Kitabüs-salat namaz kitabi


Allahümməcəlni minəlləzinə  yəstəmiunəl-qavlə  fə  yəttəbiunə ahsənə-



Yüklə 5,19 Kb.
Pdf görüntüsü
səhifə18/56
tarix16.11.2017
ölçüsü5,19 Kb.
#10521
1   ...   14   15   16   17   18   19   20   21   ...   56

 42
Allahümməcəlni minəlləzinə  yəstəmiunəl-qavlə  fə  yəttəbiunə ahsənə-
hu” 
[8]
  duası oxunur.  
9- Əllərin çöl tərəfi ilə boyunu məsh edərkən:  
“Allahümmə atik raqabəti minən-Nar” 
[9]
 duası oxunur.  
10- Boynu məsh etdikdən sonra sol əlin kiçik barmağı ilə, sağ ayağın kiçik 
barmağından başlayaraq, ayaq barmaqlarının arasını sürtməklə, topuqlarla birlik-
də, sağ ayağı üç dəfə yuyarkən:  
Allahümmə səbbit kadəməyyə aləs-sirati yəvmə təzillü fihiləkdəmü” 
[10]
 
duası oxunur.  
11- Sol ayağı üç dəfə yuyarkən, ayaq barmaqlarının arasını kiçik barmağı 
ilə bu dəfə baş barmaqdan başlayaraq, kiçik barmağa doğru, ayaq barmaqlarının 
arasını sürtməklə topuğu ilə birlikdə yuyarkən:  
“Allahümmə lə tatrud kadəməyyə aləs-sirati yəvmə tatrudü küllü akda-
mi adaikə. Allahümməc-al sayi məskurən və zənbi mağfurən və əməli məq-
bulən və ticarəti lən təburə” 
[11]
 oxunur.  
Peyğəmbərimiz “sallallahü aləyhi və səlləm” buyurur:  
“Hər kim dəstəmaz aldıqdan sonra göy tərəfinə baxıb, bu duanı oxuyar-
sa, Sübhanə kellahümmə və bihəmdikə, Əşhədü ən ləə iləhə illə əntə vahdəkə 
lə şərikə ləkə əstəğfirukə və ətubü iləykə əşhədü ən lə iləhə illallahü və əşhədü 
ənnə Muhammədən abdükə və rəsulikə. 
[12]
 Allahü təala həzrətləri o kimsənin 
günahlarını  əfv edər və  qəbul imzasıyla təsdiq edib, Arşın altında mühafizə 
edər. Qiyamət günündə bu duanı oxuyan şəxs gəlib, o savabın əcrini alar.”  
Bir Hədisi-şərifdə: “Hər kim dəstəmaz aldıqdan sonra “İnnə ənzəlnəhü” 
surəsini bir dəfə oxuyarsa, Allahü təala həzrətləri, o kimsəni sıddıqlardan 
yazar. İki dəfə oxuyarsa, şəhidlərdən yazar. Üç dəfə oxuyarsa Peyğəmbərlər 
ilə dirilər” buyurdular.  
Yenə bir Hədisi-şərifdə: “Hər kim dəstəmaz aldıqdan sonra mənim üzə-
rimə on dəfə salatü səlam gətirərsə, Allahü təala həzrətləri, o adamın hüznü-
nü aradan qaldırıb şad edər, duasını qəbul edər” buyurdular.  
Dəstəmaz alarkən dəstəmaz dualarını bilməyənlər oxumasa da olar. Lakin qısa 
zamanda əzbərləməli və dəstəmaz alarkən oxunmalıdır. Çox savabdır. Dəstəmazın 
sonuna doğru və ya dəstəmazı bitirdikdən sonra: “Allahümmə calni minət-təvvə-
bin, vəcalni min-əl-mütətahhirin, vəcalni, min ibadik-əs-saləhın, vəcalni minəl-
ləzinə lə xavfün aləyhim və ləhüm yahzənun” duasını oxumaq çox savabdır. 
                                                        
[8]
 Ey Allahım! Məni sözü dinləyib ən gözəl yerinə yetirənlərdən et! 
[9]
 Ey Allahım! Boynumu atəşdən azad et!  
[10] 
Ey Allahım! Ayaqların sürüşdüyü gündə sirat üzərində ayaqlarımı sabit et!  
[11] 
Ey Allahım! Sənin düşmənlərinin siratda ayaqlarının sürüşdüyü gündə mənim ayaqla-
rımı sürüşdürmə! Ey Allahım! Məni çalışanlardan və şükr edənlərdən et! Günahımı əfv 
et. Əməlimi qəbul et. Ticarətimi halal et! 
[
12

Ey Allahım! Səni həmdinlə təsbeh və tənzih edərəm. Səndən başqa məbud olmadığına, 
bir olduğuna və şərikin, ortağın olmadığına və Muhamməd-əleyhissəlamın sənin qulun 
və Rəsulun olduğuna şəhadət edərəm.  


 43
 Dəstəmaz dualarını bilməyən hər üzvü yuyarkən “Kəlmeyi-şəhadət” oxu-
malı, böyük savaba qovuşmalıdır.  
Aqil isən qıl namazı, çün səadət tacıdır.  
Sən namazı elə bil ki, möminin miracıdır!  
 
 
DƏSTƏMAZIN SÜNNƏTLƏRİ 
 
DƏSTƏMAZIN SÜNNƏTLƏRİ ON SƏKKİZDİR: 
1. Dəstəmaza başlayarkən Bəsmələ oxumaq.  
2. Əlləri biləkləri ilə bərabər üç dəfə yumaq.  
3. Ağzı ayrı-ayrı su ilə üç dəfə yumaq. Buna “Mazmaza” deyilir.  
4. Burnu ayrı-ayrı su ilə üç dəfə yumaq. Buna “İstinşak” deyilir.  
5.Qaşların, saqqalın, bığların altındakı görünməyən dərini, üzü yuyarkən is-
latmaq.  
6. Üzünü yuyarkən iki qaşın altını islatmaq.  
7. Saqqalın uzun qismini məsh etmək.  
8. Saqqalın uzun qisminin içinə, sağ əlin yaş barmaqlarını daraq kimi dara-
maq (hilallamaq).  
9. Dişləri, bir şey ilə oymaq, təmizləmək. [Misvak istifadə etmək, mühüm 
sünnətdir.]  
10. Başın hər tərəfini bir dəfə məsh etmək.  
11. Iki qulağı bir dəfə məsh etmək.  
12. Boyunu üç bitişik barmaqla bir dəfə məsh etmək.  
13. Əl və ayaq barmaqlarının arasını tahlil etmək.  
14. Yuyulacaq yerləri üç dəfə yumaq.  
15. Üzü yuyacağı zaman qəlb ilə niyyət etmək.  
16. Tərtib. Yəni sıra ilə yumaq.  
17. Dəlk. Yuyulan yerləri ovmaq.  
18. Müvalat. Hər üzvu bir-biri arxasından cəld-cəld yumaq.  
 
 
DƏSTƏMAZIN ƏDƏBLƏRİ 
 
DƏSTƏMAZIN ƏDƏBLƏRİ İYİRMİ SƏKKİZDİR: 
Ədəb- edilməsi savab olub, edilməzsə günah olmayan şeylər deməkdir. Hal-
buki sünnəti yerinə gətirmək savab olub, tərk etmək tənzihən məkruhdur. Ədəb-
lərə məndub və müstəhəb də deyilir. Dəstəmazın ədəbləri bunlardır:  
1. Dəstəmazı namaz vaxtı girmədən öncə almaq. (Üzr sahiblərinin vaxt gir-
dikdən sonra alması lazımdır).  
2. Tualetdə  təharətlənərkən qibləni sağ  və ya sol tərəfə almaq. Dəstəmaz 
pozarkən qibləyə önünü və arxasını dönmək tahrimən məkruhdur.  


 44
3. Nəcasət bulaşmamış isə su ilə təharətlənmək.  
4. Təharətləndikdən sonra parça ilə qurulanmaq.  
5. Təharətləndikdən sonra övrət yerini dərhal örtmək.  
6. Başqasından kömək istəməyib, dəstəmazı özünün alması.  
7. Qibləyə qarşı dəstəmaz almaq.  
8. Hər üzvu yuyarkən, kəlmeyi-şəhadət oxumaq.  
9. Dəstəmaz dualarını oxumaq.  
10. Ağzına sağ əl ilə su vermək.  
11. Burnuna sağ əl ilə su vermək.  
12. Burnu sol əl ilə təmizləmək.  
13. Ağzı yuyarkən dişləri “Misvak” ilə təmizləmək. Misvak olmazsa, fırça 
da istifadə edə bilər.  
14. Ağzı yuyarkən oruclu deyilsə, ağzı çalxalamaq. Boğazında yüngül qar-
qara etmək, dəstəmazda da, qüsldə də sünnətdir. Oruclu ikən məkruhdur.  
15. Burnu yuyarkən suyu sümüyə yaxın yuxarı çəkmək.  
16. Qulağı məsh edərkən bir barmağı qulaq dəliyinə soxmaq.  
17. Ayaq barmaqlarını tahlil edərkən sol əlin kiçik barmağı ilə tahlil etmək.  
18. Əlləri yuyarkən geniş olan üzüyü oynatmaq. Dar, sıx üzüyü oynatmaq 
isə lazımdır, fərzdir.  
19. Su bol olsa da israf etməmək.  
20. Suyu yağ sürtmək kimi az istifadə etməmək (üç dəfədə  də, yuyulan 
yerdən, ən az iki damcı su dəyməlidir)  
21. Bir qabdan dəstəmaz aldıqdan sonra o qabı dolu buraxmaq.  
22. Dəstəmaz bitincə və ya ortasında “Allahümməc-alni minəttəvvabin...” 
duasını oxumaq.  
23. Dəstəmazdən sonra “Sübha”, yəni iki rükət namaz qılmaq.  
24. Dəstəmazlı ikən dəstəmaz almaq, yəni namaz qıldıqdan sonra dəstəmaz-
lı ikən, yəni namaz üçün bir daha dəstəmaz almaq.  
25. Üzü yuyarkən göz qapağlarını silmək və təmizləmək.  
26. Üzü, qolları, ayaqları yuyarkən yuyulması fərz olan yerlərdən bir az artı-
ğını yumaq. [Qolları yuyarkən ovuca su doldurmalı, bunu dirsəyə doğru axıtmalı.]  
27. Dəstəmaz alarkən, istifadə edilən sudan, paltara, üstünə, başa sıçratma-
maq.  
28. Öz məzhəbində məkruh olmayan bir şey başqa məzhəbdə fərz isə, bunu 
etmək müstəhəbdir.  
 
DƏSTƏMAZ ALARKƏN EDİLMƏSİ QADAĞAN OLAN ŞEYLƏR 
Dəstəmaz alarkən edilməsi qadağan olanlar on ikidir. Bunları etmək haram 
və ya məkruhdur. Bunlar aşağıdakılardır:  
1. Tualetdə, çöldə dəstəmaz pozarkən qiblə öndə, arxada qalmamalıdır.  
2. Təharətlənmək üçün biri yanında övrət yerini açmaq haramdır.  
3. Sağ əl ilə təharətlənməməlidir.  


Yüklə 5,19 Kb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə