Kitabüs-salat namaz kitabi



Yüklə 5,19 Kb.
Pdf görüntüsü
səhifə11/56
tarix16.11.2017
ölçüsü5,19 Kb.
#10521
1   ...   7   8   9   10   11   12   13   14   ...   56

 24
Bu iki imam eyni imanı bildirmişlər. Aralarında olan bir neçə fərq mühüm 
deyildir. Həqiqətdə eynidir. İslam alimləri Qurani-Kərimdə və Hədisi-şəriflərdə 
təriflənmişdir. Bir ayəti-kərimədə:  “Heç bilənlərlə bilməyənlər bir olarmı?” 
buyurulmuşdur. Başqa bir ayəti-kərimədə: “Ey müsəlmanlar! Bilmədiklərınizi 
bilənlərdən soruşun” buyuruldu.  
 Hədisi-şəriflərdə buyuruldu ki: “Allahü təala və mələklər və hər canlı, in-
sanlara yaxşılığı öyrədən müsəlmanlara dua edərlər”. “Qiyamət günü öncə 
Peyğəmbərlər, sonra alimlər, sonra şəhidlər  şəfaət edəcəklər”. “Ey insanlar, 
bilin ki, elm alimdən eşidilərək öyrənilir”. “Elm öyrənin. Elm öyrənmək iba-
dətdir. Elm öyrədənə və öyrənənə cihad savabı vardır”. “Elm öyrətmək sədə-
qə vermək kimidir. Alimdən elm öyrənmək təhəccüd (gecə) namazı qılmaq ki-
midir”. “Elm öyrənmək bütün nafilə ibadətlərdən daha savabdır. Çünki özü-
nə də, öyrədəcəyi kimsələrə də faydası vardır”. “Başqalarına öyrətmək üçün 
öyrənən kimsəyə Sıddıqlar savabı verilir”. “Elm xəzinədir. Açarı soruşub öy-
rənməkdir”. “Elm öyrənin və öyrədin”. “Hər şeyin qaynağı vardır. Təqvanın 
qaynağı ariflərin qəlbləridir”. “Elm öyrətmək günahlara kəffarədir”.  
 
 
BESİNCİ ŞƏRT 
 
AXİRƏTƏ İNANMAQ 
Vəl yəvmil axıri: Axirət gününə inandım deməkdir. Bu zamanın başlanğıcı, 
insanın öldüyü gündür. Qiyamətin sonuna qədərdir. Son gün deyilməsi arxasın-
dan gecə gəlmədiyi üçündür. Yaxud dünyadan sonra gəldiyi üçündür. Qiyamətin 
nə zaman qopacağı bildirilmədi. Amma Peyğəmbərimiz “sallallahü aləyhi və səl-
ləm” bir çox əlamətlərini xəbər verdi: Həzrəti Mehdi gələcək.  İsa-əleyhissəlam 
göydən Şama enəcək. Dəccal çıxacaq. Yəcüc və Məcüc deyilən kimsələr hər yeri 
qarışdıracaq. Günəş qərbdən doğacaq. Böyük zəlzələlər olacaq. Din elmləri unu-
dulacaq. Günah, yamanlıq çoxalacaq. Haramlar hər yerdə işlənəcək. Yəməndən 
atəş çıxacaq. Göylər və dağlar parçalanacaq. Günəş və Ay qaralacaq və s. 
Qəbir sualı vardır. Qəbirdə Münkər və Nəkir mələklərinə cavab olaraq bun-
ları  əzbərləməlidir və  uşaqlara da əzbərlətməlidir: “Rəbbim Allahü təala, Pey-
ğəmbərim Muhamməd-əleyhissəlam, dinim islam dini, kitabım Qurani-Kərim, 
qibləm Kəbəi- şərif, etiqadda məzhəbim Əhli-sünnət vəl-camaat, əməldə məzhə-
bim İmamı-azam Əbu Hənifə məzhəbi”. Qiyamət günü hər kəs diriləcək. Məhşər 
yerində toplanacaq. Salehlərin  əməl dəftərləri sağından, pislərin arxa və ya sol 
tərəfindən veriləcək.  Şirkdən, küfrdən başqa hər günahı Allahü təala istəsə  əfv 
edəcək, istəsə kiçik günah üçün də əzab edəcəkdir.  
Əməllərin çəkilməsi üçün “Mizan” (tərəzi) vardır. “Sirat körpüsü” Allahü 
təalanın əmri ilə Cəhənnəmin üzərində qurulacaq. Muhamməd Mustafa “sallalla-
hü aləyhi və səlləm” əfəndimizə məxsus “Kövsər hovuzu” vardır. 
 “Şəfaət”  haqdır. Tövbəsiz ölən möminlərin kiçik və böyük  günahlarının 
əfv edilməsi üçün Peyğəmbərlər, Vəlilər, salehlər, alimlər, mələklər, şəhidlər və 
Allahü təalanın icazə verdikləri şəfaət edəcək və qəbul ediləcəkdir. 


 25
Cənnət və Cəhənnəm” indi vardır. Cənnət yeddi qat göylərin üstündədir. 
Cəhənnəm hər  şeyin altındadır. Cənnətin səkkiz qapısı vardır. Hər qapıdan bir 
Cənnətə girilir. Cəhənnəm yeddi təbəqədir. Birinci təbəqədən yeddinci təbəqəyə 
doğru əzablar şiddətlənir.  
 
 
 
ALTINCI ŞƏRT 
 
TƏQDİRƏ İNANMAQ 
Və bil-qadəri, xayrihi və şərrihi minallahi Təala: Qədərə, xeyir və şərlə-
rin Allahü təaladan olduğuna inandım deməkdir.  İnsanlara gələn xeyir və  şər, 
fayda və zərər, qazanc və ziyanların hamısı Allahü təalanın təqdir etməsidir. 
 Allahü  təalanın bir şeyin var olmasını istəməsinə  “təqdir” deyilmişdir. 
Qədərin, yəni varlığı  təqdir edilmiş olan şeyin var edilməsinə  “qəza” deyilir. 
Qədər və qəza kəlmələri bir-birinin yerinə də istifadə edilir. 
 Allahü təala qullarına “İradə” vermiş, bu iradələrini, istəmələrini, işləri ya-
ratmasına səbəb etmişdir. Bir qul bir şey etmək istəyincə, Allahü təala da 
diləyərsə, o işi yaradır. Qul istəməsə, Allahü təala da istəməz və o şeyi yaratmaz.  
Buraya qədər qısaca bildirdiyimiz Əhli-sünnət etiqadını daha geniş öyrənmək 
istəyənlər, “Həqiqət Kitabevi”nin dərc etdiyi, islam alimlərinin göz bəbəyi böyük öv-
liya, Mövlana Xalid Bağdadinin farsca “Etiqadnamə” kitabını və Kəmahlı Feyzul-
lah Əfəndinin tərcümə etdiyi “Hər kəsə Lazım Olan İman” kitabını oxusunlar. Çox 
faydalı, çox gözəl bir əsər olub, feyz və bərəkətləri iki cahan səadəti üçün yetərlidir. 
 Allahü təala hər kəsə təvəkkülü əmr etmişdir. “Təvəkkül imanın şərtidir” 
bu ayəti-kəriməsi bu əmrlərdən biridirMaidə surəsində, “Əgər imanınız varsa, 
Allahü-Təlaya təvəkkül edin!”, Əli-İmran surəsində, “Allahü təala, təvəkkül 
edənləri, əlbəttə, sevər”, Talak surəsində, “Bir kimsə Allahü-Təlaya təvəkkül 
edərsə, Allahü təala ona kafidir”, Zümər surəsində, “Allahü təala, quluna 
kafi deyildirmi?” deyə daha bir neçə ayəti-kərimə vardır.  
Rəsulullah “sallallahü aləyhi və səlləm” buyurur ki, “Ümmətimdən bir qis-
mini mənə göstərdilər. Dağları, səhraları doldurmuşdular. Belə çox olduqla-
rına çasdım və sevindim. Sevindinmi,- dedilər,- bəli, dedim. Bunlardan an-
caq yetmiş min ədədi hesabsız Cənnətə girər dedilər. Bunlar hansılarıdır,- 
deyə,- soruşdum.  İşlərinə sehr, cadu, dağlamaq, fal qarışdırmayıb, Allahü 
təaladan başqasına, təvəkkül və etimad etməyənlərdir buyuruldu”. Dinlə-
yənlər arasında Ukaşə “radıyallahü anh” ayaqa qalxıb, “Ya Rəsulallah! Dua bu-
yur ki, onlardan olum” deyincə, “Ya Rəbb! Bunu onlardan et!” buyurdu. Biri 
qalxıb eyni duanı istəyincə, “Ukaşə səndən cəld davrandı” buyurdu.  
Təvəkkül səbəblərə yapışıb, gerisi üçün zehni yormamaqdır.  
 
  


Yüklə 5,19 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə