Kitabüs-salat namaz kitabi



Yüklə 5,19 Kb.
Pdf görüntüsü
səhifə10/56
tarix16.11.2017
ölçüsü5,19 Kb.
#10521
1   ...   6   7   8   9   10   11   12   13   ...   56

 22
alar və bu da ətrafa nəşr edər, yayar. Belə böyük insanlara “Vəli” (övliya) deyilir. 
Bu Vəlini tanıyan, inanan və sevən adam onun qarşısında ədəblə oturar və ya uzaq-
da, onu ədəb ilə, sevgi ilə düşünərsə, bu kimsənin də qəlbi, nur, feyz almağa, tə-
mizlənməyə, yetkinləşməyə başlayar. Allahü təala bədənimizi, maddəmizi yetişdir-
mək üçün günəş enerjisini səbəb qıldığı kimi ruhlarımızı, qəlblərimizi yetkinləşdir-
mək, insanlıqda yüksəltmək üçün də Muhamməd -əleyhissəlamın qəlbini, oradan 
yayılan nurları  səbəb qılmışdır.  İnsanı  bəsləyən, quruluşunu və enerjisini təmin 
edən bütün qida maddələri, günəş enerjisi, assimilyasiya etmə ilə hasil olduqları 
kimi qəlbə, ruha qida olan Övliyanın söhbətləri, sözləri, yazıları da həmişə Rəsu-
lullahın mübarək qəlbindən yayılan nurlarla hasil olmuşdur.  
Allahü təala, Cəbrail-əleyhissəlam adında bir mələk ilə Muhamməd əleyhis-
səlama “Qurani-Kərim”i göndərdi. İnsanlara dünyada və axirətdə lazımlı, faydalı 
olan şeyləri əmr etdi. Zərərli olanları qadağan etdi. Bu əmrlərin və qadağanların 
hamısına “İslam dini” və ya “İslamiyyət”  “Əhkami-ilahiyyə” deyilir.  
Muhamməd-əleyhissəlamın hər sözü doğrudur, qiymətlidir, faydalıdır. Belə 
olduğuna inanan kimsəyə “Mömin” və “Müsəlman”  deyilir. Muhamməd-əley-
hissəlamın sözlərindən birinə inanmayan, bəyənməyən kimsəyə “kafir” deyilir. 
Allahü təala mömin olanı sevər. Cəhənnəmdə sonsuz olaraq saxlamaz və ya Cə-
hənnəmə heç atmaz, yaxud günahları üçün atsa da, sonra Cəhənnəmdən çıxarar. 
Kafir olan kimsə Cənnətə girə bilməz. Birbaşa Cəhənnəmə girər və oradan heç 
çıxmaz. Ona inanmaq, Rəsulullahı sevmək bütün səadətlərin, rahatlıqların, yaxşı-
lıqların başıdır. Onun Peyğəmbər olduğuna inanmamaq isə bütün fəlakətlərin, 
dərdlərin, yamanlıqların başıdır.  
Rəsulullahın “sallallahü aləyhi və  səlləm” elmi, mədəniyyəti, bəsirətliyi, 
fəhmi, fərasətliyi, ağlı, zəkası, comərdliyi, təvazökarlığı, yumşaqlığı,  şəfqəti, 
səbri, səy göstərməsi, mərhəməti, sədaqəti, əmanəti, şücaəti, heybəti, igidliyi, bə-
lağəti, fəsahəti, düzgünlüyü, məlahəti (gözəlliyi, sevimliliyi), ədalətliyi, iffəti, 
kərəmi, insafı, həyası, tərki-dünyalığı, təqvası bütün Peyğəmbərlərdən daha çox-
dur. Dostundan və düşmənindən gördüyü zərərlərı əfv edərdi. Heç birinə qarşılıq 
verməzdi. Uhud qəzasında (döyüşündə) kafirlər mübarək yanağını qanadıb dişlə-
rini qırdıqları zaman bunu edənlər üçün “Ya Rəbb! Bunları əfv etCahillikləri-
nə bağışla!” deyə, dua etmişdir
 Muhamməd  əleyhissəlamın gözəl xasiyyətləri çoxdur. Hər müsəlmanın 
bunları öyrənməsi və bunlar kimi əxlaqlanması lazımdır. Beləcə, dünyada və axi-
rətdə fəlakətlərdən, dərtlərdən qurtulmaq və O iki cahan əfəndisinin “sallallahü 
aləyhi və səlləm” şəfaətinə qovuşmaq nəsib olar. Çünki Hədisi-şərifdə“Allahü 
təalanın əxlaqı ilə əxlaqlanın!” buyurulmuşdur.  
 
ƏSHABƏİ-KİRAM 
Peyğəmbər əfəndimizin mübarək üzünü görməklə, şirin sözlərini eşitməklə 
şərəflənən müsəlmanlara “Əshabi-kiram” deyilir. Peyğəmbərlərdən sonra 
gəlmiş  və gələcək bütün insanların  ən xeyirlisi, ən üstünü Əbu Bəkri-Sıddıqdır 
“radıyallahü anh”. İlk xəlifə budur. Bundan sonra insanların  ən üstünü Faruki-


 23
azam, ikinci xəlifə Ömər bin Xəttab, sonra ən üstünü və  Rəsulullahın üçüncü 
xəlifəsi, iman, həya və irfan qaynağı həzrəti Osman bin Affan “radıyallahü anh”, 
bundan sonra insanların ən xeyirlisi, dördüncü xəlifə, heyrət ediləcək üstünlüklər 
sahibi, Allahü təalanın aslanı Əli bin Əbi-Talibdir “radıyallahü anh”. Hədisi-şə-
riflərdən anlaşıldığına görə Həzrəti Fatımə, Həzrəti Xədicə, Həzrəti Aişə, Həzrəti 
Məryəm, Həzrəti Asiyə dünya qadınlarının  ən üstünüdürlər. Hədisi-şərifdə: 
“Fatimə Cənnət xatunlarının üstünüdür. Həsən və Hüseyn də Cənnət gənc-
lərinin yüksəkləridir” buyuruldu. 
 Bunlardan sonra Əshabi-kiramin  ən üstünləri “Aşərəi-mübəşşərə”`dir. 
Cənnətlə müjdələnmiş on nəfərdir. Bunlar, Həzrəti Əbu Bəkri-Sıddıq, Ömər-ül-
Faruq, Osman bin Affan, Əli bin Əbu Talib, Əbu Ubeydə bin Cərrah, Talha, 
Zübeyr bin Avvam, Sad bin Əbi Vaqqas, Said bin Zeyd, Abdurrahman bin Avf 
“ridvanullahi təala aləyhim əcmain”. Sonra Bədr müharibəsində, sonra Uhudda, 
sonra da Biat-ür-ridvanda olanlardır.  
Rəsulullahın yolunda canlarını, mallarını  fəda edən, Ona yardım edən  Əs-
habi-kiramın hamısının adlarını hörmət və sevgi ilə söyləməyimiz bizə vacibdir. 
Onların böyüklüyünə yaraşmayan sözlər söyləməyimiz əsla caiz deyildir. Adları-
nı hömətsizcə söyləmək fəlakətdir, pozğunluqdur. 
Rəsulullahı sevən kimsənin Onun Əshabəsinin hamısını da sevməsi lazım-
dır. Çünki bir Hədisi-şərifdə buyurdu ki: “Əshabımı sevən məni sevdiyi üçün 
sevər. Onları sevməyən kimsə məni sevməmiş olar. Onları incidən məni inci-
dər. Məni incidən də, Allahü təalanı incitmiş olar. Allahü təalanı incidən 
kimsə, əlbəttə, əzab görəcəkdir.”  
Başqa bir Hədisi-şərifdə:  “Allahü təala mənim ümmətimdən bir quluna 
yaxşılıq  etmək istərsə, onun qəlbinə  Əshabəmin sevgisini yerləşdirər. Onların 
hamısını canı kimi sevər” buyurdu. Peyğəmbərimiz vəfat etdiyi gün Mədinə şəhə-
rində otuz üç min əshabə vardı. Əshabələrin hamısı yüz iyirmi dörd mindən artıq idi.  
 
DÖRD MƏZHƏB İMAMI VƏ DİGƏR ALİMLƏR 
Etiqad məsələlərində doğru olan tək yol vardır. Bu da “Əhli-sünnət vəl-
camaat” məzhəbidir. Yer üzündə olan bütün müsəlmanlara doğru yolu göstərən 
və Muhamməd-əleyhissəlamın yolunu dəyişmədən, pozulmadan öyrənməmizə 
səbəb olan dörd böyük şəxsdir. Bunlardan birincisi İmamı-azam  Əbu Hanifə 
Numan bin Sabitdir. İslam alimlərinin ən böyüklərindəndir. Əhli-sünnətin rəisi-
dir.  İkincisi  İmamı-Malik bin Ənəs,  üçüncüsü  İmamı-Muhamməd bin İdris 
Şafii, dördüncüsü İmamı-Əhməd bin Hanbəldir “rahmətullahi aləyhim əcmain”.  
Bu gün bu dörd imamdan birinə tabe olmayan bir kimsə böyük təhlükədə-
dir. Doğru yoldan ayrılmışdır. Biz bu kitabımızda Hənəfi məzhəbinə görə na-
mazla əlaqəli məsələləri, o məzhəbin böyük alimlərinin kitablarından alıb, sadə-
ləşdirərək bildirdik. 
 Bu dörd imamın tələbəsindən ikisi iman elmlərində çox yüksəldi. Beləcə, eti-
qadda məzhəb iki oldu. Qurani-Kərimə və Hədisi-şəriflərə uyğun iman, bu ikisinin 
bildirdiyi imandır. Fırkai-naciyyə olan Əhli-sünnətin iman elmlərini yer üzünə 
yayan bu ikisidir. Biri Əbu Mansuri-Matüridi, ikincisi Əbul Həsən Əli Əşaridir.  


Yüklə 5,19 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə