“Sabahın Alimlərinə” dəstək BİRİNCİ avropa oyunlari əMƏLİyyat komiTƏSİNİn müTƏXƏSSİSLƏRİ TƏLƏBƏLƏRLƏ GÖRÜŞÜBLƏR



Yüklə 302,05 Kb.
Pdf görüntüsü
səhifə2/6
tarix21.06.2018
ölçüsü302,05 Kb.
#50022
1   2   3   4   5   6

28 fevral  2015-ci il

http://www.amu.edu.az

3



Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlər Strategi-



yası əsasında  fevralın 12-14-dək  Heydər Əliyev Mərkəzində “Saba-

hın Alimləri” IV Respublika müsabiqəsi keçirilmişdir.  Müsabiqə Təhsil, 

Gənclər və idman nazirlikləri, Heydər Əliyev Mərkəzi, Azərbaycan Təhsil 

İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi və İntel İSEF-in 

birgə təşəbbüsü ilə  baş tutub.

Müsabiqənin  əsas  məqsədi  yuxarı  sinif    şagirdlərində    mü-

asir  düşüncə  tərzinin  formalaşdırılması,  onların  idarəetmə  və 

tədqiqatyönlü fəaliyyətə cəlb edilməsi, o cümlədən gənçlərə elmi 

təfəkkür  tərzi  və  tədqiqatçılıq  vərdişlərini  aşılamaqdan  ibarət  ol-

muşdur. 


“Sabahın  Alimləri”  IV  Respublika  müsabiqəsində  204  şagird 

106 elmi layihə ilə iştirak edib. Onların 39-u fərdi, 67- si kollektiv 

layihə olmuşdur. Müsabiqəyə  Bakı  şəhəri ilə yanaşı, bölgələrin 

ümumtəhsil məktəblərinin şagirdləri də layihələr təqdim etmişlər.

Müsabiqəyə təqdim olunan layihələr münsiflər heyəti tərəfindən 

səkkiz nominasiya üzrə qiymətləndirilib, nəticədə 47 layihə I, II və 

III yerlərə layiq görülüb.  

Bu maraqlı müsabiqəyə Azərbaycan Tibb Universitetinin alimləri 

də qoşulmuşdur. Belə ki, Bakı şəhəri, Yasamal rayonunun 60 saylı 

məktəbinin rəhbərliyi Azərbaycan Tibb Universitetinin rəhbərliyinə 

müraciət  edərək  Elmi  Tədqiqat  Mərkəzində  hazırlanmış  “Dep-

resiya  əleyhinə  fitokompazisiya”  mövzusunda  elmi-tədqiqat  işi-

nin  müsabiqəyə  hazırlanmasında    köməklik  istəmişlər.  Bununla 

əlaqədar olaraq Elmi Tədqiqat Mərkəzinin direktoru,  ə.e.x., profes-

sor  Qalib Qarayev  öz  tərəfindən farmakologiya  şöbəsinin müdi-

ri, professor Ramiz Axundova təqdim olunan mövzunu şagirdlərin 

iştirakı ilə araşdırmağı xahiş etmişdir. 

Professor  Ramiz  Axundov  ilk  növbədə  şagirdləri  laboratoriya 

avadanlıqları  və  təcrübə  heyvanlarına  qulluq  qaydaları  ilə    tanış  

etməklə,  mövzuya  aid  ədəbiyyat  məlumatlarının  toplanılmasın-

da  şagirdlərə  qiymətli  məsləhətlər  verdi.  Aparılan  elmi  tədqiqat 

işlərinin nəticəsində  “Azadepressin”  fitokompazisiyanın heyvan-

larda bəzi davranış effektləri araşdırıldı. Müəyyən olundu ki, “Aza-

depressin” heyvanların ümumi əhval-ruhiyyəsini yaxşılaşdırır, dav-

ranışı fəallaşdırır və yorğunluğu aradan qaldırır. 

Fevralın  14-də    Heydər  Əliyev  Mərkəzində    müsabiqənin 

qaliblərinin  mükafatlandırılması  mərasimi    olmuşdur.    Aparılan 

elmi tədqiqat işlərinin nəticələri  “Sabahın Alimləri”  IV Respublika 

müsabiqəsinə təqdim olundu və üç gün müddətində davam edən 

müsabiqədə Yasamal rayonunun 60 saylı məktəbinin  9-10-cu sinif 

şagirdlərindən  Atabəyli Məlik, Həsənova Maya və Həsənli  Lalə 

müsabiqədə münsiflər heyəti tərəfindən  yüksək qiymətləndirilərək 

2-ci  yerə  (gümüş  medala  və  sertifikatlara)  layiq  görülüblər.  Belə 

müvəffəqiyyətin qazanılmasında  həmin məktəbin direktorunun və 

biologiya müəlliməsi Rəhimova Səfurə xanımın fəaliyyəti və xüsusi 

rolu danılmazdır.  

 

Azərbaycan  Tibb  Universitetinin  əməkdaşları  bundan  sonra  da 



gələcəkdə      bu  istiqamətdə  fəaliyyətlərini  davam  etdirən    gənc 

alimlərə  tədqiqat işlərini  aparılması  üçün lazım olan şəraitin yara-

dılmasında öz köməyini əsirgəməyəcək. 

Kollektiv  müsabiqədə  iştirak  edən  bütün  şagirdlərə    bu  şərəfli 

işdə uğurlar arzulayır.

Şimid QASIMOV,

ETM-in bioloji fəal maddələrin sintezi  şöbəsinin baş elmi 

işçisi, dosent

F

evralın  16-da  ATU-



nun  Tədris  Cər-

rahiyyə  Kli ni  kasında 

“Bakı-2015”  Birinci  Av-

ropa  Oyunları  Əməliyyat 

Komitəsinin 

(BAOƏK) 

mütəxəssisləri  tələbələrlə 

görüşüblər. 

ATU-nun  Tələbə  Həm karlar  İttifaqı  Komitəsinin 

sədri  Elşad  Novruzovun  təşəbbüsü  ilə  baş  tutan 

tədbirdə  çıxış  edən  universitetin  tədris  işləri  üzrə 

prorektoru, professor Sabir Əliyev idman sahəsində 

ölkəmizin  son  illərdəki  uğurlarının  Birinci  Avropa 

Oyunlarının Bakıda keçirilməsinə əsas verdiyini de-

yib.


Bu  məsələnin  həmişə  ölkə  rəhbərliyinin 

nəzarətində  olduğunu  bildirən  prorektor    Birin-

ci  Avropa  Oyunları  Təşkilat  Komitəsinin  sədri, 

Heydər  Əliyev  Fondunun  prezidenti,  YUNESKO 

VƏ  İSESKO-nun  xoşməramlı  səfiri,  millət  vəkili  

Mehriban  xanım  Əliyevanın  yarışların  yüksək 

səviyyədə  keçirilməsi  üçün  göstərdiyi  dəstəyi  xü-

susi vurğulayıb. O, yeni tikilən və bərpa olunan id-

man kompleksləri, Olimpiya şəhərciyi, KİV-lər üçün 

nəzərdə tutulmuş media mərkəzinin yaradılmasın-

dan söz açaraq Birinci Avropa Oyunlarına hazırlıq 

işlərinin  vüsətlə  davam  etdiyini  diqqətə  çatdırıb. 

Bununla əlaqədar gənclərimizlə görüşlərin təşkilini 

müsbət hal kimi qiymətləndirərək qeyd edib ki, ar-

tıq  Olimpiya  Oyunlarına  bərabər  tutulan  Avropa 

Oyunlarının    Azərbaycanda  keçirilməsi  ölkəmizə 

göstərilən ən böyük etimaddır. 

S.Əliyev bu yarşlara ev sahibliyi etmək arzusun-

da olan ölkələr arasından Azərbaycanın seçilməsini 

son zamanlar idmançılarımızın istər Olimpiya oyun-

larında,  istərsə  də Avropa  və  dünya  çempionatla-

rında böyük uğurlara imza atması ilə əlaqələndirib. 

Ölkəmizdə belə möhtəşəm yarışlarların keçirilməsi 

üçün  geniş  imkanların  mövcudluğunu  dilə  gətirən 

prorektor  müəyyən  qısqanclıqlara  baxmayaraq 

Birinci  Avropa  Oyunlarının  uğurla  keçəcəyinə 

əminliyini ifadə edib. 

  “Bakı-2015”  Birinci  Avropa  Oyunlarına  həsr 

edilmiş  video-çarx  izlənildikdən  sonra  Birinci  Av-

ropa  Oyunları  Əməliyyat  Komitəsinin  məkanların 

idarə  edilməsi  mütəxəssisi  Nəsimi  Sadıqzadə  bu 

mötəbər yarış barədə ətraflı məlumat verərək bildi-

rib ki, bu ilin 12-28 iyununda ümumilikdə 20 idman 

növü üzrə Avropanın 50 ölkəsindən olan 5 mindən 

çox idmançı sülh, ədalət, dostluq və birlik prinsipləri 

əsasında yarışacaq. 

Komitənin  insan  resusları  üzrə  mütəxəssisi  Şir-

vani  Qurbanova  qurumun  missiyasının  ölkədə  və 

onun hüdudlarından kənarda yenilikçi, təsiredici və 

həyəcanlı tədbir təşkil etmək, növbəti Avropa Oyun-

larının  təməlini  qoymaq  və  yüksək  standartların 

əsasını  yaratmaq  olduğunu  diqqətə  çatdırıb:  “Viz-

yonumuz isə Bakının heyranedici mühitində yüksək 

səviyyəli  idman  yarışlarını  təntənə  ilə  qeyd  edən 

ilk  Avropa  Oyunlarını  keçirmək  və  Azərbaycanı 

müasir və sürətlə inkişaf edən ölkə kimi tanıtmaq-

dır.  Elçilərimiz  azərbaycanlı,  beynəlxalq  və  ulduz 

elçilərindən ibarətdir”. 

BAOƏK-in  telekommunikasiya  üzrə  mütəxəssisi 

Elman  Kərimli  isə  test  oyunları  haqqında  danı-

şaraq  bu  oyunların  ölkəmizin  gənc  əhalisi  üçün 

nəzərdə  tutulduğunu  söyləyib:  “Dünya  görsün  ki, 

Azərbaycanın gənc nəsli idmana maraqlı və sağlam-

lığa meyillidir. Sağlamlıq deyiləndə isə ilk növbədə 

tibb yada düşür. İnsan həyatında olduğu kimi, ya-

rışlarda da həkimlərin rolu böyükdür. Çünki hər bir 

bir  idmançı  həkimlərə  güvənərək  yarışa  çıxır.  Hər 

hansı bir burxulma, əzələ dartılması, zədələnmələr 

baş verərsə həkimə ehtiyac yaranır. Ona görə siz 

də bu komandanın bir hissəsi olacaqsız”. 

Test  oyunlarının    hazırlığın  səviyyəsini  nüma-

yiş  etdirən    bir  faktor  olduğunu  deyən  mütəxəssis 

bildirib  ki,  başlıca  məqsədimiz  dünya  ölkələrinin 

diqqətini  Avropa  Oyunlarına  yönəltməkdir.  O,  test 

oyunlarında Tibb  Universiteti  tələbələrinə  üstünlük 

verilməsinin önəminə də toxunaraq idman yarışla-

rında  bir  tibb  komandasının  fəaliyyət  göstərdiyini 

xatırladıb.  Yarış  ərəfəsində  dopinqin  yoxlanılma-

sı,  zədələrin  aradan  qaldırılması  və  idmançıların 

oyundan  qabaq  nəzarətdən  keçirilməsində 

həkimlərin  əvəzsiz  rolunu  yada  salaraq  tibb 

tələbələrini  Azərbaycanı  dəstəkləməyə  və 

qələbəmiz  naminə  öz  töhfələrini  verməyə  ça-

ğırıb. 


Məlumat  üçün  bildirək  ki,  Avropa  Oyunları 

Avropadakı bütün Milli Olimpiya Komitələrindən 

(MOK) olan atletlər üçün çoxsaylı idman növü 

üzrə keçiriləcək yarışdır və bu yarışlar hər dörd 

ildə bir dəfə baş tutacaq. Oyunlar Avropa Olim-

piya Komitələri (AOK) tərəfindən aparılır, təşkil 

edilir və idarə olunur. Avropa Oyunları 2012-ci 

il dekabrın 8-də İtaliyanın paytaxtı Romada ke-

çirilmiş AOK-un Baş Assambleyasında Avropadakı 

MOK-ların səs çoxluğu ilə təsis edilib. Bu yığıncaq-

da  Oyunları  keçirmək  hüququ  Azərbaycanın  pay-

taxtı Bakı şəhərinə verilib.

Bakıda  keçiriləcək  Birinci  Avropa  Oyunlarından 

məsul olan Təşkilat Komitəsi Azərbaycan Respubli-

kası Prezidentinin Sərəncamı ilə yaradılıb. Komitəyə 

Azərbaycanın birinci xanımı, Azərbaycan Respubli-

kası Milli Olimpiya Komitəsinin İcraiyyə Komitəsinin 

üzvü,  YUNESKO  və  İSESKO-nun  xoşməramlı 

səfiri Mehriban Əliyeva sədrlik edir. Bakı 2015 Bi-

rinci Avropa Oyunları Əməliyyat Komitəsi (BAOƏK) 

Təşkilat Komitəsi sədrinin qərarı ilə yaradılıb.

BAOƏK-in baş icraçı direktoru gənclər və idman 

naziri cənab Azad Rəhimov və baş əməliyyat direk-

toru cənab Saymon Kleqdir.

Həyəcanlandırıcı  və  innovativ  yeni  layihə  olan 

Avropa  Oyunları  qitədə  çoxsaylı  idman  növü  üzrə 

keçirilən  birinci  ən  böyük  yarış  olacaq.  Avropa 

Komitələrinin bütün üzvləri yarışlarda iştirak etmək 

və  mübarizə  aparmaq  üçün  Azərbaycanın  Xəzər 

dənizinin sahilində yerləşən paytaxtı Bakı şəhərinə 

dəvət olunublar. Açılış mərasimi cümə günü - 2015-

ci il iyunun 12-də, bağlanış mərasimi isə bazar günü 

- 2015-ci il iyunun 28-də təntənəli surətdə qeyd olu-

nacaq. 


Bakı 2015 Avropa Oyunlarının Əməliyyat Komitəsi 

(BAOƏK)  oyunların  yüksək  standartlara  uyğun 

şəkildə  planlaşdırmaq,  sınaqdan  keçirmək  və  icra 

etmək üçün bütün lazımi təcrübə və işçi qüvvəsini 

təmin  etmək  baxımından  məsuliyyət  daşıyır. 

Təşkilatın iş strukturu optimallaşdırılıb və görkəmli 

idman  yarışlarını  çox  qısa  planlaşdırma  və  sınaq 

müddətində həyata keçirməyə istiqamətləndirilib.



A.KAMRANOĞLU

Сərrahiyyə Klinikasında  Həmkarlar İttifaqı Komitəsinin (HİK) 

yerli təşkilatının yaradılması üçün təsis yığıncağı keçirilib. Yığın-

caqda HİK-in sədri Cahangir Qasımov və komitə üzvləri iştirak 

edib. Yığıncaqda çıxış  edən klinikanın direktoru Hacıqulu Bağırov 

yerli təşkilatın vacib olması ilə bağlı iştirakçıları məlumatlandırıb.  

Təşkilat səsvermə yolu ilə 11 nəfərdən ibarət formalaşıb. Sonra 

isə  Mirəli Məcidov  sədr, Seyfulla Cəfərov isə müavin seçiliblər. 

Təşkilatın işinə nəzarət etmək məqsədilə 3 nəfərdən ibarət Təftiş 

Komissiyası da təşkil olunub.

Sonda H.Bağırov və C.Qasımov yerli təşkilatın işinə uğurlar arzu-

layıb.


Cərrahiyyə Klinikansının 

Həmkarlar Təşkilatı təsis olundu 

BİRİNCİ AVROPA OYUNLARI ƏMƏLİYYAT KOMİTƏSİNİN  

MÜTƏXƏSSİSLƏRİ TƏLƏBƏLƏRLƏ GÖRÜŞÜBLƏR

Sabahın Alimləri

“Sabahın Alimlərinə” dəstək


Yüklə 302,05 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə