Kitabüs-salat namaz kitabi



Yüklə 5,19 Kb.
Pdf görüntüsü
səhifə15/56
tarix16.11.2017
ölçüsü5,19 Kb.
#10521
1   ...   11   12   13   14   15   16   17   18   ...   56

 34
Minlərlə top və tüfəng, edə bilməz əsla 
Göz yaşının səhər vaxtı etdiyini.  
Düşmən qaçırdan süngüləri, çox dəfə,  
Toz kimi edər, bir möminin duası.  
 
“Ya Rəbb! Böyük yalnız sənsən! Sən elə bir böyüksən ki, böyüklər və kiçi-
lər dara düşüncə ancaq sənə yalvarar. Sənə yalvaran muradına qovuşar. Dərhal o 
gecə həbsxana müdirini çağırıb “bir məzlum qalıbmı?”, soruşdu. Müdir, “bilmi-
rəm, yalnız, bir nəfər namaz qılıb, çox dua edir. Göz yaşları tökür”- deyincə, onu 
gətirtdi. Halını soruşub başa düşdü. Üzr istəyib, “haqqını halal et və min gümüş 
hədiyyəmi qəbul et və hər hansı bir arzun olsa, mənə gəl!”- deyə xahiş etdi. Də-
mirçi, “haqqımı halal etdim və hədiyyəni qəbul etdim. Lakin işimi, diləyimi sən-
dən istəməyə gələ bilmərəm”,- dedi. “Nə üçün”- deyə soruşdu, Çünki mənim ki-
mi bir kasıb üçün sənin kimi bir sultanın taxtını bir neçə dəfə tərsinə çevirən sa-
hibimi buraxıb, diləklərimi başqasına söyləməyim qulluğa yaraşarmı? Namazlar-
dan sonra etdiyim dualarla, məni necə dərtlərdən qurtardı, necə muradıma qovuş-
durdu. Necə olar, başqasına sığınım? Rəbbim nəhayəti olmayan rəhmət xəzinəsi-
nin qapısını açmış, sonsuz ehsan süfrəsini hər kəsə yaymış ikən, başqasına necə 
gedərəm? Kim istədi vermədi?  İstəməyi bilməzsən, ala bilməzsən. Hüzuruna 
ədəblə çıxmasan, rəhmətinə qovuşmazsan”. Şeir:  
 
İbadət eşiyinə, kim ki, bir gecə baş qoydu.  
Dostun lütfü açar ona, əlbəttə, min bir qapı.  
 
Övliyanın böyüklərindən Rabiəi-Adviyyə “rahmətullahi aləyhə”, bir nəfərin 
dua edərkən: “Ya Rəbb, mənə rəhmət qapısını aç!” dediyini eşidincə: “Ey cahil! 
Allahü təalanın rəhmət qapısı indiyə  qədər bağlı idi ki, indi açılmasını istəyir-
sən?”- dedi. (Rəhmətin çıxış qapısı hər zaman açıqsa da, giriş qapısı olan qəlblər 
hər kəsdə açıq deyildir. Bunun açılması üçün dua etməliyik!)  İlahi! Hər kəsi 
dərdlərdən qurtaran yalnız sənsən. Bizi dünyada və axirətdə  çətin vəziyyətdə 
qoyma! Möhtaclara hər şeyi göndərən yalnız sənsən! Dünyada və axirətdə xeyir-
li, faydalı olan şeyləri bizə göndər! Dünyada və axirətdə bizi kimsəyə möhtac et-
mə! Amin!  
  
RƏVAYƏT: EVİ YANMIŞDI 
Övliyayı-kiramdan Hamidi-Tavil öz namazgahında namaz qılırdı. Evində 
yanğın baş verdi. İnsanlar toplaşıb yanğını söndürdülər. Xanımı qaçıb yanına 
gəldi və hirslənərək: “Evin yanır.  İnsanlar toplanır. Görüləcək bu qədər iş var
sən isə yerindən tərpənmirsən”- dedi. “Allahü təalaya and içərəm ki, olanların 
heç birindən xəbərim yoxdur,”- dedi.  
Allahın dostları, Ona məhəbbət və yaxınlaşmaqda elə bir dərəcəyə çatmış 
və dostun tərifinin ləzzətinə elə dalmışdılar ki, özlərini unutmuşdular.  


 35
 
RƏVAYƏT: QAZANDAKI SU 
Əshabi-kiramdan Abdüllah bin Şəhir “radıyallahü anh” deyir: “Rəsulullahın 
“sallallahü aləyhi və səlləm” yanında namaz qılırdım. Mübarək sinəsindən atəş 
üzərində qazanda qaynayan su səsi kimi səslər eşidirdim.  
 
RƏVAYƏT: AYAĞINDAKI OX 
Rəsulullahın sevgili kürəkəni həzrəti Əli “radıyallahü anh və kərrəmallahü 
vəchəh” namaza duranda dünya dağılsa xəbəri olmazdı.  
Belə  rəvayət edilir: Bir hərbdə  həzrəti  Əlinın “radıyallahü anh” mübarək 
ayağına bir ox dəyib sümüyə qədər batmışdı. Oxu dartıb çıxarda bilmədilər. Hə-
kimə göstərdilər. Həkim: “Sənə yatızdıran, huşu aparan dərman vermək lazımdır. 
Ancaq o cür oxu ayağından çıxartmaq olar. Yoxsa, bunun ağrısına dözmək ol-
maz”- dedi. Əmir-əl-möminin həzrəti Əli “radıyallahü anh”: “Huşu aparan dər-
mana nə gərək var? Bir az səbir edin, namaz vaxtı gəlsin, namaza duranda çıxar-
dın”- buyurdu. Namaz vaxtı gəldi. Həzrəti Əli namaza başladı. Həkim də həzrəti 
Əli  əfəndimizin mübarək ayağını yarıb oxu çıxartdı. Yaranı sarıdı. Həzrəti  Əli 
“radıyallahü anh”, namazını bitirincə  həkimə: “Oxu çıxartdınmı?”- soruşdu. 
Həkim: “Bəli çıxartdım”- dedi. Həzrəti  Əli “radıyallahü anh”: “Heç hiss etmə-
dim”- buyurdu. Burda təəccüblü nə var?! Necə ki, Yusif əleyhissəlamın gözəlliyi 
qarşışında Misir qadınları heyran olub, özlərini elə unutmuşdular ki, əllərini kəs-
diklərindən xəbərləri olmamışdı. Əgər Allahü təalanın hüzuru öz sevgililərini öz-
lərindən xəbəri olmayacaq bir hala gətirərsə, buna nə üçün təəccüb edilsin? Mö-
minlər də vəfat anında Rəsulullah əfəndimizi görüb, ölüm acısını duymayacaq-
lar.  
 
RƏVAYƏT: HUŞU APARAN DƏRMAN 
Övliyadan olan Amiri Qaysın ayaq barmağında çürümə  xəstəliyi başlandı. 
Bunu kəsmək lazımdır, dedilər. Amir: “Qərara təslim qulluğun  şərtidir,”- dedi. 
Kəsdilər. Bir neçə gün sonra xəstəliyin ayağına keçmiş, buduna çatmış olduğunu 
gördülər. Bu ayağı kəsmək lazımdır, dinimiz buna icazə verir, dedilər. Cərrah gə-
tirdilər. Cərrah: “Huşunu aparmaq üçün dərman lazımdır ki, ağrını hiss etməsin, 
yoxsa dözə bilməz”- dedi. Amir: “Bu qədər zəhmət çəkmək lazım deyil. Gözəl 
səslə Qurani-Kərim oxuyan bir nəfəri gətirin, Qurani-Kərim oxusun. Üzümdə də-
yişmə gördüyünüz zaman ayağımı kəsin, xəbərim olmaz”,- dedi. Dediyi kimi et-
dilər. Biri gəlib gözəl səslə Qurani-Kərimi oxumağa başladı. Amirin üzünün rən-
gi dəyişdi. Cərrah budunun yarısından ayağını kəsdi. Dağlayıb bağladı. Qurani-
Kərim oxuyan susdu. Amir özünə gəldi və “kəsdinmi?,”- dedi. “Kəsdik,”-dedi-
lər. Ayağını kəsmişdilər, dağlamışdılar, sarımışdılar, lakin onun xəbəri olmamış-
dı. Sonra “kəsik ayağımı  mənə verin”,- dedi. Verdilər. Qaldırdı  və: “Ya Rəbb, 
verən sənsən. Mən də sənin qulunam. Hökm sənin hökmün, qəza sənin qəzandır. 
Bu bir ayaqdır ki, əgər qiyamətdə əmr gəlib, nə zamansa, bir günaha bir addım 


Yüklə 5,19 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə