“Sabahın Alimlərinə” dəstək BİRİNCİ avropa oyunlari əMƏLİyyat komiTƏSİNİn müTƏXƏSSİSLƏRİ TƏLƏBƏLƏRLƏ GÖRÜŞÜBLƏR



Yüklə 302,05 Kb.
Pdf görüntüsü
səhifə1/6
tarix21.06.2018
ölçüsü302,05 Kb.
#50022
  1   2   3   4   5   6


“Sabahın 

Alimlərinə” dəstək

BİRİNCİ AVROPA OYUNLARI ƏMƏLİYYAT KOMİTƏSİNİN  

MÜTƏXƏSSİSLƏRİ TƏLƏBƏLƏRLƏ GÖRÜŞÜBLƏR

 

 



 

 

 



                  

Qəzet 1933 -cü ildən çıxır.                 № 04 (1601) 28  fevral 2015 - ci il                           Qiyməti 40 qəpik



BU  SAYIMIZDA 

Azərbaycan Prezidenti İlham Əliyev Xocalı faciəsi 

qurbanlarının xatirəsini anma mərasimində iştirak edib

İyirmi üç il əvvəl - 1992-ci il fevralın 25-dən 26-



na keçən gecə erməni təcavüzkarları Azərbaycanın 

Xocalı  şəhərində  bəşəriyyət  tarixində  ən  qanlı 

faciələrlə bir sırada duran soyqırımı törədiblər.

Azərbaycan  paytaxtının  minlərlə  sakini  Xocalı 

soyqırımının  23-cü  ildönümü  ilə  əlaqədar  anma 

mərasimində  iştirak  etmək  üçün  fevralın  26-da 

səhər tezdən Xətai rayonunda faciə qurbanlarının 

xatirəsinə ucaldılmış abidənin önünə toplaşmışdı.

Azərbaycan  Respublikasının  Prezidenti  İlham 

Əliyev anma mərasimində iştirak edib.

Abidənin  yanında  fəxri  qarovul  dəstəsi 

düzülmüşdü.

Prezident İlham Əliyev abidənin önünə əklil qoydu, 

faciə qurbanlarının xatirəsinə ehtiramını bildirdi.

Baş  nazir  Artur  Rasizadə,  Milli  Məclisin  sədri 

Oqtay Əsədov, Türkiyənin ölkəmizdə səfərdə olan 

xarici işlər naziri Mövlud Çavuşoğlu abidənin önünə 

gül dəstələri qoydular.

Mərasimdə  dövlət  və  hökumət  nümayəndələri, 

Milli Məclisin deputatları, nazirlər, komitə və şirkət 

rəhbərləri,  dini  konfessiyaların  başçıları,  habelə 

qırğından  xilas  ola  bilmiş  Xocalı  sakinləri  iştirak 

edirdilər.

Anma mərasiminin iştirakçıları abidənin önünə tər 

qızılgüllər, qərənfillər düzdülər.

6

İ.İsayev:

“ATU-nun bu günkü maddi- 

texniki bazasının vəziyyəti 

innovativ elmi- 

tədqiqat işlərinin aparılmasına 

və rəqabət qabiliyyətli 

mütəxəssislərin hazırlanmasına 

tam imkan verir”

2

XOCALI 

FACİƏSİ 

ANILDI

4

3

BÖYÜK ALİMİN XATİRƏ 

İŞIĞINDA



http://www.amu.edu.az

28 fevral  2015-ci il

2

Ali 



Attestasiya 

Komissiyası 

tərəfindən  şuraların təsdiq olundu-

ğunu  və  onların  da    tərkibində  bir 

sıra  dəyişiliklər  edildiyini  söyləyən 

rektor, bəzi üzvlərin işə səhlənkarlığı 

və məsuliyyətsizliyinə görə iradların 

olduğunu bildirib. Şuralara tələbatın 

artdığını vurğulayan Ə. Əmiraslanov 

dedi  ki,  bura  düşən  insanlar 

bilməlidir ki, bu onlara göstərilən çox 

böyük etimaddır və onlar məsulliyyət 

daşıyırlar.  Müdafiə  şuralarının  və 

problem  komissiyalarının    işi  ilə 

bağlı  tövsiyələrini  şura  üzvlərinin  

diqqətinə  çatdıran  rektor  bir  sıra 

jurnallarda dərc olunan məqalələrin 

səviyyəsinin  aşağı  olduğunu  da 

qeyd edib. 

 Sonra universitetin elmi işlər üzrə 

prorektoru, professor İbrahim İsayev  

“Azərbaycan  Tibb  Universitetində 

2014-  cü  il  ərzində  yerinə  yetirilən 

elmi-  tədqiqat  işlərinin  vəziyyəti  və 

qarşıda duran vəzifələr” barədə ge-

niş hesabat məruzəsi ilə çıxış edib.

Məruzəçi 

hesabatını 

əsasən 

statistik  rəqəmlər  üzərində  qura-



raq  paralellər  apardı,  göstəriciləri 

slaydlar  vasitəsilə  şura  üzvlərinin 

nəzərinə çatdırdı.

Son  illər  Azərbaycan  Respub-

likasının  Prezidenti  cənab  İlham 

Əliyevin rəhbərliyi ilə ölkəmizdə elm 

və  təhsilin  inkişafı  istiqamətində 

çoxsaylı uğurlara imza atıldığını önə 

çəkən  natiq  vurğuladı  ki,  ölkəmizin 

qarşıdakı  illərdə  inkişaf  yolları-

nı  müəyyənləşdirən  «Azərbaycan 

2020  gələcəyə  baxış»  İnkişaf  Kon-

sepsiyasında  elm  və  təhsilin  qarşı-

sında  qoyulan  mühüm  vəzifələrdən 

və  bu  istiqamətdə  görülən  işlərdən 

söhbət açdı. 

O,  vurğuladı  ki  elmin  məqsədi 

yeni biliklər əldə etməkdirsə, təhsilin 

vəzifəsi  bu  bilikləri  insanlara  çatdır-

maqdır. Elm və təhsil vəhdət halında 

daim yeniləşir və inkişaf edir. 

Sözünə  davam  edən  İ.İsayev  bil-

dirdi  ki,  son  illərdə  yüksək  ixtisaslı 

tibb kadrları hazırlayan Azərbaycan 

Tibb  Universitetinin  maddi-texniki 

bazası  möhkəmlənmiş,  Universi-

tetin  nəzdində  Onkoloji,  Stomato-

loji,  Tədris-Terapevtik  və  Tədris-

Cərrahiyyə 

Klinikaları 

fəaliyyət 

göstərir.  2014-cü  ildə  Stomatoloji 

Klinikanın nəzdində yeni Stomatolo-

ji  Tədris Mərkəzi açılmışdır. Klinika 

tibb  elminin  ən  son  nailiyyətlərinə 

cavab  verən  müasir  texnoloji  ava-

danlıqlarla təchiz olunmuşdur ki, bu 

da tələbə və rezidentlərin nəzəri və 

praktik biliklərinin təkmilləşdirməkdə 

müstəsna əhəmiyyətə malikdir.

2014-cü ildə Universitetin beynəl-

xalq  təcrübəyə  uyğun  təkmil ləş-

diril məsi,  yeni  maliyyələş dir mə 

me xanizminin  tətbiqi  sahəsində  is-

lahatlar  davam  etdirilmiş,  bu  təhsil 

müəssisəsinin  təhsil–tədqiqat–in-

novasiya mərkəzlərinə çevrilməsinə 

dəstək verən və rəqabət qabiliyyətli 

mütəxəssis  hazırlığını  təmin  edən 

işlərə başlanmışdır.

Ali  təhsil  müəssisəsində  aparılan 

elmi-tədqiqatlar  müasir  standartlar 

səviyyəsinə çatdırılması, elmin infor-

masiya  təminatının  güçləndirilməsi, 

qrant  maliyyələşdirilməsinin  tətbi-

qi,  beynəlxalq  elmi  əlaqələrin  də-

rinləşdirilməsi  sahəsində  tədbirlər 

görülməkdədir. 

Hesbat  ili  ərzində  universitetimi-

zin  bir  çox  nailiyyətlər  əldə  etdiyini 

söyləyən  məruzəçi  AMEA-nın  bu  il 

keçirdiyi  növbəti  seçkilər  zamanı  4 

əməkdaşımızdan- bir nəfərin həqiqi, 

üç nəfərin isə müxbir üzvülüyə seçil-

diyini, ölkə rəhbərliyinin milli səhiyyə 

sisteminə  xüsusi  diqqət  və  qayğısı 

sahəsində Azərbaycan səhiyyəsinin 

inkişafındakı  xidmətlərinə  görə  bir 

qrup  universitet  əməkdaşlarının  

fəxri  adlara  və  xüsusi  mükafatlara 

layiq görüldüyünü qeyd etdi.

Bundan  başqa  ötən  il  elmin  in-

kişafında  mühüm  nailiyyətlər  əldə 

edən alimləri daha yüksək səviyyəli 

tədqiqatlara  həvəsləndirmək  və 

Azər baycanda  görkəmli  alimlərin 

xatirəsini əbədiləşdirmək məqsədilə 

AMEA-da adlı mükafatlar təsis olun-

muşdur. II cərrahi xəstəliklər kafed-

rasının  müdiri  akademik  Böyükkişi 

Ağayev  səhiyyənin  və  tibb  elminin 

fundamental,  tətbiqi  sahələrinin  in-

kişafındakı  çoxillik  xidmətlərinə 

və  nailiyyətlərinə  görə  akademik 

Mirəsədulla 

Mirqasımov 

adına 

mükafata  layiq  görülmüşdür.  Türk 



Dünyası  Araşdırmaları  Uluslara-

rası  Elmlər  Akademiyasının  tibb 

sahəsində  mühüm  xidmətlərinə 

görə universitetin patoloji fiziologiya 

kafedrasının müdiri, professor Sabir 

Əliyev  «İbn  Sina»  diplomu  ilə  təltif 

olunmuşdur.

Respublikamızın  beynəlxalq  miq-

yasda  nüfuzunun  artmasına  və  bu-

nun nəticəsində universitetimizdə bir 

çox beynəlxalq konqres və konfrans-

ların,  müxtəlif  məzmunlu  görüşlərin 

keçirildiyini söyləyən İbrahim İsayev 

hesabat  məruzəsində  qeyd  etdi  ki, 

2014-cü ildə Azərbaycanda ilk dəfə 

keçirilən “Bakı Elm Festivalı”nda Uni-

versitetimizin əməkdaşlarının iştirakı 

elmimiz  üçün  böyük  əhəmiyyət  da-

şımaqla bərabər, gənc alimlərimizin 

elmi  nailiyyətlərinin  təbliğində  və 

fəaliyyətlərinin 

stimullaşdırılma-

sında  önəmli  yer  tutur.  Hesabat 

ili  ərzində  ATU-nun  elmi-pedaqoji 

heyəti  xarici  ölkələrdə  keçirilən  99 

müxtəlif  elmi  konfrans,  konqres  və 

simpoziumlarda  155  əməkdaşı  işti-

rak  etmişdir  (onlardan  35  çıxış,  23 

poster  məruzə,  7  həmsədr  olmuş-

dur).


Alimi səciyyələndirən göstəricilərə 

diqqəti  yönəldən  natiq  2014-cü 

ildə  aparılan  elmi-tədqiqat  işlərinin 

nəticələrini  şərh  edərək  bildirib  ki, 

bunlar  12  monoqrafiya  və  kitab-

da  (1–xaricdə),  18  dərslikdə,  44 

dərs  vəsaitində,  5  kitabça  və  sor-

ğu  ədəbiyyatında,  3  elmi  əsərlər 

məcmuəsində,  419 elmi iş xaricdə, 

724  Respublikada,  32  metodik  töv-

siyyədə, 6 ixtiraya və 2 faydalı mo-

delə  Azərbaycan  Resublikasının 

paten tində,  9  müsbət  qərarda  (o 

cümlədən  1  xaricdə)  öz  əksini  tap-

mışdır. 

Başa  çatmış  elmi-tədqiqat  işləri 

üzrə 7 elmlər doktoru və 39 fəlsəfə 

doktoru müdafiə edilmişdir.  

2015-ci  il  yanvar  ayının  əvvəlinə 

olan məlumata əsasən Azərbaycan 

Tibb  Universitetində  ümumilikdə 

1366  nəfər  çalışır,  onlardan  1244 

professor-müəllim  heyəti,  həmçinin 

RTEA akademiki–4, RTEA-nın müx-

bir  üzvü–1,  AMEA  həqiqi  üzvü–4, 

Elmlər 


Akademiyasının 

müxbir 


üzvü–6,  Dövlət  mükafatı  laurea-

tı–4, ə.e.x.–29, əməkdar həkim–47, 

əməkdar  müəllim  –  41,  fəxri  bədən 

tərbiyəsi  və  idman  işçisi  –  3, 

əməkdar  bədən  tərbiyəsi  və  idman 

xadimi  –  3,  əməkdar  əczaçı  –  1, 

əməkdar jurnalist – 1, elmlər doktoru 

– 161, fəlsəfə doktoru –841, profes-

sor – 120, dosent – 331   nəfərdir.

ATU-nun  beynəlxalq  əlaqələrinin 

də günün tələbləri səviyyəsində qu-

rulduğunu  söyləyən  prorektor    ha-

zırda bu təhsil və elm ocağının dün-

yanın nüfuzlu ali təhsil müəssisələri 

ilə  sıx  əməkdaşlıq  etdiyini,  bir 

sıra  universitetlərlə  fəal  tələbə  və 

mütəxəssis  mübadiləsi  apardı-

ğını  deyib:  “Universitet  ali  təhsil 

sahəsində  Avropa  İttifaqı,  Mərkəzi 

və  Şərqi  Avropa  ölkələri  ilə  Şərqi 

Asiya  ölkələri  arasında  əməkdaşlıq 

üzrə  TEMPUS  TASİS  proqramına 

görə  Transavropa  əməkdaşlığının 

üzvüdür.  

ATU-nun  beynəlxalq  əlaqələri  də 

günün  tələbləri  səviyyəsində  quru-

lur.  Hazırda  bu  təhsil  və  elm  ocağı 

dünyanın  84-ə  yaxın  nüfuzlu  ali 

təhsil müəssisəsi ilə sıx əməkdaşlıq 

edir,  bir  sıra  universitetlərlə  fəal 

tələbə  və  mütəxəssis  mübadiləsi 

aparır.


Son  üç  ildə  Azərbaycan  Tibb 

Universitetində 

Avropa 

İttifaqı-



nın  MUMEENA  (Qonşu  Şərqi  Av-

ropa  Ölkələrində  Tibb  Təhsilinin 

Modernləşdirilməsi) layihəsi çərçivə-

sində  tibb  təhsilinin  müasirləşməsi 

istiqamətində işlər aparılır.

Çıxışında  Əsaslı  kitabxananın 

fəaliyyətinə  də  toxunan  prorektor 

dedi  ki,  Əsaslı  kitabxanada  elekt-

ron kitabxananın yaradılması işi ha-

zırda  mövcud  beynəlxalq  elektron 

nəşrlərinin  oxuculara  təqdim  olun-

ması  formasında  həyata  keçirilir. 

Kitabxananın fondunda çoxlu sayda 

elektron materiallar mövcuddur. La-

kin elektron kitabxananın yaradılma-

sında  maneə  olaraq  alimlərimizin 

əsərlərinin  elektron  variantının  fon-

dumuzda mövcud olmamasıdır.

Azərbaycan tibb elmi bu gun dün-

ya  səviyyəsində  bir  inkişaf  yolun-

dadır.  Hörmətli  alimlərimizin  kitab-

xanamızla  əməkdaşlıq  edərlərsə, 

həm  milli,  həm  də  xarici  dildə  elmi 

ədəbiyyatın daxil olduğu elektron ki-

tabxana yarada bilərik.

Bundan  başqa,  elektron  kitabxa-

nanın  yaradılması  üçün  irihəcmli 

skanerin  olması  vacibdir.  Onun 

vasitəsilə  fondda  olan  unikal  tibbi 

ədəbiyyat elektron kitabxana fondu-

na salına bilinər.

O,  çıxışının  sonunda  xalqın  sağ-

lamlığının keşiyində dayanmaq kimi 

humanist bir vəzifə sahibi olduqlarını 

heç  vaxt  unutmayan  Tibb  Universi-

teti əməkdaşlarının bundan sonra da 

yorulmadan  səhiyyənin  inkişafına, 

yeni tibb mütəxəssislərinin hazırlan-

masına  öz  töhfələrini  verəcəklərinə 

əminliyini bildirib.

Müzakirələr  zamanı  çıxış  edən 

professorlar  Amalya  Əyyubova, 

Qalib  Qarayev,  Gəray  Gəraybəyli, 

Çingiz  Rəhimov  və  Lalə  Allah-

verdiyeva  hesabatı  qənaətbəxş 

qiymətləndirərək  universitetin  elmi 

potensialının yüksək olduğunu, apa-

rılan  işlərin  istiqamətinin  düzgün 

müəyyənləşdirildiyini 

söyləyiblər. 

Həllini  gözləyən  problemlərlə  bağ-

lı  təkliflərini  irəli  sürən  natiqlər  yerli 

və  beynəlxalq  qrant  layihələrində 

iştirakın  vacibliyindən  söz  açıblar. 

Eyni zamanda elmi-tədqiqat işlərinin 

aparılması məqsədilə xarici ölkələrə 

ezam  olunmuş  əməkdaşların  qayıt-

dıqdan sonra gördükləri işlər barədə 

hesabat vermələrini məqsədəuyğun 

hesab ediblər. 

Məruzə  və  çıxışlarda  səslənən 

fikirlərə  yekun  vuran  Əhliman 

Əmiraslanov  müzakirə  olunan  mə-

sələ nin  vacibliyini  önə  çəkərək 

tədrislə  elmi-tədqiqat  işlərinin  pa-

ralel  aparılmasının  zəruriliyindən 

danışıb:  “Doğurdan  da  İbrahim 

müəllimin hesabatı üzündən oxunan 

standart bir məruzə deyildi, o geniş 

analizlər  apararaq  ətraflı  məlumat 

verdi. Bu, o demək deyil ki, kafedra 

əməkdaşları bir il müddətində elmdə 

inqilab  eləsin.  İndi  internet  sistemi 

var, onlar  heç olmasa dünyada baş 

verən elmi nailliyyətləri öyrənməlidir. 

Amma təəssüflər olsun, elə insanlar 

var    ki,  hesab  edirlər  dissertasiya-

nı  müdafiə  elədim  daha  mənə  heç 

nə  lazım  deyil.  Biz  xarici  jurnalla-

ra  hər  il  nə  qədər  vəsait  ayırırıq  ki, 

əməkdaşlarımız  onlardan  faydalan-

sınlar.  Lakin    kitabxanadan  mənə 

məlumat  verirlər  ki,  bir  nəfər  də  ol-

sun  o  jurnalları  sifariş  vermir.  Uni-

versitetin  hər  bir  əməkdaşı-kafedra 

müdirindən  tutmuş  professor  və 

dosentinədək  hamı  bilməlidir  ki, 

onlar    pedaqoji  işlə  yanaşı,  paralel 

elmi–tədqiqatla  da  məşğul  olmalı-

dır.  Əgər  hər  hansı  kafedrada  bir  il 

ərzində  bir  elmi  iş  yazılmayıbsa  bu 

biabrçılıqdır.  Mən  həmişə  deyirəm 

ki, biz ilk növbədə pedaqoq olmaqla 

bərabər, həm də elmi tədqiqatçıyıq. 

Kafedralarda  işləyənlərin  böyük 

əksəriyyəti  elmi-tədqiqat  işləri  ilə 

məşğul  olmalıdırlar.  Ona  görə  də 

elmi tədrisdən ayırmaq mümkün de-

yil. Əgər bu gün kimsə elmi-tədqiqat 

aparmırsa, öz sahəsinin səviyyəsini 

yüksəltmirsə,  burada  yaxşı  tədris-

dən söhbət gedə bilməz.” Universite-

tin elmi-tədqiqat laboratoriyalarında-

kı  mövcud vəziyyətdən söhbət açan 

rektor  bu  işləri  yüksək  səviyyədə 

aparmaq üçün xaricdən lazımi ava-

danlıqların  və  reaktivlərin    alınması 

və  gətirilməsi  üçün  xüsusi  komissi-

yanın yaradıldığını bildirdi. Kafedra-

ların etdiyi müraciəti həmin komissi-

yaya araşdıracaq və onun əsasında 

lazımi avadanlığı əldə edəcək. Rek-

tor  daha  sonra  qarşıda  duran  bir 

sıra  görüləcək  tədbirlərdən  söhbət 

açdı, müxtəlif məsələlər barədə şura 

üzvlərini məlumatlandırdı.

Böyük  Elmi  Şura  müsabiqə 

məsələlərini  həll  etməklə  öz  işini 

başa çatdırdı.           

           



MƏNSUR

B Ö   Y Ü K   E L   M İ   Ş U   R A D A

2014-cü il ərzində yerinə yetirilən elmi- tədqiqat işlərinin 

vəziyyəti və qarşıda duran vəzifələr müzakirə edilib



   



Fevralın 23-də Böyük Elmi Şuranın növbəti yığıncağı keçirildi. Yığınca-

ğı açan ATU-nun rektoru, millət vəkili, akademik Əhliman Əmiraslanov gündəliyə 

keçməzdən öncə bildirdi ki, universitet rəhbərliyinin struktrunda müəyyən 

yerdəyişmələr olub. Prorektorlar Sabir Əliyev tədris işləri üzrə, İbrahim İsayev 

elmi işlər üzrə, Rafiq Məmmədhəsənov tərbiyə işləri üzrə, Natiq Xəlilov ümumi 

işlər üzrə, Aydın Vəliyev təsərrüfat işləri üzrə tutduqları vəzifədə qalıblar. Lakin 

müalicə işi və beynəlxalq əlaqələr üzrə prorektor,  professor Əziz Əliyevin başqa 

işə keçməsi ilə əlaqədar beynəlxalq əlaqələr şöbəsinin müdiri Rəhimə Qabulova 

beynəlxalq əlaqələr və xarici tələbələrlə üş üzrə prorektor, Nadir Zeynalov isə 

beynəlxalq əlaqələr şöbəsinin müdiri  vəzifəsinə təyin olunmuşdur. Səhiyyə nazirliyi 

ilə aparılan məsləhətləşmələrdən  sonra qərara  gəlinib ki, müalicə işləri üzrə pro-

rektorluğa ehtiyac yoxdur.  Klinika rəhbərlərinin  öz işlərini mükəmməl idarə edə 

bildiklərindən  müalicə işlərinin müstəqil şəkildə aparılması da onlara həvalə edilib.


Yüklə 302,05 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə