƏMAZ NECƏ ALINIR?
1- Dəstəmaza başlayarkən bu dua oxunur:
Bismilləhil-azım. Vəl-hamdü
lilləhi alə dinil-İslam. Və ala tevfik-ıl-iman. Əl-həmdü lillahil-ləzi
cəaləlmaə tahurən və cəaləl-islamə nurən.
[
1]
Sonra əllər
biləklərə qədər üç
dəfə yuyulur.
2- Sağ əl ilə ağıza üç dəfə su verərkən bu dua oxunur:
“
Allahümməs-kıni min havdi nəbiyyikə kəsən lə əzməu badəhü əbə-
dən”.
[2]
3- Sağ əl ilə buruna üç dəfə su verib, sol əl ilə fınxırılır. Buruna su verərkən:
“
Allahümmə ərihni rayihatəl cənnəti vərzüqni min niamiha. Və lə tü-
rihni rayihatən-nar”.
[3]
4- Ovuclara su alıb, alından çənə altına, gicgahlara qədər üzü yuyarkən bu
dua oxunur:
“
Allahümmə bəyyid vəchi minurikə yəvmə təbyaddü vücuhü övliyaikə
və lə tüsəvvid vəchi bi zünubi yəvmə təsvəddü vücuhü adəikə”.
[4]
5- Sol əl ilə sağ qolu dirsəyə qədər üç dəfə yuyarkən:
“Allahümmə atini kitabi biyəmini və hasibni hisabən yəsirən
[5]
duası
oxunur.
6- Sağ ilə sol qolu üç dəfə dirsək daxil yuyarkən:
“
Allahümmə lə tutini kitabi bi şiməli və lə min vərai zahri və lə tühasib-
ni hisabən şədidən”.
[6]
duası oxunur.
7- Hər iki qolu yuduqdan sonra əlləri təkrar yuyar və o yaşlıqla başı məsh
edərkən:
“Allahümmə harrim şa-ri və bəşəri alən-Nar. Və əzilləni tahtə zilli
arşikə yəvmə lə zillə illə zillü arşikə”
[7]
duası oxunur.
8- Daha sonra sağ və sol əlin şəhadət barmaqları ilə iki qulağın dəliklərinə
su verərkən baş barmaqlar ilə qulaqların arxası məsh edilir və:
[1]
Böyük olan Allahü-Təalanın “adıyla” başlayaram. “Bizə” İslam dinıni verən və imanı
ehsan edən Allahü-Təalaya həmd və təriflər olsun. Suyu təmizləyici, islamı nur qılan
Allaha həmd və təriflər olsun!
[2]
Ey Allahım! Ondan içdikdən sonra bir daha heç susuzluğu duyulmayan havzı-Nəbidən
mən quluna bir kasa (stəkan) içirt.
[3]
Ey Allahım! Mənə Cənnət qoxusunu qoxlat və məni Cənnət nemətləri ilə ruziləndir.
Cəhənnəm qoxuları ilə deyil.
[4]
Ey Allahım! Nurunla Övliyaların üzünü ağartdığın, “ağ etdiyin” kimi,
mənim üzümü də
ağart. Düşmənlərinin üzünün qara olduğu gündə, mənim günahlarımdan dolayı üzümü
qara etmə.
[5]
Ey Allahım! Kitabımı sağ tərəfimdən ver və məni asan hesaba çək.
[ 6 ]
Ey Allahım! Kitabımı sol tərəfimdən və arxamdan vermə. Məni çətin bir hesabla
sorğuya çəkmə.
[7]
Ey Allahım! Vücudumu və saçlarımı Cəhənnəmə atma. Kölgənin olmadığı gündə məni
Arşın kölgəsində kölgələndir.