“Sabahın Alimlərinə” dəstək BİRİNCİ avropa oyunlari əMƏLİyyat komiTƏSİNİn müTƏXƏSSİSLƏRİ TƏLƏBƏLƏRLƏ GÖRÜŞÜBLƏR



Yüklə 302,05 Kb.
Pdf görüntüsü
səhifə5/6
tarix21.06.2018
ölçüsü302,05 Kb.
#50022
1   2   3   4   5   6

http://www.amu.edu.az

28 fevral  2015-ci il

6

u  Fevralın 20-də ATU-nun ictimai fənlər 



kafedrasında  mərhum  alim-filosof,  profes-

sor  Qurban  Bayramovun  anadan  olmasının 

80  illiyinə  həsr  olunmuş  elmi  konfrans  keçi-

rildi.  Konfransı  giriş  sözü  ilə  açan  universi-

tetin  tədris  işləri  üzrə  prorektoru,  professor 

Sabir  Əliyev    Qurban  müəllimin  xatirəsini 

həmişə  əziz  tutan  insanları  salamlayaraq 

qeyd  etdi  ki,  ölkəmizdə  ulu  öndərin  qoydu-

ğu  gözəl  bir  ənənə  var.  Həmişə  xalqımız, 

millətimiz,  elmimiz,  təhsilimiz,  səhiyyəmiz 

qarşısında  böyük  xidmətləri  olan  insanların 

xatirəsi  anılır,  yubileyləri  keçirilir.  Bu  ənənə 

universitetimizdə  də  daim  qorunur.  Hörmətli 

rektorumuz universitetimizdə böyük nüfuz qa-

zanmış müəllim və professorlarımızın yubiley 

mərasimlərinin  keçirilməsinə  xüsusi  diqqət 

yetirir.

 

Bu  gün  80  illik  yubileyinə  toplaşdı-

ğımız  Qurban  Bayramovun  da  məhz 

belə  şəxslərdən  biri  olduğunu,  sadəliyi, 

insanpərvərliyi,  tələbələrə,  bütövlükdə  in-

sanlara  olan  sevgisi  ilə  seçildiyini  deyən 

prorektor  işıqlı  xatirələrini  də  tədbir  iştirak-

çıları  ilə  bölüşdü:  “Təsadüf  elə  gətirdi  ki, 

1963-1964-cü tədris ilində Qurban müəllim 

Tibb İnstitutunda ilk dəfə bizim qrupa gəldi. 

Cavan,  nurlu  bir  adam  girdi  auditoriyaya. 

Dərsə  başlayan  kimi  gördük  ki,  qeyri-adi 

bir  müəllimdir.  Tələbələrə  münasibəti  də 

indiyədək bizə dərs keçən müəllimlərin ço-

xundan fərqlənirdi. Sinif nümayəndəsi oldu-

ğum  62-ci  qrup  isə  bir  qədər  narahat  qrup 

sayılırdı.  Çox  vaxt  özünü  təkəbbürlü  apa-

ran müəllimləri  qəbul eləmirdik. Amma 3-4 

dərsdən  sonra  Qurban  müəllimə  o  qədər 

böyük  sevgi,  məhəbbət  yarandı  ki,  hətta 

başqa qrupların tələbələri də onlara Qurban 

müəllimin  dərs  deməsini  istəyirdilər.  Get-

gedə bu nüfuz, bu hörmət ictimailəşdi. 

Həm  də  öyrəndim  ki,  Qurban  müəllim 

Göyçə  mahalındandır.  Tanışlığımız  və  xoş 

münasibətlərimiz    həmin  dövrdən  başladı. 

Tərəddüdsüz  deyə  bilərəm  ki,  həmin  tarixi 

dövrü  Azərbaycan  Tibb  Universitetinin  inti-

bah dövrü də adlandırmaq olar. Düşünürəm 

ki, fikrimi əsaslandırmaq üçün Mustafa bəy 

və  İbrahim  bəy  Topçubaşovlar,  Cahan-

gir  Abdullayev,  Cəlil  Hüseynov,    Zülfüqar 

Məmmədov, Əhəd Həsənov, Kamil Balakişi-

yev, Faiq bəy və Emin bəy Əfəndiyevlər, Adil 

Nəcəfov  kimi  akademik  və  professorların 

adlarını çəkmək kifayətdir”.

  Belə  şəxsiyyətlər  arasında  böyük  nü-

fuz  qazanmağın  nə  qədər  çətin  olduğunu 

söyləyən  S.Əliyev  həmin  elm  fədailərinin 

Qurban  Bayramova  necə  sonsuz  sevgi, 

qayğı  və  diqqətlə  yanaşdıqlarını  da  yada 

saldı.  Ömründə  heç  kəsi  incitməyən,  yer-

siz  bir  ifadə  işlətməyən  Qurban  müəllimin 

elmi fəaliyyətini və təşkilatçılıq bacarığını da 

yüksək  qiymətləndirən  prorektor  onun  bö-

yük nüfuz sahibi professor Adil Nəcəfovdan 

sonra  fəlsəfə  kafedrasına  uğurla  rəhbərlik 

etməsini, kollektivdə mehriban bir mühit ya-

ratmasını xüsusi vurğuladı. 

Böyük  filosoflar    Firudin  Köçərli,  Tofiq 

Köçərli,  İzzət  Rüstəmov,  Cəmil  Əhmədli 

və  digər  tanınmış  alimlərimizin  də  Qurban 

müəllim  haqqında  yüksək  fikirdə  olduq-

larını   xatırladan S.Əliyev cəmi 61 il ömür 

sürən dəyərli alimin onu tanıyanların yadda-

şında daim yaşayacığını dedi. Qurban Bay-

ramovu    eyni  zamanda  gözəl  ailə  başçısı 

kimi də xarakterizə edərək bugünkü yubiley 

tədbirini  onun  xatirəsinə  layiq  ehtiram  kimi 

dəyərləndirdi  və  sözü  ictimai  fənlər  kafed-

rasının  müdiri,  professor  Qoşqar  Əliyevə 

verdi.


İnsan  həyatını  sonu  görünməyən  bir 

məkana,  ömrü  isə  bu  məkanda  alovlanıb 

şölələnən  məkandaxili  əlamətə  bənzədən 

Q.Əliyev  bildirdi  ki,  hər  bir  insan  bu 

məkanda  öz  ömrünü,  Tanrının  ona  verdiyi 

qisməti  yaşayır.  Özündən  sonra  böyük  bir 

irs  də  qoyub  gedə  bilər,  boşluq  da  yarada 

bilər. O insan xoşbəxtdir ki, özündən sonra 

bir iz qoyur. Belə insanlardan biri də bu gün 

böyük hörmətlə xatirə yubileyini keçirdiyimiz  

Qurban  Balı  oğlu  Bayramovdur:  “Qurban 

müəllim  Azərbaycan  Tibb  Universitetində 

işlədiyi  müddətdə  istər  pedaqoji  fəaliyyəti, 

istər  elmi  fəaliyyəti,  istərsə  də  ictimai 

fəaliyyəti ilə onu tanıyanların qəlbində özü-

nün  çox  böyük  əbədi  heykəlini  ucaltmış-

dır.  Qurban  müəllim  insanlığın  ən  yüksək 

səviyyəsində duran bir insandır desək səhv 

etmərik. Qurban müəllimin rəhbərliyi altında 

uzun  illər  Tibb  Universitetində  çalışdığım-

dan onun əxlaqı, mənəviyyatı, ədəb-ərkanı, 

insanlarla ünsiyyəti gözümün qarşısındadır. 

Yazdığı əsərlər təkcə sovet dövrü baxımın-

dan  deyil,  bu  gün  də  aktuallığını  itirməyən 

problemlərə həsr olunmuş əsərlərdir”.

 Q.Əliyev gənclərimizin bu əsərlərə müraciət 

edərək  insanın  fəaliyyətinə,  dialektikasının 

açılmasına  dair  dəyərli  məsləhətlərdən, 

tövsiyələrdən  bəhrələnməsinin  vacibliyinə 

də  toxundu.  Bildirdi  ki,  “Təvazökarlıq  fağır-

lıq, yazıqlıq deyil. Təvazökarlıq vüqarlılıqdır, 

ululuqdur,  comərdlikdir.  İnsan  özünü  dərk 

edəndən  sonra  təvazökar  ola  bilər”-deyən 

Qurban Bayramovun bütün əsərləri həm də 

bir  halallıq nümunəsi olduğu üçün öz tarixi 

əhəmiyyətini  itirmir.  Qurban  müəllimin  elmi 

fəaliyyətində 3 istiqamət əsas götürülməlidir. 

Birincisi  sırf  elmi,  fəlsəfi,  ikincisi  bilavasitə 

insanla  bağlı  olan  problemlərdir.  Üçüncü 

istiqamət isə onun xatirələridir. 

Çıxışının  sonunda  həyatı  boyu  saflıq, 

əməksevərlik,  insansevərlik  mücəssəməsi 

olan,  cəmiyyətimiz  tərəfindən  birmənalı 

qəbul  edilən,  hamı  tərəfindən  sevilən  Qur-

ban müəllimin əziz xatirəsinin onu sevənlərin 

qəlbində daim yaşayacağını söylədi. 

ATU-nun  Tədris  Terapevtik  Klinikasının 

direktoru,  professor  Surxay  Musayev  19 

ildən  sonra  da  Qurban  müəllim  haqqında 

keçmiş  zamanda  danışmağın  çətin  oldu-

ğunu dedi: “Burada deyildiyi kimi, əgər əcəl 

macal versəydi bu gün biz o nurlu insanın, 

alimin yubileyini öz sağlığında qeyd edərdik. 

Amma həyatdır, hər kəsin bir ömür payı var. 

Görünür,  Qurban müəllimin də ömür payı bu 

qədərmiş. Bu qısa ömürdə görün nələr etdi, 

nələr  yaratdı,  kimləri  yetişdirdi  və  özündən 

sonra necə iz qoyub getdi”. 

Qurban  Bayramovla  ilk  tanışlığının  qısa 

tarixçəsinə  nəzər  salan  Surxay  müəllim 

diqqəti onun çox sadə bir həyat sürməsinə 

yönəltdi:  “  O  zaman  I  kursda  oxuyurdum, 

hələ  fəlsəfə  də  keçmirdim.  Tələbələrimizin 

böyük  əksəriyyəti  kimi  mən  də  bu  ətrafda 

kirayədə  qalırdım.  Həmişə  bizimlə  bərabər 

çox səliqəli geyinmiş, əsil müəllim simalı bir 

nəfər də instituta gəlirdi. Bir gün elə oldu ki, 

tramvaydan  bir  düşdük.  Tibb  İnstitutunda 

oxumağımla, işlərimin necə getməsi ilə ma-

raqlandı. Söhbət eləyə-eləyə gəldik instituta. 

Bildim ki, institutun müəllimidir. Bundan son-

ra səmimi görüşməyə başladıq. Fikirləşirdim 

ki,  bu  boyda  institutun  müəllimidir,  maşını 

olar, filan. Yəni sadə bir həyat keçirirdi. Heç 

sadə həyat tərzindən çəkinmirdi də. 

Sonralar  müəllim-tələbə  münasibətlərimiz 

birgə əməkdaşlıq səviyyəsinə yüksəldi.  Mən 

komsomolda işləyəndə Qurban müəllim elə 

bir kafedrada çalışırdı ki, partiya, komsomol 

təşkilatlarının fəaliyyəti bu kafedrasız və bu 

kafedrada  çalışan  əməkdaşlarsız  mümkün 

deyildi. Qurban müəllim həmişə öndə olan, 

öz sözünü deyən, ləyaqətini,  mənəviyyatını 

gözləyən  bir  insan  kimi  fərqlənirdi.  İstər 

gənclərlə  işlədiyim,  istərsə  də  partiya 

təşkilatına  rəhbərlik  etdiyim  dövrdə  bir 

tələbənin,  bir  müəllimin  Qurban  müəllim 

haqqında  hansısa  mənfi  fikir  söyləməsini 

eşitmədim. Hamı onun xeyirxahlığından da-

nışırdı.    Nəyəsə  etirazını  da  qəribə  bir  üs-

yankarlıqla  çatdırardı:  “...  belə  olmaz  axı!”. 

Heç kəsə ziyanı dəyməz, kimsənin qəlbinə 

toxunan bir söz deməzdi”. 

Özündən sonra xeyir əməllər, layiqli övlad-

lar qoyub gedən Qurban müəllimin unudul-

maz şəxsiyyətlər cərgəsində özünəməxsus 

yer tutduğunu söyləyən S.Musayev bugün-

kü xatirə yubileyinin təşkilinə görə universi-

tet rəhbərliyinə və ictimai fənlər kafedrasının 

kollektivinə təşəkkürünü bildirdi. 

AMEA-nın  müxbir  üzvü,  I  cərrahi 

xəstəliklər  kafedrasının  müdiri,  professor 

Nuru Bayramov Qurban müəllimin həm qo-

humu, həm tələbəsi olmaqdan qürur duydu-

ğunu deyərək dünya şöhrətli qırğız yazıçısı 

Çingiz  Aytmatovun  “yaxşı  insanlar  olmasa 

cəmiyyət çökər” fikrini yada saldı. Əlavə etdi 

ki, belə adamlar az olsa da, o qədər güclü 

olurlar  ki,  cəmiyyətin  mənəviyyatca  pozul-

masının,  məhv  olmasının  qarşısını  almağı 

bacarırlar.  Belə  insanlardan  biri  də  bu  gün 

yubileyinə  yığışdığımız  Qurban  müəllimdir. 

O,  bir  mənəviyyat  insanı,  insanlıq  simvo-

lu  idi.  Təkcə  fəaliyyət  göstərdiyi  universitet 

cameəsində  yox,  ailədə  də,  cəmiyyətdə 

də,  doğulduğu,  boya-başa  çatdığı  Göyçə 

mahalında  da  belə  idi.  “Xarakteri  qazan-

maq  asan,  qoruyub  saxlamaq  çətindir” 

deyiblər.    Amma  bütün 

çətinliklərə 

baxmaya-

raq  o  öz  müsbət  xarak-

terini  heç  zaman,  heç 

bir  şəraitdə  dəyişmədi. 

Mövlanənin 

təbirincə 

desək,  “həmişə  görün-

düyü  kimi  oldu,  olduğu 

kimi göründü”. 

N.Bayramov  Qurban 

müəllimin özünəməxsus 

zarafatlarını  da  xatırla-

yaraq xəyalən ötən illərə 

qayıtdı:  “Mən  II  kursda 

oxuyanda  bir  dəfə  rast-

laşdıq.


  –Nuru, 

deyəsən 

Əkbər 

müəllimin 

dərsini 

pozmusan

,-

dedi. 


Təbitcə dərsdə şuluq 

salan  deyildim.  Ona 

görə də duruxdum.

-  Maraqlı  bir  sual 

vermisən.

  Yadıma  düşdü  ki, 

“Tarixi  materializm” 

dərsindəki  əhvalata 

işarə vurur. Rəhmətlik 

Əkbər  müəllim  o 

zaman  dosent  idi. 

Dərsdə ictimai-iqtisa-

di  formasiyalardan,-

quldarlıq,  feodalizm, 

kapitalizm,  sosializm 

və  kommunizmdən 

danışdı. Dərsin axırı-

na yaxın sual verdim 

ki,  bunlar  bir-birinin 

ardınca  gəlir,  bəs 

kominizmdən 

son-


ra  nə  gələcəkdir? 

Əvvəlcə  əsəbiləşən 

Əkbər  müəllim  son-

ra  özünü  ələ  alaraq  “Yaxşı,  kominizm  qu-

rulan  kimi  gələrsən  yanıma,  nə  olacağını 

deyəcəm” cavabını verdi. Qurban müəllimin 

xoş  bir  təbəssümlə    “yaxşı  sualdır,  amma 

cavab  ondan  da  yaxşıdır”  deməsini  sanki 

dünən olubmuş kimi xatırlayıram”.

Qurban  müəllimin  böyüyüb-başa  çat-

dığı  mahalın,  kəndin  inkişafında  əvəzsiz 

xidmətlərindən  də  danışan  N.Bayramov 

xatırlatdı  ki,  o,  yay  tətilində  ailəsi  ilə  birgə 

kəndə  gələr,  davranışı,  geyimi,  insanlara 

münasibəti  və  dərin  biliyi  ilə  kənd  camaa-

tına  örnək  olardı:  “Nərimanlı  kəndindən  ilk 

namizədlik və doktorluq elmi dərəcəsi alan 

da  Qurban  Bayramov  olmuşdu.  Bu  təsirin 

nəticəsi  idi  ki,  ötən  əsrin  88-ci  ilinə  qədər 

kiçik bir kənd olan Nərimanlıda 10-dan çox 

elmlər doktoru, 30-dan çox elmlər namizədi 

yetişdi və bu ənənə indi də davam edir. Öz 

adımdan,  Qurban  müəllimi  sevən,  onun 

şəxsiyyətinə  hörmət  edən  bütün  insanla-

rın  adından  ilk  növbədə  universitetimizin 

rəhbərliyinə,  ictimai  fənlər  kafedrasına  və 

gələn qonaqlara təşəkkür edirəm”. 

Azərbaycan  Dövlət  Pedaqoji  Universite-

tinin  professoru,  beynəlxalq  icmalçı  Yasin 

Qaraməmmədli Qurban müəllimdən söhbət 

açmağın  da  rahatlıq  gətirdiyini  söylədi: 

“O  qədər  şirinsöhbətli,  əsəb  sakitləşdirən 

xasiyyət sahibi idi ki, həmin auradan çıxmaq 

istəmirəm və deyirəm ki, onu təkcə göyçəlilər 

deyil, borçalılar da çox istəyirdilər”. 

Y.Qaraməmmədli  çıxışında  “sanki  bud-

da  təliminin  içindən  çıxıb,  bütün  həyat 

əzablarından çıxış yolunu səbirdə, təmkində 

görən bir insan” kimi səciyyələndirdiyi filoso-

fun aforizmlərinə xüsusi yer ayırdı. Qurban 

müəllimin  tay-tuşlarına,  sonrakı  nəsillərə 

ötürdüyü  estafetin  yerə  düşməməsini,  yəni 

mənəvi  bağların  qırılmamasını  arzuladı  və 

Azərbaycan  milli  təfəkkürünün  inkişafında 

xalq  deyimlərinin,  məsəllərin  fəlsəfi  tutu-

munu  dərindən  açmağa  ehtiyac  olduğunu 

söyləyərək Qurban Bayramov şəxsiyyətinin 

kafedra  müəllimlərinin,  onu  tanıyanların 

hərəkətlərində və qəlbində həmişə yaşaya-

cağına əminliyini  bildirdi.

 

“Böyük  alim  Qurban  Bayramovun 

sadə və təvazökarlığı onun təbiətindən 

irəli  gəlirdi”-  deyən  qidalanma  və  kom-

munal  gigiyena  kafedrasının  müdiri,  do-

sent  İbrahim  Əhmədov  qeyd  etdi  ki,  o, 

qədim  Azərbaycanın  dilbər  guşəsindən, 

zəhmətkeş  xalqın  arasından  dünyanın  hər 

keşməkeşini  görüb  gələn  bir  insan  idi.  El 

arasında  geniş  yayılan  “filankəsi  vəzifəyə 

qoysalar  bilərəm  necə  adamdır”  deyimi-

ni  yəqin  ki,  hamı  eşidib.  Qurban  müəllimin 

vəzifədə olduğu vaxt özünü vəzifədə olma-

dığı  dövrdəkindən  daha  təvazökar  və  qay-

ğıkeş  aparması  yalnız  böyük  şəxsiyyətlərə 

xas  keyfiyyətdir  ki,  bu  da  hər  kəsə  nəsib 

olmur.  İlk  dəfə  bizə  dərs  deyəndə  tanıdı-

ğım,  ictimai  işlərlə  bağlı  təmasda  oldu-

ğum  Qurban  müəllimin    bircə  dəfə  səsinin 

yüksəldiyini görmədim.  Onun qəlbində an-

caq  saflıq,  mehribanlıq,  qayğıkeşlik,  insani 

xüsusiyyətlər  və  mərhəmət  yuva  salmışdı. 

Belə  insanlar  isə  cəmiyyətimizin  yaddaşın-

da həmişə qalacaq. 

Ümumi cərrahiyyə kafedrasının professoru 

Azər Şadlinski elmi və pedaqoji fəaliyyətinə 

yaxından  bələd  olduğu  Qurban  müəllimi 

həm  də  mehriban  bir  qonşu  kimi  xatırladı.  

1972-ci  ildə  onunla  eyni  binada,  eyni  blok-

da  ev  aldığını,  demək  olar  ki,  hər  gün  gö-

rüşdüyünü  dedi.  Bütün  qonşuların  Qurban 

müəllimə  böyük  ehtiramla  yanaşmasından 

məmnunluqla  söhbət  açan  A.Şadlinski  bil-

dirdi  ki,  hələ  müstəqilliyimizə  qovuşmadı-

ğımız  illərdə  onun  ictimai-siyasi  proseslərə 

dair fikirləri hamımıza yeni və maraqlı görü-

nürdü. İşi çətinə düşənlər, məsləhətə ehtiya-

cı olanlar da ilk növbədə Qurban müəllimə 

müraciət  edərdilər.  Tarixi  hadisələrlə  bağ-

lı  suallarımızı  da  ona  ünvanlayar,  aldığı-

mız  cavablardan  razı  qalardıq.  Bəlkə  bu 

səbəbdəndir ki, unudulmaz alimin o dövrdə 

yazdığı bütün əsərlər bu günümüzlə səsləşir. 

Xatirəsi  ehtiramla  anılan  alimin  oğlu 

Qabil  Bayramov  atası  haqqında  deyilən 

xoş  sözlərdən,  eşitdiyi  xatirələrdən  qü-

rur  duyduğunu  deyərək  ailə  üzvləri    adın-

dan  Azərbaycan  Tibb  Universitetinin 

rəhbərliyinə,  ictimai  fənlər  kafedrasının 

kollektivinə  və  konfrans  iştirakçılarına 

təşəkkürünü  çatdırdı. 

Böyük alimin xatirəsinə həsr olunmuş konf-

ransı  yekunlaşdıran  S.Əliyev  ictimai  fənlər 

kafedrasının  kollektivini  Adil  Nəcəfovun  və 

Qurban  Bayramovun  ənənələrini  qoruyub 

saxlamağa  çağırdı.  Kafedrada  çalışanların 

da  elə  bu  istəkdə  olduğunu  vurğulayaraq 

bir daha Qurban müəllimə Allahdan rəhmət, 

onun doğmalarına səbir dilədi.



Arif MƏMMƏDLİ

Qurban Bayramov-80

BÖYÜK ALİMİN XATİRƏ İŞIĞINDA


Yüklə 302,05 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə