Kitabüs-salat namaz kitabi



Yüklə 5,19 Kb.
Pdf görüntüsü
səhifə7/56
tarix16.11.2017
ölçüsü5,19 Kb.
#10521
1   2   3   4   5   6   7   8   9   10   ...   56

 15
(Müsəlman olmayan, qeyri-müslim vətəndaşlara və turistlərə də gülərüz-
lü və şirindilli davranmalıdır. Gözəl əxlaqımız ilə dinimizi onlara sevdirməli-
yik) 
10. Peyğəmbərimizin və  Əshabəsinin göstərdiyi doğru yoldan ayrılmayan 
həqiqi müsəlmanların iman etdiyi kimi inanmalıdır. Doğru inanmış olmaq üçün 
Əhli-sünnət vəl-camaat etiqadına uyğun olaraq iman etməlidir. (Əhli-sünnət 
alimlərinin yazdıqları həqiqi din kitablarına tabe olanlara yüz şəhid savabı verilə-
cəkdir. Dörd məzhəbin hər hansı birisinin alimlərinə “Əhli-sünnət alimi” deyi-
lir. Əhli-sünnət alimlərinin rəisi, İmamı-azam Əbu Hənifədir. Bu alimlər Əshabi-
kiramdan öyrəndiklərini yazmışlar, Əshabi-kiram da bunları Rəsulullahdan eşit-
diklərini söyləmişdilər.) 
 
 
ƏHLİ SÜNNƏT ETİQADI 
 
 Müsəlman olmağın ilk şərti iman etməkdir. Doğru iman isə Əhli-sünnət eti-
qadına uyğun olaraq inanmağa bağlıdır. Ağıllı olan və həddi-büluğa girən kişi və 
qadının birinci vəzifəsi Əhli-sünnət alimlərinin kitablarında yazdıqları iman mə-
lumatlarını öyrənmək və bunlara uyğun olaraq inanmaqdır. Qiyamətdə  Cəhən-
nəm əzabından qurtulmaq onların bildirdiklərinə inanmağa bağlıdır. Cəhənnəm-
dən qurtulacaq olanlar, yalnız bunların yolunda gedənlərdir. Onların yolunda ge-
dənlərə “sünni” və ya “Əhli-sünnət” deyilir.  
Bir Hədisi-şərifdə “mənim ümmətim yetmiş üç firqəyə  (qola) bölünəcək. 
Bunlardan yalnız bir firqə Cəhənnəm əzabından qurtulacaq, digərləri isə hə-
lak olacaq, Cəhənnəmə gedəcəkdir” buyuruldu. Bu yetmiş üç firqədən hər biri 
islamiyyətə tabe olduğunu iddia etməkdə  və  Cəhənnəmdən qurtulacağı bildirilən 
firqənin öz firqəsi olduğunu söyləməkdədirlər. Möminin surəsinin 54-cü və Rum 
surəsinin 32-ci ayəti-kərimələrində  məalən:  “Hər firqə doğru yolda olduğunu 
zənn edərək sevinməkdədir”  buyuruldu. Halbuki bu müxtəlif firqələr arasından 
qurtulan olan birinin əlamətlərini Peyğəmbərimiz “sallallahü aleyhi və səlləm” belə 
bildirmişdir: “Bu yolda olanlar mənim və əshabəmin getdiyi yolda olanlardır”. 
Əshabi-kiramın birini belə sevməyən,  Əhli-sünnətdən ayrılmış olur. Əhli-sünnət 
etiqadında olmayan kafir olur və ya “Bidət əhli” yolunu azmış olur.  
 
 
ƏHLİ-SÜNNƏT ETİQADINDA OLMAĞIN ƏLAMƏTLƏRİ 
 
Allahü təala Əhli-sünnət etiqadına uyğun iman edən müsəlmanlardan razı-
dır. Bu cür inanmış olmağın bir çox şərtləri vardır. Əhli-sünnət alimləri bunları 
aşağıdakı kimi izah etmişlər: 
1.
 
İmanın altı  şərtinə, yəni Allahü təalanın varlığına və birliyinə, ortağı  və 
bənzərinin olmadığına, Mələklərinə, Kitablarına, Peyğəmbərlərinə, Axirət həya-
tına, xeyir və şərin, yaxşılıq və yamanlığın Allahü təala tərəfindən yaradıldığına 
inanmalıdır. (Bunlar “Əməntü”də bildirilmişdir). 


 16
2.
 
Allahü təalanın son kitabı olan Qurani-Kərimin Allahü təalanın kəlamı 
olduğuna inanmalıdır.  
3.
 
Mömin öz imanından heç şübhə etməməlidir. 
4.
 
Peyğəmbərimizə “sallallahü aleyhi və  səlləm” iman edib, həyatda ikən 
onu görməklə şərəflənən Əshabi-kiramın hamısını çox sevməlidir. Dörd xəlifəsi-
nə, yaxın qohumları olan Əhli beytinə və möhtərəm xanımlarından heç birinə dil 
uzatmamalıdır. 
5.
 
İbadətləri imandan bir parça bilməməlidir. Allahü təalanın əmr və qada-
ğalarına inanıb, tənbəlliklə yerinə yetirməyən möminləri kafir bilməməlidir. Ha-
ramlara əhəmiyyət verməyənlərin, islamiyyətə lağ edənlərin imanı gedər. 
6.
 
Əhli qiblə olduqlarını söyləyən Allahü təalaya və Peyğəmbəri Muham-
məd əleyhissəlama inandım dediyi halda, səhv etiqadda olanları kafir olduqlarını 
söyləməməlidir. 
7.
 
Açıq-aydın günah işlədiyi bilinməyən hər imamın arxasında namaz qıl-
malıdır. Bu hökm cümə və bayram namazlarını qıldıran əmirlərə və valilərə də 
şamil edilir.  
8.
 
Müsəlmanlar başındakı  əmirlərinə, idarəçilərinə üsyan etməməlidir. Üs-
yan etmək fitnə çıxarmaq olur və müxtəlif fəlakətlərə yol açır. Rəhbərlərin xeyir-
li işlə məşğul olması üçün dua etməli və günah işlərdən əl çəkmələri üçün şirin 
dil ilə nəsihət etməlidir. 
9.
 
Dəstəmaz alarkən ayaqları yumaq əvəzinə, heç üzr və zərurət olmasa be-
lə, yaş əl ilə bir dəfə məst üzərinə məsh etmək, kişi üçün də qadın üçün də caiz-
dir (icazə verilir). Çılpaq ayaq və corab üzərinə məsh etmək olmaz. 
10.
 
Peyğəmbərimizin “sallallahü aleyhi və səlləm” Miracının həm ruh, həm 
də  bədən ilə olduğuna inanmalıdır. “Mirac bir haldır, yəni yuxuda olmuşdur”, 
deyənlər Əhli-sünnətdən ayrılarlar.  
Cənnətdə möminlər Allahü təalanı görəcəklər. Qiyamət günündə Peyğəm-
bərlər və saleh, yaxşı insanlar şəfaət edəcəklər. Qəbir sualı vardır. Qəbirdə əzab 
ruh və  bədənə olacaqdır. Övliyanın kəraməti haqdır. Kəramət Allahın sevgili 
qullarında meydana gələn xariqüladə hallar olub, Allahü təalanın adətindən kə-
nar, yəni fizika, kimya və biologiya qanunlarından kənar ikram və ehsan etdiyi 
şeylərdir və inkar edilməyəcək qədər çoxdur. Qəbirdə ruhlar dirilərin etdiklərini 
və söylədiklərini eşidirlər. Qurani-Kərim oxumaq, sədəqə vermək və hətta bütün 
ibadətlərimizin savablarını ölülərin ruhlarına göndərmək, onlara fayda verir, 
əzablarının azaldılmasına və ya qaldırılmasına səbəb olur. Bunların hamısına 
inanmaq Əhli-sünnət etiqadında olmağın əlamətlərindəndir.  
 
 
 
İMANIN ŞƏRTLƏRİ 
 
 İmanın şərti altıdır. Bunlar “Əməntü”də açıqlanmışdır. İmanın bəlli altı şe-
yə inanmaq olmasını  Rəsulullah “sallallahü aleyhi və  səlləm” bildirmişdir. Bu-
nun üçün hər müsəlman övladına “Əməntü”nü əzbərlətməli və mənasını da yaxşı 
öyrətməlidir.  


Yüklə 5,19 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə