Kitabüs-salat namaz kitabi



Yüklə 5,19 Kb.
Pdf görüntüsü
səhifə17/56
tarix16.11.2017
ölçüsü5,19 Kb.
#10521
1   ...   13   14   15   16   17   18   19   20   ...   56

 39
3. Sətri-övrət: Övrət yerini örtmək deməkdir. Övrət yerini örtmək, Allahü 
təalanın əmridir. Mükəlləf olan, yəni ağıllı və həddi-büluğa çatan insanın, namaz 
qılarkən açması və ya hər zaman başqasına göstərməsi və başqasının da baxması 
haram olan yerlərinə  “Övrət yeri” deyilir. Kişinin övrət yeri göbəyindən dizi 
altına qədərdir. Qadınların isə, üz və əllərindən başqa hər yeri övrətdir.  
4. İstiqbali-qiblə: Namaz qılarkən qibləyə dönməkdirMüsəlmanların qib-
ləsi, Məkkəi mükərrəmə şəhərində olan “Kəbə”nin sahəsidir. Yəni yerdən ərşə 
qədər o boşluq qiblədir 
5. Vaxt: Namazı vaxtında qılmaqdır. Yəni namazın vaxtının  girdiyini 
bilmək və qıldığı namazın vaxtını qəlbindən keçirməkdir.  
6. Niyyət: Namaza durarkən qəlb ilə niyyət etməkdir. Yalnız ağız ilə söylə-
məyə niyyət deyilməz. Namaza niyyət etmək demək, adını, vaxtını, qibləni, ca-
maat ilə  qılınırsa imama uymağı  qəlbdən keçirmək deməkdir. Niyyət başlama 
təkbiri söylənərkən edilir. Təkbirdən sonra edilən niyyət qəbul deyildir və o na-
maz qəbul olmaz.  
7. Tahrimə təkbiri: Namaza durarkən “Allahü-əkbər” deməkdir. Bu baş-
lama təkbirinə “İftitah təkbiri” də deyilir. Başqa kəlmə söyləməklə təkbir alın-
mış sayılmaz.  
B) Namazın İçindəki Fərzlər (Rüknləri):  
Namaza başlananda yerinə yetiriləcək beş  fərz vardır. Bu beş  fərzdən hər 
birinə “Rükn” deyilir. Namazın içindəki fərzlər bunlardır:  
1- Qıyam:  Namaza başlayarkən və  qılarkən ayaq üstə durmaq deməkdir. 
Ayaq üstə dura bilməyən xəstə oturaraq qılar. Oturaraq qıla bilməyən uzanaraq 
ima (baş hərəkətləri ilə) ilə qılar. Stulda oturaraq namaz qılmaq caiz deyildir.  
2- Qiraət: Ağızla oxumaq mənasına gəlir. Namazda Qurani-Kərimdən surə 
və ya ayət oxumaqdır.  
3- Rükü: Qiraətdən sonra əlləri dizə qoyub əyilməkdir. Rüküdə  ən az üç 
dəfə  “Sübhanə rabbiyəl-azım” deyilir. Qalxarkən “SəmiAllahü limən hami-
dəh” deyilir. Qalxdıqda da “Rabbəna ləkəl-həmd” deyilir.  
4- Səcdə: Rüküdən sonra yerə qapanmaq deməkdir. Səcdə ard-arda iki dəfə 
əlləri, alını  və burunu yerə qoyub qapanmaqdır. Hər bir səcdədə  ən az üç dəfə 
Sübhanə rabbiyəl-ala” deyilir.  
5- Qadəi axirə: Son rükətdə “Əttəhıyyatu”’nu oxuyacaq qədər oturmaqdır. 
Buna “son oturuş” da deyilir. Namazın böyük bir iş və ibadətlərin ən əhəmiyyət-
lisi olduğu,  şərtlərinin bu qədər çox olmasından aydın olur. Ayrıca, vacibləri, 
sünnətləri, müstəhəbləri, məkruhları, müfsidləri də bunlara əlavə edilərsə, qulun 
Rəbbinin hüzurunda necə olacağı, necə olması lazım gəldiyi aydın olur. Qullar 
aciz, gücsüz, yazıq bir məxluqdurlar. Hər nəfəsdə onu yaradan Allahü təalaya 
möhtacdırlar. Namaz qula acizliyini bildirən bir ibadətdir. Məhz bu kitabımızda 
həmin məlumatlar ardıcıllıqla izah ediləcəkdir.  
 


 40
 
 
NAMAZIN ŞƏRTLƏRİ 
 
 
1- HADƏSDƏN TƏHARƏT: 
 
Bu mövzumuzda dəstəmaz, qüsl və təyəmmümü bildirəcəyik.  
 
 
DƏSTƏMAZ ALMAQ:  
 
Dəstəmaz almaq namazın fərzlərindəndir. Qurani-Kərimi tutmaq, Kəbəni 
təvaf etmək (dönmək), tilavət səcdəsi etmək, cənazə namazı qılmaq üçün də dəs-
təmaz almaq lazımdır. Hər zaman dəstəmazlı olmaq, yatağa dəstəmazlı girmək, 
dəstəmazlı yemək və içmək çox savabdır. Dəstəmazlı olaraq ölənlərə şəhid sava-
bı verilir. Peyğəmbərimiz “sallallahü aləyhi və səlləm” buyurdular ki: 
“Dəstəmazlı olaraq ölən ölüm ağrısı  çəkməz. Çünki dəstəmaz imanlı 
olmağın  əlamətidir. Namazın açarı, bədənın günahlardan təmizləyicisi-
dir.”  
“Müsəlman dəstəmaz alınca günahları qulağından, gözündən,  əlindən 
və ayağından çıxar. Oturunca məğfirət olunmuş olaraq oturar”.  
“Əməllərin ən xeyirlisi namazdır. Dəstəmaza davam edənlər ancaq mö-
minlərdir. Mömin gündüz dəstəmazlı olmalı, gecə də dəstəmazlı yatmalıdır. 
Belə edincə, Allahü təalanın himayəsində olar. Dəstəmazlı olaraq yeyib-içə-
nın qarnındakı yemək və su zikr edər. Qarnında qaldıqları müddətcə, onun 
üçün istiğfar edərlər”.  
Dəstəmazın fərzləri, sünnətləri, ədəbləri və məmnu (qadağa) olan və pozan 
şeyləri vardır. Dəstəmazsız olduğunu bilərək zərurətsiz namaz qılan kafir olar. 
Namaz qılarkən dəstəmazı pozulan həmən çiyninə salam verib, namazından 
çıxar. Vaxt çıxmadan dəstəmaz alıb, namazını başdan təkrar qılar.  
 
DƏSTƏMAZIN FƏRZLƏRİ 
Dəstəmazın fərzi hənəfi məzhəbində 4-dür:  
1- Üzü bir dəfə yumaq.  
2- Iki qolu dirsəklər ilə birlikdə bir dəfə yumaq.  
3- Başın dörddə bir hissəsini məsh etmək, yəni yaş əli başa sürtmək.  
4- Iki ayağı, iki yandakı topuq sümükləri ilə birlikdə bir dəfə yumaqdır. Şafii 
məzhəbində niyyət və tərtib (ardıcıl) də fərzdir və üzü yuyarkən niyyət etmək la-
zımdır. Su üzə dəymədən öncə niyyət edərsə, dəstəmazı səhih olmaz. Üz və çənə 
üzərindəki saqqalı yumaq fərzdir. Maliki məzhəbində, dəlk [ovmaq] və muvalat 
[üzvləri bir-biri ardınca ara vermədən yumaq] fərzdir. Bəziləri kimi ayaqlarını 
yumayıb, çılpaq ayaq üzərinə məsh etmək düzgün deyildir.  


 41
 
DƏSTƏMAZ NECƏ ALINIR? 
1- Dəstəmaza başlayarkən bu dua oxunur: Bismilləhil-azım. Vəl-hamdü 
lilləhi alə dinil-İslam. Və ala tevfik-ıl-iman.  Əl-həmdü lillahil-ləzi 
cəaləlmaə tahurən və  cəaləl-islamə nurən. 
[1]
 Sonra əllər biləklərə qədər üç 
dəfə yuyulur.  
2- Sağ əl ilə ağıza üç dəfə su verərkən bu dua oxunur: 
Allahümməs-kıni min havdi nəbiyyikə  kəsən lə  əzməu badəhü  əbə-
dən”. 
[2]
 
3- Sağ əl ilə buruna üç dəfə su verib, sol əl ilə fınxırılır. Buruna su verərkən:  
Allahümmə  ərihni rayihatəl cənnəti vərzüqni min niamiha. Və  lə tü-
rihni rayihatən-nar”. 
[3]
 
4- Ovuclara su alıb, alından çənə altına, gicgahlara qədər üzü yuyarkən bu 
dua oxunur:  
Allahümmə bəyyid vəchi minurikə yəvmə təbyaddü vücuhü övliyaikə 
və lə tüsəvvid vəchi bi zünubi yəvmə təsvəddü vücuhü adəikə”. 
[4]
 
 5- Sol əl ilə sağ qolu dirsəyə qədər üç dəfə yuyarkən:  
“Allahümmə atini kitabi biyəmini və hasibni hisabən yəsirən 
[5]
  duası 
oxunur.  
6- Sağ ilə sol qolu üç dəfə dirsək daxil yuyarkən:  
Allahümmə lə tutini kitabi bi şiməli və lə min vərai zahri və lə tühasib-
ni hisabən şədidən”. 
[6]
 duası oxunur.  
7- Hər iki qolu yuduqdan sonra əlləri təkrar yuyar və o yaşlıqla başı məsh 
edərkən:  
 “Allahümmə harrim şa-ri və  bəşəri alən-Nar. Və  əzilləni tahtə zilli 
arşikə yəvmə lə zillə illə zillü arşikə” 
[7]
 duası oxunur.  
8- Daha sonra sağ və sol əlin şəhadət barmaqları ilə iki qulağın dəliklərinə 
su verərkən baş barmaqlar ilə qulaqların arxası məsh edilir və:  
                                                        
[1]
 Böyük olan Allahü-Təalanın “adıyla” başlayaram. “Bizə” İslam dinıni verən və imanı 
ehsan edən Allahü-Təalaya həmd və  təriflər olsun. Suyu təmizləyici, islamı nur qılan 
Allaha həmd və təriflər olsun! 
[2]
 Ey Allahım! Ondan içdikdən sonra bir daha heç susuzluğu duyulmayan havzı-Nəbidən 
mən quluna bir kasa (stəkan) içirt. 
[3]
 Ey Allahım! Mənə  Cənnət qoxusunu qoxlat və  məni Cənnət nemətləri ilə ruziləndir. 
Cəhənnəm qoxuları ilə deyil. 
[4]
 Ey Allahım! Nurunla Övliyaların üzünü ağartdığın, “ağ etdiyin” kimi, mənim üzümü də 
ağart. Düşmənlərinin üzünün qara olduğu gündə, mənim günahlarımdan dolayı üzümü 
qara etmə. 
[5]
 Ey Allahım! Kitabımı sağ tərəfimdən ver və məni asan hesaba çək. 
[ 6 ]
Ey Allahım! Kitabımı sol tərəfimdən və arxamdan vermə. Məni çətin bir hesabla 
sorğuya çəkmə. 
[7] 
Ey Allahım! Vücudumu və saçlarımı Cəhənnəmə atma. Kölgənin olmadığı gündə məni 
Arşın kölgəsində kölgələndir.
 


Yüklə 5,19 Kb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə