Kitabüs-salat namaz kitabi



Yüklə 5,19 Kb.
Pdf görüntüsü
səhifə19/56
tarix16.11.2017
ölçüsü5,19 Kb.
#10521
1   ...   15   16   17   18   19   20   21   22   ...   56

 45
4. Su olmadığı zaman qida maddəsi, gübrə, sümük, heyvan yemi, kömür və 
başqasının malı ilə, saxsı, kirəmit parçası, qamış, yarpaq, parça, kağız ilə təharət-
lənmək məkruhdur.  
5. Dəstəmaz alınan hovuza tüpürməməli və fınxırmamalıdır.  
6. Dəstəmaz əzasını həddindən artıq və ya əskik olaraq yumamalı və üçdən 
az və ya çox yumamalıdır.  
7. Dəstəmaz əzasını təharətdə quruladığı parça ilə qurulamamalıdır.  
8. Üzü yuyarkən suyu üzə çırpmamalı, alnı üstündən aşağı doğru tökməlidir.  
9. Suyu üfürməməlidir.  
10. Ağızı və gözləri möhkəm yummamalıdır. Dodağın görünən qismində və 
göz qapağında islanmayan az bir yer qalarsa, dəstəmaz qəbul olmaz.  
11. Sağ əl ilə fınxırmamalıdır.  
12. Başı, qulaqları və ya boynun arxasından birini, hər dəfə əli ayrı-ayrı is-
ladaraq, birdən artıq məsh etməməlidir. Lakin hər dəfə islatmadan təkrarlana bi-
lər.  
 
MİSVAK İSTİFADƏ ETMƏK: Dəstəmaz alarkən misvak istifadə etmək 
sünnəti-müəkkədədir. Hədisi-şərifdə buyuruldu ki, “Misvak istifadə edərək qılı-
nan namaz, misvaksız qılınan namazdan yetmiş qat üstündür”.  
“Sirac-ül-vəhhac” kitabında misvak istifadə etməyin 15 faydası olduğu bil-
dirilir:  
1. Ölüm anında, şəhadət kəlməsini söyləməyə səbəb olar.  
2. Diş ətlərini qüvvətləndirir.  
3. Bəlğəmi aradan qaldırar.  
4. Ağız safrasını kəsər.  
5. Ağız ağrısını aradan qaldırar.  
6. Ağız qoxusunu aparar.  
7. Allahü təala ondan razı olar.  
8. Beyin damarlarını qüvvətləndirər.  
9. Şeytan qəmlənər.  
10. Gözləri nurlanar.  
11. Yaxşılığı və xeyratı çox olar.  
12. Sünnət ilə əməl etmiş olar.  
13. Ağzı pak (təmiz) olar.  
14. Fəsih-ul-lisan olar, yəni gözəl danışar.  
15. Misvaklı olaraq qılınan iki rükət namazın savabı, misvaksız olaraq qılı-
nan yetmiş rükət namazın savabından daha çox olar.  
Misvak,  Ərəbistanda yetişən  Ərak ağacının budağıdır. Düz tərəfindən iki 
santimetrə  qədər qabığı soyulub bu hissəsi bir neçə saat suda saxlanılır. Sonra 
əzilincə, fırça kimi açılır. Ərak ağacı olmazsa, zeytun budağından düzəldilir. Qa-
dınlar misvak yerinə, misvakdan istifadə sünnətinə niyyət edərək saqqız istifadə 
etməlidir.  


 46
 
DƏSTƏMAZ ALARKƏN DİQQƏT EDİLMƏLİ XÜSUSLAR 
Zərurət, məcburiyyət olmadıqca aşağıdakı on şeyə riayət etməlidir:  
1. İki əli şikəst olan təharətlənəz. Qolları torpağa, üzünü divara sürtərək tə-
yəmmüm edər. Üzündə də yara varsa, namazı dəstəmazsız qılar və namazlarını 
tərk etməz.  
2. Xəstə olana zövcəsi, cariyəsi, uşaqları, qardaşları dəstəmaz aldırar.  
3. Daş və bənzəri ilə təharətlənmək su yerinə keçər.  
4. Dəli olan və ya huşunu itirən kimsə iyirmi dörd saatda ayılmazsa, özünə 
gəlincə namazlarını qəza etməz. İçki, tiryək, dərman ilə huşunu itirən, hər nama-
zı  qəza edər. Yatarkən başı ilə ima edə bilməyəcək qədər ağır xəstəliyi iyirmi 
dörd saatdan çox davam edən kimsədən ağlı başında olsa belə, namaz azad olar.  
5. Tualetə girmək üçün xüsusi şalvar istifadə etmək və başı örtülü girmək 
müstəhabdır.  
6. Tualetə girərkən  əlində Allahü təalanın adı  və Qurani-Kərim yazılı bir 
şey olmamalıdır. Bir şey ilə sarılmış və ya cibdə olmalıdır.  
7. Tualetə sol ayaqla girib, sağ ayaqla çıxmalıdır.  
8. Tualetdə övrət yerini çöməlincə açmalı, danışmamalıdır.  
9. Övrət yerinə və nəcasətə baxmamalı, tualetə tüpürməməlidir.  
10. Heç bir suya, məscid divarına, qəbiristana və yola dəstəmaz pozmamalıdır.  
 
DƏSTƏMAZI POZAN ŞEYLƏR 
Yeddi şey dəstəmazı pozar ki, bunlar aşağıdakılardır:  
1. Öndən və arxadan çıxan şeylər:  
a) Böyük və kiçik dəstəmaz pozmaq, yel qaçırtmaq.  
b) İhtiqan, yəni imalə alətinin ucu və insan barmağı, arxadan soxub çıxarı-
lınca, ətrafı yaş olarsa pozar. Quru isə, yenə dəstəmazı təzələmək yaxşı olar.  
c) Kişilərin və qadınların sidik qaçırmamaq üçün önlərinə qoyduqları pam-
bıq fitilin çöldə qalan qismi islanınca pozulur.  
2. Ağızdan çıxan nəcs şeylər:  
a) Qusmaq ağız dolusu olarsa.  
b) Tüpürdüyündə qan tüpürcəkdən çox olarsa.  
c) Mədə və ciyərdən gələn maye qan, İmamı-azama görə az olsa belə, dəstə-
mazı pozar.  
d) Qulağa tökülən yağ ağızdan çıxarsa, dəstəmaz pozulur.  
3. Dəridən çıxanlar:  
a) Qan, irin və sarı su yalnız olaraq çıxarsa.  
b) Çiçək xəstəsindən və hər hansı bir çibandan çıxan qan, sarı su, qüsldə yu-
yulması lazım olan yerə yayılarsa, məsələn, burundan gələn qan sümükləri keçər-
sə, qulaqdan gələn qulaq dəliyindən çıxarsa.  
c) Çiban və yaradakı qanı, sarı suyu, pambıqla əmərsə.  
d) Misvak və dişqurdalayan üzərindəki qan ağıza bulanıbsa .  


 47
e) Qulaq, göbək və döşdən ağrı və ya xəstəlik ilə maye gələrsə.  
f) Zəli çox qan əmərsə, dəstəmaz pozulur.  
4. Yatmaq:  
Arxası üstə yataraq və ya dirsəyinə, yaxud bir şeyə dayanıb yatarsa, dəstə-
maz pozulur.  
5. Huşunu itirmək, dəli olmaq, sara (epilepsiya) xəstəliyi və ya gəzərkən 
aşacaq qədər sərxoş olmaq dəstəmazı pozar.  
6. Rükü və səcdələri olan namazda qəhqəhə ilə gülmək, namazı da, dəstə-
mazı da pozar. Lakin uşağınki pozulmaz. Namazda təbəssüm namazı da, dəstə-
mazı da pozmaz. Yanındakılar eşidərsə  “Qəhqəhə” deyilir. Özü də  eşitməzsə, 
Təbəssüm” deyilir.  
7. Mübaşərəti fahişə, yəni çılpaq olaraq çirkin yerlərini sürtünmək, kişinin 
də, qadının da dəstəmazını pozar.  
Dəstəmaz aldığını bilib, sonra pozulduğunda  şübhə edərsə, dəstəmazı var 
qəbul edilir. Dəstəmazı pozulduğunu bilib, sonra dəstəmaz aldığında şübhə edər-
sə, dəstəmaz alması lazım olar.  
 
DƏSTƏMAZI POZMAYAN ŞEYLƏR 
Aşağıdakılar dəstəmazı pozmaz:  
1. Ağızdan, qulaqdan və dəridəki yaradan çıxan qurdlar.  
2. Bəlğəm qusmaq.  
3. Qan qusunca başdan gələn maye qan tüpücəkdən az isə.  
4. Dişdən axan qan tüpürcəkdən az isə.  
5. Başdan gələn qatı qan çox olsa belə.  
6. Mədədən, ciyərdən gələn qatı qan ağız dolusu deyil isə.  
7. Qulağa tökülən yağ qulaqdan və ya burundan çıxarsa.  
8. Burunun içinə qoyulan bir şey çəkilən  şey burundan günlərcə sonra da 
geri gələrsə.  
9. Bir şeyi dişləyincə, o şey üzərində qan görərsə.  
10. Ağrı olmadan, hər hansı bir səbəblə, ağlamaqla və soğan, duman, qazlar 
təsiri ilə göz yaşı axınca.  
11. Qadın uşağını əmizdirincə.  
12. Çox da olsa, tərləməklə.  
13. Milçək, ağcaqanad, birə, taxtabiti kimi həşəratlar çox əmsələr də.  
14. Az olub yayılmayan qan və ağız dolusu olmayan qusmaq.  
15. Yatarkən dayadığı şeyi çəkərkən də aşmazsa.  
16. Namazda yatmaq.  
17. Dizlərini dik tutub, başını dizlərinin üstünə qoyub yatarsa.  
18. Ayaqlarını bir yanına çıxarıb, yerə oturaraq yatarsa.  
19. Çılpaq heyvan üstündə yatarsa, heyvan yoxuş çıxır və ya düz yerdə ge-
dirsə.  
20. Namazda təbəssüm etmək.  


Yüklə 5,19 Kb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə