“Sabahın Alimlərinə” dəstək BİRİNCİ avropa oyunlari əMƏLİyyat komiTƏSİNİn müTƏXƏSSİSLƏRİ TƏLƏBƏLƏRLƏ GÖRÜŞÜBLƏR



Yüklə 302,05 Kb.
Pdf görüntüsü
səhifə6/6
tarix21.06.2018
ölçüsü302,05 Kb.
#50022
1   2   3   4   5   6

28 fevral  2015-ci il

http://www.amu.edu.az

7



 



Fevralın 25-də Azər-

bay can  Respublika-

sının Dövlət Miqrasi-

ya  Xidmətinin  Baş  idarə  rəisi 

Vahid  Qəhrəmanov  ATU-da 

təhsil  alan  əcnəbi  tələbələrlə 

görüşüb.  

O,  ildə  bir-iki  dəfə  təhsil  müəs-

sisələrində  belə  görüşlərin  keçirildi-

yini  vurğulayaraq  əcnəbi  tələbələrlə, 

universitetlərin  əcnəbi  tələbələrlə 

işləyən  nümayəndələri  ilə  miqrasiya 

sahəsində mövcud qanunvericiliyin əsas 

tələbləri, əsasən də tələbələrin təhsil al-

ması ilə bağlı müəyyən söhbətlər aparıl-

dığıni bildirib: “Məqsədimiz Respubli-

kamıza digər ölkələrdən təhsil almaq və 

işləmək üçün gələn əcnəbilərin ölkədə 

olduğu  müddətdə  qeydiyyatı,  yaşama 

icazələrinin  alınması,  həmin  şəxslərin 

qanunvericiliklə  nəzərdə  tutulmuş 

müddəaları,  normaları  pozmaması  və 

pozduqları  halda  hansı  cərimələrlə 

üzləşə  biləcəkləri  haqqında  sizləri 

məlumatlandırmaqdır.  Ümumiyyətlə, 

Azərbaycana  təhsil  almaq  üçün  gələn 

əcnəbinin  başqa  məsələlər  haqqın-

da  fikirləşmədən  sonda  yüksək  ixti-

saslı  mütəxəssis  kimi  yetişməsi  daim 

diqqət  mərkəzində  saxlanılır.  Məhz 

buna görə hər bir təhsil müəssisəsində, 

universitetlərdə  əcnəbilərlə  bağlı  ay-

rıca  bölmələr  fəaliyyət  göstərir  ki, 

tələbələrin vaxtı əlavə işlərə sərf olun-

masın. Ölkəmizdə 10 gündən artıq ya-

şamaq  istəyən  əcnəbi,  o  cümlədən  də 

tələbə  Respublikamıza  gəldiyi  gündən 

olduğu  yer  üzrə  qeydiyyata  alınmalı-

dır.  Prosedur  qaydası  isə  çox  sadədir. 

Pasportun  yalnız  şəkil  olan  və  ölkə 

ərazisinə girişin Dövlət Sərhəd Xidməti 

tərəfindən  təsdiq  edilmiş  səhifəsinin 

surəti  tələb  olunur.  Azərbaycanda  qa-

nuni əsaslarla olduğunuz müddətdə sizə 

müvəqqəti yaşamaq üçün 1 il müddətinə 

icazə  verilir.  Vəsiqələrin  alınması-

na  görə  tələbələr  tərəfindən  ödənilən 

dövlət rüsumu digər əcnəbilərin dövlət 

rüsumundan  fərqlidir.  Ümumi  qay-

dada  1  illik  yaşamaq  üçün  icazə  alan 

əcnəbilər  120  manat  ödədiyi  halda, 

tələbələr 40 manat civarında dövlət rü-

sumu ödəyirlər”. 

İdarə  rəisi  Əmək  Məcəlləsində  və 

digər  qanunlarda  vətəndaşlığı  olma-

yan şəxslərin təhsil aldıqları müddətdə 

əmək fəaliyyəti ilə məşğul olmalarının 

nəzərdə  tutulmadığını  söyləyib:  “Yəni 

xarici  ölkə  vətəndaşı  hansı  məqsədlə 

gəlibsə,  o  məqsədlə  də  yaşamalıdır. 

Bəzən əmək fəaliyyətini təhsil haqqını 

ödəyə  bilməmələri  ilə  əsaslandırırlar. 

İstənilən  bəhanəyə  baxmayaraq  belə 

hallar aşkarlanarsa, müəyyən məbləğdə 

cərimələr tətbiq edilir. Əcnəbi vətəndaşı 

işə  götürən  hüquqi  şəxs  30  000-35 

000,  sahibkarlıq  fəaliyyəti  göstərən 

fiziki  şəxslər  isə  3000-5000  manat 

məbləğində  cərimə  oluna  bilərlər.  Ya-

şayış  yeri,  qeydiyyatla  bağlı  qanunun 

tələblərini pozan əcnəbilərin özləri isə 

300-400  manat  məbləğində  cərimə 

ödəməlidirlər.  Əgər  son  3  il  ərzində 

qanun pozuntuları 2 dəfə təkrarlanarsa 

həmin şəxslər ölkədən məcburi çıxarı-

lır, onların ölkəyə girişinə məhdudiyyət 

qoyulur.  Hər  bir  əcnəbi  vətəndaş 

ölkəmizdə yaşamaq imkanını leqallaş-

dırmalıdır”. 

V.Qəhrəmanov Azərbaycan vətəndaşı 

ilə  qanuni  nukah  şəhadətnaməsi 

olan,  qeydiyatdan  keçən,  lakin  yaşa-

maq  üçün  icazə  almayan  əcnəbilərin 

də  cərimələndiyini  diqqətə  çatdırıb: 

“Bu  halda  həmin  şəxslərə  cəriməni 

ödədikdən sonra 1 illik yaşamaq icazəsi 

verilə bilər. Şəxs cəriməni ödəməkdən 

imtina  edərsə,  ölkədən  çıxarılır 

və  ölkəyə  girişinə  1  ildən  5  ilədək 

məhdudiyyət  qoyulur.  Bütün  hallarda 

inzibati cəzadan söhbət gedir. Miqrant 

qaçaqmalçılığı  istisna  olmaqla  cinayət 

məsuliyyəti nəzərdə tutulmamışdır”. 

Azərbaycan  Respublikasının  əra-

zisində azı 2 il müvəqqəti əsas larla yaşa-

yan əcnəbinin  sonradan Azərbaycanda 

daimi  yaşamaq  üçün  müraciət  etmək 

hüququ  qazandığını  bildirən  idarə 

rəisi  bu  məsələnin  tələbələrə  aidiyyatı 

olmadığını  deyib.  Eyni  zamanda  uni-

versitet nümayəndələrinin  missiyasını 

yüksək qiymətləndirərək onları əcnəbi 

tələbələrin vəkili adlandırıb.

O, görüş iştirakçılarının suallarını da 

cavablandıraraq rezidentura təhsili alan 

əcnəbilərin  haqqı  ödənilməyən  əmək 

fəaliyyəti ilə məşğul olmasında heç bir 

qanun pozuntusu görmədiyini bildirib. 

Onu da əlavə edib ki, xaricdən 2-4 həftə 

müddətinə mühazirə deməyə gələn pro-

fessor  və  müəllimlər  iş  icazəsi  almaq-

dan  azaddırlar.  Çünki  bu  məsələlər 

səfirliklər səviyyəsində həll olunur. 

Əcnəbi  tələbələrin  şəxsi  problemləri 

ilə  bağlı  suallara  da  aydınlıq  gətirilən 

görüşdə  Dövlət  Miqrasiya  Xidmətinə 

təqdim  olunan  tibbi  arayışların  ATU-

nun  məşhur  klinikaları  tərəvindən 

verilməsinin  mümkünlüyü  məsələsinə 

də toxunulub. 

ATU-nun beynəlxalq əlaqələr və xa-

rici  tələbələrlə  iş  üzrə  prorektoru,  do-

sent  Rəhimə  Qabulova  idarə  rəisi  Va-

hid  Qəhrəmanova  əhatəli  məlumat  və 

izahlara  görə  təşəkkürünü  bildirərək 

Azərbaycan  Tibb  Universiteti  ilə  

Dövlət Miqrasiya Xidməti arasında iş-

birliyinin vacibliyini vurğulayıb.

Görüşdə  ATU-nun  xarici  tələbələrlə 

iş  üzrə  dekanlığının  və  rezidentura 

şöbəsinin əməkdaşları, eləcə də Dövlət 

Miqrasiya  Xidmətinin  nümayəndələri 

iştirak ediblər.

M.CAVADOV

DÖVLƏT MİQRASİYA XİDMƏTİNİN BAŞ 

İDARƏ RƏİSİ ATU-DA TƏHSİL ALAN 

ƏCNƏBİ TƏLƏBƏLƏRLƏ GÖRÜŞÜB

  Müasir həkimlərin adına and içdikləri Qədim 

Yunanıstanın məşhur həkimi Hippokrat iddia 

edirdi : “Astrologiyanı bilməyən həkim düzgün di-

aqnoz qoya və xəstəni düzgün müalicə edə bilməz. 

Dünyada hər şey vahid inkişaf qanununa tabedir.” 

Planetlərin Zodiakın müxtəlif  bürclərində fokusa yığılmış 

görünməyən  enerji  axınlarının  həmişə  dəyişməkdə  olan 

qarşılıqlı təsirləri bütün canlı orqanizmlərin vəziyyətlərinin 

dəyişilməsi-öz ardınca çəkib aparır. Bu dəyişikliklərlə  tibbi 

astrologiya məşğul olur.

İnsan orqanizminin fəaliyyətinə tibbi astrologiyada  Zodi-

ak işarələrinin göy cisimləri və günəş sisteminin 10 planeti 

vasitəsi ilə təsir edir. 

Tibbi  astrologiyada  planetlər  çox  vacib  rol  oynayır. 

Planetlərin dövrləri (günəş ətrafında fırlanma ərəfələri) xey-

li proseslərin axma sürətini müəyyən edir və bu xəstəliyin 

müddətində özünü göstərir. Məsələn, Günəş ürək və şüur-

da idarə olunmayan düz əzələ toxumaları ilə əlaqəlidir, qan 

dövranının  pozulması  və  ürəkkeçmə  halları  günəşin  tipik 

xəstəlikləridir. 

Ay mədə, limfa və qan plazması ilə əlaqədardır. Günəş 

kimi  Ay  da  görmə  orqanlarının  formalaşmasında  iştirak 

edir. Merkuri ağciyərlərdə, bronxlar və tənəffüs sistemi ilə 

əlaqəlidir.  Titrəmə,  qızdırma,  qıcolma,  nitq  pozğunluğu, 

Merkurinin tipik xəstəlikləridir. Venera sidik-tənasül və ixra-

cı sistemiylə bağlıdır. Sidik saxlaya bilməmək, sistit, nefrit, 

uremiya Veneranın tipik xəstəlikləridir. Mars baş – beynlə 

əlaqəlidir və qanda dəmir mübadiləsini idarə edir. Qızıl yel 

xəstəlikləri, sızanaqlar, irinli çibanlar, soyuqlama prosesləri 

Marsın tipik xəstəlikləridir.  

Hepatit,  xolestit, plevrit Yupiterin  tipik xəstəlikləridir. 

Saturn  onurğa  beynin  və  onun  bütün  funksiyaları  ilə  

əlaqəlidir.  Öd  kisəsində  daşlar,  dişlərin  xarab  olması, 

bədəndə duz  mübadiləsinin pozulması, radikulit və revma-

tizm Saturnun  tipik xəstəlikləridir.  

Uran  əsəb  hüceyrələrinin  formalaşması  ilə  əlaqəlidir. 

Beynciyin  funksiyasının    pozulması  Uranın      tipik 

xəstəlikləridir. 

Neptun  vəzi    toxuması  və    daxili  sekresiya    vəzilə-

rinin əmələ gəlməsi ilə  əlaqəlidir. Ruhi sarsıntılar, koma 

vəziyyəti Neptunun  tipik  xəstəlikləridir.  

Pluton    saçların,  diş  emalı,  dırnaqların  formalaşması  

ilə  əlaqəlidir. Bədxassəli və xoşxassəli  şişlər  Plutonun  

səciyyəvi  xəstəlikləridir.

Hazırda dünyanın müxtəlif yerlərində bir çox şəfa ocaq-

ları var ki, onlar yalnız  astroloji komplekslər baxımından 

xəstəlikləri müalicə edir. Getdikcə zənginləşən tibbi astro-

logiya  çoxsaylı insanların köməyinə çatıb, onları bir sıra 

xəstəliklərdən  xilas  edib.    Tibbi  astrologiya    sağlamlıqla 

bağlı uzunmüddətli fəaliyyətlərin planlaşdırılması üçün fay-

dalıdır. Təbii olaraq ilin müxtəlif dövrlərində hər bir insanın 

sağlamlıq  durumunda    dəyişikliklərin  baş  verməsi  müm-

kündür. Məhz   tibbi astrologiya  bu dəyişikliklər haqqın-

da ayrı-ayrı bürclər altında doğulan insanlara əvvəlcədən  

xəbərdarlıq  edir. 

 Hörmətli oxucular, unutmayın ki, sağlamlığı verən Allah, 

onu qoruyub saxlayan isə in-

san  özüdür.  Proqnozlardan 

asılı  olmayaraq  Allahın  sağ-

lamlıq  əmanətinə  xəyanət 

etməyin. 

Sağlamlığınızın 

qayğısına  qalmağa  hər  za-

man vaxt tapmağı  bacarın.



Nərgiz ZEYNALOVA,

Epidemiologiya  

kafedrasının  əməkdaşı 

İnsan orqanizminin fəaliyyətində 

tibbi astrologiyanın rolu


http://www.amu.edu.az

28 fevral  2015-ci il



 



Azərbaycan Tibb Universitetində 

Tələbə Həmkarlar İttifaqı Komitəsinin 

təşəbbüsü ilə Xocalı faciəsini əks 

etdirən flaşmob keçirilib.

Flaşmobda 70-ə yaxın tələbə iştirak edib ki

onların da əksəriyyətii Hərbi tibb fakültəsinin 

tələbələri olub.

ATU-nun Tələbə Həmkarlar İttifaqı Komitəsinin 

sədri, dosent Elşad Novruzov bildirib ki, Xocalı 

soyqırımına dəstək kimi universitetin müsəlman 

ölkələrindən olan xarici tələbələri də bu flaş-

mobda iştirak ediblər: “Türkiyə, İran, Sudan, 

Fələstin və s. ölkələrdən olan tələbələr flaşmoba 

qatılıblar. Maraqlısı odur ki, bu flaşmobda iştirak 

edən tələbələrin əksəriyyəti 1995-ci il təvəllüdlü 

gənclərdir. Yəni, Xocalı qətliamı baş verdiyində 

onlar heç həyatda yox idilər. Və məhz bu insanların 

Xocalı faciəsini canlandırmaları bizim üçün çox 

maraqlı idi”.

Qeyd edək ki, flaşmob güllə səsləri ilə başlayıb. 

Bu zaman tələbələr sanki güllə yarası almış kimi 

yerə yıxılıblar. Sonra qəmli musiqinin sədaları 

altında 26 fevral - Xocalı soyqırımı haqqında 

məlumat verilib.



 



Dünya Səhiyyə Təşkilatının tütünlə 

mübarizə üzrə Çərçivə Konvensiya-

sı 2005-ci il fevralın 27-də qüvvəyə 

minib. Bu illər ərzində Konvensiyaya qoşulan 

180 dövlət siqaretçəkmə ilə mübarizə üzrə bir 

sıra uğurlu tədbirlər həyata keçiriblər. Bu-

nunla belə, DST və hökumətlərin qarşısında 

mühüm vəzifələr durur. Tütün sənayesinin 

məhdudlaşdırılmasında ortaya çıxan yeni 

problemlər hələ də öz həllini gözləyir.

Konvensiya katibliyi rəhbərinin sözlərinə görə, 

sənədin qəbul olunduğu vaxtdan keçən 10 il 

ərzində əhəmiyyətli dəyişikliklər baş verib. Siqaret 

artıq sosial davranış normasına uyğun deyil. Tü-

tün məmulatlarının reklam və sponsorluğuna ciddi 

şəkildə məhdudiyyət qoyulub. Dünyanın bir çox 

ölkələrində müəyyən yerlərdə tütündən istifadəni 

qadağan edən hüquqi normativ sənədlər qəbul 

olunub.


Konvensiya iştirakçılarının 80 faizi tütünə 

nəzarət sahəsində qanunvericiliyi möhkəmləndirib. 

Siqaret bağlamalarının qiyməti orta hesabla 

150 faiz artıb, təxminən bu bağlamaların 75-85 

faizində tütünün zərərləri təsvir edilib. İrlandi-

ya, Yeni Zelandiya, Finlandiya kimi ölkələr və 

Sakit okean regionundakı ada dövlətlər siqaret 

çəkənlərin payının beş faizə qədər azaldılmasını 

qarşıya məqsəd qoyub.

DST ümid edir ki, Konvensiyanın yerinə 

yetirilməsi siqaret çəkən yeniyetmələrin sayını 30 

faiz azaldacaq. Bu isə 2025-ci ildə qeyri-yoluxucu 

xəstəliklərdən ölüm hallarının 25 faiz azaldılması-

na kömək edəcək.



 

Zəkiyyə Elruh (Pənahova Zəkiyyə Həsən qızı) 1989-

cu ildə Azərbaycan Dövlət Tibb İnstitutunun (indiki 

ATU) pediatriya fakültəsini bitirib. Hal-hazırda 39 

saylı Şəhər Poliklinkasında işləyir. Beynəlxalq  Homotoksikologiya 

Cəmiyyətinin üzvüdür, homeopatik müalicə ilə məşğul olur.  30 ilə 

yaxındır ki, bədii yaradıcılıqla da məşğuldur. “Vətəndən ayrılan 

ölüncə ağlar”(1996), “Bizdən aralı dağlar”(2000), “Könlümün 

harayları”(2004), “Payızda açan güllər”(2008),”Vida rəngli yar-

paqlar” kitabları işıq üzü görüb. 1998-ci ildən Azərbaycan Yazıçılar 

Birliyinin üzvüdür. ”Qızıl qələm” və “Fəzilət” media mükafatlarına 

layiq görülüb.

Necə soraqlayım, arayım necə

İtkin diyarımda itən ömrümü?

Mən təbib olsam da yaza bilmərm

Ürək ağrıları ütən ömrümü.

Haçandı yanına mən dəyəmmədim,

Şah dağlar önündə baş əyəmmədim.

Mən toyda, düyündə xərcləyəmmədim

Kədər kölgə kimi güdən ömrümü.

Yenə o dağ ola, o aran ola,

Məni keçmişimə aparan ola.

Təzədən özümə qaytaran ola

Saralın qoynunda ötən ömrümü.

         

Son mənzil qabaqda ha çalış-tutaş,

Damcılar zərbindən yalanır bu daş.

Könül nəğmələrim yaşadaydı kaş

Bir gün əvvəl-axır bitən ömrümü.

Yağılar qoşunu yeridəcəkdi,

Cismimi şam kimi əridəcəkdi.

Bu gündən sonra da çürüdəcəkdi

Əsarətdə qalan VƏTƏN ömrümü!

I müalicə-profilaktika  fakültəsinin I kurs,  42

b

  qrup tələbəsi  Əhmədov 



Məhəmmədəli Nazim oğlunun adına verilmiş tələbə bileti itdiyi üçün etibar-

sız sayılır.  

 II müalicə-profilaktika  fakültəsinin  VI kurs, 208

a

  qrup tələbəsi  Babazadə 



Orxan Cavanşir oğlunun adına verilmiş  qiymət kitabçası itdiyi üçün etibarsız 

sayılır. 

I müalicə-profilaktika  fakültəsinin I kurs,  35

b

  qrup tələbəsi  Həmzəyeva 



Leyla Edqar qızının adına verilmiş tələbə bileti itdiyi üçün etibarsız sayılır.  

II müalicə-profilaktika  fakültəsinin  II kurs, 295

b

  qrup tələbəsi  Koprulu 



Ardal Shaheen Kamilin adına verilmiş tələbə bileti itdiyi üçün etibarsız sa-

yılır. 


Əczaçılıq   fakültəsinin  II kurs, 887

a

   qrup tələbəsi  (ingilis bölməsi) Ah-



med Ahmed Azad oğlunun adına verilmiş qiymət kitabçası itdiyi üçün eti-

barsız sayılır. 

I müalicə-profilaktika  fakültəsinin I kurs,  36

b

  qrup tələbəsi  Ağazadə Na-



dir Ceyhun oğlunun adına verilmiş tələbə bileti itdiyi üçün etibarsız sayılır. 

Əczaçılıq   fakültəsinin hazırlıq şöbəsinin tələbəsi Baqeri Səmanə Haşım 

qızının  adına Azərbaycan Respublikasında müvəqqəti yaşamağa görə  veril-

miş miqrasiya kartı itdiyi üçün etibarsız sayılır. 

Baş redaktor

ELDAR İSMAYIL

Müəlliflərlə  redaksiyanın 

mövqeyi  üst-üstə düşməyə bilər.

Əlyazmalar  geri  qaytarılmır.

Qəzet “Təbib”  qəze ti nin  

kompyuter mər kə zində yığılır, 

səhi fə lənir, “Bəxtiyar-4” İKŞ-də 

çap olunur. 

     


Ü N V A N I M I Z:

Mərdanov qardaşları - 100

2-ci mərtəbə,

Tel.: 595-24-97

tabibqazeti@gmail.com

Lisenziya Н - 022633

İndeks -0269

Sayı 4000

Sifariş: 216

Xocalı faciəsini əks etdirən flaşmob 

keçirilib

Dünya Səhiyyə Təşkilatının tütünlə mübarizə üzrə 

Çərçivə Konvensiyasının 10 ili tamam olur



Azərbaycan  Tibb  Universitetində  Xocalı  Soyqırımının 



23  illiyinə  həsr  olunmuş  anım  tədbiri  çərçivəsində 

bu faciədən bəhs edən sərgiyə baxış keçirilib. ATU Tələbə 

Həmkarlar  İttifaqı  Komitəsinin  təşkilatçılığı  ilə  baş  tutan 

sərgidə 9 tələbənin çəkdiyi 50 rəsm əsəri nümayiş olunub.

Sərgidə əsərləri  nümayiş olunan tələbələr öz əl işləri ilə bağlı 

fikirlərini 

amu.edu.az

 saytına açıqlayıblar:



Müalicə-pro filak  ti ka fa kül tə  si nin II kurs tələbəsi Nərmin Qu liyeva öz 

yaratdığı rəsm də karandaşlardan istifadə et diyini de yir:

 

“Şəkillərimdə 



əsasən 

Xocalıda 

qətlə  yetirilən  şə-

h i d  l ə r i m i z i n 

çəkdiyi 

əzabları 

c a n l a n d ı r m a ğ a 

çalışmışam”.

Hərbi tibb fakültəsinin 

VI kurs tələbəsi Q.Fəxri 

Xocalı 

faciəsinə 

həsr  etdiyi  rəsmdə 

qarışıq 

texnikadan-

karandaş və kömürdən 

istifadə  edib:

  “Bəzi 

şəkillərimi  isə  adi 

halda 

görünməyən 

işıq  effekti  ilə  biruzə 

olunan 

formada 

çəkmişəm. 

Əslində, 

çox sözə ehtiyac yoxdu, 

şəkillər hər şeyi deyir”.

Həkim-rezident  Çərkəz 

Quliyeva    bu  əsəri 

yaradarkən 

mənəvi 

baxımdan  çox  əziyyət 

çəkib:

 

“Hətta 



bu 

şəkilləri  çəkərkən  otu-

ra  da  bilmirdim.  3-4  gün  əmək  sərf  elədim,  amma  əminəm  ki, 

düşüncələrimi kağıza köçürə bildim”.

Tədbir  iştirakçıları  həmçinin,  Xocalı  faciəsinə  həsr  olunmuş 

sənədli filmi də izlədilər.

Xocalı Soyqırımından 

bəhs edən sərgidə

Dərdi dərin Xocalı,

Nalən ərşə ucalı.

Hamı al-qan içində

Südəmərli –qocalı.

Qana susayan cəllad!

Qanı su sayan cəllad!

Körpə ahı yamandı,

Əl saxla, dayan, cəllad!

Bu şəhid ixtiyardı,

Onun nə suçu vardı?

Qanı suvaran torpaq

Doğulduğu diyardı...

Dağ düşüb çəndən ayrı,

Ellər vətəndən ayrı.

Hara üz tutub görən

Başlar bədəndən ayrı.

Düşmən hey qaraladı,

Sinəmi yaraladı.

Vətənimi böləmmir,

Cismimi  paraladı. 

Bu gözəlin dili yox,

Ayağı yox, əli yox.

Bir tanıyan tapılmaz,

Baş dərisiz, teli yox!

Bu başın eyni hanı?

Düşünən beyni hanı?

Dünyada yağımız tək

Cəlladın eyni hanı?

Eşit ozanı, Tanrı,

Yetir cəzanı, Tanrı!

Bəndələr qaralayır



Tanrı yazanı, Tanrı!

XOCALI AĞRILARI

ÖMRÜMÜ

ATU-nun mətbuat xidməti

Yüklə 302,05 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə