“Sabahın Alimlərinə” dəstək BİRİNCİ avropa oyunlari əMƏLİyyat komiTƏSİNİn müTƏXƏSSİSLƏRİ TƏLƏBƏLƏRLƏ GÖRÜŞÜBLƏR



Yüklə 302,05 Kb.
Pdf görüntüsü
səhifə4/6
tarix21.06.2018
ölçüsü302,05 Kb.
#50022
1   2   3   4   5   6

28 fevral  2015-ci il

http://www.amu.edu.az

5

Ermənistanın  Azərbaycana  qarşı 



işğalçılıq  və  soyqırımı  siyasətinin 

tərkib  hissəsi  olan,  beynəlxalq  hü-

ququn  norma  və  prinsiplərinin,  in-

san hüquq və azadlıqlarının kütləvi 

şəkildə,  kobudcasına  pozulması  ilə 

nəticələnən Xocalı soyqırımı erməni 

millətçilərinin  və  onların  havadar-

larının  Azərbaycan  xalqına  qarşı 

uzun  müddət  davam  edən  etnik 

təmizləmə  və  soyqırımı  siyasətinin 

daha bir dəhşətli nümunəsidir. 

Beynəlxalq  hüquqa  əsasən,  ge-

nosid  ən  ağır  cinayətlərdəndir:  La-

kin  təəssüf  ki,  Azərbaycanda  dinc 

əhaliyə qarşı belə dəhşətli soyqırımı 

aktları həyata keçirilməsinə baxma-

yaraq, bu faktlar, o cümlədən Xocalı 

soyqırımı  beynəlxalq  aləmdə  hələ 

də öz qiymətini almayıb. 

  İkili  standartlara  yol  vermədən, 

beynəlxalq  hüquq  norma  və 

prinsiplərinə  uyğun  olaraq,  bu 

hadisə xüsusi beynəlxalq komissiya 

tərəfindən araşdırılmalı, səlahiyyətli 

beynəlxalq qurumlar tərəfindən ge-

nosid  aktı  kimi  tanınmalı,  cinayət 

törədənlərə qarşı sanksiyalar tətbiq 

edilməlidir:  “Nüfuzlu  beynəlxalq 

qurumları  birmənalı  mövqe  nüma-

yiş etdirərək, bir daha bu soyqırımı 

pisləməyə, onu törədənlərin layiq ol-

duqları  cəzanı  tezliklə  alması  üçün 

səyləri artırmağa çağırırıq. 

Bir  daha  bəyan  edirik  ki, 

Ermənistan  münaqişə  ilə  bağlı 

qəbul edilmiş beynəlxalq sənədlərin 

müddəalarını 

yerinə 


yetirməli, 

Azərbaycanın 

ərazi 

bütövlüyü 



bərpa  olunmalı,  azərbaycanlı  əsir 

və  girovlar  azad  edilməli,  qaçqın 

və  məcburi  köçkünlərin  pozulmuş 

hüquqları  bərpa  olunmalı,  onlar 

öz  doğma  yurdlarına  qayıtma-

lı,  günahsız,  dinc  insanları  məhv 

edən  cinayətkarlar  tezliklə  ədalət 

məhkəməsi 

qarşısında 

cavab 


verməli və cəzalandırılmalıdır”. 

İranlı  tələbələrin  fikrincə,  artiq  23 

ildir  dünya,  o  cümlədən  İran  xalqı 

Xocalı  faciəsini  Azərbaycan  xal-

qı  ilə  birgə  qeyd  edir,  konfranslar, 

tədbirlər,  sərgilər  təşkil  etməklə 

Azərbaycanla  həmdərd  olduqlarını 

nümayiş etdirir. “Biz iranlı tələbələrin 

Azərbaycandakı birliyi olaraq Xocalı 

faciəsinin  xatirəsini  dərin  ehtiram-

la  yad  edib  və  bəşəriyyətə  qarşı 

törədilən hər növ cinayəti pisləyirik. 



Allah bütün şəhidlərimizə 

rəhmət eləsin!

F

evralın 

25-də 

ATU-nun 

Həmkarlar  İttifaqı  Komitə-

sinin  (HİK)  təşəbbüsü  ilə  Xocalı 

faciəsinin  23-cü  ildönümü  ilə  əla-

qədar  Cərrahiyyə  Klini kasında 

tədbir keçirilib. 

Tədbiri  klinikanın  direktoru, 

dosent    Hacıqulu  Bağırov  açıb. 

Şəhidlərin  xatirəsi  bir  dəqiqəlik 

sükutla  yad  edildikdən  sonra 

H.Bağırov  erməni  vandalizmi  və 

soyqırımla  bağlı  iştirakçılara  ge-

niş  şəkildə  məlumat  verərək  şa-

hidi olduğu hallarla bağlı fikirlərini 

söyləyib:  “Azərbaycan  xalqının 

qan  yaddaşına,  can  yaddaşına 

hopmuş Xocalı faciəsindən 23  il 

ötür. Baxıram, zalda əyləşənlərin 

əksəriyyəti  gənclərdir.  Onlar  bu 

faciə  ilə  bağlı  televiziyalar  və 

mətbuat  vasitəsi  ilə  məlumata 

malikdirlər.  Amma  mən  bu 

faciəni  gözlərimlə  görmüşəm. 

Soyqırım  zamanı  güllə  yarası 

alanların  böyük  bir  qismi  Təcili 

Tibbi  Yardım  Xəstəxanasında 

mən  və  həmkarlarım  tərəfindən 

müalicə  olundular.  Yaralıların  bir 

qisminə  kömək  göstərə  bilsək 

də,  sağlamlqlarını tam bərpa edə 

bilmədik.  Dinc,  silahsız  insanla-

rın  vəhşiliklə  qətlə  yetirilməsini 

sözlə  ifadə  etmək  mənim  üçün 

çox çətindir. Bizim heç birimiz bu 

faciəni  unutmamalıyıq.” –deyərək 

sözlərini tamamladı. 

  Sonra HİK-in sədri, dosent  Ca-

hangir Qasımov çıxış etdi.

Cahangir  müəllim  də  faciənin 

dəhşətlərindən  danışdı  və  gənc-

lərimizin  vətənpərvərlik  ruhunda 

tərbiyə  olunmasına  diqqətin  ar-

tırılmasına  toxundu.  Çıxışı  za-

manı  bəlli  oldu  ki,  demə,  Xocalı 

faciəsinə şahidlik edənlərdən biri 

də  natiqin  özü  olub:  “Bəlkə  də 

bu  universitetdə  yeganə  şəxsəm 

ki,  Xocalı  soyqırımının  bilavasitə 

iştirakçısı  olmuşam.  Əslən  Xo-

calıdan  deyiləm.  Amma  Xoca-

lı  hadisəsi  baş  verəndə  mən 

Azərbaycan  Tibb  Universitetinin 

II  kurs  tələbəsi  idim.  Biz  9  nəfər 

tələbə fevralın  27-də sübh tezdən 

Ağdamda  olduq.  Naxçıvanikdə 

çoxlu meyitlərin qaldığını dedilər. 

Tələbə  dostumuz  Eldarın  atası-

nın da meyiti onların arasında idi. 

Biz onun meyitini çıxartmaq üçün 

Naxçıvanikə getdik. 

Orada dəhşətli  mənzərənin şa-

hidi olduq. İnsanların vəhşiliklə o 

cür qətlə yetirilməsini bəlkə də ta-

rix heç vaxt görməyib və bundan 

sonra  da    görməyəcəkdir.  Bu  qi-

sas heç vaxt yerdə qalmamalıdır”. 

Hesab  edirəm  ki,  “qanı  qanla 

yumaq lazımdır” deyən Cahangir 

müəllim    Xocalı,  Qarabağ,  Türk 

dünyası  şəhidlərinə  Allahdan 

rəhmət dilədi. 

Sonda  natiq  möhtərəm  prezi-

dent  İlham  Əliyevin  rəhbərliyi  ilə 

işğal  olunmuş  torpaqların  geri 

qaytarılacağına,  qarabağlıların, 

o  cümlədən  də  xocalıların  dədə-

baba  yurdlarına  dönəcəklərinə 

ümidli olduğunu da bildirdi. 

Q.ABDULLAYEV

Həmkarlar İttifaqı Komitəsi Xocalı 

faciəsi ilə bağlı tədbir keçirdi 

B

iz Azərbaycanda təhsil alan 

iranlı tələbələrin elmi-mədəni 

birliyi olaraq Xocalı faciəsinin 23-

cü ildönümü ilə əlaqədar bildiririk:

İranlı Tələbələrin Elmi-mədəni Birliyi Xocalı faciəsinin 

23-cü ildönümü ilə əlaqədar bəyanat yayıblar

X

o

c

a

l

ı

y



ə

d

a

l

ə

t

Ulu tanrı, hardan gəldi bəd xəbər? 

Bəd xəbərə ürək dözsün nə qədər? 

İç dünyamdan bir ah qopdu bu səhər, 

Xocalının dərdi haray, ay haray!

Bu milləti qırdıran kim, qıran kim? 

İgidləri kürəyindən vuran kim? 

Bilinmirsə kim müttəhim, kim hakim... 

Xocalının dərdi haray, ay haray!

Dağı-daşı sac içində qovruldu

Böyük-kiçik tank altında qırıldı. 

Xocalının külü göyə sovruldu... 

Xocalının dərdi haray, ay haray!

Nə qocası, nə cavanı seçildi, 

Qadınların qızıl qanı içildi. 

Körpələri xəzəl kimi biçildi, 

Xocalının dərdi haray, ay haray!

Bədən getdi, qol dorğandı, baş dindi

Göz ovuldu, göy ağladı, yaş dindi. 

Torpaq yandı, yurd dağıldı, daş dindi... 

Xocalının dərdi haray, ay haray!

Zülmü görüb zaman təzdən qocaldı, 

Xatın kəndi bu vəhşətə mat qaldı. 

Öz dərdini unudaraq ün saldı-

Xocalının dərdi haray, ay haray!

Aman Allah, tufana bax, tufana, 

Şəhər zülmət, toz qarışıb dumana... 

Saçın yolub dad eləyir hər ana, 

Xocalının dərdi haray, ay haray!

Belə sərgi sərməmişdi bu dünya

Belə dövran sürməmişdi bu dünya, 

Belə qırğın görməmişdi bu dünya! 

Xocalının dərdi haray, ay haray!

Qayasına mən başımı qoyaram, 

Torpağını al qanımla boyaram. 

Dünya boyu sızıldayar bu yaram... 

Xocalının dərdi haray, ay haray!

Xocalının dərdi bizə qalx! -deyir. 

Düşmənləri süngüsünə tax! -deyir. 

Qılıncını nərə çəkib çax! -deyir. 

Xocalının dərdi haray, ay haray!

Bu harayda Allah eşqi olmalı! 

Axan qanlar qan yaddaşı qalmalı! 

Bu qisası əzəl-axır almalı! 

Xocalının dərdi haray, ay haray! 

İnsanların mərdi haray, ay haray!



 

 

  



 

1992

Eldar İSMAYIL

XOCALININ DƏRDİ HARAY...


Yüklə 302,05 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə